Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-728/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: (qanunsuz tikintinin sökülməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı qanunsuz tikintinin sökülməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2-1(103)-1842/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıda kı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı qanunsuz tikintinin sökülməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməyə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat:
2. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4916/2020 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarına əsaslanmış dır.
4. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat:
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1842/20 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Namiq Cəfərov) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Şəhərsal ma və Tikinti Məcəlləsinin 95.2, 95.3, 95.5-ci maddələrinə, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 04 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarına əsaslanmışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri:
7. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bənd inə əsasən ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Cavabdeh həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Cavabdeh qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, sadalanan maddi hüquq normalarının tələbləri baxımından FHN tikintinin sökülməsinə məsul olduğu halda və bunun üçün müvafiq iddia qaldırılması öhdəliyini daşıdığından cavabdeh qismində hazırkı icraatda haqlı olaraq iştirak etməli və İddiaçının iddiası bu səbəbdən mümkün sayılmalıdır. Bunun üçün digər səbəb isə FHN-nın hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırılmışdır.
8. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1842/20 nömrəli qərardadının ləğv edilməsini və işə baxılmasını mümkün sayılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
10. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( xx xxxx 2021-ci ildə müvafiq b ildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
11. İddiaçı kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
12. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yal nız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
14. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
15. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmiş dir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur.
16. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şər tləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilmə sinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
17. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığ ının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmadığı üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.
18. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Azərbaycan Respublikasi Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Biliriyinin 0/336 saylı xx xxxx 2017-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Biliriyinin 52 saylı MKİS-nin rəhbərliyinin və X2 qeyri-qanuni hərəkətlərinin araşdırılması barədə X1 müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, 52 saylı MKİSin xx.xx.2017-ci il tarixli aktına əsasən onun yaşadığı ev 2 otaqdan ibarət xüsusi mülkiyyətə aid olmaqla, 3 otaqlı yaşayış sahəsi 40.5 kv.m, ümumi sahəsi 59 kv.m-dir. A zərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya xxx saylı xx.xx.2008-ci il tarixli çıxarışa əsasən 3 otaqlı xüsusi mülkün, yaşayış sahəsi 10 kv.m olan 1 payı xxx, digər hissəsi, yəni yaşayış sahəsi 30.5 kv.m olan 2-ci pay qonşusu, vətəndaş X5 məxsusdur. Hal-hazırda ümumi sahəsi 18.5 kv.m olan ümumi istifadə üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsindən istifadə olunması ilə bağlı xxx qonşusu xxx arasında mübahisəli münaqişə yaranmışdır. Ona görə də, münaqişənin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur.
19. Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyinin 37/V-01850 saylı xx xxxxxx 2017-ci il tarixli məktubuna əsasən xxx qonşusu X6 ilə aralarında olan mübahisəli məsələ ilə bağlı Cavabdehnə ünvanladığı xx xxxx 2017-ci il tarixli müraciəti mütəxəssislər tərəfindən yerində araşdırılmış və bildirilmişdir ki, müvafiq tədbirinin görülməsi üçün tərəflərindən Nəsimi rayon İcra Hakimiyyətinə xx xxxx 2017-ci il tarixli məktub ünvanlanmışdır.
20. İş materiallarında iddiaçının cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “qanunsuz tikintinin sökülməsi” tələbinə dair iddiası üzrə cavabdeh orqana müvafiq rəsmi müraciət etməsi halı müəyyən edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya “hüquqi yardım” göstərilməsi məqsədilə məktub ünvanlanaraq izah olunmuşdu ki, hazırkı mübahisə üzrə iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin cavabdeh orqanlara olunan müraciətlər və müraciətlərə verilmiş cavab məktublarının təqdim olunması zəruridir. Buna baxmayaraq iddiaçı tərəfindən nə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq ərizə, nə də inzibati orqana iddia ilə bağlı müvafiq müraciət ünvanlamasını, bu müraciətə hansı məzmunda münasibət bilidirməsini əks etdirən cavab məktubları təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia qeyri-mümkün sayılmış və ona istinad edilmişdir ki, cavabdeh qismində qoyulmuş Azərbaycan Respublikası Cavabdeh onun Əsasnaməsinə görə tikinti işlərinin aparılması və sökülməsi fəaliyyəti istiqamətində ümumiyyətlə fəaliyyət göstərmir, həmçinin iddiaçının mübahisələndirdiyi tikili vətəndaş X4 məxsusdur.
21. İş materillarından görünür ki, hazırkı iş üzrə iddia fiziki şəxs olan İddiaçı tərəfindən verilmişdir. İddiaçı cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə verdiyi iddianın mü mkün sayılması üçün isə əsas şərt həmin inzibati orqana müraciət etməsi və onun bu müraciətinə münasibət bildirilməsidir. İnzibati məhkəmə icraatı zamanı iddiaçı onun qanunla qorunan hüquqlarının pozulmasını iddia etdiyi tikilinin sökülməsi ilə bağlı maraqlı şəxs olaraq Azərbaycan Respublikasının Cavabdehnə müraciət etməsi və sonuncunun bu müraciətinə münasibətdə müvafiq cavab məktubları verdiyini sübuta yetirə bilməmişdir. Bununla da iddiaçı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir.
22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin “Tikinti obyektlərinin sökülməsi” adlanan 95-ci maddəsinin 1-ci bəndində tikintisi başa çatmış v ə ya çatmamış tikinti obyekti və ya onun hissəsinin hansı hallarda sökülməsi göstərilmişdir.
23. Həmin Məcəllənin 95.2 və 95.3-cü maddələrinin tələblərinə görə yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı (AR Cavabdeh) tərəfindən qəbul edilir. Həmin qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmçinin digər hallarda müvafiq icra hakimiyyəti orqanı (AR Cavabdeh) tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.
24. Həmin Məcəllənin 95.5-ci maddəsinə əsasən sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qu rum) tərəfindən sökülür.
25. Həmçinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 04 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. ŞTM-nin 95.3-cü maddəsinə əsasən həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «m üvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Cavabdeh həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Cavabdeh qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğundundur.
27. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində özü qeyd etmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Cavabdeh həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Cavabdeh qaldıra bilər.
28. Hazırkı halda isə inzibati orqanın hər hansı bir qərarı mövcud deyil ki, iddiaçının hüquqları pozulmuş olsun.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzib ati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 21( 103)-1842/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.