Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-728/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “fərdi yaşayış evinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-745/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evi üzərində X1 adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyat və bu barədə çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı tələbin i onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin ev üzərində ilkin hüquqi qeydiyyatın aparılmasının əsasını Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010cu il tarixli, 2(059)-213/10 saylı qətnaməsi təşkil edir. Qeyd edilən qətnamə ilə ərizəçi X2 özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasına dair ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində sonuncunun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin iş üzrə birinci cavabdeh İddiaçı maraqlı şəxs kimi cəlb edilmiş və onun apellyasiya şikayəti təmin olunmaqla, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-732/2013 saylı, 27 iyun 2013-cü il tarixli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qət naməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Apellyasiya məhkəməsinin həmin qərardadı Ali Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli, 2(102)-3476/2013 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd edilən daşınmaz əmlak üzərində ilkin mülkiyyət hüququnun qeydə alınmasına əsas olan məhkəmə aktı (Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(059)-213/10 saylı qətnaməsi) ləğv edilmişdir. Qeyd edilən halı əsas tutaraq həmin fərdi yaşayış evi üzərində B.H.Mustafayevanın mülkiyyət hüququ barədə qeydiyyatın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.
3. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 2022-ci il 29 iyul tarixli vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3476/2013 saylı, 25 sentyabr 2013-cü il tarixli qərarı ilə sözügedən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə dair münasibət bildirilməmişdir. Həmin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə münasibət bildirilməsinə dair yekun məhkəmə aktının İdarəyə daxil olması zəruridir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır.
4. Sumqayıt İnzibati Mə hkəməsinin 6 fevral 2023-cü il tarixli, 2-1(118)-1310/2023 nömrəli qərardadı ilə X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1310/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim C.Məmmədov) iddia mümkün sayılmamışdır.
6. Məhkəmə hesab etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddiaçının anası X3 münasibətdə ləyaqətsiz vərəsə hesab edilmişdir. Başqa sözlə, iddiaçının nə fərdi yaşayış evi, nə də ki torpaq sahəsi ilə bağlı hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-745/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: H.Babayeva /sədrlik edən və məruzəçi/, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
12. Əlavə olaraq qeyd edilmişdir ki, reyestrdə aparılmış mülkiyyə t hüququ barədə qeydiyyat ləğv edilmiş məhkəmə qətnaməsinə əsaslanır və cavabdeh inzibati orqan həmin qətnamənin ləğv edilməsi barədə məhkəmə aktını icra etməkdən yayınır. Bu mübahisədə hər hansı mülki icraatdan və yaxud vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinin ilkin şərt kimi qoyulmasından söhbət gedə bilməz.
13. Baxılan iş üzrə iddia tələbi mübahisəli evə dair üçüncü şəxsin adına qeydiyyatın ləğvindən ibarətdir.
14. Bu tələblər üçüncü şəxs qismində mənzilin hazırkı mülkiyyətçisini göstərmiş, AR İN Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publık hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsini İsə cavabdeh qismində cəlb etmişdir.
15. Evə dair qanunsuz (ləğv edilmiş qətnaməyə əsasən) qeydiyyatın aparılması, üçüncü şəxsin adına hüquq müəyy ənedici sənədlərin tərtib edilərək verilməsi və qətnamə ləğv edildikdən sonra bununla bağlı qeydiyyatın ləğvi səlahiyyəti dövlət (inzibati) orqanların vəzifələri sırasındadır.
16. Başqa sözlə iddiaçının tələbinə cavab verməli olan şəxslər (əsl cavabdehlər) müvafiq inzibati fəaliyyəti həyata keçirən və hüquq müəyyənedici sənədləri tərtib (təqdim) edən dövlət orqanlarıdır.
17. Buna baxmayaraq birinci və apellyasiya instansiya məhkəmələri tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan fiziki şəxsə qarşı iddia verilməli olmasını əsas gətirərək iddianı mümkünsüz hesab etmişlər.
18. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı.
21. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcbur etmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti v erən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmiş dir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müv afiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür.
27. Belə ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdı rılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zərur i sayır.
30. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
31. Yuxarıda istinad olunan normaların tələbinə görə, i nzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqq ında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
33. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə aparılmış ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi barədədir.
34. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Siyəzən Rayonu İcra hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə X3 ayrılmış Siyəzən şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə dair AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəz ən rayon şöbəsi tərəfindən sonuncunun adına 03 may 2006-cı il tarixli, JN: 373F KOD: 30501004 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(059)-213/2010 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evinə G.İ.Şahbazovanın mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bundan sonra ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi, həm də həmin sahənin üzərində yerləşən fərdi yaşayış evi üzərində G.İ.Şahbazovanın mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınaraq **********82-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. G.İ.Şahbazova xx.xx.2021-ci il tarixdə ölmüş, 29 iyul 2022-ci il tarixli “V-88 r eyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən onun vərəsəsi X4, miras əmlak isə yuxarıda qeyd edilən ünvanda yerləşən 0,03 ha torpaq sahəsi və də onun üzərində yerləşən fərdi yaşayış evindən ibarətdir. Bundan sonra həmin şəhadətnamə əsasında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə B.H.Mustafayevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
35. Bununla bağlı nəzərə almaq lazımdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlə t reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəl ik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir.
36. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin müb ahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
37. Beləliklə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edərək qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixli qeydiyyat mülki-hüquqi əqd - vərəsəlik şəhadətnaməsi əsasında aparıldığından, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş şəhadətnamə mübahisələndirilməklə həyata keçirilməlidir.
38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına və İPMnin tələblərinə uyğundur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasə n məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-745/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.