Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-728/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə (Açar söz: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı, cavabdehin vəkili iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı müavinatın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2-1(103)-2846/2019 saylı 04 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Buna görə də, ona 27 mart 2019-cu il tarixində ***** nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən müavinət təyin edilmişdir. İddiaçı cavabdeh şöbəyə müraciət edərək müharibə veteranı vəsiqəsini aldıqdan sonra müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin təyin edilməsi və həmin tarixədək almadığı müavinətin ona birdəfəlik olaraq ödənilməsini xahiş etmiş, lakin cavabdeh 17 may 2019-cu il tarixli imt ina məktubu ilə bildirmişdir ki, müavinətin veteran vəsiqəsi təqdim edildiyi tarixdən əvvəli üç il üçün ödənilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun deyil. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin indiyə qədər ödənilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi vəzifəsini DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmin Məhkəmənin15 iyul 2019-cu il tarixli, 2-1(81)-2828/2019 saylı qərardadı ilə hazırki iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin 27 mart 2016cı ildən 27 mart 2019-cu il tarixinədək olan dövr üzrə hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddia tələbi qeyd olunan formada dəyişdirilmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2-1(82)3085/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2-1(82)3085/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2846/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarı ilə şika yət təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2-1(82)-3085/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçıya müharibə veteranı olduğu 27 mart 2019-cu il tarixindən əvvəlki 3 il müddəti üçün müavinatın hesablanaraq ödənilməsi qanunauyğundur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2846/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə müvafiq vəsiqənin verilmə tarixi ilə müavinət almaq barədə müraciətin tarixi arasında 3 il və ya daha çox müddət olduğu təqdirdə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” qeyd-şərtinə əsasən müraciətdən əvvəlki üç ilə görə müavinət ödənilməsi tələb edilə bilər. Hazırki iş üzrə isə iddiaçıya müvafiq vəsiqə 27 mart 2019-cu il tarixində verilmişdir və müavinət də həmin vaxtdan təyin edilmişdir. Kassator, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2846/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı Idiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin olunmasını və iddianın rədd edil məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2846/2019 saylı, 04 dekabr 2019cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 27 mart 2019-cu ildə verilmiş, cavabdeh iddiaçıya sosial müavinətin təyin edildiyi 27 mart 2019-cu il tarixindən əvvəlki 3 il üçün müavinəti ödəməkdən imtina etmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etməsi, bu əsasla iddiaçıya 27 mart 2019-cu il tarixində müharibə veteranı vəsiqəsi verilməsi işin mübahisəsiz hallarına aiddir. İşin yeganə mübahisələndirilən halı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin nə vaxtdan ödənilməsidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdaf iə Nazirinin 4 saylı 06 yanvar 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırki iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, h azırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 27 mart 2019-cu il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmişdir. Belə olan halda, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2846/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-728/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-728/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver