Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-728/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (elmi dərəcəsinə görə aylıq təqaüdün bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1953-cü il, FİN xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi ş əxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyətinin sığorta stajına əlavə edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2776/2022 nömrəli iş üzrə 17 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1971-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, xx.xx.1976-cı ildə orada iqtisadi məlumatların mexaniki üsulla işlənməsinin təşkili ixtisası üzrə tam kursu bitirmişdir.
2. İddiaçı xx.xx.1976-cı ildə “Myasomolprom” AİSXKB-nun Qafqaz şöbəsində OASU istehsal sektoruna mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə maşın daşıyıcılarda informasiya hazırlanması texnologiyası qrupunun baş mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu ildə əməyin yeni ödəniş şərtlərinə keçidlə OASU istehsal sektoruna mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci ildə həmin sektorun baş mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə operativ informasiya emalı texnologiyası qrupuna həmin vəzifəyə keçirilmiş, xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə Bakkopitexnikumda texnikumun qiyabi şöbəsinə metodist təyin olunmuş, İddiaçı xx.xx.1985-ci ildə iqtisadi elmlər namizədi elmi dərəcəsi verilmişdir. xx.xx.1989-cu ildə “Markisizm-leninizmin əsası” fənni üzrə müəllim keçirilmiş, xx.xx.1990-cı ildə “Molodoy kooperator” Bakuçitorq birliyinin metod kabinetinin müəllimi keçirilmiş, xx.xx.1990 -cı ildə planlı uçot şöbəsinin müvəqqəti müdiri vəzifəsinə keçirilmiş, xx.xx.1992- ci ildə menecerlər məktəbinin tədris işi üzrə baş direktor müavini vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildə pedaqoq vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmişdir. xx.xx.2003-cü ildə Dağıstan Dövlət Universitetinə (Bakı filialına) baş müəllim vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci ildə Dağıstan Dövlət Universitetinin bağlanması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2007-ci ildə "xxxx" MTK-da icraçı direktor vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə Azərbaycan Kooperasiya Universitetində İqtisadi nəzəriyyə kafedrasına baş müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir.
3. Əmək müqaviləsinə xitam veril məsi ilə bağlı əmək müqaviləsi bildirişinə "xxxx" MTK ilə iddiaçı arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanmış və xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir.
4. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək elmlər namizədi adına görə prezident təqaüdünün təyin edilməsini xahiş etmiş, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli pensiya təqaüdünün təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Həmin Fərmana əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxs lərə verilir. Təqdim etdiyiniz xx.xx.1976-cı il tarixli əmək kitabçanıza əsasən sizin elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajınız qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün sizə həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən vətəndaş müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən əsa s iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1971-1976-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alaraq, həmin institutu fərqlənmə (qırmızı) diplom ilə bitirmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərittifaqın Bakı Kooperativ Texnikumunda (Bakı Biznes və Kooperasiya Kolleci) müəllim vəzifəsində işləmişdir. Eyni zamanda 1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun aspiranturasının qiyabi şö bəsinə daxil olmuş və 1985-ci ildə aspiranturanı bitirdikdən sonra elmi işini Azərbaycan SSR X1 İnstitutunun nəzdində olan elmi sovetdə müdafiə edərək iqtisad elmləri üzrə xx.xx.1985-ci il tarixli, 020123 nömrəli diplomla iqtisad elmlər namizədi adına layiq görülmüşdür. xx.xx.2003-cü il tarixdə Dağıstan Dövlət Universitetinin Bakı filialına baş müəllim vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci il tarixdə universitetin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.2011-xx.xx.2014-cü illərdə Azərbaycan Kooperasiya Universitetində baş müəllim vəzifəsində işləmişdir. 2016-cı ildə 63 yaşı tamam olduğu üçün əmək pensiyası hüququ yaranmış, təyin olunmuş əmək pensiyasından əlavə olaraq təhsil müəssisələrində 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən şəxslər üçün nəzərdə tutulan 120 manat m əbləğində təqaüd də ona təyin olunmuşdur. 2016-cı ildən xx.xx.2020ci il tarixədək əmək pensiyasından əlavə olaraq elmi dərəcəsi olan şəxslər üçün nəzərdə tutulan 120 manat məbləğində pensiya əlavəsini almışdır. Zərurətlə əlaqədar xx.xx.2020-ci il tarixdə "xxxx" MTK-da işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixə qədər orada çalışmışdır. "xxxx" MTK-da işə qəbul olunan vaxtdan elmi dərəcəsi olan şəxslər üçün nəzərdə tutulan 120 manat məbləğində pensiya əlavəsi kəsilmişdir. xx.xx.2021-ci tarixdə MTK-dan işdən çıxdıqdan sonra isə pensiya əlavəsi bərpa olunmalı olduğu halda bərpa olunmamışdır. Bununla bağlı tərəfindən cavabdeh inzibati orqana müvafiq ərizə ilə müraciət olunaraq təhsil müəssisələrində 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən şəxslər üçün nəzərdə tutulan, 2016-cı ildən xx.xx.20 20-ci il tarixə qədər ona ödənilmiş pensiya əlavəsinin bərpa olunması xahiş olunmuşdur. Müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialında baxılmış, cavabdeh inzibati orqan tərəfindən ona **********1 nömrəli, xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir ki, təqdim etdiyiniz xx.xx.1976-cı il tarixli əmək kitabçasına əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajınız qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün sizə həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh orqanın təyin olunmuş təqaüdün ödənişini bərpa etməməsi hüquqlarını pozduğundan, hüquqlarının bərpa olunması ü çün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində 2016-cı il tarixdən pensiya aldığını və pensiyaya çıxan zaman pedaqoji elmləri üzrə fəlsəfə doktoru olduğundan onun əmək pensiyasının sığorta hissəsinə 120 manat əlavə edilərək ödənildiyini qeyd etmişdir. Lakin iddiaçı pensiya aldığı müddətdə "xxxx" MTK-da işlədiyindən onun əmək pensiyasının sığorta hissəsinə edilən 120 manat əlavə cavabdeh inzibati orqan tərəfindən dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci ildən həmin müəssisədən işdən ayrıldığı üçün pensiyaya əlavəsinin bərpa olunmasını xahiş etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı Kazımov Davud oğlunun iddia tələbi aşağıda qeyd olunan əsaslara əsasən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Qanunun müddəasının məzmunundan göründüyü kimi əmək pensiyasının sığorta hissəsinə Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan qaydada əlavənin ödənilməsi üçün aşağıdakı tələblər məcmu halında qiymətləndirilməlidir: 1) Əmək pensiyaçısı elmi müəssisə və təşkila tlarda və ya təhsil müəssisələrində əsas iş yer üzrə (əmək kitabçasında qeyd olunmaqla) 25 il xüsusi staja (pedaqoji fəaliyyət) malik olmalı; 2) Elmi dərəcəsi olmalı (fəlsəfə doktoru və ya elmlər doktoru); 3) Əmək pensiyaçısı pensiya aldığı müddətdə işləməyən statusda olmalıdır. Bu üç şərtlərdən ən azı birinin mövcud olmaması halında əmək pensiyasının sığorta hissəsinə əlavənin ödənilməsi istisna olunur. Burada Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna edilir və həmin şəxslərə əlavələrin edilməsi Qanunun 37.3.4-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bu Qanunun 20.1.120.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalış dıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.4-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində gö stərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.2-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üz rə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının 25 il elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı olduğu təqdirdə pensiyasına 120 manat əlavə müəyyən edilə bilərdi. Lakin iddiaçının əmək kitabçasından da göründüyü kimi iddiaçı 25 il elmi müəssisə və təşki latlarda və ya təhsil müəssisələrində ümumi stajı qeydə alınmamışdır.
8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2021ci il tarixli məktubu ilə təqdim edilmiş İddiaçı pensiya işinə aid sənədlərdən görünür ki, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli, 1915 nömrəli qərarına əsasən pensiya xx.xx.2016-cı ildə Nərimanov DSMF tərəfindən təyin olunmuşdur. Hazırkı pensiya məbləği 401 manat 33 qəpik, yenidən hesablanmış pensiya məbləği 257 manat 22 qəpikdir. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 486 nömrəli qərar ilə İddiaçı xx.xx.2016-cı il tarixdən elmlər namizədi elmi dərəcəsinə görə əlavə ilə birlikdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
9. Azərbaycan Kooperasiya Universitetinin xx.xx.2021-ci il tarixli məktubu ilə Azərbaycan Kooperasiya Universitetinin sabiq müəllimi İddiaçı 2011-2014-cü illərə dair əmək fəaliyyəti barədə göndərilmiş məlumatlardan görünür ki, Azərbaycan Kooperasiya Universitetinin 01 sentyabr 2011-ci il tarixli 77-K №-li əmrindən çıxarışa əsasən İddiaçı i.e.n., xx.xx.2011-ci il tarixdən “İqtisadi nəzəriyyə” kafedrasına 0,5 ştat baş müəllim vəzifəsinə təyin edilməsi, əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmiş, Azərbaycan Kooperasiya Universitetinin 15 sentyabr 2014-cü il tarixli 160 №-li əmrindən çıxarışa əsasən İddiaçı “İqtisadi nəzəriyyə” kafedrasının 0,5 ştat vahidi ilə müəllimi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə 15 sentyabr 2014-cü i l tarixdən xitam verilmişdir.
10. Azərbaycan Kooperasiya Universitetinin xx.xx.2021-ci il tarixli, 181 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, Azərbaycan Kooperasiya Universitetində 2011-2014-cü il arası 0.5 ştat vahidi baş müəllim vəzifəsində işləməklə əmək haqqı göstərilən tarixdə aşağıdakı kimi olmuşdur: 2011-ci il üzrə sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 240 manat, cəmi 960 manat; 2012-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün 240 manat, iyul ayı üçün 488,26 manat, sentyabr ayı üçün 124,80 manat, oktyabr, noyabr, dekabr ayları üçün 240 manat, cəmi 2773,06 manat; 2013-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün 240 manat, iyul ayı üçün 479,02 manat, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 240 manat, c əmi 2639,02 manat; 2014-cü il üzrə yanvar, fevral, mart ayları üçün 240 manat, aprel, may, iyun ayları üçün 249 manat, iyul ayı üçün 507,75 manat, cəmi 1974,75 manat. Cəmi 8346,83 manat.
11. Bakı Biznes və Kooperasiya Kollecinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2003-cü il tarixədək Bakı Kooperativ Texnikumu və onun hüquqi varisi olan Bakı Biznes və Kooperasiya Kollecində fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmişdir. Həmin illərdə İddiaçı vəzifə yerdəyişmələri xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək qiyabi şöbədə metodist (əmr N128. xx.xx.1982), xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək “Marksizm-leninizm” fənni üzrə müəllim (əmr N103. xx.xx.1989), xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək metodist (əmr N08. xx.xx.1990), xx.xx.1990- cı ildən xx.xx.1992-ci ilədək plan uçot şöbəsinin müdiri (əmr N118. xx.xx.1990), xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək “Menecer” məktəbinin tədris işləri üzrə baş direktor müavini (əmr N48. xx.xx.1992), xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək müəllim (əmr N59. xx.xx.1995) kimi olmuşdur. Həmin vəzifələrdə işləyərkən İddiaçı elmi dərəcəsinə uyğun ixtisas fənlərinin tədrisini aparmış və dərs yükünə görə ən yüksək tarif dərəcəsi ilə (15-ci dərəcə) əmək haqqı almışdır.
12. Həmin məktubla göndərilmiş işə qəbul və işdən çıxma əmrlərindən görünür ki, Bakı Kooperativ Texnikumunun xx.xx.1982-ci il tarixli 128 N-li əmrindən çıxarışa əsasən İddiaçı qiyabi şöbədə metodist vəzifəsinə təyin edilmiş, Bakı Biznes və Kooperasiya Kollecinin xx.xx.2003-cü il tarixli 21 N-li əmrindən çıxarışa əsasən İddi açı Kollecin müəllimi kimi ərizəsinə əsasən öz arzusu ilə AR ƏM-in 68-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir.
13. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. İddiaçı təqdim etdiyi ə mək kitabçasının surətinə əsasən onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində işlədiyi xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrlər (ümumi 24 il 14 gün) nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildirilir ki, İ.D.X2 Universitetində işlədiyi xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövr sosial sığorta stajı hesablanarkən nəzərə alı nmamışdır. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2009-cu il tarixindən etibarən pensiya sığorta kapitalı qeydə alınmağa başlanmışdır. Nəticədə nəzərə alınmayan dövr üzrə pensiya sığorta kapitalının 2006-cı il tarixindən sonra qeydə alınmaması əsas verir ki, əvvəlki illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
14. Həmin məktuba əlavə edilmiş ümumi sığorta stajı və pensiya məbləğinin hesablanması cədvəlindən görünür ki, İddiaçı xx.xx.1992-ci ilədək 9 il 04 ay 01 gün, xx.xx.1992- ci ildən xx.xx.2006-cı ilədək 11 il 07 ay 29 gün olmaqla ümumilikdə xx.xx.2006cı il tarixədək 24 il 14 gün sığorta stajı hesablanmışdır.
15. Bakı İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(112)-1754/2022 nömrəli (hakim A.Ə.Əhədova) qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası m əhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022 il tarixli, 2-1(103)-2776/2022 nömrəli (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 6 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının Dağısan Dövlət Universitetinin Bakı filialında pedaqoji fəaliyyətinin xx.xx.2003-cü ildən xx.xx.2006-cı il tarixədək olan dövrü onun ümumi iş stajına hesabladıqda iddiaçının təhsil müəssisələrində ümumi iş stajının 26 il 04 ay 22 gün olduğu müəyyən olunur. İddiaçıya əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün bütün şərtlər ödənilir, cavabdehin qeyd edilən təqaüdün ödənilməsindən imtinası əsassız olmaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 67. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq q anunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 19.2. əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləs i (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 2021-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 dekabr 2020-ci il № 240-VİQD Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv edilmişdir. 24. 01.01.2021-ci il tarixdən qüvvəyə minmiş “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prez identinin təqaüdünün təsis edilməsi haqqında” 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərman:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunması;
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. 20 dekabr 2021-ci il tarixli 1494 nömrəli Fərmanla edilmiş dəyişikliyə görə 2022-ci il yanvarın 1-dən elmlər doktoru elmi dərəcəsinə görə təqaüdün məbləği 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi
26. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə ha qqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtınd a verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qa ldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhk əməsinin araşdırmaları yetərli hesab olunur.
32. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, xx.xx.1953-cü il təvəllüdlü iddiaçıya xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq 63 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçı hal-hazıradək yaşa görə əmək pensiyası alır, iddiaçıya xx.xx.1985-ci ildə iqtisadi elmlər namizədi elmi dərəcəsi verilmişdir. İddiaçının axırıncı iş yeri "xxxx" MTK olmuş, həmin MTK-da xx.xx.2021-ci il tarixdən işdən azad olunmuşdur, hazırda iddiaçı işləməyən əmək pensiyaçısı statusundadır.
34. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2003-cü il tarixədək Bakı Kooperativ Texn ikumu və onun hüquqi varisi olan Bakı Biznes və Kooperasiya Kollecində fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmişdir. Həmin vəzifələrdə işləyərkən iddiaçı elmi dərəcəsinə uyğun ixtisas fənlərinin tədrisini aparmış və dərs yükünə görə ən yüksək tarif dərəcəsi ilə (15-ci dərəcə) əmək haqqı almışdır.
35. İddiaçı 1 sentyabr 2003-cü il tarixdə Dağıstan Dövlət Universitetinin Bakı filialında baş müəllim vəzifəsinə təyin olunmuş, 5 iyul 2007-ci il tarixdə universitetin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur.
36. Hazırkı qərarın 24-cü bəndində qeyd edilən Fərmanın tələblərinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd, əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslər ə ödənilir.
37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2776/2022 nömrəli iş üzrə 17 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2776/2022 nömrəli iş üzrə 17 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.