Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-73/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı firmasının və üçüncü şəxs X6 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı firmasının (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər- X20, X13 ) “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-116/2019 saylı, 10 aprel 2019-cu il tarixli qərarından iddiaçı və üçüncü şəxs X6verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 14 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 179 saylı, 28 fevral 1992-ci il tarixli sərəncama əsasən, 7-ci mikrorayon, “İnqilab” kinoteatrının qarşısında razılaşdırılm ış eskiz əsasında ayrılmış torpaq sahəsi müvəqqəti pullu avtodayanacaq təşkil etmək üçün İddiaçı kiçik müəssisəsinə icazə verilmişdir. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən İddiaçı firmasının mülkiyyətinə alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında 125 saylı, 3 avqust 2004-cü il tarixli qərarına əsasən, ünvan ndə 300 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı firmasına satılması qərara alınmışdır. Qərarın 2-ci bəndinə əsasən ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən alınması İddiaçı firmasına tapşırılmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqısatqı yolu ilə mül kiyyətə verilməsi haqqında 65 saylı 3 avqust 2004-cü il tarixli müqaviləyə əsasən, bələdiyyə ilə İddiaçı firması arasında ünvan ndə 300 kv.metr torpaq sahəsinin alqı-satqısı barədə müqavilə imzalanmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 238 saylı, 30 noyabr 2015-ci il tarixli sərəncamına əsasən, iddiaçının ünvan ndə istifadəsində olan 1320 kv.metr torpaq sahəsində təqdim edilən layihə əsasında (İ mərtəbə: 9,36 kv.metr, həyətyanı sahə: 5,29 kv.metr) inşa edilmiş bir mərtəbəli yardımçı tikili göstərilən ölçülərlə ilkin hüquqi qeydiyyata alınmasına qərar verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı n dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyət hüququ 19.07.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 14.7 kv.metr, istifadədə olan torpaq sahəsi 0,102 ha-dır. (çıxarışa əsasən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)-Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar). AN-İ № ******* saylı, 09 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi X3 xüsusi mülkiyyət hüququ 16.12.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AN-İ № ******* saylı, 17 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsini X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi X6 xüsusi mülkiyyət hüququ 27.12.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)-Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar). 29 dekabr 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən X19 S.S.Axundov küçəsi, 4000 kv.m torpağın alqı-satqısı üçün 20.000 manat ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən X16 verilmiş, 02.03.2016-cı il tarixli, M-328 məktuba əsasən, Binəqədi Bələdiyyəsinin 29.12.2016-cı il tarixli 499 saylı qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 4000 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı onun adına qərar X9 499/2 nömrə ilə daxil olmuşdur. İddiaçı 6 yanvar 2015-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR S.S.Axundov küçəsində yerləşən 1020 kv.metr istifadəsində və 300 kv.metr mülkiyyətində olan cəmi 1320 kv.metr torpaq sahələrinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr. S.S.Axundov küçəsində yerləşən boş torpaq sahəsində abadlıq işləri apararaq uzu n müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün oradan istifadə edir. Firma Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, istifadəsində olan 1020 kv.metr torpaq sahəsinin firmaya verilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 179 saylı 28 fevral 1992-ci il tarixli Sərəncamı ilə torpaq sahəsində pullu avtodayanacaq təşkil etmək üçün Firmaya icazə verilmiş və torpaq sahəsinin plan-sxemi rayonun müvafiq orqanlarının razılığı ilə İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 125 saylı 03 avqust 2004-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu 7-ci MKR S.S.Axundov küçəsində yerləşən 300 kv.metr boş torpaq sahəsi də alqı-satqı müqaviləsinə əsasən İddi açı firmasının mülkiyyətinə verilmiş və plan-sxem Bələdiyyə tərəfindən təsdiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət edilərək, İcra Hakimiyyətinin 179 saylı 28 fevral 1992-ci il tarixli Sərəncamı ilə istifadəsinə verilən 1020 kv.metr və Binəqədi Bələdiyyəsinin 125 saylı 03 avqust 2004-cü il tarixli qərarı ilə mülkiyyətinə verilən 300 kv.metr torpaq sahələrinin iddiaçının adına texniki sənəd tərtib edərək qeydiyyata götürüb dövlət reyestrindən çıxarış verilməsi xahiş edilsə də, İdarə bundan imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(81)-4678/2018 saylı iş) 5 noyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən bələdiyyə qərarına əsasən alqı-satqı yolu ilə satılmış torpaq sahəsinin yuxarıda qeyd edilən normanın tələblərinə uyğun şəkildə alınması ilə bağlı hər hansı bir sənəd-sübut təqdim etməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də, iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər Şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanın dəqiqləşdirilməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini aparması, həmin yerin planını sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanması iş materialları ilə təsdiqini tapmır. Beləliklə, iddiaçı tərəfindən bələdiyyə torpağının alqı-satqısı qanunvericiliklə nəzərdə tutulmuş formada həyata keçirilməmişdir. İddiaçı həmçinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 28.02.1992-ci il tarixli, 179 saylı qərarına əsasən istifadəsinə 1020 kv.metr torpaq sahəsinin verilməsini iddia etsə də, həmin qərardan görünür ki, torpaq sahəsi pullu avtodayanacaq təşkil etmək üçün İddiaçı firmasının müvəqqəti istifadəsinə ayrılmışdır və həmin qərar torpaq ayırma sənədi olaraq qəbul edilə bilməz. Həmçinin həmin qərarda torpaq sahəsinin ölçüsü göstərilməmişdir və qərara plan-sxem əlavə edilmədiyindən ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin müəyyən edilməsi mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra H akimiyyətinin 28.02.1992-ci il tarixli, 179 saylı qərarı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tutarlı və tam əsaslı hesab edilmədiyindən iddiaçının tələbi təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X12 məruzəçi, X14 və X8, 2-1(103)-116/2019 saylı iş) 10 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-4678/2018 saylı iş üzrə 5 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və üçüncü şəxs X13 12.07.2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin ed ilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh 10.07.2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24.12.2019-cu il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. kassasiya şikayətinin dəlilləri: İddiaçı və üçüncü şəxs X13 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Binəqədi Bələdiyyəsindən alqı-satqı yolu ilə torpaq sahəsini alması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin tələblərinə tam riayət edilərək Bələdiyyənin qərarı verilmiş və daha sonra İddiaçı ilə torpaq alqı-satqısı müqaviləsi bağlanmışdır. Bundan əlavə, İddiaçı firması adı çəkilən bələdiyyədən satın aldığı torpaq sahəsindən 15 il müddətinə istifadə etmiş, bu müddət ərzində nə Bələdiyyənin, nə də hansısa icra hakimiyyəti orqanının və ya şəxsin ona hər hansı bir tələbi olmamışdır. Həmçinin, qərarda göstərilən texniki normalar- satılan torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmuş və bu barədə müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, sö zügedən sənədlər məhkəmə aktında istinad olunan normalara uyğun olmasa da, bunda iddiaçının təqsiri yoxdur. Belə ki, iddiaçı pulunu ödəyərək torpaq sahəsini almış və uzun müddət bu sahəyə sahiblik edərək ondan istifadə etmişdir. İşə baxan məhkəmələr nəzərə almamışdır ki, üçüncü şəxsin məhkəməyə təqdim etdiyi sübutları iddiaçının təqdim etdiyi sübutlardan fərqli deyil. O cümlədən, Binəqədi Bələdiyyəsinin 125 saylı, 03.08.2004-cü il tarixli qərarı ləğv edilməmiş,03.08.2004-cü il tarixli 65 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməmiş, torpaq sahəsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti başçısının 238 saylı, 30.11.2015-ci il tarixli sərəncamı qüvvədədir. Həmçinin mübahisə predmeti olan 300 kv.metr olan torpaq sahəsi iddiaçının yox, üçüncü şəxs Əli Həsənovun xüsusi mülkiyyətindədi r, sonuncu isə vicdanlı alıcıdır. Bundan əlavə, iddiaçı 1020 kv.metr torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə müraciət etməmiş, belə ki, sözügedən torpaq sahəsindən artıq 27 ildir ki, istifadə edir. İddiaçı həmin torpaq sahəsi üzərində olan hüquqlarının qeydə alınması tələbi ilə müraciət etmişdir ki, tələbi də qanunidir. Belə ki, 27 ildir istifadəsində olan torpaq sahəsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin 28.02.1992-ci il tarixli, 179 saylı sərəncamı vardır və bu sərəncam heç kim tərəfindən mübahisələndirilməmişdir. tərəflərin izahatları: İddiaçı və üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üç üncü şəxs O.Məmmədov məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçı və üçüncü şəxs Həsənovun kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab e dilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı 1320 kv.m torpaq sahəsinə hüququn qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçıya aid sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 179 saylı, 28 fevral 1992-ci il tarixli sərəncamına əsasən, 7-ci mikrorayon, “İnqilab” kinoteatrının qarşısında razılaşdırılmış eskiz əsasında ayrılmış torpaq sahəsi müvəqqəti pullu avtodayanacaq təşkil etmək üçün iddiaçıya icazə verilmişdir. Bundan başqa, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçının mülkiyyətinə alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında 125 saylı, 3 avqust 2004-cü il tarixli qərarı ilə ünvan ndə 300 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya satılması qərara alınmışdır. Qərarın 2-ci bəndinə əsasən ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən alınması iddiaçıya tapşırılmışdır. Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 65 saylı 3 avqust 2004-cü il tarixli müqaviləyə əsasən, bələdiyyə ilə iddiaçı arasında ünvan ndə 300 kv.metr torpaq sahəsinin alqı-satqısı barədə müqavilə imzalanmışdır. İddiaçı 300 kv.m torpaq sahəsinin alqı-satqısına görə 4 avqust 2004-cü il tarixdə bələdiyyənin hesabına 7.500.000 manat ödəmə etmiş, torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Həmçinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 238 saylı, 30 noyabr 2015-ci il tarixli sərəncamı ilə iddiaçının ünvan ndə istifadəsində olan 1320 kv.metr torpaq sahəsində təqdim edilən lay ihə əsasında (İ mərtəbə: 9,36 kv.metr, həyətyanı sahə: 5,29 kv.metr) inşa edilmiş bir mərtəbəli yardımçı tikili göstərilən ölçülərlə ilkin hüquqi qeydiyyata alınmasına qərar verilmişdir. Üçüncü şəxs O.Məmmədova aid sənədlərdən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 499 saylı qərarı ilə O.Məmmədova 4000 kv.m torpaq sahəsi ayrılmış, bələdiyyə ilə O.Məmmədov arasında 30 dekabr 2006-cı il tarixli 644 saylı alqı-satqı müqaviləsi imzalanmış, 29 dekabr 2006-cı il tarixdə O.Məmmədovun adından bələdiyyənin hesabına 20.000 manat ödənilmişdir. Sənədlərə 4000 kv.m torpaq sahəsinin situasiya planı əlavə edilmişdir. İddiaçıya və üçüncü şəxs O.Məmmədova ayrılan torpaq sahələrinin üst-üstə düşübdüşməməsi ilə bağlı məhkəmələr tərəfin dən hər hansı araşdırma aparılmamış, torpaq sahələrinə yerində baxış keçirilməmiş, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyi müzakirə edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 31 avqust 2017-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla O.Məmmədovun inzibati məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməsi məsələsi müzakirə edilmiş və qərardadda məhkəmə qeyd etmişdir ki, məlum olur ki, sözügedən torpaq sahəsi eyni zamanda...X15 mülkiyyətinə ayrılmış 4000 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilindədir (2-ci cild, səh.35). Bu qərardad qəbul edilənə qədər iddiaçıya və üçüncü şəxs O.Məmmədova ayrılan torpaq sahələrinin tam, yaxud qismən üst-üstə düşməsinə dair məhkəmə araşdırması aparılmamışdır. İddiaçı həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində ona və üçüncü şəxs O.Məmmədova ayrılan torpaq sahələrinin üst-üstə düşmədiyini bəyan etmişdir. Mübahisə olunan torpaq sahələrinin üst-üstə düşməsi isə mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilə bilər. Apellyasiya instansiyası məhkəməsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən üçüncü şəxs O.Məmmədova həqiqətən 4000 kv.m torpaq sahəsi ayrılmasına dair qərar qəbul edilməsi barədə də kifayət qədər araşdırma aparmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən O.Ə.Məmmədova verilmiş, 02.03.2016-cı il tarixli, M-328 məktuba əsasən, Binəqədi Bələdiyyəsinin 29.12.2016-cı il tarixli 499 saylı qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 4000 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı onun adına qərar X 9 499/2 nömrə ilə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin iddiaçının vəkilinə göndərdiyi 5 noyabr 2019-cu il və 28 noyabr 2019-cu il tarixli məktublarında Binəqədi Bələdiyyəsinin 29.12.2016-cı il tarixli 499 saylı qərarının və 644 saylı alqı-satqı müqaviləsinin X5 aşkar olunmadığı qeyd edilmişdir. İşin 3-cü cild 37 və 81-ci səhifələrində olan Dövlət Arxivinin Bakı filialının 25 dekabr 2018-ci il və 29 mart 2019-cu il tarixli məktublarında Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 29 dekabr 2006-cı il tarixli 499/2 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. İddiaçı apellyasiya şikayətində O.Məmmədova torpaq sahəsi ayrılması barədə Binəqədi Bələdiyyəsinin iclas keçirmədiyini, bələdiyyə üzvləri tərəfindən qə rar və protokol olmadığını bildirmiş, lakin İPM-in 87.8-ci maddəsinin tələbinə əməl olunmayaraq şikayətin bu dəlili apellyasiya məhkəməsi tərəfindən yoxlanılmamış, O.Ə.Məmmədova torpaq sahəsi ayrılmasına dair həqiqətən bələdiyyə iclasının keçirilməsi, bələdiyyə tərəfindən qərar qəbul edilməsi öyrənilməmiş, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X9 və Binəqədi Bələdiyyəsinə sorğular edilməmiş, Binəqədi Bələdiyyəsi iş üzrə məhkəmə icraatına cəlb edilməmişdir. İşdə istinad edilən sübutlar əsasən 2004 və 2006-cı illərə aid olduğundan, həmin sübutların mötəbərliliyini müəyyən etmək üçün onların əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surətləri tələb edilib işə əlavə edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı maddəsində torpaq sahələrinin mülkiyyə tə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarından bəhs olunaraq qeyd edilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Qanuna və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (6.1-ci maddə). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2-ci maddə). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (6.5-ci maddə) Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələ diyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Mübahisə olunan torpaq sahəsini bələdiyyə 2004-cü ilin avqust ayında iddiaçıya satmışdır. Torpaq sahəsinin üçüncü şəxs O.Məmmədova satılması ilə bağlı bələdiyyənin qərarı bundan 2 il 5 ay sonra, yəni 2006-cı ilin dekabr ayında qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə torpaq sahəsi iddiaçıya satılarkən yuxarıda qeyd edilən normaların tələbi pozulmuş, aidiyyəti orqanlardan rəy alınmamışdır. Lakin məhkəmə 2004-cü ilin avqust ayında satılan torpaq sahəsinin 2006-cı ilin dekabr ayında üçüncü şəxs O.Məmmədova satılmasını, 2006-cı ilin dekabr ayında bələdiyyə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əməl edilməsini (aidiyyəti orqanlardan rə y alınmasını) araşdırıb hüquqi qiymət verməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahis ənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv olunması barədə şikayətin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, yeni qərar qəbul edilməsi üçün əsaslar olmadığından bu hissədə şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-116/2019 saylı, 10 aprel 2019-cu il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-73/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-73/2020
14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver