Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-73/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1990-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin qərarının ləğv olunması və ona üçüncü dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(105)-460/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 260 nömrəli ”Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə travma almış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək SQ BKH-da “Barotravma nəticəsində (xx.xx.2020), Soltərəfli xroniki koxlear nevrit. Somatogen mənşəli asteno-nevrotik təzahürlər” diaq nozu ilə stasionar müalicədə olmuş, “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu. Funksional tutmalarla. Sefalgik sindrom. Barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi. Sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla. Lokal parodontit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” qeyd edilmişdir.
2. Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0215003AAE4X nömrəli göndərişə əsasən, iddiaçı son 1 il ərzində - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tar ixlərində “Postkontuzion sindrom” xəstəliyi ilə ambulator müayinədə, xx.xx.2021-ci il tarixdə Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. TSEK-ə göndərişdə əsas diaqnoz “F07.2 Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu. funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə)” qoyulmuş, ağırlaşmalar “H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit. soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə”, yanaşı xəstəliklər isə “K05.5 Digər paradont xəstəlikləri, lokal parodontit”, “H04.1 Göz yaşı vəzisinin digər xəstəlikləri, quru göz”, “F07.2 Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu. funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə)”, “F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardio nevroz”, “H52.2 Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla” kimi müəyyən edilmişdir.
3. İddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli, 0215003AAE4X nömrəli göndərişə əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi – diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasında n imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması və ona üçüncü qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdə AR SHXÇDX-nin Xaçmaz rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və həmin tarixdən xx.xx.2010-cu il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə başlayan Vətən Müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə könüllü olaraq döyüşlərdə iştirak etmək üçün SHXÇDX-nin Abşeron rayon şöbəsinə müraciət etmiş, xx.xx.2020-c i il tarixdən Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşdə mərmi partlaması nəticəsində “Barotravma nəticəsində, soltərəfli kəskin koxlear nevrit. Somatogen mənşəli astenonevrotik təzahürlər” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2020-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Vətən Müharibəsi zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. Aldığı xəsarətlərlə əlaqədar əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli qərarı ilə ona əlillik verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin həmin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ambulator kitabçadan çıxarışa görə, ona F07.2, F06.5, F44.5 və S06.0 XBT-10 kodları üzrə “postkontuzion sindrom, baş beyin silkələnməsi nəticəsində dissosiativ konversion pozuntu. Funksional tutmalar anamnezində (ayda 3-4 dəfə). Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi. Sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Lokal parodontit. Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M 1.0D, görmə itiliyi 1.0 olmaqla, quru göz. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardio nevroz” diaqnozu təyin olunmuşdur. Həmin diaqn ozun qoyulduğu şəxslərin əksəriyyətinə üçüncü qrup əlillik təyin olunmuşdur. Göstərilən xəstəliklər xronikidir. Müharibə bitəndən bu günə kimi onun sol qulağı tamamilə eşitmir, ayda 3-4 dəfə getdiyi yerdə yıxılır, huşunu itirir. Müharibədən sonra onda astiqmatizm yaranmışdır. Diaqnozdan da göründüyü kimi, ürək ağrılarından əziyyət çəkir, nəfəs yolları daralır, yaddaş pozuntusu yaşayır, yuxusuzluqdan əziyyət çəkir. Həkimlərin tövsiyəsinə görə beyin əməliyyatı olmalıdır ki, qulaqları yenidən eşitsin.
6. Cavabehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomat ik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu. funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə) Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit. soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə, Lokal parodontit Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla, quru göz, Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardio nevroz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əli llik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Diaqnozda qeyd edilən xəstəlik əlillik qiymətləndirilən zaman qüvvədə olan qanunvericiliyə əsasən əlillik verilməsinə əsas olmadığı üçün haqlı olaraq cavabdeh tərəfindən iddiaçıya 3-cü qrup əlillik təyin edilməmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron rayon Mərkəzi Xəstəxanası məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi yazılı izahatında qeyd etmişdir ki, iddiaçı ikinci Qarabağ müharibəsi qazisidir. O, 44 günlük müharibə zamanı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Hərbi hospitalda “barotravma nəticəsində qapalı kəllə-beyin travması, hər iki qulağında koxlear nevrit” diaqnozu ilə müayinə və müalicə olmuşdur. xx.xx.2022-ci il tarixdən Abşeron rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatındadır. xx.xx.2022-ci il tarixdə “Üzvi mənşəli (barotravma) dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla, özünə xəsarət cəhdləri” diaqnozu ilə Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən Forma-88 tərtib edilərək Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunmuşdur. Diaqnoz: “F07.2, F06.5 üzvi mənşəli dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla”. İddiaçı xx.xx.2022-ci il tarixdə professor F.İsmayılov tərəfindən müayinə olunmuş və həmin diaqnoz bir daha təsdiqlənmişdir. İddiaçı bu diaqnozla bir neçə dəfə 1 saylı Rayon Psixiatrik Xəstəxanasında stasionar müalicədə olmuşdur. Hal-hazırda vəziyyəti ağırdır, hər ay po liklinikadan verilən güzəştli psixotrop dərman preparatlarını - “depakin krono 500, klonezepam, aminazin” qəbul edir. Son aylarda vəziyyəti pisləşmiş, dəfələrlə özünə qəsd etməyə cəhd etmişdir. xx.xx.2022-ci il tarixdə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində dərman zəhərlənməsi diaqnozu ilə müalicə almışdır. Hal-hazırda qıcolma tutmalarının sayı çoxalmışdır. EEQ müayinəsi zamanı Bazal-diensefal strukturda dəyişikliklər qeyd olunur, hər iki beyin yarım kürəsində ləng dalğalar qeyd olunur. İddiaçının daimi müalicə və ciddi nəzarətə ehtiyacı var.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının real xəstəlik vəziyyəti ilə əlaqədar ona hansı diaqnozun müəyyən edilməli olması ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilmə si Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə həvalə edilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T 43/2023 nömrəli rəyindən görünür ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu, funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə). Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə Lokal parodontit. Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi, M1.0D görmə itiliyi 1.0 olmaqla, quru göz vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz” diaqnozda olan xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 16 mart 2023-cü il tarixli, 2-1(118)-311/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş və iddiaçıya 3-cü qrup əlilliyin təyin edilməsi (məhkəmə qərarı icra olunarkən qüvvədə olan əlillik meyarları nəzərə alınsın) öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan “Di aqnoz əlillik əlaməti təyin etmir” qeyd etsə də, bununla bağlı hər hansı əsaslandırma qeyd etməmişdir. İddiaçının ona qoyulan xəstəlikdən əziyyət çəkməsi, xəstəlik vəziyyətinin getdikcə ağırlaşması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Lakin cavabdeh inzibati orqan iddiaçının vəziyyətində olan ağırlaşmaları nəzərə almadan, əlavə araşdırmalar aparmadan əlilliyin təyinindən imtina etməklə iddiaçının hüquqlarını pozmuşdur.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zahid Məmmədov və Gülnar Cabbarova) 31 may 2023-cü il tarixli, 2-1(105)-460/202 3 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq iddiaçıya təyin edilmiş əsas diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, kollegiyanın icraatında olmuş 2-1(105)-301/2023 nömrəli iş üzrə cavabdeh tərəfindən XBT 10 F07.0 və F07.02 kodlu xəstəliklərdən əziyyət çəkən iddiaçı X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında başqa iş üzrə iddiaçıya 2022-ci il tarixdən etibarən üçüncü dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Cavabdeh apellyasiya şikayətində qeyd edilən digər işdəki mövqeyindən fərqli olaraq əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddia çının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur.
16. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0215003AAE4X nömrəli göndərişdə (Forma 88) qeyd edilən yanaşı xəstəliklər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2, 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. xx.xx.2022-ci il tarixli, 0215003AAE4X nömrəli (Forma 88) göndərişdəki əsas xəstəliyin ağırlaşması kimi qeyd edilmiş H90.3 kodlu xəstəlik Əsasnaməyə əsasən iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsinə, yanaşı xəstəliklər kimi qeyd edilmiş H52.2 ikinci dərəcə əlilliyin, F45.3 diaqnozlu xəstəlik üçüncü dərəcə əlilliyin və ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər Xəstəliklərin Beynəlxalq Təsnifatına da daxil edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, əlilliyin məhkəmə qərarı icra olunarkən qüvvədə olan əlillik meyarları nəzərə alınmaqla təyin edilməsi qənaətinə gələrkən haqlı olmamışdır. İddiaçıya əlilliyin təyin edilməsi məhkəmə qərarı icra olunarkən qüvvədə olan qanunvericiliyə görə deyil, göndərişin (Forma 88) tərtib edildiyi vaxt qüvvədə olan qanunvericil iyə görə həll edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə, əlilliyinin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisələri tərəfindən tərtib edilmiş göndəriş əsasında həyata keçirilir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti göndərişin nə vaxtdan tərtib edilməsidir. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti göndərişin tərtib edilməsi ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilə bilər. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının əlillik vəziyyəti onun adına Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, 0215003AAE4X nömrəli göndəriş tərtib edilərkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə müvafiq olaraq qiymətləndirilməlidir.
18. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi nəticəsinə gəlsə də, qərarda əlilliyin səbəbini qeyd etməmişdir. Halbuki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 260 nömrəli ”Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, iddiaçının F07.2 kodlu “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu. Funksional tutmalarla” və H90.3 k odlu “Barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi. Sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəlikləri Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar yaranmışdır və həmin diaqnozlu xəstəliklər üçüncü dərəcə əlilliyin təyininə əsas verir. H52.2 kodlu “Sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla. Lokal parodontit" diaqnozlu xəstəliyin səbəbli əlaqəsi isə ümumi xəstəlikdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, F07.2 və H90.3 kodlu xəstəliklər iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəlik lərdir. İddiaçı tələbində əlillik səbəbini qeyd etmədən ona üçüncü dərəcə əlilliyin təyin edilməsini xahiş etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona əslində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi niyyətindədir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin qərarı ləğv edilməklə, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİ N DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi onun diskresion səlahiyyətidir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilm əsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 23. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanı
6. Azərbaycan Respublikasının Na zirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; 24. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanının 6.1 -ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 25. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətini n mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52H53.9) 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tari xli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azə rbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla q orunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslər in inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məl umatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıla n zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayəti nin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları pro sessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səla hiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
38. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə ş əxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlı q vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
40. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun g əldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
42. Odur ki, bu qərarın 38-41-ci bəndlərində qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsindən imtina olu nması qanunsuz və əsassız sayılmalıdır.
43. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında ifadə olunmu ş hüquqi mövqeyə görə: “... Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edi r. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır....”
47. Hazırkı iş üzrə Abşeron rayon Mərkəzi Xəstəxanası məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
48. Halbuki hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Abşeron rayon Mərkəzi Xəstəxanasının qanunla qorunan maraqlarına toxunmur. Başqa sözlə, məhkəmə qərarı ilə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması Abşeron rayon Mərkəzi Xəstəxanasının hüquqi marağına toxunma halını yaratmır. Hazırkı mübahisə üzrə ümumiyyətlə Abşeron rayon Mərkəzi Xəstəxanasının məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda, Abşeron rayon Mərkəzi Xəstəxanasının iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(105)-460/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Abşeron rayon Mərkəzi Xəstəxanasının iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilir. Qərar qətidir.