Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-726/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin icraata cəlb edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi” tə ləbinə dair inzibati iş üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş “üçüncü şəxs qismində cəlb edilmə barədə” ərizəyə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2-1(103)-3465/2022 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyriyaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 fevral 2019-cu il tarixli, 2-1(81)844/201 9 nömrəli qərarı ilə iddia təmin edilmiş və ünvan 1 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Həmin qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən, qərar qanuni qüvvəyə minmiş, icra olunmuş və nəticədə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq bununla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsində birinc i icraat
4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunduğu halda, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti işdə iştirak etməyə cəlb olunmamışdır. Belə ki, Universitetin ünvan 2 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi ərazi və tikililər onun balansındadır və dövlət mülkiyyəti hesab olunur. Sözügedən çıxarış və texniki pasport məhz Universitetə aid olan ərazidə yerləşən qeyri-yaşayış sahəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27 dekabr 2018ci il tarixli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Nəsimi rayonu, 719-cu məhəllədə, Azadlıq prospekti və D.Əliyeva küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun mövcud istifadə vəziyyətində ayrılması üçün torpaq sahəsinin ölçülərinə dair çizgi (qırmızı xətt) sənədinə birmərtəbəli tikilinin yerləşdiyi ərazi birmənalı olaraq Universitetə aiddir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsinin 7.1-ci bəndinin 2-ci abzasına əsasən Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əmlakının idarə ol unması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsas ən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Göstərilənlərə əsaslanaraq, məhkəmədən 2-1(81)-844/2019 saylı iş üzrə inzibati məhkəmə icraatına Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində cəlb olunması barədə qərardad çıxarılması xahiş olunur.
6. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(81)-844/2019 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “üçüncü şəxs qismində cəlb olunması barədə” ərizəsi rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, onun ərizəsi (vəsatəti) əsa sında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi o halda mümkündür ki, həmin məhkəmə qərarının ərizəçinin hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozması müəyyən edilmiş olsun. Lakin ərizəçi tərəfindən qeyri-yaşayış binasının yerləşdiyi 0,01768 ha torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istifadəsində olması barədə əsaslı sübut təqdim edilmədiyindən, bununla da mübahisələndirilən məhkəmə qərarının onun qanunla qorunan hüquq və maraqlarına toxunması müəyyən edilmədiyindən sonuncunun ərizəsinin (vəsatətinin) təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
8. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməs ini və onu maraqlarına toxunan şəxs kimi işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2-1(103)-2288/2021 nömrəli qərardadı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, H.Həmidov və E.Nağıyeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarına is tinadən qeyd etmişdir ki, Plenumun sözügedən qərarı baxımından birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərarına münasibətdə ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının müəyyənləşdirilməsi istiqamətində hərtərəfli araşdırma aparılmamış, mütəxəssis (ekspert) rəyi alınmamış, dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinin balans saxlayıcısı müəyyən edilməmişdir. c. Birinci instansiyası məhkəməsində ikinci icraat
11. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(81)-844/2019 saylı qərardadı ilə (hakim R.Kərimli) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “üçüncü şəxsin cəlb edilməsi barədə” ərizəsi rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mə rkəzindən alınmış 29 iyun 2022-ci il tarixli 10/403 nömrəli ekspertiza rəyində daşınmaz əmlakın dövlət reyestrində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 saylı iş üzrə 4 fevral 2019-cu il tarixli qərarı əsasında İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış qeyri-yaşayış obyektinin 1962-ci ildə səlahiyyətli qurum Bakı Şəhər XDS İK tərəfindən Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməməsi təsdiqini tapır. Nəzərə alınmalıdır ki, 29 iyun 2022-ci il tarixli ekspertiza rəyinin əsassızlığı ilə bağlı hər hansı xüsusat məhkəmə tərəfindən müəyyən edilməmişdir və bu rəydə əks olunanlar ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mübahisəli obyek tə münasibətdə hər hansı hüququnun olub-olmamasına qiymət verilməsi üçün yetərlidir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2-1(103)-3465/2022 nömrəli qərardadı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, A.Hüseynov və S.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(81)-844/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq yenidən ekspertizanın təyin edilməsi barədə vəsatətə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxi v İdarəsi Azərbaycan Respublikasının Dövlət Elm və X1 layihə əsasında ekspertiza keçirilmiş, ekspertiza əsasında “Azdövlətlayihə” tərəfindən 25 avqust 1962-ci il tarixdə verilmiş layihə planına əsasən İddiaçı mülkiyyətində olan tikilinin altında yerləşən torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsinin üst-üstə düşmədiyi, eyni zamanda, İddiaçı istifadəsində olan torpaq sahəsinin “Azdövlətlayihə” tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planında göstərilən Əzizbəyov adına Neft və Kimya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Odur ki, apellyasiya baxışı zamanı təqdim edilmiş 1961-ci il tarixli Bakı Şəhər Soveti Tikin ti və X3 tərəfindən tərtib edilmiş plan-sxem (təsdiq edilməmişdir) əsasında yenidən ekspertizanın keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
15. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Ərizəçi hesab etmişdir ki, qeyri-yaşayış obyektinin ərizəçiyə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməməsi barədə ekspertin təqdim etdiyi rəy əsassız, mötəbər hesab oluna bilməz. Məhkəmə təkrar ekspertizanın keçirilməsinin təmin edilməməsi barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Məhkəmələr tərəfindən ərizəçinin təqdim etdiyi sübutlara qiymət verilməmişdir. b. Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Müb ahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsi nə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
22. İşə baxan apellyasiya instansiyası məhkəməsi ərizəçinin üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsini təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən hesab etmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 29 iyun 2022-ci il tarixli 10/403 nömrəli ekspertiza rəyində daşınmaz əmlakın dövlət reyestrində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 saylı iş üzrə 4 fevral 2019-cu il tarixli qərarı əsasında İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış qeyri-yaşayış obyektinin 1962-ci ildə səlahiyyətli qurum Bakı Şəhər XDS İK tərəfindən Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməməsi təsdiqini tapır. Nəzərə alınmalıdır ki, 29 iyun 2022-ci il tarixli ekspertiza rəyinin əsassızlığı ilə bağlı hər hansı xüsusat müəyyən edilməmişdir.”
23. Həmçinin qeyd edilmişdir ki, qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması müəyy ən edilməməsini bildirmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir.
25. Belə ki, üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda, məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
26. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir.
27. Bu Qərarın 18-ci bəndində istinad olunmuş norma anlamında məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, üçüncü şə xs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.
28. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi ərizəçinin mübahisə edilən hüquq münasibətində birbaşa iştirak edib-etməməyi məsələsini lazımi qaydada araşdırmayıb.
29. Belə ki, mübahisələndirilən torpaq sahəsi dövlət torpağı olmaqla kimin balansında olması müəyyən edilməmiş, eləcə də həmin torpaq sahəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ayrılıbsa, ayrılması barədə inzibati aktın olub-olmaması araşdırılmamışdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir
31. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi müvafiq icra hakimiyyəti orqanına sorğu verərək iddiaçının mülkiyyətində olan ərizəçinin iddia etdiyi 140,2 kv.m. qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin kimin balansında olması müəyyən edilməli, həmçinin mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ayrılması barədə inzibati aktın olub-olmaması araşdırılmalı, bundan sonra ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilib-edilməməsi m əsələsinə hüquqi qiymət verilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 21(103)-3465/2022 nömrəli qərardadı ləğv edilsin. İş üzrə ərizəyə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.