Məhkəmə qərarları › İş №2-1(102)-727/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-727/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-727/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: nikahın pozulması haqqında akt qeydinin etibarsız hesab edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “nikahın pozulması haqqında akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2021-ci il tarixli, 2-1(103)-1068/2021 nömrəli qərardadından Rəhimova Arzu Nüsrət qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qayd asında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X4 ilə İddiaçı 31 dekabr 1981-ci il tarixdə nikaha daxil olmuşlar.

2. X4 ilə İddiaçı nikahı Yasamal rayon Məhkəməsinin 2-1069/1998 saylı, 15 fevral 1999-cu il tarixli qərarına əsasən 24 fevral 2005-ci il tarixdə Cavabdeh 63 saylı akt qeydinə əsasən pozulmuşdur.

3. Cavabdehndə qeydə alınmış 10 aprel 2019-cu il tarixli, 107 saylı akta əsasən X4 14 mart 2019-cu il tarixdə ölmüşdür. İşdə olan Cavabdeh tərəfindən verilmiş AZ-İ seriyalı, 056189 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X1 nikahı ləğv edilmişdir.

4. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş 21 yanvar 2020-ci itlarixli, 05/76-138/15 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi b arədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, nikahın pozulması haqqında Cavabdeh tərəfindən aparılmış 24 fevral 2005-ci il tarixli, 63 nömrəli akt qeydinin etibarsız sayılaraq ləğv edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 dekabr 1981-ci ildə X4 ilə Xəzər rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. Həmin nikah 24 fevral 2005-ci il tarixdə 63 nömrəli nikahın pozulması aktı ilə qeyri-qanuni olaraq pozulmuşdur. Hansı əsaslarla nikahın pozulduğu barədə cavabdehə müraciət etmiş, ona nikahın Yasamal Rayon Məhkəməsinin 15 fevral 1999-cu il tarixli, 2-1069/98 saylı qətnaməsinə əsasən pozulduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə həmin məhkəmə qətnaməsini əldə etmək üçün müraciət etmişdir. Mərkəzi Arxivdən ona təqdim edilən 27 dekabr 2019-cu il tarixli, 10/392 saylı məktubla rəsmi cavab verilmiş və ona 1998-2003-cü illəri əhatə edən mülki işlərin əlifba göstəricisində X2 Həmidova (Məhərrəmova) Larisa Maxbaevnaya qarşı “nikahın ləğvinə” dair mülki iddianın adının keçmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.4-cü maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıq da, nikah məhkəmə qaydasında pozulur. Həmin Qaydanın 5.8.1-ci maddəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən həyata keçirilir. Həmin qətnamə arxivdə tapılmadığı üçün nikahın pozulması haqqında akt qeydi qeyri-qanuni tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarəllərinə verilir.

7. Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(112)-2880/2020 saylı (hakim A.Abdullayeva) qərarı ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən tərtib edilmiş 24 fevral 2005-ci il tarixli, 63 nömrəli nikahın pozulması haqqında akt qeydinin etibarsız sayılaraq ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə X2 nikahının pozulmasına əsas olan Yasamal Rayon Məhkəməsini 15 fevral 1999-cu il tarixli, 2-1069/1998-ci il saylı qərarı aş kar olunmamış, eləcə də, 1998-2006-cı illəri əhatə edən mülki işlərin əlifba göstəricilərində X4 ilə Həmidova (Məhərrəmova) Larisa Maxbaevnanın nikahının ləğvinə dair mülki iddia qeydiyyatdan keçməmişdir. Qanunvericiliyin normalarından və işin hallarından göründüyü kimi, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulmalı olduğundan, iddiaçının nikahının pozulmasına əsas isə məhkəmə qərarı olduğundan, lakin faktiki olaraq belə bir məhkəmə qərarı mövcud olmadığından və eləcə də, iddiaçı ilə X4 arasında nikahın ləğvinə dair mülki iddia qeydiyyatdan keçmədiyindən, cavabdehin imtinası əsassız olmaqla hazırkı iddia tələbi əsaslıdır.

9. X3 və Rəhimova Arzu Nüsrət qızı apellyasiya şikayəti verərək qəra rın ləğv edilməsini xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2021-ci il tarixli, 21(103)-1068/2021 nömrəli qərardadı ilə (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, A.Nuriyeva və S.Bəktaşi) apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

11. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırda qərar iş üzrə tərəf olmayan, həmçinin üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmamış X3 və Rəhimova Arzu Nüsrət qızı tərəfindən mübahisələndirilmiş, lakin sonuncular belə bir səlahiyyətə malik olmalarına dair sübut təqdim etməmişlər.

12. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki qanunvericiliyin normalarına əsasən məhkəmə qərarla rından yalnız iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər. Bu mənada şikayət vermiş şəxslər X3 və Rəhimova Arzu Nüsrət qızına üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir.

13. Rəhimova Arzu Nüsrət qızı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏT BİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni q ərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının təl əblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil ed ir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, H. Həmidzadə və A. Rəhimova hazırkı iş üzrə məhkəmə icraatında tərəf və ya üçüncü şəxs qismində iştirak etməmişlər. İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Hazırkı mübahisəyə münasibətdə H.Həmidzadə v ə A.Rəhimova inzibati məhkəmə icraatının iştirakçıları olmadıqlarına görə yuxarıda istinad olunan normalara əsasən qeyd olunan məhkəmə qərarını apelyasiya qaydasında mübahisələndirmək səlahiyyətinə malik deyildirlər. Apelyasiya məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2021-ci il tarixli, 2-1(103)-1068/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar