Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-728/2019 05.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili NVəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1388/2018 saylı iş üzrə 02 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ƏSVİRİ HİSSƏ Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və Nikolay Qriqoryeviç Stoletovlar adına Vladimirski Universiteti tərəfindən İddiaçı adına verilmiş 103324 ******* saylı, 30.06.2016-ci il tarixli ali təhsil haqqında sənəddə tədrisin müddəti 2012-2016-cı illər qeyd olunmaqla Hüquqşunaslıq ixtisası üzrə tam kursu bitirdiyi göstərilmişdir. İddiaçı həmin diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 855/ANİ saylı, 13 mart 2017-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən ed ilməsi (nostrifikasiya) Qaydalar, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsi (ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınmas ıilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsi (Qiymətləndirmə meyarları) və İzahedici Memarandumun 36 və 37-ci paraqrafları rəhbər tutulmaqla iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığının müəyyən olunduğuna istinadla diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı haz ırkı tələblə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-293/2018 saylı, 25 yanvar 2018ci il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia tələbi təmin edilərək İddiaçı Rusiya Federasiyası Vladimir Dövlət Universiteti tərəfindən verilmiş 30.06.2016-cı il tarixli ****** ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının ali təhsil aldığı məktəbin normativi üzrə orada qiyabi formada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçın ın buna riayət etmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı 5 il qiyabi təhsil almaq əvəzinə cəmi 4 il qiyabi təhsil almışdır. Bu da diploma əlavədəki olan qeydlərlə uyğun gəlmir. Göründüyü kimi qeyd edilən ali təhsil müddətinin diplomunda göstərilən normativ müddətin tələblərinə faktiki riayət edilməmişdir. Həmçinin iddiaçının tədris dilini bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına qoyur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1388/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və M.N.Tağızadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul olunmaq la iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublika sı və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom müvafiq olaraq hər iki dövlətdə tanınır. Sözügedən Saziş təsdiq edildiyindən cavabdeh tərəfindən həmin ölkədə təhsil almış iddiaçıya münasibətdə diplomun tanınması və ekvivalentl ik barədə şəhadətnamə verilməsi üçün ekspertiza keçirilməsinə zərurət olmamışdır. Bundan başqa, Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən İddiaçı verilmiş 30 iyun 16-cı il tarixli diploma apostil vurulmaqla həmin ölkədə qanuniliyi tanınmışdır. Cavabdehin iddiaçının bilik səviyyəsini hansı səviyyədə mənimsənilməsi ilə bağlı qənaəti onun öz səlahiyyət həddini aşdığını göstərir. Belə ki, iddiaçının tədris dili üzrə bilikləri hansı səviyyədə mənimsənilməsi məsələsinə artıq təhsil aldığı ölkədə qiymət verilmişdir. Bu məsələ Təhsil Nazirliyinin səlahiyyətlərinə aid məsələ deyildir. İddiaçının bilikləri təhsil aldığı müəssisənin səlahiyyətli çərçivəsində qiymətləndirilmiş və buna dair ona diplom verilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətin in məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Res publikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblər inin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dair özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qiyabi təhsilini 4 il müddətində almışdır və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bundan başqa, iddiaçı Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və Nikolay Qriqoryeviç Stoletovlar adına Vladimirski Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, işin hallarından göründüyü kimi cavabdeh diskresion səlahiyyətlər çərçivəsində hərəkət edərək ekspertiza keçirmiş və iddiaçının tədris olunan ixtisasın mənimsənilməsi üçün təhsil aldığı tədris dilini yaxşı mənimsəməməsi səbəbindən diplom üzrə ixtisası tanımaqdan imtina etmişdir. Koll egiya hesab edir ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyul an tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Kollegiya həmçinin vurğulamağı zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə təhsilin dövlət standartları əsasında aparılan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı da həmin hal öz təsdiqini tapmışdır. Kollegiya bununla bağlı cavabdehin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının tədris dilini tam səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsini ciddi şəkildə şübhə altına alır, bu isə onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına c avab vermədiyi qənaətinə gəlmək üçün yetərli əsas təşkil edir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1388/2018 saylı iş üzrə 02 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-728/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-728/2019
05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver