Məhkəmə qərarları › İş №2-1(102)-73/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-73/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-73/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluğuna xitam verilməsi; İPM-in 12, 87.8-ci maddələrinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iş ü zrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli, 2-1(105)401/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 29.07.2020-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsə çevrildiyi üçün işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsindən azad edilərək yeni qurumda müvafiq işlə təmin olunmasını xahiş etmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.07.2020-ci il tarixli **********6 nömrəli əmri ilə “Dövlət qulluğu” haqqında Qanunun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi vəzifəsində çalışan İddiaçı 29.07.2020-ci il tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş, onunla təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması qərara alınmışdır.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 14.08.2020-ci il tarixli, **********6 nömrəli əmrinə əsasən İddiaçı 17.08.2020-ci il tarixindən 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon xidmət nümayəndəliy ində ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin əmrə əsasən tərtib olunmuş əmək müqaviləsini imzalamaqdan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş işdən çıxarılması barədə əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin ********** №-li 27.07.2020-ci il tarixli əmrinə əsasən 29.07.2020-ci il tarixdən 2000-dən çox dövlət qulluğunda olan işçilərin, o cümlədən də İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxma barədə əmr verilərkən bir çox qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 912 №-li, 30.12.2019-cu il tarixli Fərmanının 7.5-ci hissəsinə əsasən Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxsə çevrilmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən qeyd olunan təşkilatlarda işləyən işçiləri, bu Fərmanın 1.4-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunması ilə bağlı tədbirlər görülməsi ilə əlaqədar Fərman qəbul etmişdir. Nazirlik Fərmandan irəli gələn öhdəliyi yerinə yetirməyərək işçiləri aldadılaraq ərizələri alınmış və işdən azad olunmuş 2000-dən çox işçilərin sırasında iddiaçını da qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.1-ci maddəsinə görə müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Nazirlik işçilərin müvafiq işlə təmin olunması ilə əlaqədar verdiyi Fərmana diqqətsiz yanaşmış, müddətsiz əmək müqavilələrinə xitam verilmiş işçilərlə razılaşmadan 600 manat aylıq əmək haqqı göstərilməklə əmək müqavilələri hazırlanmışdır. Həmin müqavilələrin müddəti 14.11.2020-ci il tarixədək olmaqla, işçilər ştat cədvəlində göstərilməmişdir. Ştat cədvəlində göstərilmədən hansı hesabdan işçilərə əmək haqqı verilməsi də müəmmalıdır. Nazirin 27.07.2020-ci il tarixində verdiyi ********** №-li əmrinədək fondun və yerli şöbələrdə işləyən işçilərin vəzifələri dövlət qulluğuna aid edilmişdir. Fondun idarə heyətinin sədri Himalay Məmişovun məktubu şöbəyə daxil olmuşdur. Həmin məktubda 23- 24 iyul 2020-ci il tarixlərdə işçilərin (baş işçilər istisna olmaqla) yoxlanılması bildirilmişdir, həmin qiymətləndirmə şöbədə fondun işçilərinə əvvəlcədən hazırlayıb gətirdikdə suallar əsasında keçirilmiş və işçilər tərəfindən doldurulmuş vərəqələr DSMF-yə aparılaraq, orada cavablar qiymətləndirilmişdir. Bu da qiymətləndirmənin ədalətli olmasına şübhə yaradır. Həmin qiymətləndirmə 29.07.2020-ci il tarixədək dövlət qulluğunda olan işçilər üçün “Dövl ət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə zidd keçirilmişdir. Həmin Qanunun 30.1.1-ci maddəsində göstərilir: “İnzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir”. İddiaçı keçirilən qiymətləndirmədə 30-31 iyul 2020ci il tarixlərdə xəstə olduğuna görə bülletendə olduğu üçün iştirak etməmişdir. Lakin DSMF onu “C” variantına əsasən qiymətləndirmişdir. “0” balı toplamasını iddiaçı internetdən bilmişdir. Bu da DSMF-nin növbəti qanuna zidd hərəkətidir. DSMF bütün bu qanun pozuntularına ona görə yol vermişdir ki, işdən azad etdikləri işçilərə işdən çıxma müavinəti verilməsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.3-cü maddəsi tətbiq olunmaqla işçilər işdən azad edilən işçilərin hüquqları pozulmuşdur. Prez identin 9121 №-li, 30.12.2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar verilmiş 30.06.2020-ci il tarixli Fərmanında göstərilən tələblərə Nazirlik və DSMF tərəfindən əməl olunmamış, işdən çıxarılan işçilər sosial müdafiəsiz qalmış, bu gərgin karantin müddətində taleyin ümidinə buraxılmışlar. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onun işdən çıxma əmrini və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsdən isə onunla birtərəfli qaydada bağlanmış əmək müqaviləsinin surətini ala bilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nazirlik 1 ay müddətinə gözləməli olduğu halda həmin müddəti gözləmədən, ərizəni düzgün qiymətləndirməyərək onu işdən azad etmişdir.

6. Cavabdeh isə iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ə rizə ilə müraciət edərək öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna 29 iyul 2020-ci il tarixdən **********6 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. İşəgötürən göstərilən normada qeyd edilən hüququndan istifadə etməmiş və ərizə qeydə alı nan gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azər baycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Qeyd edilən tapşırığın icrası ilə bağlı həm Nazirlik tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsi və yeni yaradılmış müvafiq qurumda işlə təmin olunması ilə bağlı ərizə yazmışdır. Ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmri ilə Fon dun Xaçmaz rayon xidmət nümayəndəliyində işlə təmin edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(118)-264/2021 nömrəli qərarına əsasən (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz iradə ifadəsi olaraq tutduğu vəzifədən azad edilməsi və yeni yaradılacaq qurumda işə qəbul edilməsi barədə ərizə yazmış və onun ərizəsi təmin edilərək o, tutduğu vəzifədən azad edilərək DSMF-nin Xaçmaz rayon xidməti nümayəndəliyində işlə təmin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının dövlət qulluğuna qanunauyğun şəkildə xitam verilmişdir. Onun dövlət qulluğuna xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas yoxdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində ic raat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli, 2-1(105)-401/2021 nömrəli qərarına əsasən (sədrlik edən Fuad Məmmədov, hakimlər Hökümə Babayeva, Rəşadət Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(118)-264/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı iddiaçıya 09.09.2021-ci il tarixində təqdim edilmişdir.

13. İddiaçı məhkəməyə 21.09.2021-ci il tarixində dövlət büdcəsi hesabına vəkillə təmin olunması məqsədilə ərizə təqdim etmiş, məhkəmənin 04.10.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı 12.10.2021-ci il tarixində vəkillə təmin olunmuşdur.

14. İddiaçı 30.10.202 1-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli, 2-1(105)401/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya instansiyası məhkəməsinin “Dövlət qulluğu haqqında” Qanunun 33.3-cü maddəsinə istinad etməsi əsassızdır. Belə ki, həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir.

16. Məhkəmə iddiaçının ərizəsini işdən azad edilmə barədə ərizə hesab edir. Lakin ərizənin məzm unundan aydın olur ki, iddiaçının xahişi yalnız işdən azad edilməsi ilə bağlı yox, dövlət qulluğundan azad olunaraq yeni qurumda işlə təmin olunması ilə bağlıdır. Həmçinin, iddiaçının ərizəsi 29.07.2020-ci il tarixinə aid olsa da, sözügedən əmr həmin ərizənin təqdim olunduğu tarixdən iki gün əvvəl, 27.07.2020-ci il tarixində qəbul edilmişdir.

17. Mübahisələndirilən əmr iddiaçı bülletendə olduğu dövrdə qəbul edilmişdir. Məhkəmə iddiaçının 30-31 iyul 2020-ci il tarixlərində bülletendə olduğunu qeyd etsə də, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının 708317 nömrəli, 20.07.2020-ci il tarixli xəstəlik vərəqəsinə əsasən iddiaçı 20.07.2020-ci il tarixindən 31.07.2020-ci il tarixinədək xəstə olmuşdur. Göründüyü kimi, mübahisələndirilən əmr iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi 20.07.2020-31.07.2020-ci il tarixləri aralığında qəbul edildiyi üçün Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən qanunsuz olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin rədd edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli, 2-1(105)-401/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı dövlət qulluqçusu olduğu üçün kassasiya şikayətində istinad olunan Əmək Məcəlləsinin 79.1-ci maddəsi ona münasibətdə şamil oluna bilməz. Belə ki, maddə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunduğu halları tənzimləyir. Lakin iddiaçı öz ərizəsinə əsasən 28.07.2020-ci il tarixində vəzifəsindən azad olunmuşdur. İddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir və əmr verilərkən hər hansı prosedur pozuntulara yol verilməmişdir. İddiaçının əvvəllər çalışdığı dövlət orqanı faktiki olaraq ləğv edilmiş və Nazirlik yeni yaranmış publik hüquqi şəxslərə münasibətdə işəgötürən deyildir. İddiaçı yeni yaranmış qurumda öz arzusu ilə işlə təmin edilmiş, lakin ali təhsilli olmama səbəbi ilə həmin işlə razılaşmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; (-). Maddə

34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunver icilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

20. Əmək Məcəlləsi: Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları (-)

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; (-) Maddə

69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. (-)

21. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat (-) 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prose ssual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazı mi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırır ki, iddiaçı öz xahişi ilə işdən azad edilmiş, bununla bağlı cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Ali Məhkəmə Kollegiyası isə məhkəmənin bu mövqeyi il ə razılaşmır.

25. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 27.07.2020-ci il tarixli **********6 nömrəli əmrində qeyd edilmişdir ki, ““Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən əmr edirəm:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin işçiləri 2020-ci il 29 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilsinlər və müvafiq olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verilsin...”

26. Göründüyü kimi, mübahisələndirilən əmr ““Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) qəbul edilmişdir. İşçinin öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi üçün əsas isə həmin işçinin işdən çıxma q barədə iradəsini ifadə etdiyi müraciətidir. Bu məzmunda əmr yalnız o halda qəbul edilə bilər ki, işçi işdən azad edilməsi barədə ərizə ilə inzibati orqana müraciət etmiş olsun.

27. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı müvafiq ərizəni 29.07.2020-ci il tarixində təqdim etmiş, cavabdeh isə 27.07.2020-ci il tarixində mübahisələndirilən əmri qəbul etmişdir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmri qəbul etdiyi tarixdə (27.07.2020-ci il) iddiaçının işdən azad edilməsi barədə xahişi olmamışdır.

28. Odur ki, iddiaçının işdən azad edilməsi barədə xahişi olmadan cavabdeh tərəfindən onun əmək müqaviləsinin “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə ) ləğv edilməsinin qanuniliyinə məhkəmə tərəfindən qiymət verilməlidir.

29. Bundan başqa, məhkəmə tərəfindən iddiaçının ərizəsinin məzmununa da düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yuxarıda qeyd olunanlardan məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən iddiaçının işdən azad edilməsi üçün məhz həmin məzmunda müraciəti olmalı idi.

30. İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafə Nazirinə ünvanlanmış 29.07.2020-ci il tarixli ərizənin məzmunu isə belə olmuşdur ki, “Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs olduğu üçün, məni 2-ci dərəcə dövlət qulluğundan azad edib, yeni qurumda müvafiq işlə təmin etməyinizi xahiş edirəm”.

31. Göründüyü kimi, sözügedən ərizə işdən ümumiyyətlə azad edilmə barədə yox, yaradılacaq yeni qurumda müvafiq vəzifəyə k eçirilmə barədə ərizədir. Yəni, iddiaçı öz iradə ifadəsini həmin ərizədə işdən azad edilmə kimi yox, başqa vəzifəyə keçirilmə kimi göstərmişdir. Məhkəmə zamanı da iddiaçının iradə ifadəsinin işdən azad edilmə yox, başqa vəzifəyə keçirilmə olduğu nəzərə alınmalı və məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanuni olub-olmamasına buna uyğun qiymət verilməli idi.

32. İddiaçı sadalanan halları apellyasiya şikayətinin dəlillərində bildirsə də, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə bağlı tam, hərtərəfli araşdırma aparmamış, iddiaçının dəlillərinə qiymət verməmiş, iddiaçının öz xahişi ilə işdən azad olunduğunu qeyd etməklə kifayətlənmişdir. Bununla da, işə baxan apellyasiya instansiya məhkəməsi İPM-in 12.1, 12.2, 58.7, 87.8-ci maddələrinin tələblərini pozmuşdur (bax: hazırkı qəra rın 21-ci bəndi). Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə araşdırma aparılması zəruri olduğundan iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. İşə təkrar baxan məhkəmə hazırkı qərarın 25-31-ci bəndlərində sadalanan ziddiyyətli hallara aydınlıq gətirməli, iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli, 2-1(105)-401/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar