Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-73/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüququn təkrar qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İda rəsinin 27 may 2019-cu il tarixli **********14 saylı və 04 oktyabr 2021-ci il tarixli, **********52 saylı cavab məktublarının əsassız və qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-355/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 03 sentyabr 2005-ci il tarixli “Torpaq alqı-satqı müqaviləsi”nə əsasən X3 mülkiyyətində olan Quba rayonu, Amsar kəndində yerləşən 11500,86 kv.m torpaq sahəsini İddiaçı satmışdır.
2. Quba rayon Dövlət notariat kontorunun 03 sentyabr 2005-ci il tarixli, 4Ə-778 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı satılmış Quba rayonu, Amsar kəndində yerləşən 1,15 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən İddiaçı adına 21 sentyabr 2005-cı il tarixli, JN3201 KOD 30307018 qeydiyyat nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir.
3. İddiaçı həmin torpağı xx.xx.2005-ci ildə X1.
4. JN-3225 KOD 30307018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı X4 adına verilmişdir.
5. X7 iddiaçıdan aldığı torpaq sahəsinin pulunu verə bilmədiyi üçün, məhkəmə qərarı əsasında alqı-satqı müqaviləsi ləğv edilmişdir.
6. Quba rayon məhkəməsinin 09 yanvar 2006-cı il tarixli 2-81 saylı məhkəmə əmri ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı verilmiş Quba rayonu, Amsar kəndində yerləşən 1,15 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən iddiaçının adına 18 may 2006-cı il tarixli, JN-3249 KOD 30307018 qeydiyyat nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir.
7. İddiaçı Quba rayonu, Amsar kəndində yerləşən 1,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdeh orqana müraciət etmişdir.
8. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********52 nömrəli məktubu ilə bildirilmişdir ki, ərizəyə əlavə olunmuş JN-3249 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Bu baxımdan, cavabdeh orqan iddiaçının müraciətin in icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu, Amsar kəndində yerləşən ona məxsus 1,15 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2005-ci ilin sentyabr ayında X2 məxsus olan Quba rayonu, Amsar kəndində yerləşən 1,15 ha torpaq sahəsini alqısatqı yolu ilə almışdır. Alqı-satqı müqaviləsi Quba rayon Dövlət notariat kontorunda xx.xx.2005-ci il tarixində, 4Ə-778 reyestr nömrəsi ilə qeydə alınmış və onun əsasında iddiaçıya DTXK-nin Quba rayon şöbəsi tərəfindən 21 sentyabr 2005-ci il tarixində JN-3201 nömrəli, KOD 30307018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı verilmişdir. Dövlət Aktı əsasında torpaq sahəsini X1. Seyidəli Əliyev nisyə aldığı torpaq sahəsinin pulunun bir hissəsini vermiş, qalan hissəsini vəd etdiyi vaxtda verə bilmədiyinə görə məhkəmə əmri əsasında alqı-satqı müqaviləsi ləğv edilmiş, torpaq sahəsi ona geri qaytarılmışdır. İddiaçıya məhkəmə əmri əsasında torpağın onun mülkiyyətinə verilməsi haqqında 18 may 2006-cı il tarixli, JN 3249 KOD ********* saylı Dövlət Aktı verilmişdir. Torpaq geri qaytarıldıqdan sonra həmin Dövlət Aktı əsasında torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin im tinası əsassızdır. Qeyd edir ki, halhazıradək torpaq sahəsinə çıxarış ala bilmir. Hesab edir ki, Dövlət aktının 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydiyyatdan keçməməsi və elektron bazada əks olunmaması onun səhvi deyil və bu onun adına torpaq sahəsinə çıxarışın verilməsi üçün maneə deyil.
11. Cavabdeh tərəfindən iddiaya tələbinə verilmiş etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-425/2022 saylı iş 26 yanvar 2022-ci il tarixli (hakim C.Məmmədov) qərarı ilə iddia təmin edilmiş, Quba rayonu Amsar kəndi ərazisində yerləşən 1,15 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoy ulmuşdur.
13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının X3 ilə bağladığı 03 sentyabr 2005-ci il tarixli, 4-Ə-778 nömrəli alğı-satqı müqaviləsi ilə Quba rayonu Amsar kəndi ərazisində yerləşən 1.15 hektar torpaq sahəsi iddiaçıya satılmış və torpaq sahəsi iddiaçının adına qeydə alınaraq JN:3201 KOD 30307018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. İddiaçı Dövlət aktı əsasında torpağı 27 oktyabr 2005-ci il tarixdə X5, Quba rayon Notariat Kontorunda bağladığı alqı-satqı müqaviləsi əsasında satmışdır. X9 torpağın alqı-satqısı ilə əlaqədar ona borclu qaldığı məbləği ödəmək imkanı olmadığından, müqavilənin şərtlərinə uyğun olaraq, Quba rayon məhkəməsinin 09 yanvar 2006-cı il tarixli məhkəmə əmri ilə onunla iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş və torpaq sahəsi İddiaçı mülkiyyətinə qaytarılmışdır. Məhkəmə əmri əsasında iddiaçıya JN 3249 KOD ********* saylı Dövlət Aktı verilmişdir. İddiaçı 1,15 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin iddia tələbinə dair gətirdiyi yeganə arqument torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməməsi və məlumat bazasında öz əksini tapmaması olmuşdur. Cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparıılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-355/2022 saylı 24 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının tələblərini pozmuşdur. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, JN-324 KOD 30307018 saylı “Torp ağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında və Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquql arının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Cavabdeh kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2.1, 8 və 9.1.2-ci maddələrinin tələblərinin pozulmasını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparıl 4.1 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0 Daşınmaz əmlak üzərində hüquqları n əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (...) 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olundu ğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla həmin dəlillərlə eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının t am və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
28. Hazırkı işin hallarına görə, mübahisəli 1,15 ha torpaq sahəsi əvvəlcə iddiaçının mülkiyyətində olmuş, sonra onun tərəfindən Seyidəli Əliyevə satılmış, daha sonra S.Əliyev torpaq sahəsinin razılaşdırılmış məbləğini ödəyə bilmədiyindən Quba rayon məhkəməsinin əmri ilə alqı-satqı müqaviləsi ləğv edilmiş, torpaq sahəsi iddiaçıya qaytarılmışdır. Bundan sonra iddiaçının adına sözügedən torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən Dövlət Aktı tərtib edilmişdir. Beləliklə, 1,15 ha torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir.
29. Məhkəmə kollegi yası cavabdehin kassasiya şikayətində “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının ləğv edilmiş DTXK-in Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə ilə tənzimlənirdi.
30. İddiaçının adına olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı da həmin Əsasnaməyə uyğun tərtib edilmişdir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, məcburetmə ha qqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(105)-355/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.