Məhkəmə qərarları › İş №2-1(102)-726/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-726/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-726/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini (iş № 2-1(102)-726/22) giriş hissəsi: Hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəx sin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “yaşa görə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2482/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (AZE1523773, FİN:xxxxxxx,) Masallı rayonu Təzəkənd kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır.

1. İddiaçı 10.4.1960-cı il tarixdə doğulmuşdur. Hərbi biletə əsasan xx.xx.1979cu ildən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. Əmək kitabçalarının təsdiq və tərcümə olunmuş surətlərində qeyd olunmuş məlumatlara əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan Dəmiryollarının Ələt dayanacaq stansiyası vaqon depoda refrijerator qatarında mexanik, xx.xx.1979-cü ildən xx.xx.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmiş, xx.xx.1981-ci ildən xx.xx.1996-cı ilə qədər Azərbaycan Dəmiryolları refrijerator qatarında mexanik vəzifələrində işləmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin 462 №-li, xx.xx.2020-ci il tarixli aryışından görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

3. Lənkəran Rayon Məhkəməsinin 2(049)-6765/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı 6.1.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 28 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildən 2005-ci il tarixə kimi Lənkəran Təmir Tikinti İdarəsində çilingər kimi işləmişdir. Əvvəllər işlədiyi ill ərlə bağlı əmək kitabçası olsa da Lənkəran şəhərində işlədiyi idarədə əmək kitabçası yazılmamış qalmışdır. İşlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən məhkəməyə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)6765/2017 saylı qətnaməsi ilə onun həmin idarədə işləməyi və həmin illər üzrə iş stajının olması barədə qətnamə qəbul edilmişdir. Bununla bağlı DSMF-nin Masallı rayon şöbəsinə müraciət etmiş və qanunla ona güzəştli şərtlərlə pensiya verilmişdir. Lakin sonradan pensiyası sonradan əsassız olaraq dayandırılmışdır. İddiaçı DSMF-nin Masallı rayon şöbəsinə getmiş və pensiyasının dayandırılması barədə ona rəsmi məktubun verilməsini xahiş etmiş ona pensiyasının hansı səbəbdən dayandırılması barədə rəsmi məktub verə bilməyiblər.

6. Cavabdeh iddia qarşı təqdim etdiyi etirazda qey d etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında 26.61978-7.51979,xx.xx.1981-1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmasına, 20.5.1979-15.6.1981-ci illərdə isə hərbi xidmət keçməsinə dair qeydlər mövcuddur. Əmək kitabçasında olan qeydlərə əsasən iddiaçının ümumi stajı 25 ildən az (16 il 7 ay 26 gün) təşkil edir. 7. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yükdaşımalar Departamenti Yeni X5 Deposu tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli məktuba əsasən İddiaçı həqiqətən 26 iyun 1978-ci ildən 07 may 1979-cu ilədək və 26 oktyabr 1981-ci ildən 30 oktyabr 1996-cı ilədək refrijerator qatarının (seksiyasının) mexaniki vəzifəsində işləyib. Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 saylı Qərarının “Nəqliyyat” bölməsinin 21,4 bəndinə əsasən refrijerator qatarın ın (seksiyasının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər. İddiaçı güzəştli şərtlə iş stajı 15 il 10 ay 16 gündür.

8. Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin Fondun Masallı rayon şöbəsində 2020-ci ilin fevral ayında apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının adına olan əmək kitabçasında onun 1997- 2005-ci illərdə Lənkəran təmir-tikinti idarəsində işləməsi barədə qeydlərin olmasına baxmayaraq, işləməsini təsdiq edən möhür isə Lənkəran Yol təmir-tikinti idarəsinə məxsusdur. Lənkəran şəhər Məhkəməsinin 2(049)6765/2017 saylı qətnaməsi ilə iddiaçının 1997-2005-ci illərdə Lənkə ran təmir-tikinti idarəsində işləməsi faktını təsdiq etmişdir. İddiaçı əmək kitabçasında 1997-2005-ci illərdə Lənkəran təmir-tikinti idarəsində işləməsi barədə qeydlərin olmasına baxmayaraq, işləməsini təsdiq edən möhür isə Lənkəran Yol təmir-tikinti idarəsinə məxsus olduğu və Fondun Lənkəran şəhər şöbəsinin verdiyi məlumata əsasən Lənkəran Yol təmir-tikinti idarəsinin 1999-2005- ci il tarixlərdə sosial-sığorta ödəyicisi olmaması səbəbindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.1-ci maddəsinə əsasən işçini işə götürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti sığorta stajına daxil edildiyi üçün yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası ləğv edilmiş, artıq aldığı vəsait geri qaytarılmışd ır.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır.

10. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1739/2020 nömrəli qərardadı ilə (hakim Z.Allahyarov) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

11. Həmin tarixli qərardad ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir

12. Bakı İ nzibati Məhkəməsinin (hakim X3, 2-1(112)- 3351 /2021 saylı iş) xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2020-ci il tarixdən dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 6.1.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə araşdırılması zamanı iddiaçının qeyd olunan dövrlər və vəzifələr üzrə əmək fəaliyyəti ilə məşğul olmamasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Əksinə iddiaçının məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də nəzərə alınmaqla ümumilikdə 26 il 11 ay 17 gün ümumi iş stajının mövcud olmas ı müəyyən edilmişdir. Beləliklə tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 1.1.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 26 il 11 ay 2 gün ümumi və 15 il 10 ay 17 gün güzəştli iş stajı mövcuddur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X1 -məruzəçi, X4 və X2, 2-1(103)- 2482 /2021 saylı iş) 24 dekabr 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməs ini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçıya məxsus 7 may 1979-cu il tarixli, əmək kitabçasında xx.xx.1978,7.5.1979, xx.xx.1981-1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmasına, xx.xx.1979 xx.xx.1981-ci illərdə isə hərbi xidmət keçməsinə dair qeydlər mövcuddur. Sözügedən əməl« kitabçasında sonuncu qeyd xx.xx.1996-cı il tarixində işdən azad edilməsi ilə bağlıdır. Əmək kitabçasındakı qeydlərə əsasən müəyyən olunur ki, iddiaçının ümumi iş staj 25 ildən az (16 il 7 ay 26 gün) təşkil edir.

18. Məhkəmə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısını u yğunluğunun müəyyən edilməsi üçün güzəştli arayışın əldə edilməsi üçün müvafiq tədbirlər həyata keçirməmişdir. 19. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əməl’ stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixi 260-İllQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1 993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəşti işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt-1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək ş əraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsu silə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə da xil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kass asiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2482/2021 saylı, 24 dekabr 2021-ci il tarixli nömrəli qərarı ilə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerin dən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

30. Həmin qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslər ə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 32. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

34. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: İddiaçının 57 yaşının tamam olması; İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx. 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

35. İşin tərəflər arasında mübahisələndirilən halı iddiaçının 25 il ümumi stajının olmamasıdır.

36. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 26.6.1978-ci ildən əmək fəaliyyətinə başlamış, 26.6.1978-ci ildən 7.5.1979-cu ilə qədər Azərbaycan Dəmiryollarının Ələt dayanacaq stansiyası vaqon depoda refrijerator qatarında mexanik vəzifəsində işləmiş, 20.5.1979-cü ildən 15.5.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmiş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci ildən xx.xx.1996-cı ilə qədər Azərbaycan Dəmiryolları refrijerator qatarında mexanik, 6.1.1997-ci ildən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli ərizə ilə Azərbayca n Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, inzibati orqan sənədlərin yerində qarışılıqlı yoxlamasının, yəni Lənkəran Təmir Tikinti Sahəsində işləməsinin müəyyən edilməsinin mümkün olmamasını əsas gətirərək ona pensiyanın təyin edilməsində imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək onun 6.1.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktının təsdiq edilməsini xahiş etmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)-6765/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. DSMF-nin Masallı rayon şöbəsi tərəfindən qəbul edilmiş 629 №-li, xx.xx.2017ci il tarixli qərara əsasən iddiaçıya 10.4.2017-ci i l tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır. İddiaçıya təyin edilmiş ödəniş xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Cavabdeh inzibati orqan yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılmasını (ləğv edilməsini) iddiaçının əmək kitabçasında 1997-2005-ci illərdə Lənkəran Təmir-Tikinti İdarəsində işləməsi barədə qeydlərin olmasına baxmayaraq, işləməsini təsdiq edən möhür isə Lənkəran Yol təmirtikinti idarəsinə məxsus olduğu və Fondun Lənkəran şəhər şöbəsinin verdiyi məlumata əsasən Lənkəran Yol Təmir-Tikinti İdarəsinin 1999-2005-ci il tarixlərdə sosial-sığorta ödəyicisi olmaması səbəbindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.1-ci maddəsinə əsasən işçini işə götürən tərəfindən hesabl anmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti sığorta stajına daxil edilməsi ilə əsaslandırmışdır.

37. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş güzəştli pensiyanın dayandırılmasının əsasını 1997-2005-ci illərdə Lənkəran Təmir-Tikinti İdarəsində işləmədiyi dövrün mübahisələndirilməsi təşkil etmişdir.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-6765/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvv əyə minmişdir.

39. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təkzib edilmiş, eyni zamanda qeyd edilən qətnamənin ləğv edilməsi barədə hər hansı sənəd-sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir.

40. Məhkəmə Kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iş materiallarında olan arayışa (iş v.65) əsasən, iddiaçının çalışdığı vaqon deposunda refrijerator qatarının (seksiyasının) mexaniki peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.6.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ bölməsinin 23001000— 23598 şifrinə, həm də Azərbaycan Respub likası Nazirlər Kabinetinin 23.1.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü Bölməsində nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri peşəsinə uyğundur.

41. İddiaçının 1.1.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur.

42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir

43. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2482/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar