Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-729/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-206/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən və tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974cü il tarixədək Astara rayonu “26 Bakı Komissarı” adına sovxozda, xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “İjevsk” Radio zavodunda, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Votkinsk” Radiotexniki avadanlıqlar zavodunda, xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Astara rayon “26 Bakı Komissarı” adına sovxozda, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Astara rayon Mülki Müdafiə Qərargahında işləmişdir.
2. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
3. Astara rayon Dövlət Arxivinin 10.10. 2022-ci il tarixli 96/2 nömrəli arayışından, xx.xx.2022-ci il tarixli 111 nömrəli arayışına əlavə edilmiş əmr və əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Astara rayonu sabiq Şiyəkəran kənd “26 Bakı Komissarı” adına sovxozda fəhlə, mühasib və hüquq məsləhətçisi vəzifələrində işləmişdir. 4. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci tarixli **********518600 nömrəli “ödənişlər barədə” məktubuna əsasən, İddiaçı (VÖEN: **********) 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, oktyabr aylarında dövlət vergi orqanına 251 manat 50 qəpik məcburi dövlət sosial sığorta və 89 manat (8 ay birdəfəlik) icbari tibbi sığorta ödənişləri ödəmişdir.
5. Xidməti məktuba əlavə olunmuş 13 oktyabr 2022-ci il tarixli Akta görə, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Astara rayonu sabiq Şiyəkəran kənd “26 Bakı Komissarı” adına sovxozda fəhlə mühasib və hüquq məsləhətçisi vəzifələrində işləməklə topladığı 6 il 11 ay iş stajından 3 il 6 ayında əmək haqqı almamışdır.
6. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi bağlı cavabdeh orqana müraciət etmişdir.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin su rətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 21 il 9 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 1 ay sığorta stajına uyğun olaraq 16066,97 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 180,06 manat olmaqla, ümumilikdə 16247,03 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ümumi s ığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü ildə əmək fəaliyyətinə başlamış, bundan sonra hərbi xidmət də daxil olmaqla fasiləsiz olaraq xx.xx.1998-ci ilə kimi müxtəlif iş yerlərində işləmiş və 24 il 6 ay 26 gün sığorta stajı əldə etmişdir. Bundan başqa xx.xx.2021-ci ildən başlayaraq 6 ay müddətində sosial sığorta ödənişi etmiş və cəmi 25 il 25 gün sığorta stajı əldə etmişdir. Qanunvericiliyə əsasən 2006-cı ilə qədər qeyd olunan sığorta stajı əmək kitabçası və arxiv arayışlarına əsasən təyin olunur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
10. Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-883/2023 nömrəli qərarı ilə (hakim F.Abbasov) iddianın təmin edilməsi, iddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması qərara alınmı şdır.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Astara rayonu sabiq Şiyəkəran kənd “26 Bakı Komissarı” adına sovxozda 6 il 11 ay fəhlə, mühasib və hüquq məsləhətçisi vəzifələrində işləməsi ona məxsus 25 yanvar 1973-cü il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasında sovxoz direktorunun xx.xx.1988-ci il tarixli, 664 №-li, xx.xx.1989-cu il tarixli, 47 №-li, xx.xx.1992-ci il tarixli, 130 №-li və xx.xx.1995-ci il tarixli əmrləri ilə təsdiq olunmuşdur.
12. Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü nəzərə alınmaqla pensiya almaq hüququnun yarandığı xx.xx.2021-ci il tarixə ümumilikdə 25 il 2 ay sosial sığorta stajına malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiqini tapmaqla, cavabdeh təşkilat qarşısında ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini yaradır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-206/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.Həsənov - sədrlik edən və məruzəçi, S.Həsənov və S.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verər ək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunda göstərilənlərlə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-c i il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tə ləbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gös tərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvv ədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetə rli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
29. Kassasiya şikayətinin dəlili iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının kifayət qədər olmaması ilə bağlıdır.
30. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək (1 il 10 ay 13 gün) Astara rayonu “26 Bakı Komissarları” sovxozunda işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək (3 il 20 gün) həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (7 il 10 gün) “İjevsk” Radio zavodunda, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (3 il 4 ay 17 gün) “Votkinsk” Radiotexniki avadanlıqlar zavodunda, xx.xx.1988-ci i l tarixdən xx.xx.1995- ci il tarixədək (6 il 10 ay) Astara rayonu “26 Bakı Komissarları” sovxozunda, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (2 il 4 ay 26 gün) Astara rayon Mülki Müdafiə Qərargahında işləmişdir. İddiaçının hərbi xidməti və xx.xx.2006-cı il tarixə qədərki stajı cəmi 24 il 6 ay 25 gün təşkil edir. Bundan başqa İddiaçı 2021 yanvar – sentyabr 2021 dövrü üzrə 6 ay sığorta stajı ilə birlikdə cəmi 25 il 25 gün sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
31. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, həmçinin xx.xx.1988-ci il tarixdən x x.xx.1995-ci il tarixədək Astara rayonu “26 Bakı Komissarları” sovxozunda işlədiyi müddətlərə münasibətdə meydana çıxmışdır.
32. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasına əsasən sözügedən müəssisədə işlədiyi müvafiq illərə dair müəyyən dövrlərlə bağlı əməkhaqqı cədvəllərini təqdim etməməsini cavabdeh əsas gətirərək onun qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinin şübhə doğurduğunu qeyd etsə də, şübhələrinin əsaslı olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini və əməkhaqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Müəyyən dövrlərdə iddiaçının əməkhaqqı alması iş materialları ilə təsdiq edilməsə də, iddiaçının işə girmə və işdən çıxma əmrləri barədə məlumatlar əmək kitabçasında mövcuddur, həmçinin iddiaçının həmin müəssisədə işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı i şin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yolverilməzdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmə dən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-206/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.