Məhkəmə qərarları › İş №2-1(102)-729/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-729/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-729/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs: Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi) “əmrin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 17 may tarixli 2-1(103)-767/2 017 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz işdən çıxarıldığı üçün barəsində verilmiş əmrin ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2015-ci il 5 noyabr tarixli, 2351 ş/h nömrəli əmrinin dəyişdirilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 31 may tarixli 2-1(81)2480/2016 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 11 iyun tarixli 2-1(103)-1601/2016 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 13 yanvar tarixli 2-1(82)216/2017 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 17 may tarixli 2-1(103)-767/2017 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. İddiaçının vəkilinin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 17 may tarixli qərarı iddiaçının nümayəndəsinə 2017-ci il 12 iyun tarixdə poçt rabitəsi vasitəsi ilə təqdim edilmiş, lakin həmin qərardan kassasiya şikayəti verilməs i üçün vəkillə təmin olunma barədə ərizə iddiaçı tərəfindən 2018-ci il 8 fevral tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Bundan başqa, kassasiya şikayəti verilməsi üçün iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 mart tarixli qərardadına əsasən dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmiş, iddiaçıya hüquqi yardımın göstərilməsi 7 saylı Vəkil Bürosunun 2018-ci il 2 aprel tarixli, 021977 nömrəli orderinə əsasən Vəkil həvalə edilmişdir. Orderin 2018-ci il 2 aprel tarixdə verildiyinə baxmayaraq, kassasiya şikayəti 2018-ci il 15 may tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim edilmişdir. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuşdur. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2020-ci il 10 mart tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə şikayət üzrə kassasiyanın mümkünlüyünə dair məsələyə baxmağı və iş üz rə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Bakı Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 17 may tarixli qərarı iddiaçının nümayəndəsinə 2017-ci il 12 iyun tarixdə poçt rabitəsi vasitəsi ilə təqdim edilmiş, lakin həmin qərardan kassasiya şikayəti verilməsi üçün vəkillə təmin olunma barədə ərizə iddiaçı tərəfindən 2018-ci il 8 fevral tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Bundan başqa, kassasiya şikayəti verilməsi üçün iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 mart tarixli qərardadına əsasən dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmiş, iddiaçıya hüquqi yardımın göstərilməsi 7 saylı Vəkil Bürosunun 2018-ci il 2 aprel tarixli, 021977 nömrəli orderinə əsasən Vəkil həvalə edilmişdir. Orderin 2018-ci il 2 aprel tarixdə verildiyinə baxmayaraq, kassasiya şika yəti 2018-ci il 15 may tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim edilmişdir. Beləliklə, prosessual müddət ötürülmüşdür. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 17 may tarixli 2-1(103)-767/2017 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar