Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-728/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən h esablanması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3069/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı ona 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması barədə iddia ərizə si ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 nömrəli, 19 avqust 2014-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçının 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək və xx.xx.2010-cu ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, eyni zamanda yeni açılmış hallara dair ərizə verərək icraatın təzələnməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)932/2020 nömrəli, 18 mart 2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2713/2019 nömrəli, 19 avqust 2014-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmiş və iş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 18 mart 2020-ci il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətini icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzi bati Kollegiyasının 21(102)- 1692/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)932/2020 nömrəli, 18 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə icraatının təzələnməsi barədə qərar qəbul edilməsini, ərizəçi DSMF-nin Suraxanı rayon şöbəsinin əsl ərizəçi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir.
8. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı rəsmi məlumatlara əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 1 ünvanında, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Massivi, döngə 6 ünvanında, xx.xx.2016-cı il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olduğu halda pensiya təyin edilən zaman Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi Şöbədə qeydiyyatdan keçirilmişdir ki, bununla da Şöbə tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanunun 30.1-ci bəndinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlardan məhkəməyə təqdim edilmiş sənədlərdən belə nəticəyə gəlmək olar ki, şəxsiyyət vəsiqəsi saxtalaşdırılmışdır. Pensiy a işinə əlavə edilmiş saxtalaşdırılması ehtimal olunan "xxxx" ASC-nin Tikinti Hissələri Zavodu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 04-KŞ nömrəli arayışda xx.xx.1975-xx.xx.1996-cı illərdə İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi göstərilmişdir. Habelə, pensiya hesablanması zamanı nəzərə alınmış və Azərnəqliyyatyoltikinti ASC-nin 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin dairəvi möhürü ilə təsdiq olunmuş 2003-2005-ci illərin əmək haqqı arayışı üçün zəruri olan məcburi dövlət sosial sığorta haqları barədə arayış Şöbə tərəfindən məhkəməyə təqdim olunması üçün Fondun müvafiq yerli qurumlarından alınmamışdır. Həmçinin, İddiaçı pensiya işində olan notarial qaydada təsdiq olunmuş hərbi biletin surətində onun 1988-ci ilədək Xankəndində qeydiyyatda olduğu göstərilmi şdir. Halbuki, pensiya işinə əlavə olunmuş əmək kitabçasında onun 1975-2003-cü illərdə "xxxx" ASC-nin Tikinti Hissələri Zavodunda işləməsi qeyd olunmuşdur. Bu fakt əmək kitabçasının sonradan yazıldığını təsdiq edir. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymət verilməsi məqsədilə tərəfindən müvafiq materiallar AR Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır.
9. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(82)2713/2021 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərardadı ilə ərizənin təmin edilməsi, iddiaçıya 55 yaşından güzəş tli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq xx.xx.2008-ci ildən xx.xx.2010-ci ilədək və xx.xx.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, 19 avqust 2014-cü il tarixli qərarının ləğv edilməsi, məhkəmə qərarının icrasının dayandırılması, hazırkı işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd edir ki, AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə sorğu əsasında təqdim olunan 17 dekabr 2020-ci il tarixli 018-13064-1220 saylı məktubdan müəyyən edilir ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xx.xx.20 00-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 1, döngə 1, ev 24-də, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Massivi, döngə 6-da yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2016-cı il tarixdən hal-hazıradək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 1, döngə 1, ev 24-də qeydiyyatdadır. İddiaçı xx.xx.2000-ci ildən əvvəl ölkə ərazisində qeydiyyatı barədə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində məlumat müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi Şöbədə qeydiyyatdan keçirilmişdir. Həmçinin pensiyanın təyin edilməsinə əsasən verən müvafiq sən ədlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan, DSMF tərəfindən cinayət faktlarına dair araşdırmanın aparılması üçün AR Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmiş, daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi başlanılmışdır. Göründüyü kimi sadalanan xüsusatlar əsasında məhkəmə tərəfindən həmin halların yenidən araşdırılması üçün əsas yaradır
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-3069/2021 nömrəli (hakimlər Aida Hüseyn-sədrlik edən və məruzəçi, Azər Hüseynov və Səadət Bəktaşi) qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsinin mümkün sayılmaması qərara alınmışdır.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən cinayət faktlarına dair araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılması yeni açılmış hallar üçün ondan asılı olmayan səbəb deyildir. Bu hal sadəcə Dövlət orqanı əməkdaşlarının əməllərində cinayətin əlamətləri olduğundan müvafiq cinayət işi nin açılmasını təsdiq edən haldır. Həmçinin məhkəmə qərarının icrasının dayandırılması üçün yalnız ərizə (vəsatət) olmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən belə bir ərizə məhkəməyə daxil olmamışdır.
14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 4 ünvanında, xx.xx.2015- ci il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, Suraxanı rayon u, Qaraçuxur qəsəbəsi, Şərq massivi, döngə 6-da, xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olduğu halda pensiya təyin edilən zaman Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ona pensiya təyin edilməsi barədə ərizəsi şöbədə qeydiyyatdan keçirilmişdir. İddiaçının pensiya işinə əlavə edilmiş saxtalaşdırıldığı ehtimal edilən "xxxx" ASC-nin Tikinti hissələri zavodu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 04-KŞ nömrəli arayışda xx.xx.1975-xx.xx.1996-cı il tarixlərdə İddiaçı güzəştli şərtlərə yaşa görə pensiya hüququ yaradan işlərdə işlədiyi qeyd edilmişdir. Eyni zamanda pensiya hesablanarkən nəzərə alınmış və "xxxx" ASC-nin 3 saylı üzən tikinti quraşdırma dəstəsinin dairəvi möhürü ilə təsdiq edilmiş 2003-2005-ci illərə dair əməkhaqqı arayışı üçün zəruri olan məcburi dövlət sosial sığorta haqları barədə arayış Şöbə tərəfindən məhkəməyə təqdim edilməsi üçün yerli qurumlardan alınmamışdır. Həmçinin İddiaçı notarial qaydada təsdiq edilmiş hərbi biletin surətində onun 1988-ci il tarixədək Xankəndində qeydiyyatda olduğu göstərilmişdir. İddiaçı sənədlərin saxtalaşdırılması yolu ilə pensiya təyin edilməsi faktına hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılaraq istintaq aparılır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahat ları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarl a bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhk əmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı ic raat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental va cib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin qanunvericiliyin tərəfin təqsiri ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tət biqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
23. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
25. Bu qərarın 16-cı bəndində istinad edilən normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsin ə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
26. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, 19 avqust 2014-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Qeyd olunan məhkəmə qərarının surəti xx.xx.2014-cü ildə cavabdehin nümayəndəsi tərəfindən şəxsən qəbzə imza etməklə qəbul edilmiş, qərar icra edilməsi üçün xx.xx.2014-cü il tarixdə göndərilmiş, xx.xx.2014-cü ildə qərardan çıxarış cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2713/2014 saylı, 19 avqust 2014-cü il tarixli qərarına yeni açılmış hallar əsasında yenidən baxılması və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
27. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, 19 avqust 2014-cü il tarixli qərarının icra edildiyi gündən 5 ildən çox olan müddət keçmişdir.
28. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Nəzərə alınmalıdır ki, müddətin buraxılması da ərizəçinin məsuliyyət sferasına aiddir. Həmçinin yeni açılmış hallarla bağlı icraatın təz ələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
29. Cavabdehin yeni açılmış hallarla bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallardan ərizədə qeyd edilən halların ilkin məhkəmə araşdırmalarının predmeti olduğu və onlara məhkəmə tərəfindən hüquqi qiymət verildiyi müəyyən edilmişdir. Bu baxımdan həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həm çinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz.
30. Həmçinin apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, ərizədə iş üzrə icraatın təzələnməsi üçün əsas kimi göstərilmiş – İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılması faktları üzrə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
31. Beləliklə, icraatın təzələnməsi barədə ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvv əyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz.
32. Məhkəmə kollegiyası hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 21(103)-3069/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qəra