Məhkəmə qərarları › İş №2-1(102)-729/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-729/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-729/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-165/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2021-cil il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur.

2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliy yətini həyata keçirir.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə xx xxxxxx 1979-cu il tarixdə başlamışdır. Həmin tarixdən xx xxxxxx 1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X9 Ordenli” 4 nömrəli Tikinti Trestinin 45 nömrəli Tikinti idarəsində dülgər işləmiş, x xxxx 1981-ci il tarixdən x xxxxxx 2009-cu il tarixədək “Azərneftyağ” X10 müxtəlif peşələrdə çalışmışdır. Hal-hazırda Nizamnaməyə əsasən H.Əliyev adına Bakı X14 H.Əliyev adına X14 adlandırılmışdır. x xxxx 1981-ci il tarixdən x xxxxxx 2006-cı il tarixədək zərərli iş şəraitindəki əmək stajı 12 il 6 aydan çox olmaqla ümumi iş stajı 24 il 9 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arxiv arayışından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci bəndi ilə “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftç ilərindən başqa) kömürün və şistin emalı” bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Göründüyü kimi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı o, hazırkı cavabdeh DSMF X5 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh onun ərizəsinin təmin olunmasından imtina etmişdir. Nəhayət iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansi ya məhkəməsindəki icraat:

5. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli 2-1(112)-4264/2020 nömrəli, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı onun müvafiq arayışda göstərilən xx xxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1980-cı il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 5 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində işlədiyi müddət və əmək kitabçasındakı qeydlər üzrə iş müddəti sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsus i Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Əmək pensiyaları haqqında» Qanununun 4.1, 9.1, 9.8, 32.1-1, 37.7, maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə, 67-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat:

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2-1(103)-165/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə bi rinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qararını dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən birinci instansiya məhkəməsinin də istnad etdiyi maddi və prosessual hüquq normaları tətbiq etməklə belə hesab edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri:

10. Cavabd ehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X3 iddia ərizəsində göstərdiyi xüsusatların təsdiq edilməsi məqsədilə sübut qismində əmək kitabçasını, SOCAR tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli arxiv arayışını, Milli Arxiv İdarəsindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubu və xarici dildə tərtib edilmiş yazını təqdim etmişdir. Qeyd olunan dəlillər əsassızdır. Belə ki, iddiaçıya idarə tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi, qeyd edilən məktub xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuşdur. İddia ərizəsi məhkəməyə xx xxxxx 2020-ci il tarixdə, yəni 5 ay sonra təqdim olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından göründüyü kimi, qeyd edilən əmək kitabçası xx xxxxxx 1983-cü il tarixdən açılmışdır. Həmin əmək kitabçasından və iddiaçının təqdim etdiyi SOCAR-in xx xxxxxx 2019-cu il tarixli arayışından göründüyü kimi, iddiaçı həmin qurumun tabeliyində xx.xx.1981xx.xx.1981-ci il müddətinə texnoloji qurğu operatoru (07 gün) 11. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il müddət ərzində texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində (06 ay 16 gün) 12. 22.11.1983-cü il tarixdən xx.xx.1990-cı il müddət ərzində texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində (06 il 02 ay 23 gün) 13. xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı illər ərzində təhlükəsizlik texnikası üzrə inspektor vəzifəsində (01 ay 24 gün) 14. xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci illər ərzində əmtəə bölməsinin rəisi vəzifəsində (01 il 01 ay 24 gün) 15. xx.xx.1991-xx.xx.2003-cü illər ərzində texnoloji qurğusunun qurğu rəisi vəzifəs ində (12 il 01 ay 04 gün) 16. xx.xx.2003-Əmək pensiyaları haqqında qanun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək çirkab sularının təmizlənməsi sexində sex rəisi vəzifəsində işləmişdir (02 il 01 ay 22 gün)

17. Beləliklə, iddiaçının əmək kitabçası əsasında ümumi iş stajı hesablanarkən müəyyən edilir ki, onun əmık kitabçasında göstərilən əmək fəaliyyətinə başladığı xx.xx.1981-ci ildən xx.xx.2006-cı il tarixdən ümumi iş stajı həqiqi hərbi xidmətdə olduğu müddət (2il) ilə birlikdə cəmi 23 il 08 ay 02 gündür. Bundan başqa, iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin X9 Ordenli 4 nömrəli Tikinti Trestinin 45 nömrəli Tikinti İdarəsində dülgər peşəsində işləməsi barədə xüsusat təsdiq edilməmişdir. İddiaçı nın müəyyən bir peşədə işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd edilməlidir. Lakin, iddiaçının bildirdiyi dülgər azımın peşəsində işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd olunmamışdır. İddiaçı bunu təsdiq etmək məqsədilə ancaq xarici dildə tərtib edilmiş və özünün arayış kimi təqdim etdiyi sənədin əslini yox, surətini təqdim etmişdir. Həmçinin, iddiaçı tərəfindən bunu təsdiq edəcək digər bir sübut nə idarəyə, nə də məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş xarici dildə tərtib edilmiş yazının sürəti sübut qismində qəbul edilə bilməz. Onu da xüsusilə qeyd etmək istərdik ki, iddiaçı həmin işləməsini hüquqi əhəmiyyətli fakt kimi təsdiq etmək məqsədilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin məhk əmə xx.xx.20220-ci il tarixdə həmin iddia ərizəsi üzrə iddiaçının əmək stajının təsdiq edilməsi faktının müəyyən edilməsinə dair ərizə üzrə mülki işin icraatına xitam verilmişdir.

18. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-165/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın mümkünsüz sayılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Tərəflərin izahatı:

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual h üquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini, ddianın mümkünsüz sayılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

21. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

22. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikay ətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır Əsaslandırıcı hissə

24. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin ha zırkı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 2-1(103)-165/2021 nömrəli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlilllər əsassizdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış inzibati mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

28. Belə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur. xx xxxx 1981-ci il tarixdən xx xxxxxxx 1981- ci il tarixədək Bakı X10 texnoloji qurğuların operatoru və texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində işləmiş, xx xxxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək hərbi xi dmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra, həmin Zavodda fəaliyyətini davam etdirmiş və 2006-cı ilin yanvar ayının 1-dək orada texnoloji qurğuların təmiri xidməti üzrə çilingər, təhlükəsizlik texnikası üzrə inspektor, 1 saylı texnoloji sexin əmtəə bölməsinin rəisi, texnoloji qurğu rəisi, çirkab suların təmizlənməsində sex rəisi vəzifələrində işləmişdir. Həmin müəssisədə xx xxxx 1981-ci il tarixdən 2006-cı ilin yanvar ayının 1-dək 22 il 8 ay 3 gün əmək stajı toplamışdır. Həmin müddətin 12 il 6 aydan çox hissəsi isə sözügedən sahədə texnoloji qurğuların təmiri üzrə çilingər, texnoloji qurğu rəisi vəzifələrində olmuşdur. xx xxxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək, yəni 2 il hərbi xidmət keçmişdir. Bunlardan başqa, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin X9 Orde nli 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsinin arayışına əsasən xx xxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1980-ci il tarixədək həmin İdarədə dülgər kimi çalışmışdır. İddiaçı hərbi xidmət müddəti, əmək kitabçasında və müvafiq arayışda qeyd olunan iş illəri sığorta stajı kimi nəzərə alınmaqla ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onun (iddiaçının) ümumi iş stajının 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən az toplanması ilə əsaslandırmışdır. İddiaçı hazırda imtinanın mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

29. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatların təsdiq edilməsi məqsədi ilə sübut qismində əmək kitabçasını, SOCAR tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışını, Milli Arxiv idarəsindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubu və xarici dildə tərtib edilmiş yazını təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından göründüyü kimi, qeyd edilən əmək kitabçası xx xxxxxx 1983-cu ildən açılmışdır. Həmin əmək kitabçasından və iddiaçı tərəfindən təqdim edilmiş “Socar” tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli arxiv arayışından göründüyü kimi, iddiaçı həmin qurumun tabeçiliyində olan müxtəlif vaxtlarda müxtəlif adlarla fəaliyyət göstərən müəssisələrdə xx.xx.1981-ci i ldən müxtəlif peşələrdə işləmiş və onun xx.xx.2006-cı ilədək ümumi iş stajı 21 il 08 ay 02 gün olmuş və qeyd edilən müddət qanunvericiliklə nəzərdə tutulmuş 25 illik ümumi stajdan azdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə gədər Azərbaycan SSRİ Sənaye Tikinti Nazirliyinin “X9 Ordenli” 4 Nömrəli Tikinti Trestinin 45 nömrəli tikinti idarəsində dülgər peşəsində işləməsi barədə xüsusat təsdiq edilməmişdir. İddiaçının müəyyən bir peşədə işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd edilməlidir. Lakin, iddiaçının bildirdiyi dülgər peşəsində işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin iddiaçı tərəfindən bunu təsdiq edəcək sübut nə İdarəyə nə də ki, məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş xarici dildə tərtib edilmiş yazının surəti sübut qismində qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən sübut qismində təqdim etdiyi, özünün iddia ərizəsinə xx xxxxxx 1980-ci il tarixli 55 saylı arayış adı ilə qeyd etdiyi, xarici dildə tərtib edilmiş mətnin surəti qüvvədə olan qanunvericiliyə ziddir və məhz bu səbəbdən həmin yazı sübut kimi qəbul edilə bilməz. Fərz edilsə belə ki, gələcəkdə iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə qədər ( 1 il 1 ay 06 gün) Azərbaycan SSRİ Sənayə Tikinti Nazirliyinin “X9 Ordenli” 4 Nömrəli Tikinti Trestinin 45 nömrəli tikinti idarəsində dülgər vəzifəsi sübut edilsə belə yenə də onun xx.xx.2006-cı ilədək ümumi iş stajı Qanunvericiliklə müəyyən edilmiş 25 ildən az olacaq (21 il 08 ay 02 gün (əmək kitabçası ilə təsdiq edilmiş ümumi əm ək stajı)+1 il 1 ay 06 gün(əmək kitabçası ilə təsdiq edilməmiş ümumi stajı)=22 il 09 ay 02 gün). Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. tərəfindən təqdim edilmiş “Socar” tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli arxiv arayışından göründüyü kimi, iddiaçı həmin qurumun tabeçiliyində olan müxtəlif vaxtlarda müxtəlif adlarla fəaliyyət göstərən müəssisələrdə xx.xx.1981-ci ildən müxtəlif peşələrdə işləmiş və onun xx.xx.2006-cı ilədək ümumi iş stajı 21 il 08 ay 02 gün olmuş və qeyd edilən müddət qanunvericiliklə nəzərdə tutulmuş 25 illik ümumi stajdan azdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi 23.11 1979-cu ildən xx.xx.1980-ci ilə qədər Azərbaycan SSRİ Sənayə Tikinti Nazirliyinin “X9 Ordenli” 4 Nömrəli Tikinti Trestinin 45 nömrəli tikinti idarəsində dülgər peşəsində işləməsi barədə xüsusat təsdiq edilməmişdir. İddiaçının müəyyən bir peşədə işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd edilməlidir. Lakin, iddiaçının bildirdiyi dülgər peşəsində işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin iddiaçı tərəfindən bunu təsdiq edəcək sübut nə İdarəyə nə də ki, məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş xarici dildə tərtib edilmiş yazının surəti sübut qismində qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən sübut qismində təqdim etdiyi, özünün iddia ərizəsinə xx xxxxxx 1980-ci il tarixli 55 saylı arayış adı ilə qeyd etdiyi, xarici dildə tərtib edilmiş mətnin surəti qüvvədə olan qanunvericiliyə ziddir və məhz bu səbəbdən həmin yazı sübut kimi qəbul edilə bilməz. Fərz edilsə belə ki, gələcəkdə iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə gədər ( 1 il 1 ay 06 gün) Azərbaycan SSRİ Sənayə Tikinti Nazirliyinin “X9 Ordenli” 4 Nömrəli Tikinti Trestinin 45 nömrəli tikinti idarəsində dülgər vəzifəsi sübut edilsə belə yenə də onun 01.01,2006-cı ilədək ümumi iş stajı Qanunvericiliklə müəyyən edilmiş 25 ildən az olacaq (21 il 08 ay 02 gün (əmək kitabçası ilə təsdiq edilmiş ümumi əmək stajı)+1 il 1 ay 06 gün(əmək kitabçası ilə təsdiq edilməmiş ümumi stajı)=22 il 09 ay 02 gün).

30. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan ARDNŞ-in (SOCAR) xx xxxxxx 2019-cu il tarixli arxiv arayışında aşağıdakıla r bildirilmişdir: - x xxxxxxx 1991-ci il tarixli 755 nömrəli əmrdən çıxarış – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1991-ci il tarixli 318 saylı Qərarına əsasən X6 Partiyasının XXİİ Qurultayı adına Bakı X12 adı “Azərneftyağ” Bakı X14 adı ilə əvəzləndirilmişdir. xx xxxxxx 1994-cü il tarixli 106 saylı əmrdən çıxarış – Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1994-cü il tarixli 50 saylı Sərəncamına əsasən respublika neft sənayesinin rasional idarə edilməsinin təkmilləşdirilməsi və Dövlət Neft Şirkətinin yeni idarəetmə strukturunun təsis edilməsi məqsədi ilə Neft Emalı Baş İdarəsi ləğv edilərək “Azərneftyağ” BNZ-in adı “Azərneftyağ” X14 adı ilə əvəzləndirilmişdir. “Azərneftyağ” NEZ-nin fəaliyyətinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətini n xx xxxxxx 2014-cü il tarixli əmrinə əsasən “Azərneftyağ” NEZ-nin xx xxxxxx 2015-ci il tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X14na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Əmrə əsasən “Azərneftyağ” NEZ-in hüquq və vəzifələri, o cümlədən işəgötürən öhdəlikləri xx xxxxxx 2015-ci il tarixli təhvil aktına uyğun olaraq hüquqi varis kimi Heydər Əliyev adına Bakı X14na ötürülmüşdür. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı Neft Emalı X11 adına X14 adlandırılmışdır. İddiaçı x xxxx 1981-ci il tarixli 58/k saylı əmrə əsasən x xxxx 1981- ci il tarixdən xx xxxx 1981-ci il tarixədək XXİİ Qurultay adına Bakı X12 2 nömrəli Texnoloji sexinin ELOU-AVT-6 qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir. xx xx xx 1981-ci il tarixli 67/k saylı əmrə əsasən xx xxxx 1981-ci il tarixdən xx xxxxxxx 1981-ci il tarixədək XXİİ Qurultay adına Bakı X12 həmin sexində texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində işləmişdir. xx xxxxxxx 1981-ci il tarixli 230/k nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinə əsasən hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. xx xxxxxx 1983-cü il tarixli əmrlə xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1990-cı il tarixədək XXİİ Qurultay adına Bakı X12 5 saylı Texnoloji sexində texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində, xx xxxxxx 1990-cı il tarixli 26/şh saylı əmrlə xx xxxxxx 1990-cı il tarixdən xx xxxxx 1990-cı il tarixədək XXİİ Qurultay adına Bakı Neft Emalı X1 üzrə inspektor vəzifəsində, xx xxxxx 1990-cı il tarixli 64/şh saylı əmrlə xx xxxxx 1990-cı il tarixdən xx xxxx 1991-ci il tarixədək XXİİ Qurultay adına Bakı X12 1 saylı Texnoloji sexinin Əmtəə bölməsinin rəisi vəzifəsində, xx xxxx 1991-ci il tarixli 117/şh saylı əmrlə xx xxx 1991-ci il tarixdən xx xxxx 2003-cü il tarixədək XXİİ Qurultay adına Bakı X12 1 saylı Texnoloji sexinin 101 – 106 saylı Texnoloji qurğusunun qurğu rəisi vəzifəsində, xx xxxx 2003-cü il tarixli 129/şh saylı əmrlə xx xxxx 2003-cü il tarixdən xx xxxxxx 2009-cu il tarixədək “Azərneftyağ” İstehsalat Birliyinin 8 saylı Çirkab suların təmizlənməsi sexində sex rəisi vəzifəsində işləmişdir. xx xxxxxx 2009-cu il tarixli 1175/şh saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçinin öz təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci “Neftin, qazın, qaz kondensatının (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir.Bununla yanaşı apelyasiya instansiya məhkəməsi tərəfindən “X13” MMC tərəfindən verilmiş 32/L saylı xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən müəyyən edilmişdir ki, X4 xx xxx 2014-cü il tarixdən xx xxxxxxxx 2014-cü il tarixədək Baş Mexanik şöbəsində baş mexanikin müavini vəzifəsində, xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək Mexaniklər xi dmətində mexaniki emal sahəsinin rəisi vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (b) yarımbəndində sex rəisləri, onların müavinləri və sahə mexanikləri kimi öz əksini tapmışdır.

31. Cavabdeh kasasiya şikayətində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (xx xxxx 2017-ci ildən qüvvədə olan redaksiyası) 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçıya təyin edilməsini mümkün olmamasını yazır.

32. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əs assız hesab edərək qeyd edir ki, apelyasiya instansiya məhkəməsi bu məsələ ilə bağlı doğru olaraq göstərmişdir ki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 33. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

34. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru haqlı olaraq vurğulamışdır ki, qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətə ndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 35. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

36. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən h əmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılır.

37. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün üm umi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.

38. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmə k pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

40. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətl əri sığorta stajına daxil edilir.

41. Beləliklə Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur.

42. Apelyasiya instansiyası məhkəməsi tərəfindən də, müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət illəri daxil etməklə xx.xx.2006-cı ilə kimi 24 il 08 ay 06 gün ümumi əmək stajı var. Müvafiq arayışdakı 1 il 1 ay (dülgər işlədiyi) iş müddəti ilə birl ikdə onun 25 ildən artıq ümumi iş stajı toplanmış sayılır.

43. Belə ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələri haqlı olaraq qeyd etmişdirlər ki, İddiaçı xx xxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1980-cı il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X9 Ordenli” 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində dülgər işləməsini təsdiq edən arayış mövcuddur. Həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, bu məlumatları daşıyan sənəd kimi həmin arayış mötəbər hesab olunur. Sənədin xx xxxxxx 1980-ci il tarixdə rus dilində tərtib olunması da (sonradan tərcümə olunaraq iş materiallarına əlavə edilmişdir) onun mötəbər sübut kimi qəbulunu istisna etmir.

44. Bu baxımdan qeyd edilməlidir ki, apelyasiya instansiyası m əhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş qanunvericilik normaları («Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67ci maddəsi, AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiqlənmiş Əsasnamənin 3-cü bəndi) hərbi xidmət müddətlərini, eləcə də mötəbər sayılan arayış və digər yazılı sənədlərlə təsdiqini tapmış iş stajlarını da sosial sığorta stajı kimi nəzərdə tutduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən iddiaçı X2 həmin tarixdən əvvəlki dövrdəki 2 il hərbi xidmət dövrü, eləcə də işlədiyi Azərbaycan SSR STN “X9 Ordenli” 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsinin İdarəsinin müvafiq arayışı ilə təsdiqlənmiş 1 il 1 ay “dülgər” işlədiyi müddət də sosial sığorta stajı kimi qəbul olunmalıdır. İddiaçının əmək stajı 2006-cı ilin yanvar ayının 1-dək əmək kitabçasına və SOCAR X12 xx xxxxxx 2019-cu il tarixli arayışına əsasən xx xxxx 1981- ci il tarixdən 22 il 8 ay 3 gün təşkil etdiyindən, 2 il hərbi xidmət müddəti və müvafiq arayışdakı 1 il 1 ay (dülgər işlədiyi) iş müddəti ilə birlikdə onun 25 ildən artıq ümumi iş stajı toplanmış sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdi q edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

45. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara al dı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-165/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar