Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-727/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2191/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanının yaxınlığında yerləşən birmərtəb əli fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 2-1(112)-3048/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur.
5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
6. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.C.Kazımov) 2-1(103)-2191/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2191/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixl i qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2191/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verməsi üçün iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
11. Cavabdehin kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gün dən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçin in bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xə taların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.
13. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalıdır.
14. Belə ki,cavabdehin kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilməmişdir.
15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2022-ci il tarixli 2-1(103)2191/2022 saylı qərardadı 18 noyabr 2022-ci il tarixdə təqdim olunmuşdur. Bundan sonra məhkəmə qərardadına əsasən iddiaçı dövlət vəsaiti hesabına vəkillə təmin olunmuş, xx.xx.2022-ci il tarixdə ona hüquqi yardım göstərilməsi üçün vəkil orderi yazılmışdır. Lakin həmin qərardaddan kassasiya şikayəti 6 yanvar 2023-cü il tarixində, yəni qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddət keçdikdən sonra verilmişdir.
16. Bununla bağlı, Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 2 mart 2023-cü il tarixli bildi rişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə tarixinin təyin olunduğu vaxtadək (xx.xx.2023-cü il) həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda, kassasiya şikayətinin mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, iddiaçı qeyd olunan tarixədək kassasiya şikayəti verilməsi üçün müddətin buraxılmadığına dair sübut, o cümlədən müddətin bərpasına dair əsaslandırılmış ərizə (vəsatət) təqdim etməmişdir.
17. İddiaçının vəkili elektron kabinet vasitəsi ilə məhkəməyə İTS.GOV.AZ saytından ona ünvanlanmış mesajı təqdim etmişdir. Həmin mesajda bildirilir ki, Vəkil (iddiaçının vəkili) xx.xx.2022-ci il tarixində Covid-19 ilə bağlı verdiyi testin nəticəsi pozitivdir, xahiş olunur ki, yaşayış yerini tərk etməsin, karantin rejımini pozduğu təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilər.
18. Məhkəmə kollegiyası iddiaçının vəkilinin təqdim etdiyi bu mesaja hüquqi qiymət verilməsinə lüzum görmür. Belə ki, bu mesajda qeyd edilən məlumat (iddiaçının vəkilinin Covid-19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması) kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Yalnız müddət bərpası barədə ərizə (vəsatət) verildiyi halda bu məlumat müddətin üzürlü səbəblərdən ötürülüb-ötürülmədiyini müəyyən etmək üçün sübut kimi qiymətləndirilə bilərdi. Lakin qeyd edildiyi kimi, müvafiq məhkəmə bildirişi göndərilməklə iddiaçıya və onun vəkilinə bu barədə məlumat verilməsinə baxmayaraq, buraxılmış prosesual müddə tin bərpası barədə ərizə (vəsatət) verilməmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti müddət ötürülməklə verildiyindən, həmin şikayət üzrə kassasiya icraatının mümkün sayılması üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual əsaslar mövcud deyil. Odur ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 21(103)-2191/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.