Məhkəmə qərarları › İş №2-1(102)-727/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-727/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-727/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaçqın statusunun verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı X X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)308/20 21 saylı, 10 fevral 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22.05.1996-cı il təvəllüdlü milliyyətcə həzara, dini etiqadına görə islam (şiə) Əfqanıstan İslam Respublikası vətəndaşı iddiaçı 23.09.2019-cu ildə Azərbaycan Respublikasına gəlmiş, 14 oktyabr 2019-cu sığınacaq vəsatəti ilə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün cavabdeh tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir.

2. İddiaçı müsahibə zamanı təhsilli olmadığını, məktəbi 7-ci sinfə qədər oxuduğunu, məktəbə neçə yaşında getdiyini xatırlamadığını, Cağor idə “Əbdülqəffur Soltani” adına liseydə oxuduğunu, maddi imkansızlıq səbəbilə təhsilini yarımçıq qoyduğunu, xüsusi bir peşəsinin olmamasını, məktəbdə oxuyarkən atası ilə birlikdə dükanda işlədiyini, mağazanın atasına məxsus olduğunu, həmin dükanda qadın paltarlarını satqılarını, sonra 1387(2008)-ci ildə isə dükanı sataraq Pakistana, Kvetta şəhərinə köçdüyünü, orada 1 ay qaldığını, sonra atası ilə birlikdə İrana getdiklərini, Tehran şəhərində tikintidə fəhlə işlədiklərini, təxminən 3.5 il İranda qaldıqlarını, arada 1 ay Əhvazada da tikintidə fəhləlik etdiyini, yenidən İrana qayıtdığını, atasının ondan əvvəl Pakistana qayıtdığını, sənədlərini düzəldib Səudiyyə Ərəbistana getdiyini, onun isə Pakistana qayıdıb Kvetta şəhərində qadın paltarı dükanı açdığını, təxminən 6 il işlədiyi, təxminən 201 4-cü ilin sonlarında Naziani qaçırdığını, birlikdə Cağoriyə getdiklərini, təxminən 2 ilə Cağoridə, Sorxab və Gərdanesəng kəndində 2 il yaşadıqlarını, bu müddət ərzində heç bir işlə məşğul olmadığını, sonra Kabilə getdiklərini əslində qaynından qaçaraq gah Kabildə, gah da Cağoridə yaşadıqlarını, Kabildə də işləmədən yaşadıqlarını, 2 il Cağori və Kabildə yaşadıqdan sonra arvadı ilə birlikdə qanuni yolla pasport düzəldərək İrana getdiyini, Tehran şəhərində 2 ildən çox yaşadıqlarını, bu müddət ərzində tikintidə işlədiyini, lakin əfqan olduğu çün orada iranlılar tərəfindən təhqir olunduğunu, Azərbaycana gəlmək üçün İranı tərk edib Əfqanıstana qayıtdığını, orada işləmədiyini, pasportların vaxtı bitdiyi üçün onları əvəz edərək Azərbaycana gəldiklərini, evli olduqlarını, övladlarının olmadığını, 3 qardaş və 3 bacısının olduğunu, Azərbaycana onunla birlikdə arvadı Nazia və qaynanası Qulbəxtlə birlikdə gəldiyini, Azərbaycan Respublikasında yaşayan qohumlarının olmadığını, məcburi olmadığı üçün hərbi xidmətə çağırılmadığını, həbs olunmadığını, vətəndaşı olduğu ölkədə sonuncu yaşayış yerinin Cağori əyaləti, Sorxab kəndində olduğunu, 25.05.2019-cu ildə oranı qanuni qaydada tərk etdiyini, Azərbaycan Respublikasına gəlməzdən qabaq İran İslam Respublikasının Tehran şəhərində təxminən 3 aydan çox qaldıqlarını, qanuni qaydada avtomobillə Azərbaycan Respublikasına gəldiyini, ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyata alınmaqla arvadı Nazia, qaynanası Qulbəxt ilə yanaşı Nəjib Ahmadi ilə bir yerdə qaldığını, əvvəllər qaçqın statusu almaq üçün müraciət etmədiyini bildirmiş, “Əfqanıstanı niyə t ərk etmisiniz?” sualına “ Mən arvadımı qaçırdıb evləndiyim üçün qaynım bizi təhdid edirdi, deyirdi ki, əlimə keçsəniz həm səni, həm də arvadını öldürəcəyəm, bizim problemimiz yalnız budur, başqa problem olmadığı barədə cavab vermişdir.

3. Cavabdehin DMX İQ-07/2 saylı 16 yanvar 2020-ci il tarixli qərarı ilə ərizəçinin sığınacaq vəsatəti rədd edilmişdir.

4. İddiaçı cavabdehin qərarından inzibati qaydada şikayət vermiş, cavabdehin 11.03.2020-ci il tarixli qərarı ilə şikayəti rədd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 18 mart 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İQ-290/1 nömrəli 25 dekabr 2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qə rarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının 16 yanvar 2020-ci il tarixli vəsatətini təmin edərək ona və ailə üzvünə (arvadı, 22.05.1997-ci il təvəllüdlü X Nazia) qaçqın statusu verilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Qərarda fundamental səhvlərə yol verilmişdir. Dövlət Miqrasiya Xidməti işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühü m faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin mənsubiyyətinə görə (arvadının ailəsi tərəfindən təhdid edilmə) təqib edilməsi riskidir. Cavabdeh onun əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində i sə müəyyən edilmiş mühüm faktların işığında ona münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. İş üzrə mühüm faktlardan biri iddiaçının etnik/dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. Mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır. Müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar vacib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olmuş və ona verilməyən sualları əhatə etməmişdir. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikd ir və ziddiyyətli deyildir. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Dövlət Miqrasiya Xidməti iddia üçün əsas ola bilən elementləriərizəçinin etnik mənsubiyyətini, ərizəçinin arvadının ailəsinin razılıq vermədiyi halda onların evlənməsini, ərizəçinin arvadının ailəsi tərəfindən ərizəçinin və arvadının təqib edilməsi riski halları müəyyən və təhlil edilməmişdir. Bundan əlavə, ərizəçi həzaradır. Cavabdeh orqan ərizəçinin mənşə ölkəsi olan Qəzni vilayətində ümumi təhlükəsizlik vəziyyətini və dövlət müdafiəsinin olmamasını müəyyən etmək üçün mənşə ölkəsi məlumatlarına istinad etməmişdir. Ərizəçinin izahatları MOM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izah atları daxili və xarici mötəbərliyin tələbatını ödəyir və onun izahatları mötəbər sayılmalıdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-4149/2020 saylı iş) 19 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Göstərilən dəlilləri məhkəmə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “qaçqın” st atusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş İQ-07/2 nömrəli 16 yanvar 2020-ci il tarixli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarı qanuni və əsaslı hesab edir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehti yat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə əsaslı qərar qəbul edilmişdir.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X2 və X5, 2-1(103)-308/2021 saylı iş) 10 fevral 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

11. İddiaçı 23 fevral 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. İrqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altinda ol ması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMT QAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51-ci bəndi).

13. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onun izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilmə və araşdırılma aparılmayıb.

14. Cavabdeh iddiaçı ilə müsahibənin aparılmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bununla da “İnzibati icraat haqqında” Qanunun 10 və 26-cı maddələrinin p ozuntusuna yol verib.

15. Cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərar da əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə

1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən k ənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə

13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

20. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümləd ən 21(102)-3182/2019 saylı 10 dekabr 2019-cu il, 2-1(102)-2143/2020 saylı 25 noyabr 2020-ci il, 2-1(102)-366/2021 saylı 24 fevral 2021-ci il və 2-1(102)-535/2021 saylı 31 mart 2021-ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən imtina barədə cavabdehin hərəkətləri qanuni hesab edilmişdir.

21. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsiz liyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

22. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddiaçının əsas dəlili ondan ibarətdir ki, Əfqanıstan vətəndaşıdır, arvadının ailəsinin razılığı olmadan qaçıraraq onunla evlənmiş, bu səbəbdən qaynı tərəfindən təqibə məruz qalmışdır. Əfqanıstanda təqib riski altındadır, nəzərə alınsa ki, hazara olduğuna görə ölkəsində anti-hazara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır və həyatı üçün təhlükə olduğundan vətənini tərk etmək qərarına gəlmişdir.

26. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

27. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, c avabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi?

28. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, boşandığına görə ölkəsində təqib və təhdid olunacağını bildirmişdir.

29. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa q oşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.

30. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir.

31. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır.

32. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı tə qib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər.

33. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kasasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir.

34. İddiaçının gətirdiyi dəlillər onu n vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz.

35. Bəhs olunanlara əsasən kasasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur.

36. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

37. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-308/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar