Məhkəmə qərarları › İş №2-1(102)-729/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-729/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-729/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tabeliyində Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (AA ********, FİN-xxxxxxx2) cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1185/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qəra rından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 2016 137038 nömrəli bakalavr diplomuna əsasən, iddiaçı Universitetin bakalavriat işlətmə fakultəsini bitirmişdir.

2. İddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron qaydada müraciət etmiş, cavabdeh 11.6.2019-cu il tarixdə elektron qaydada müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçı Türkiyə Respublikasının Anadolu Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tə ləb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları’’nın 3.7-ci bəndinə əsasən, müraciət üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 19 iyun 2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının Anadolu Universitetinin Bakalavr Diplomunun tanınması haqqında müvafiq ekvivlanetlik haqqında şəhadətnamənin verilməsi öhdəliyini n Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı diplomun tanınması üçün cavabdeh orqana elektron portal vasitəsi ilə müraciət etmiş, ona verilən diplom və əlavə apostil edilərək leqallaşdırılmışdır. Həmçinin, təhsil almaq üçün tələb olunan müddətin qarşılığını cavabdeh deyil, Universitet təyin edir. İddiaçının təhsil forması açıq, yəni distant olduğundan, təhsil aldığı müddət ərzində Azərbaycan Respublikasında tam ştat çalışdığından, Türkiyədə hər il fərqli tarixlərdə, yay aylarında belə yalnız imtahanlarda iştirak etmişdir. İddiaçı göstərilənlərə və “Təhsil haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 73.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi etirazla imtinanın dəlilləri eynidir (bax bu qərarın 2-ci bəndinə). 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Z.M.Tağıyev) 2-1(82)2554/2019 nömrəli 26 noyabr 2019-cu il tarixli iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki,, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı, 3.6.37-ci bəndlərinə uyğun olaraq tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında tədris aldığı Türkiyə Respublikasında qısa müddət ərzində olmuşdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 9. 2 Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: S.S.Seyidova-məruzəçi, V.M.Ağayev və A.B.Nuriyeva) 2- 1(103)-687/2020 nömrəli 28 fevral 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

10. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: İ.K.Hüseynov-məruzəçi, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) 2-1(102)-1359/2020 nömrəli 15 sentyabr 2020-ci il tarixli qərarla apellyasiya instansiya məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarını ləğv edərək iş təkrar baxılması həmin məhkəməyə göndərilmişdir.

12. Kassasiya instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı təsdiq edir ki, o, təhsilini distant formada almışdır. Təhsil müddəti ərzində Azərbaycan Respublikası ərazisində tam ştat üzrə çalışdığı üçün, Türkiyədə hər il fərqli tarixlərdə, yalnız imtahanlarda iştirak etmişdir. Həmçinin, lazım olan təhsil materialları və proqramı kifayət qədər mənimsəmək üçün universitetin elektron portalından istifadə etmiş və bu da ona imtahanlara kifa yət qədər yaxşı hazırlaşa bilmək imkanını vermişdir. Cavabdehin Universitetə ünvanladığı rəsmi sorğusuna cavab olaraq universitet tərəfindən iddiaçının həmin universitetin tələbəsi və məzunu olmağı təsdiqlənmişdir. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsil alma forması bilavasitə təsbit olunmuşdur. Həm də nəzərə alınmalıdır ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin qeyd-şərtsiz (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulan hallar istisna edilməklə) əsası kimi çıxış edə bilməz. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1185/2021 nömrəli 15 fevral 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: E.E.Nağıyevaməruzəçi, C.A.Yusifov və H.Ü.Həmidov) 2-1(103)-1185/2021 nömrəli 8 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı “ona təltif olunan Türkiyə Respublikasının Anadolu Univers itetinin Bakalavr Diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” üzrə müraciətinə yenidən baxmaqla əsaslandırılmış cavabının verilməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir.

15. Qərardadın icrası ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 24 avqust 2021-ci il tarixli məktuba əsasən İddiaçı Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2016 137038 nömrəli diplom üzrə ixtisasın ölkə üzrə tanınmasının mümkün hesab edilmədiyi qeyd olunmuşdur. 16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: E.E.Nağıyeva-məruzəçi, C. A.Yusifov və H.Ü.Həmidov) 2-1(103)-1185/2021 nömrəli 21 dekabr 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

17. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri 18. 10.01.2022-ci il tarixində Anadolu Dövlət Universitetinə Türkiyənin Dövlət Universiteti olaraq məsələyə aydınlıq gətirilməsi üçün "Açıköğretim" Sistemi haqqında ətraflı məlumat əks etdirən, səlahiyyətli şəxs tərəfindən imzalanmış, möhürlənmiş və apostillə təsdiqlənmiş rəsmi arayış sorğulanmışdır. Həmin rəsmi sənəddə (iş materiallarına əlavə olunub və Açıköğretim Sistemi haqqında geniş və izahlı məlumat əks etdirir) "Açıköğretim" sistemi üzərindən Distant (məsafədən) türk dilində - uzaktan eğitim təhsilin aparılması haqqında ətraflı məlumat əks olunur, həmin rəsmi sənəd Universitetin Rektorluğu, mərkəzi ofisin administratoru - Elmlər doktoru Erdem Erdoğdu tərəfindən imzalanıb.

19. Universitet tərəfindən iddiaçıya təltif olunan diplom və diploma əlavə Azərbaycan Respublikasının qoşulduğu X2 uyğun olaraq Apostillə təsdiqlənib. Cavabdehin Universitetə ünvanladığı rəsmi sorğusuna cavab olaraq universitet tərəfindən iddiaçının həmin universitetin tələbəsi və məzunu olmağı təsdiqlənmişdir. Azərbaycan Respublikasının qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində İxtİsasların tanınması haqqında Beynəlxalq Konvensiyaya" görə cavabdeh həmin ixtisasın Azərbaycan Respublik asının mövcud qanunveriliciyinə görə onun ölkə ərazisində sadəcə ekvivalentliyini müəyyən etməlidir. Yəni həmin İxtisasın Azərbaycan Respublikasında mövcudluğunu və ölkə ərazisində uyğunluğunu tanımalıdır. İş materiallarından da göründüyü kimi Biznesin idarə edilməsi ixtisası Azərbaycan Respublikasında mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Təhsil Haqqında Qanun Maddə

13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlə rin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; tə hsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüqu qlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

23. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ar aşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.

4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMÜKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan laz ımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

27. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq öyrətim) təhsilalma forması müəyyən edilməm işdir. 28. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəisndə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

29. Bundan əlavə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.

30. Həmin Sazişin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasi tələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıqöğrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Resp ublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir.

32. Belə ki, Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formalar ı müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. 33. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxı ş edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.

34. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Q aydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

35. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək qanuni və ədalətli qərar qəbul etməmişdir.

36. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1185/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

37. Şərh olunanlara və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiy ası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1185/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı verilmiş 2016 137038 nömrəli bakalavr diplomunun tanınması haqqında müvafiq ekvivlanetlik haqqında şəhadətnamənin verilməsi cavabdeh Respublikasının Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar