Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-73/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ictimai birliyin əmlak kompleksinə hüququnun qeydə alınması, reyestrdən çıxarışın verilməsi, hüququn yarandığı vaxtda qüvvədə olan qanunun tətbiqi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X11 və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil2 və cavabd ehin vəkili Vəkil1 iştirakı ilə, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «əmlak kompleksinin qeydə alınaraq reyestrdən çıxarışın verilməsi haqqında» tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2020ci il tarixli 2-1(103)-1332/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Oktyabr rayon X15 İK-nin 11 saylı, 03 dekabr 1982-ci il tarixli qərarı ilə ünvan döngəsində tikilən idman kompleksinin "Məhsul" idman cəmiyyətinin balansına verilməsi qərara alınmışdır. 2. iddiaçı X6 1993-cü ildə yaranmış, Azərbaycan Respublik asının Ədliyyə Nazirliyində 440 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Təşkilatın Nizamnaməsinə əlavə və dəyişiklik edilərək 2-ci redaksiyada təsdiq üçün Ədliyyə Nazirliyinə təqdim olunmuş və 13 noyabr 2014-cü il tarixdə təsdiq olunmuş, qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Azərbaycan X12 Təşkilatları" İctimai Birliyi adı ilə qeydiyyatdan keçmişdir. 3. "Məhsul" İdman Cəmiyyəti iddiaçı X2 strukturuna daxil olmaqla, onun təşkilatlarından biridir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən "iddiaçı X8»nın adına tərtib edilərək verilmiş, inventar nömrəsi 11/412, reyestr nömrəsi **********39-12101 olan, 15.05.2014-cü il tarixli «Texniki pasport»a görə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 69 «D» ünvanında yerləşən əmlak komplek si kimi müəsissənin balans saxlayıcısı, eyni zamanda istifadəçisi "iddiaçı X8"dır.
5. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 1s. Bakı Əİ və ya cavabdeh) müraciət edərək Bakı şəhər X15 İcraiyyə Komitəsinin 1982-ci il 3 dekabr tarixli, 11 nömrəli qərarına əsasən təşkilatın balansına verilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 69 D ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini xahiş etmişdir.
6. Cavabdeh 2018-ci il 14 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeyri-yaşayış binasına dair Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınma z əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacaqdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 27.08.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Birliyin balansında olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 69 D ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestrində qeydə alınaraq daimi istifadə hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X1raq 1982-ci ildən balanslarında olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 69«D» ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestr xidmətində qeydə alınaraq çıxarış verilməsinin təmin edilməsi üçün 05.06.2018-ci il tarixdə ərizə ilə müraciət etmişlər. Cavabdehin əməkdaşları tərəfindən həmin qeyd olunan əmlak kompleksinə 16.05.2014-cü il tarixə texniki pasport verilmişdir. Cavabdeh onlara 03.07.2018-ci il tarixdə əsassız olaraq cavab məktubu göndərmişdir. Qeyd olunan həmin əmlak kompleksi 1982-ci il tarixdən onların təşkilatının balansındadır. Bu göstərilən faktı təsdiq edən arxiv arayışları, İcraiyyə Komitəsinin qərarı, protokoldan çıxarış, həmçinin 1982-ci il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur. Həmin sənədlərin əsillərini 17 iyul 2018-ci il tarixdə yenidən müraciət edərək ərizəsinə əlavə etmişlər. Buna baxmayaraq cavabdeh yenə də 14 avqust 2018-ci il tarixdə həmin məzmunda imtina məktubu vermişdir. Cavabdehin cavab məktubunda göstərilən qanunvericilik normaları qeyd olunan əmlak kompleksinə şamil edilmir, bundan əlavə həmin əmlak kompleksinə texniki pasport tərtib edildiyi təqdirdə çıxarışın verilməməsi əsassız və qanunsuzdur. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3885/2018 saylı, 2018-ci il 5 dekabr tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçının balansında olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 69 D ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestrində qeydə alınaraq daimi istifadə hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına tərtib edilərək verilmiş 15.05.2014-cü il tarixli «Texniki paspo rt» və həmin texniki pasportda qeyri-yaşayış binasının iddiaçının istifadəsində olması öz əksini tapmışdır.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. İş üzrə yuxarı instansiya məhkəmələrindəki icraat Apelyasiya məhkəməsindəki birinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)660/19 saylı, 28 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər C.Yusifov, (sədrlik edən və məruzəçi) V.Ağayev və A.Nuriyeva) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun təsdiqləyici sənədlər cavabdehə təqdim olunmamışdır və iş materiallarında məhkəməyə təqdim olunmuş sənədlər sırasında da belə təsdiqləyici sənədlər mövcud deyil. Belə olan halda, iddiaçı tərəfindən qeydə alınması tələb olunan hüquq dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilə bilməz.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ali Məhkəmədəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1998/2019 saylı, 2019-cu il 27 iyun tarixli qərarı ilə (hakimlər K.Bədəlov, (sədrlik edən və məruzəçi) İ.Dadaşov və S.Hüseynova) kassasiya şikayətinin təmin edilməsi, Bak ı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alaınmışdır.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin həllinə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsinin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 29 iyun 2004-cü il tarixdə qəbul olunmuşdur.
17. İş materaillarından görünür ki, mübahisə predmeti olan əmlak kompleksi 1982-ci ildə iddiaçının balansına verilmişdir (iş vər 13). Həmin sənədlə təsdiq olunur ki, kompleksin inşasına 1982-ci ildə ya da on dan daha əvvəl başlanılmışdır.
18. İddiaçının qeydə alınmasını tələb etdiyi hüquq, mübahisə predmeti olan əmlak üzərində daimi istifadə hüququdur. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin hüququn mövcud olduğu, üzərində daimi istifadə hüququnun qeydə alınması tələb edilən əmlakın hələ Azərbaycan Respublikası müstəqillik əldə etməzdən əvvəl iddiaçının balansında olması ilə təsdiq olunur. İddiaçı da əmlak üzərində mövcud olan istifadə hüququnun müvafiq reyestrdə qeydə alınmasını arzulamışdır. Apelyasiya məhkəməsindəki ikinci icraat
19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2183/2019 saylı, 2019-cu il 05 noyabr tarixli qərarı ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi) S.Seyidova və V.Məmmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018- ci il 05 dekabr tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın mahiyyəti onun torpaq sahəsi ilə möhkəm bağlı olmasıdır. Lakin əmlak kompleksinin texniki pasportunda göstərilən və onun faktiki istifadəsində olan 1.22679 torpaq sahəsinə dair iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə uyğun təsdiqləyici sənədlər cavabdehə təqdim olunmamış və iş materiallarında məhkəməyə təqdim olunmuş sənədlər sırasında da belə təsdiqləyici sənədlər mövcud deyil. Belə olan halda iddiaçı tərəfindən qeydə alınması tələb olunan hüquq dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilə bilməz.
21. Belə ki, mübahisəli əmlak keçmiş Azərbaycan SSR dövründə iddiaçı qurumun struktur tə rkibinə aid idman cəmiyyətinin balansına verilərkən, hazır kompleks olmamış, hələ tikilmə ərəfəsində olmuş, sonradan, tikildikdən sonra 2014-cü ildə iddiaçı X3 adına (balanssaxlayıcı) texniki pasport tərtib olunmuşdur. Texniki pasportda balans saxlayıcı, icarəçi və ya istifadəçi qismində iddiaçı X3 adı qeyd edilmişdir, lakin iş üzrə iddiaçı qismində isə digər hüquqi şəxs “Azərbaycan X12 Təşkilatları” İctimai Birliyi cıxış edir.
22. Hazırki iş üzrə hüquqi şəxs “iddiaçı X9”nın çevrilməsi nəticəsində hüquq və vəzifələrin təhvil aktına uyğun olaraq hal-hazırda Azərbaycan X12 Təşkilatları” İctimai Birliyinə və ya əmlakının sonuncunun balansına keçməsinə ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Habelə məhkəmələr tərəfindən bu halın iş materiallarının 11-12-ci səhifələrində istinad edilməsi ilə bağlı isə kollegiya qeyd edir ki, iş materiallarındakı hər hansı sənəd işin bu halını sübut etmir.
23. İşdə olan 13 noyabr 2014-cu il tarixdə dövlət qeydiyyatına alınmış Azərbaycan X12 Təşkilatları” X4 hüquq varisliyi ilə bağlı qeyd mövcud deyildir.
24. Mübahisə predmeti ilə bağlı ilkin 19 yanvar 2013-cu il tarixdə “İdman qurğusu olan Məhsul meydançasının təsdiq edilmiş pasportu və hazırki 15.05.2014-cü il tarixli əmlak kompleksinə dair Texniki pasport arasında uyğunsuzluğun olması, yəni əlavə tikililərin (inzibati bina 320,2 kv.m, bir mərtəbəli tikili 21.6 kv.m, iki növ idman meydançası 4449,1 kv.m, 1030,6 kv.m, daş hasar 159,2 kv.m, köməkçi otaq 45,2 kv.m, boş otaqlar 30,4 kv.m, xidmət otağı 41,8 kv.m) mövcudluğu da birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Ali Mə hkəmədəki ikinci icraat
25. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-392/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov (sədrlik edən və məruzəçi) N.Rəsulbəyova və Z.Quliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 noyabr tarixli 21(103)-2183/2019 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 58.7, 82 və 81.3-cü maddələrində əks olunan normaların tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 97-ci və 98-ci maddəsi ilə müəyyən olunan normalara istinadla qeyd etmişdir ki, həmkarlar ittifaqları təşkilatları və sair ictimai təşkilatların mülkiyyəti və onun obyektləri tərkibində «əmlak kompleksi» nəzərdə tutulmamışdır. Bununla yanaşı, 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunun 3, 4, 14 və 17-ci maddələri ilə nəzərdə tutulmuşdur ki, ictimai birliklər sahibkarlıq fəaliyyətilə məşğul ola bilərlər, bu fəaliyyəti həyata keçirmək məqsədilə müəssisələr və nizamnamə vəzifələrini yerinə yetirmək üçün zəruri olan hədlər daxilində başqa əmlak yarada və ala bilərlər. Göründüyü kimi, 1964-cü ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları ilə bərabər, 1991-ci ildə - yeni iqtisadi münasibətlərin formalaşdığı dövrün tələblərinə uyğun olaraq qəbul edilmiş, mülki qanunvericiliyin tərkib hissəsi olan «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunun müddəalarında mülkiyyət hüququnun obyektlərinin dairəsi genişləndirilmiş (o cümlədən, torpaq, əmlak kompleksləri, mədəni və başqa təyinatlı digər əmlak və s.), kollektiv mülkiyyətin dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlməsi təsbit olunmuşdur. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iddiaçının əşya hüquqlarının əmələ gəlmə əsaslarını işin digər halları ilə yanaşı, həm də yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alı nmaqla tədqiq etməli idi. 27. 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 97-ci maddəsinə əsasən, həmkarlar ittifaqları təşkilatları və sair ictimai təşkilatlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, ondan istifadə edir və onun üzərində sərəncam verirlər. Həmkarlar ittifaqları təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyətini təşkil edən əmlak üzərində sərəncam hüququ, ancaq mülkiyyətçilərin özlərinə məxsusdur.
28. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən (1986-cı il 17 noyabr tarixli fərmanla yeni redaksiyada), həmkarlar ittifaqı təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyəti onlara nizamnamə vəzifələrini həyata keçirmək üçün lazım olan əmlakdır.
29. Apelya siya instansiyası məhkəməsi də məhz həmin normalara istinadla qeyd etmişdir ki, həmkarlar ittifaqları təşkilatları və sair ictimai təşkilatların mülkiyyəti və onun obyektləri tərkibində “əmlak kompleksi” nəzərdə tutulmamışdır.
30. Bununla yanaşı, 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 3-cü maddəsinə əsasən (Mülkiyyət hüququnun obyektləri), torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin m əhsulları mülkiyyətdə ola bilər.
31. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır.
32. Həmin Qanunun 14-cü maddəsinin 3-cü bəndinə əsasən, kollektiv mülkiyyət dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlir.
33. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə əsasən, hüquqi şəxslər sayılan ictimai birliklərin mülk iyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar, mədəni-maarif və sağlamlıq təyinatlı əmlak, pul vəsaiti, səhmlər, digər qiymətli kağızlar və onların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün zəruri sayılan başqa əmlak ola bilər.
34. Ali Məhkəmə həmçinin apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsası kimi, mübahisəli əmlakın keçmiş Azərbaycan SSR dövründə iddiaçı qurumun struktur tərkibinə aid idman cəmiyyətinin balansına verilərkən hazır kompleks olmadığı, hələ tikilmə ərəfəsində olduğu, tikildikdən sonra 2014-cü ildə iddiaçı X2 adına (balanssaxlayıcı) Texniki pasport tərtib olunduğu barədə qənaətini də qəbul etməmiş və bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi texniki pasport 2014-cü ildə tərtib olunsa da, həmin sənəddə yalnız tikilinin həmin vaxtda mövcud olan vəziyyətinin əks olunduğu qeyd edilmiş, lakin tikili və qurğuların tikildiyi il göstərilməmişdir. Əksinə, həmin Texniki pasportla bərabər işə əlavə edilmiş “İdman qurğusunun pasportu”nda torpaq sahəsinin 1,5 ha, tikililərin tərkibi, istismara verilmə tarixi (1982), pasportlaşma anına texniki vəziyyəti - “kafi” kimi qeyd edilmişdir (iş v. 23-25, 134-140).
35. Ali Məhkəmənin kollegiyası həmçinin iddiaçının hüquq varisliyi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qənaətini də İPM-in 12-ci və 57.8-ci maddələrinin tələblərinə uyğun hesab etməmiş və qeytd etmişdir ki, iddiaçı X6 1993-cü ildə yaranmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 440 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Təşkilatın Nizamnaməsinə əlavə və dəy işiklik edilərək 2-ci redaksiyada təsdiq üçün Ədliyyə Nazirliyinə təqdim olunmuş və 2014-cü il 13 noyabr tarixdə təsdiq olunmuş, qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Azərbaycan X12 Təşkilatları” İctimai Birliyi adı ilə qeydiyyatdan keçmişdir. İzahata əlavə olunmuş qeydiyyat sənədlərindən də göründüyü kimi, həmin sənədlərdə “Azərbaycan X12 Təşkilatları” İctimai Birliyinin 1993-cü il 13 oktyabr tarixdə 440 nömrə ilə dövlət qeydiyyatına alındığı, 2014-cü il 13 noyabr tarixdə dəyişikliklərin qeydə alındığı təsbit olunmuşdur. X10 titul vərəqindən də göründüyü kimi, həmin Nizamnamə 2-ci redaksiyada 2014-cü il 13 noyabr tarixdə (yəni Texniki pasportun “iddiaçı X6”nın adına tərtib edildiyi 2014-cü il 15 may tarixdən sonra) qeydə alınmışdır.
36. Göründüyü kimi, iddiaçı hüquqi şəxsin Nizamnamə sində qismən (təşkilatın adında) dəyişiklik edilmiş, hər hansı birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə şəklində yenidən təşkil olunmamış, onun təşkilati-hüquqi forması dəyişməmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5-ci maddəsinin tətbiqi üçün əsaslar olmamış, qeydiyyat orqanı da məhz dəyişdirilmiş (2-ci redaksiyada) Nizamnaməni qeydə almışdır. Başqa sözlə, iddiaçının Nizamnaməsinin yeni redaksiyası həmin hüquqi şəxsin 1993-cü ildə qeydə alındığı vaxtdan malik olduğu hüquqları və vəzifələri aradan qaldırmamış və ya dəyişməmiş, həmin hüquq və vəzifələr qalmaqda davam etmişdir. Apelyasiya məhkəməsindəki üçüncü icraat
37. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1332/2020 saylı, 27.08.2020-ci il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov (sədrli k edən və məruzəçi), M.Tağızadə və X.Cəmilova) Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3885/2018 saylı 05 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
38. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
39. Kassasiya şikayətində göstərilir ki, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşın maz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
40. Bundan əlavə, sözügedən daşınmaz əmlak (əmlak kompleksi kimi müəssisə və yerləşdiyi torpaq sahəsi) dövlət əmlakıdır və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə uyğun qaydada özəlləşdirilməmişdir.
41. Daşınmaz əmlakın dövlət əmlakı olması birinci instansiya məhkəməsi və kassasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, müvafiq daşınmaz əmlaka dair iddiaçının adına qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlərin olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında əsas kimi Oktyabr rayon XDS-nin 11 saylı, 03 dekabr 1982-ci il tarixli qərara, iddiaçı Konfederasiyası İcraiyyə Komitəsinin 14 avqust 1998-ci il tarixli qərarından çıxarışa və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16.05.2014-cü il tarixli texniki pasporta istinad etmişdir. Lakin məhkəmə həmin sənədlərin hansı normativ hüquqi akta əsasən hüquqların dövlət qeydiyyatı üçün əsas olduğunu əsaslandıra bilməmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamışdır.
42. Dövlət əmlakı olan sözügedən daşınmaz əmlaka dair iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin verildiyi dövrdə - 01 mart 1965-ci ildən 01 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində əmlak kompleksi üzərində daimi istifadə hüququ və ya əmlak məhdud əşya hüququ nəzərdə tutulmamışdır. Həmçinin 1978ci il tarixli Azərb aycan SSR Konstitusiyasının 11-ci maddəsində qeyd edilmişdir ki, torpaq və yerin təki, sular, meşələr, dövlətin müstəsna mülkiyyətidir. İstehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, banklar, dövlət tərəfindən təşkil edilmiş ticarət və kommunal müəssisələrinin, başqa müəssisələrin əmlakı, şəhərlərin əsas mənzil fondu, habelə dövlətin vəzifələrinin həyata keçirilməsi üçün lazım olan başqa əmlak dövlətə məxsusdur. 43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarının 2004cü il tarixdən əvvəlki tarixdə inşa edilmiş daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınması zamanı tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə və “Normativ hüquqi aktları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə zidd kimi qiymətləndirilə bilməz. Belə ki, sözügedən daşınmaz əmlak inşa olunduğu tarixdə qüvvədə olan qanunvericilikdə dövlət əmlakı olan sözügedən qeyri-yaşayış binasının (əmlak kompleksi) iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı norma olmamışdır və sözügedən daşınmaz əmlakın iddiaçının mülkiyyətinə verilməsi və adına qeydiyyata alınması həmin dövrdə qüvvədə olan 1978-ci il tarixli Azərbaycan SSR Konstitusiyasının 11-ci maddəsinə əsasən mümkünsüz olmuşdur. Bu səbəbdən də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının 2004-cü il tarixdən əvvəlki tarixdə inşa edilmiş daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınması zamanı tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə zidd olması ilə bağlı mövqeyi məntiqsiz və əsassızdır.
44. Məhkəmə sözügedən daşınmaz əmlakın dövlət vəsaiti hesabına inşa edilməsini nəzərə almamışdır.
45. Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Yasamal rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, X5 Təşkili üzrə Dövlət Agentliyinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 3-cü şəxs qismində cəlb edilməsi və müvafiq ünvanda ekspertizanın keçirilməsi barədə İdarənin birinci instansiya məhkəməsinə verdiyi vəsatət əsassız olaraq təmin edilməmiş, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, aidiyyəti qanunvericilik normalarına istinad edilməmiş, istinad edilmiş hüquq normaları düzgün təfsir edilməmiş, İdarənin imtina məktubunda və etirazında qeyd olunanlar araşdırılmamış, həmin hallara məhkəmə tərəfindən münasibət bildirilməmiş, İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsiziliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş, qeyd olunan hallar qanunsuz olaraq məhkəmə instansiyaları tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz
46. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izah atları
47. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qərarın ləğv edilməsini xahiş etdi.
48. İddiaçının vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquq i aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, m eşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müə yyən edilməsi Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;.... 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi. 50. “İnzibati icraat haqqında” Qanun Maddə
10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına ) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 51. 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Qanun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 3. (Mülkiyyət hüququnun obyektləri), torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin məhsulları mülkiyyətdə ola bil ər. Maddə
4. Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır. Maddə
14. Kollektiv mülkiyyət dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlir. Maddə
17. Hüquqi şəxslər sayılan ictimai birliklərin mülkiyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar, mədəni-maarif və sağlamlıq təyinatlı əmlak, pul vəsaiti, səhmlər, digər qiymətli kağızla r və onların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün zəruri sayılan başqa əmlak ola bilər. 52. 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsi Maddə
97. Həmkarlar ittifaqları təşkilatları və sair ictimai təşkilatlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, ondan istifadə edir və onun üzərində sərəncam verirlər. Həmkarlar ittifaqları təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyətini təşkil edən əmlak üzərində sərəncam hüququ, ancaq mülkiyyətçilərin özlərinə məxsusdur. Maddə 98. (1986-cı il 17 noyabr tarixli fərmanla yeni redaksiyada), həmkarlar ittifaqı təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyəti onlara nizamnamə vəzifələrini həyata keçir mək üçün lazım olan əmlakdır.
53. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstər ilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
55. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütö vlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
56. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Apelyasiya instansiyası məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, Oktyabr rayon X15 İK-nin 11 saylı, 03 dekabr 1982-ci il tarixli qərarı ilə ünvan döngəsində tikilən idman kompleksinin "Məhsul" idman cəmiyyətinin balansına verilməsi qərara alınmışdır. "Məhsul" İdman Cəmiyyəti iddiaçı X2 strukturuna daxil olmaqla, onun təşkilatlarından bi ridir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 69 «D» ünvanında yerləşən əmlak kompleksinə iddiaçı X8»nın adına inventar nömrəsi 11/412, reyestr nömrəsi **********39-12101 olan, 15.05.2014-cü il tarixli texniki pasport tərtib edilmiş, həmin pasportda əmlak kompleksi kimi müəsissənin balans saxlayıcısı, eyni zamanda istifadəçisi "iddiaçı X8" qeyd olunmuşdur.
58. Apelyasiya məhkəməsi iddiaçının sözügedən qeyri-yaşayış binasından istifadə hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasını əsassız hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1964-cü ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları ilə bərabər, 1991-ci ildə - yeni iqtisadi münasibətlərin formalaşdığı dövrün tələblərinə u yğun olaraq qəbul edilmiş, mülki qanunvericiliyin tərkib hissəsi olan "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Qanunun müddəalarında mülkiyyət hüququnun obyektlərinin dairəsi genişləndirilmiş (o cümlədən, torpaq, əmlak kompleksləri, mədəni və başqa təyinatlı digər əmlak və s.), kollektiv mülkiyyətin dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlməsi təsbit olunmuşdur.
59. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının adına tərtib edilərək verilmiş 15.05.2014-cü il tarixli «Texniki Pasport» 2014-cü ildə tərtib olunsa da, həmin sənəddə yalnız tikilinin həmin vaxtda mövcud olan vəziyyətinin əks olunduğu qeyd edilmiş, lakin tikili və qurğuların tikildiyi il göstərilməmişdir. Məhkəməyə təqdim edilmiş, mübahisəli əmlak kompleksinə dair "Məhsul" İdman Cəmiyyətinin adına 19.01.1983-cü ildə tərtib olunmuş "İdman qurğusunun pasportu"nda (i.v. 134-140) isə idman qurğularının (tikililərinin) istismara verilmə tarixinin 1982-ci il olması və pasportlaşma anına tikili və qurğuların texniki vəziyyətinin "kafi" olması qeyd edilmişdir.
60. Apelyasiya məhkəməsi daha sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1 və 15-ci maddələrinə istinad etmişdir.
61. Məhkəmə kollegiyası, bu iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 21(102)-1998/2019 saylı, 2019-cu il 27 iyun tarixli və 2-1(102)-392/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeləri də nəzərə almaqla, apelya siya instansiyası məhkəməsinin gəldiyi nəticəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1 və 15-ci maddələrinə uyğun hesab edir.
62. Belə ki, Oktyabr rayonu (hazırda Yasamal rayonu), Şərifzadə küçəsi, 7-ci Alatava döngəsində tikilən idman kompleksinin "Məhsul" idman cəmiyyətinin balansına verilməsi barədə Oktyabr rayon X15 İK-nin 11 saylı, 03 dekabr 1982-ci il tarixli qərarı qüvvədədir və onun qanuniliyi mübahisələndirilmir. Həmin akt, iddiaçının əmlak üzərində istifadə hüququnun yaranması üçün əsasdır.
63. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən, həmin əmlak üzərində istifadə hüququnun qeydə alınmasını tələb etmək hüququ vardır. 64. “Daşınmaz əmlakın dövlət rey estri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi, təqdim olunan sənədlər əsasında dövlət əmlakı üzərində iddiaçının daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasının qanunvericiliyin tələblərinə zidd olması barədə kassatorun dəlilləri əsassızdır.
65. Çünki adı çəkilən qanunun 8.0.1-cu maddəsində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın istifadəsinə dair qəbul olunmuş aktlar, 8.0.5-ci maddəsində isə 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar qeydiyyat üçün əsaslar kimi müəyyən edilmişdir. 66. ünvan döngəsində tikilən idman kompleksinin "Məhsul" idman cəmiyyətinin balansı na verilməsi barədə Oktyabr rayon X15 İK-nin 11 saylı, 03 dekabr 1982-ci il tarixli qərarı, iddiaçının həmin əmlaka istifadə istifadə hüququnu təsdiq edən aktdır. Bu aktın qanuniliyi mübahisələndirilmir. Ona görə də XDS-nin bu qərarı, sözügödən əmlak üzərində iddiaçının istifadə hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-cu maddəsində nəzərdə tutulmuş əsaslardan biridir.
67. Sözügedən daşınmaz əmlakın dövlət əmlakı olması, dövlət vəsaiti hesabına inşa edilməsi və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə uyğun qaydada özəlləşdirilməməsi barədə kassatorun dəlili də əsassızdır.
68. Çünki dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (“Döv lət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsi).
69. İddiaçı sözügedən əmlak üzərində mülkiyyət hüququnun deyil, istifadə hüququnun qeydə alınmasını tələb edir ki, bu halda əmlakın özəlləşdirilməsi zəruri şərt deyildir. Bu şərtə əməl olunması yalnız mülkiyyət hüququ qeydə alınarkən tələb edilə bilərdi.
70. Kassatorun Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Yasamal rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, X5 Təşkili üzrə Dövlət Agentliyinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 3-cü şəxs qismində cəlb edilməsi və müvafiq ünvanda ekspertizanın keçirilməsi barədə dəlilləri də əsassızdır.
71. Çünki həmin orqanların baxılan işə zəruri cəlb olunmasını şərtləndirən hər hansı hal müəyyən olunmur.
72. Eyni zamanda baxılan iddianın predmeti - iddiaçının daşınmaz əmlakdan istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtina etməsinin əsaslı olub-olmamasından, yəni sırf hüquqtətbiqetmədən ibarətdir. Cavabdehin imtina dəlilləri birbaşa və ya dolayısı ilə qeydiyyat üçün xüsusi bilik tələb olunan məsələlərlə bağlı deyildir və işin halları da, iddianın həlli üçün xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etmir.
73. Göründüyü kimi iddiaçının müraciətini təmin etməkdən cabadehin imtina etməsi qanunçuluq, hüququn tətbiqindən imtinanın qadağan olunması prinsiplərinə uyğun olmamış, c avabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 11, 16 və 17-ci maddələri).
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2-1(103)-1332/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.