Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-726/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bağ torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bund an sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “bağ sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2625/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “Çayka” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin 11 mart 1999-cu il tarixli iclasında 3 saylı protokolundan çıxarışa əsasən iddiaçı “Çayka” bağçılıq yoldaşlıq təsərrüfatına üzv qəbul edilmiş və ünvan ba ğ sahəsi onun istifadəsinə verilmişdir. Həmçinin, iddiaçıya “Çayka” bağçılıq yoldaşlıq birliyinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş 40 saylı üzvlük bileti verilmişdir. İddiaçı istifadəsində olan ünvan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı 11.12.2018-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçıya ünvanladığı 03.01.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir. Cavabdehə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və Süleymanov F. adı aşkar edilməmişdir. Təqdim olunmuş protokoldan çıxarışda Pleçenko A.V. adından bağ sahəsinin İddiaçı adına keçməsi ilə bağlı məlumat qeyd edilməmişdir. Bundan başqa, göstərilən bağ s ahəsində çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 4 mart 2019-cu il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının bağ sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 11 mart 1999-cu il tarixdə “Çayka” bağçılıq yoldaşlıq təsərrüfatına üzv qəbul edilmiş və ünvan bağ sahəsi onun istifadəsinə verilmişdir. O, həmin vaxtdan sözügedən bağ sahəsindən istifadə etmişdir. Bağ sahəsinin ona ayrılması barədə “Çayka” bağçılıq yoldaşlıq birliyinin üzvləri 11 mart 1999-cu il tarixli iclasında 3 saylı qərar (protokol) qəbul etmişdir. Həmçinin ona “Çayka” bağçılıq yoldaşlıq birliyinin sədr inin imzası və möhürü ilə təsdiq edilmiş 40 saylı üzvlük bileti verilmişdir. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı nümayəndəsi vasitəsi ilə hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilatdan şifahi olaraq bildirilmişdir ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar olunmamışdır. Bundan sonra iddiaçı 11 dekabr 2018-ci il tarixdə yenidən İdarəyə müraciət etsə də, ona cavab verilməmişdir. Hesab olunur ki, onun Xəzər rayonu, Türkan bağ massivindəki 40 saylı bağ sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Göstərilənlərə və Mülki Məcəllənin 139.3-cü, 152.1-ci, 178.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə, İPM-in 39.1-ci, 68- ci, 73.1-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 40 saylı bağ sahəsinə onun (iddiaçının) hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-1474/2019 saylı iş) 30 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 40 saylı bağ sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Ape lyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X7 və X5, 2-1(103)-2625/2019 saylı iş) 11 dekabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi bağ sahənin onun istifadəyə verilməsinə dair “Çayka” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin 11 mart 1999-cu il tarixli iclasında 3 saylı protokol qərarını və bununla əlaqədar olaraq ona verilmiş 40 saylı bağçının üzvlük kitabçasını təqdim etmişdir. İş materiallarından müəyyən olunur ki, həmin sənədlərin mötəbərliyi hər hansı qaydada mübahisələn dirilməmişdir. Cavabdehin istinad etdiyi dəlil ondan ibarətdir ki, idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bununla bağlı olaraq isə kollegiya qeyd edir ki, işdəki sənədlərdən müəyyən olunur ki, iddiaçının adı həqiqətən də bağçılıq yoldaşlığının ilkin siyahısında olmamışdır. Lakin daha sonra “Çayka” bağçılıq yoldaşlıq birliyinin 11 mart 1999-cu il tarixli iclasında 3 saylı protokol qərarı ilə mübahisəli bağ sahəsi iddiaçıya verilmişdir. Həmin qərarda da bu məsələ ilə bağlı aşkar şəkildə göstərilmişdir ki, iclasın gündəliyində bağçılıq yoldaşlıq birliyinin üzvlüyündən azad olmaq istəyənlərin ərizələrinə və birliyin üzvlüyünə qəbul olunmaq istəyənlərin ərizələrinə baxılmış, birliyin digər üzvləri Pleçenko A.V, Süleyman ov F də gündəlikdə qoyulan məsələlər haqqında məlumat vermiş və ərazilərdə qeyd olunan xahişlərin təsdiq edilməsini dəstəkləmişlər. Bununla da, bağ sahəsinin ilkin olaraq 1987-ci ayrıldığı və ilkin siyahıda adı çəkilmiş Pleçenko A.V-nin adından bağ sahəsi iddiaçıya verilmiş və o faktiki olaraq bağçılıq yoldaşlığının siyahısına sonradan daxil edilmişdir. Bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin arxivə təqdim olunmuş siyahısında iddiaçının adının aşkar olunmaması, eləcə də iddiaçının adı olan yeni siyahının vaxtilə müvafiq quruma (hazırda cavabdeh arxiv saxlayıcısı kimi çıxış edir) təhvil verilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil, bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir. Hazırki iş üzrə iddiaçıya mübahisəli bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedi ci sənədlərin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilməmiş, iddiaçının uzun müddətdir ki, faktiki istifadəsində olan torpaq sahəsinə qarşı hər hansı üçüncü şəxs tərəfindən pretenziya irəli sürülməsi iş üzrə müəyyən olunmamışdır. İşin sadalanan faktiki hallarından görünür ki, cavabdehin imtina üçün qeyd etdiyi dəlillər əsassız olmaqla iddiaçının qanunla nəzərdə tutulmuş hüquq və mənafelərini pozmuşdur. Cavabdeh 28 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 17 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçı müvafiq bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmas ı ilə bağlı 14.12.2018-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdehə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və Süleymanov F.-nın adı aşkar edilməmişdir. Təqdim olunmuş protokoldan çıxarışda Pleçenko A.V. adından bağ sahəsinin iddiaçının adına keçməsi ilə bağlı məlumat qeyd edilməmişdir. Bundan başqa, göstərilən bağ sahəsində çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Qeyd olunan hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, nəticədə qan unsuz və ədalətsiz qərar qəbul edilmişdir. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 11.1, 12.1 və 15-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı Bakı şəhər i, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 40 saylı 0,05 ha bağ sahəsi üzərində hüququnun qeydə alınmasını xahiş edir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. İddiaçının bağ sahəsinə aşağıdakı sənədləri mövcuddur. “Çayka” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin 11 mart 1999-cu il tarixli iclasında 3 saylı protokolundan çıxarışa əsasən iddiaçı “Çayka” bağçılıq yoldaşlıq təsərrüfatına üzv qəbul edilmiş və ünvan bağ sahəsi onun istifadəsinə verilmişdir. Həmçinin, iddiaçıya “Çayka” bağçılıq yoldaşlıq birliyinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş 40 saylı üzvlük bileti verilmişdir. 0,05 ha torpaq sahəsinin iddiaçıya verilməsinə dair “Çayka” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin 11 mart 1999-cu il tarixli iclas protokolundan çıxarış və iddiaçının 40 saylı bağ sahəsinə üzvlük bileti vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. İddiaçının bağ sahəsinə kollektiv bağçılıq-yoldaşlıq təsə rrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış mövcuddur. Qeyd edilməlidir ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci bəndinə əsasən kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi b ağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Fərdi bağların altında olan torpaqlar əvəzsiz olaraq qanuni istifadəsində olan şəxslərə əvəzsiz verildiyindən, iddiaçıya məxsus bağ sahəsi onun qanuni istifadəsində olduğundan, bağ sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün qanunda nəzərdə tutulan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquql arının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının mübahisəli bağ torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları i lə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh iddiaçının torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmamasını sübut edə bilməmişdir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2625/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-726/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-726/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver