Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-726/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli, 2-1(103)-353/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1972-ci ildə doğulmuş, 01.09.1987-ci ildən 27.06.1990-cı ilədək Sumqayıt şəhəri 35 saylı texniki peşə məktəbində təhsil almışdır.
2. İddiaçı 16.07.1990-cı ildən 20.05.1993-cü ilədək 35 saylı texniki peşə məktəbinin təyinatı üzrə “X3” iste hsalat birliyi yüksək təzyiqli polietilen zavodunun konfeksiyalaşdırma sexinin hazır məhsulun qablaşdırılması və göndərilməsi şöbəsinə qablaşdırma maşınlarının 3-cü dərəcəli maşinisti vəzifəsində, 20.05.1993-cü ildən 14.10.1994-cü ilədək qablaşdırma maşınlarının 4-cü dərəcəli maşinisti vəzifəsində işləmiş, 14.10.1994-cü ildə “X3” İB-nin ləğvi ilə əlaqədar “xxxx” Dövlət Şirkətinin 31.08.1994-cü il tarixli, 128 saylı əmrinə əsasən yeni yaranmış “X4” zavoduna keçirilmiş, 15.10.1994- cü ildən 15.07.1999cu ilədək “X4” zavodunun 12 saylı konfeksiya sexində 4- cü dərəcəli maşinist, 15.07.1999cu ildən 01.06.2004-cü ilədək 33 saylı su, qaz və kanalizasiya sexinə 4-cü dərəcəli nasos qurğu maşinisti, 01.06.2004-cü ildən 29.06.2010- cu ilədək həmin sexdə 5-ci dərəcəli nasos qurğu maşinisti, 29.06.2010 -cu ildən 01.11.2011-ci ilədək su və kanalizasiya (J-66) sexində 4-cü dərəcəli nasos qurğularının maşinisti, 01.11.2011-ci ildən 11.06.2013-cü ilədək 33 nömrəli su, soyutma və kanalizasiya sexində 4-cü dərəcəli nasos qurğularının maşinisti, 11.06.2013-cü ildən 20.06.2019-cü ilədək su təchizatı, su soyutma və kanalizasiya sexinin J-66 şöbəsində 4-cü dərəcəli nasos qurğularının maşinisti vəzifəsində işləmişdir, 20.06.2019-cu ildən su təchizatı, su soyutma və kanalizasiya sahəsində (J-66 şöbəsi) 5-ci dərəcəli nasos qurğularının maşinisti vəzifəsində işləyir.
3. İddiaçı 05.08.2020-ci il tarixində cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 17.08.2019-cu il tarixli, **********5 nömrəli məktubla iddiaçının ərizəsin i təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 01.09.1987-27.06.1990-ci ildə Sumqayıt şəhər 35 saylı Texniki Peşə Məktəbində təhsil aldığı müddət ümumi iş stajna daxil edilməklə ona 31.07.2019-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı 1 yanvar 2006-cı ilədək 15 ildən artıqdır. 01.09.1987-27.06.1990-cı ildə 35 saylı Sumqayıt şəhər Texniki Peşə Məktəbində təhsil almışdır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş ’’Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən həmin dövr də ümumi iş stajına daxil edilir. Eyni zamanda 16 iyul 1990-cı ildən 14 iyul 1999-cu ilədək “xxxx“ İstehsalat Birliyinin “X5“ zavodunun doqquz il müddətində Azərbaycan Respublikası Nazjrlər Kabinetinin 21 iyun 1993 cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmışdır. 01 yanvar 2006-cı ilədək 18 il iş stajına malik olmuşdur. Güzəştli şərtlərlə ona pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya görə 15 il ümumi iş stajı olan və bu stajın ən azı 7 il 6 ayını güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Həmin Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin yaş həddi 01.08.1997-ci il tarixindən başlayaraq 01.08.2000-ci il tarixinədək hər il 6 ay artırılmışdır. Yəni iddiaçı ilə bağlı tələb olunan yaş həddi 49-a qaldırılmışdır. İddiaçı isə xx.xx.1972-ci il təvəllüdlüdür, yəni hələ 49 yaşı tamam olmamışdır. Buna görə də hazırkı iddia ilə bağlı subyektiv hüququ yaranmamışdır. Bundan başqa, iddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələblə cavab vermir.
7. Bakı İnzibati Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2-1(112)-3933/2020 saylı qərarı ilə (hakim Şəlalə Həsənova) iddia t ələbi təmin edilərək iddiaçıya 01.09.198727.06.1990-cı ildə Sumqayıt şəhər 35 saylı Texniki Peşə Məktəbində təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə 31.07.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixinədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınmasını tələb etmək hüquq una malikdir. Beləliklə, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya uyğun olmaqla 01.01.2006-cı ilə qədər təhsil dövrü də daxil olmaqla 18 il 3 ay 11 gün ümumi və 08 il 11 ay 27 gün güzəştli iş stajı mövcuddur.
9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli, 21(103)-353/2021 nömrəli qərarına görə (sədrlik edən – Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2-1(112)-3933/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 10.02.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh 01.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli, 2-1(103)-353/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə hazırkı qanunvericilik güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç tələb müəyyən etmişdir: - 55 yaşına çatma (yaş); - azı 20 il ümumi və 10 il güzəştli iş stajına malik olma (staj); - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (pensiya kapitalı) 15. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi imkan yaradır ki, yuxarıda sadalanmış üç tələbdən birinci və ikinci tələblə bağlı əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilsin. Buna uyğun olaraq, iddiaçıdan tələb edilən yaş və staj 55 və 20/10 deyil, 47 və 15/7,5-dir. Lakin qeyd olunan maddə 3-cü tələbə münasibətdə 01.01.2006-cı ilə qədərki qanunvericiliyin tətbiqinə imkan yaratmır.
16. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta h adisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunmasını istisna etmir. İddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı qeyd olunan tələbə cavab verməsə də, apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almadan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X 2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X1 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi s ahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştl i şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (01.01.2006-cı ilədək qüvvədə olmuşdur): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınla r—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd. 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
23. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmə k vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
24. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. İddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş satjına daxil edilir. 26. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil m üddəti iş stajına daxil edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının pensiya təyin edilməsi üçün zəruri pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır.
31. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı qərarın 21-22-ci bəndlərində göstərilən normalardan göründüyü kimi iddiaçıya 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənməlidir: - İddiaçının 47 yaşının tamam olması; - İddiaçının 01.01.2006-cı ilə qədər azı 15 il ümumi iş stajının mövcud olması; - İddiaçının 01.01.2006-cı ilə qədər azı 7 il 6 ay güzəştli iş stajının mövcud olması.
32. İddiaçı xx.xx.1972-ci il təvəllüdlü olmaqla 31.07.20 19-cu il tarixində 47 yaşının tamam olması işin mübahisəsiz halıdır. Həmçinin, iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının Vİİİ Bölməsinin 1080A010 şifrinə uyğun olması da məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, bu hal da cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
33. İddiaçının ümumi iş stajı ilə bağlı isə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edir. Belə ki, hazırkı qərarın 24-26-cı bəndlərində göstərilən normaların məzmununa uyğun olaraq iddiaçının 01.09.1987-ci ildən 27.06.1990-cı ilədək Sumqayıt şəhəri 35 saylı texn iki peşə məktəbində təhsil aldığı müddət də iddiaçının sosial sığorta stajına daxil edilməlidir.
34. Beləliklə, iddiaçının 01.01.2006-ci ilə qədər təhsil dövrü də daxil olmaqla 18 il 3 ay 11 gün ümumi və 08 il 11 ay 27 gün güzəştli iş stajı mövcud olduğundan 47 yaşının tamam olduğu 31.07.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
36. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
37. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli, 21(103)-353/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.