Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-73/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 23.01.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsi nin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(105)-32/2024 nömrəli, 14 may 2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 024400AANVH nömrəli göndərişə görə, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir.
2. TSEK-in xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “diaqnozun əlillik əlaməti təyin etməməsi” göstərilmişdir.
3. TSEK tərəfindən verilmiş tarixli qərarlardan görünür ki, İddiaçı 2014-cü ildən 2021ci ilədə k üçüncü dərəcəli əlillik verilmişdir.
4. Məhkəmə-tibb ekspertizasının 3863 saylı xx.xx.2022-ci il tarixli rəyindən görə, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində tərtib edilmiş 0244003AANVH saylı göndərişlə göndərilmiş N088 saylı arayışda qeyd edilən diaqnozdakı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya, sağ ağ ciyərin tikilməsi cərrahi əməliyyatı (1995) kürəyin sağ bazunun, sağ budun, sol aşıq baldır oynağının çox saylı qəlpələri və cərrahi əməliyyatından sonraki vəziyyət,ətrafın cox saylı yad cisimləri, əsas xəs təlik və onun ağırlaşmaları” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün deyildir.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik v əziyyətinin qiymətləndirilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasının 0244003AANVH nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı sağ döş qəfəsinin, hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı çapıqlar izlənilsə də, ətraflarda hərəki məhdudiyyət müşahidə olunmamışdır. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, keçiriciliyi simmetrik, qanda oksigenin saturasiyası 97%, boy-172 sm, çəki- 76 kg, boy/çəki defisiti müəyyən edilməmişdir. Hazırda əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbay can Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
6. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasının 0244003AANVH nömrəli göndərişi əsasında 11.12 2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional d əyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyariarı”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
7. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması mey arlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yanlış qərarın dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əv əz edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və yaralanmışdır. 2014-cü ildə ona 1 il müddətinə 3-cü dərəcəli əlillik dəyin edilmişdir. Ona “mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi, açıq hemopnevmotoradaks, sağ bazunun, kürəyin yad cisimləri, sağ açıq daban oynağının kontrakturası, sağ bazu oynağının kontrakturası" diaqnozu qoyulmuşdur. Qeyd olunan travma hərbi travma olmaqla, hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar alınmışdır. 2015-ci ildə əlillik dərəcəsi 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə uzadılmışdır. 2 021-ci ildə əlilliyin müddəti bitdikdən sonra ona əlilliyin təyin olunması üçün tibb müəssisəsi tərəfindən göndəriş veirlmişdir. Lakin cavabdeh diaqnozun və ağırlaşmasının əlilliyin təyininə əsas verməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina etmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-229/2023 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş diaqnoz X1 J35-J36 kodu altında göstərilmiş xəstəliklərin tənəffüs sisteminin xəstəliklərinə aid edilmiş dir. İddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barədəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin imtina cavabında iddiaçıda müəyyən olunmuş əsas xəstəliyin mövcudluğu inkar edilməmişdir. İddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar cavabdeh tərəfindən formal əsaslarla ona əlliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərfən düzgün istifadə etməmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. apellyasiya instansiyası mehkemesində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(105)-32/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova sədrlik edən və məruzəçi, H.Babayeva və İ.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzə rinə qoyulması barədə iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, indiki halda iddiaçı barsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilsə də, həmin göndərişdə əks olunmuş əsas diaqnoz xəstəliklərin, onun ağırlaşmalarının və yanaşı xəstəliklərin müvafiq qanunvericilik normasında ehtiva olunan qiymətləndirmə üzrə əlamətləri aşkar edilməmişdir. Başqa sözlə desək, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş XBT kodu ilə qeyd edilmiş əsas diaqnoz xəstəliklərin, onun ağırlaşmalarının və yanaşı xəstəliklərin əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 413 nömrəli və 187 nömrəli Qərarlarda əks olunmuş əlamətlərinin aşkar edilməsi mümkün olmamışdır. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsa sı kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri, həkim-ekspertin izahatı və digər tibbi sənədlər əsasında təkzib olunmuşdur. İddiaçı tərəfindən isə həmin halları təkzib edən, iddia tələbinin əsaslılığını təsdiq edən heç bir dəlilə istinad edilməmişdir. Bununla da, hazırkı iş üzrə iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iddiaçı barəsində əlillik vəziyyətinin müəyyən edilməsi ilə bağlı tibbi müəssisəsi tərəfindən müvafiq göndərişin verilməsinə əsas olan hallar aydınlaşıdırılmamış, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklərin və onun əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olub-olmaması halı qanu nvericiliklə müəyyən edilmiş normlarının tələbi baxımından qiymət verilməmiş, nəticə etibarilə iş üzrə gəldiyi nəticə yanlış olmuşdur.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi onun barəsində qanunsuz və ədalətsiz qərar qəbul edib. Belə ki, Məhkəmə ekspertiza rəyinə əsaslanaraq iddiaçının iddiasını rədd edib.
18. İddiaçı həmin ekspertiza rəyini də qanunsuz hesab edir. Belə ki, T 480/2023 saylı ekspert rəyində ekspertlər mənbə (ədəbiyyat) kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 de kabr 2015- ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etmişlər. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə həmin Əsasnamə ləğv edilmiş, yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.
19. Bu baxımdan, iddiaçı 01 fevral 2024-cü il - 01 mart 2024-cü il aralığında ekspert müayinəsindən keçərkən ekspertlərin mənbə kimi istinad etdiyi Qaydalar artıq ləğv edilmişdir. Bu baxımdan Sumqayıt Apellyasiya Məhkəməsi ləğv edilmiş mənbəyə istinad edən ekspertiza rəyini artıq şübhə altına almalı idi.
20. Ekspertiza rəyinin qanunsuzluğunu göstərən digər hal ekspert qismində iştirak edən şəxsl ərdən birinin cavabdeh qurumun işçisinin olmasıdır.
21. Məhkəmə ekspertizasının fəaliyyəti haqqında Qanunun 6-cı maddəsinə görə, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir.
22. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsi 23 yanvar 2024-cü il tarixli ekspertiza təyin edərkən ekspertizanın keçirilməsini cavabdehin deyil, Səhiyyə nazirliyinin Ekspertiza mərkəzinə həvalə edib və ekspert qismində həmin nazirliyin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin həkim- ekspertinin mütəxəssis qismində cəlb edilməs ini xüsusi olaraq vurğulayıb.
23. Ekspert rəyindən görünür ki, komissiyanın tərkibində Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin həkim eksperti iştirak etməyib.
24. Bundan əlavə, ekspertiza rəyində məhkəmənin ekspert qarşısında qoyduğu suallara dəqiq və tam cavab verilməyib.
25. İddiaçıda müəyyən olunan diaqnoz onun barəsində əvvəllər verilmiş göndərişlərə uyğun olaraq əlillik dərəcəsinin verilməsi üçün əsasdır. Ekspert rəyində isə gəlinən nəticə əsaslandırılmayıb.
26. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Ş ikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən xx.xx.2024-cü il tarixli qərarında bunu onunla əsaslandırmışdır ki, “İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində müvafiq tibb müəsissəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və ağırlaşmaları nəzərə alınmaqla, şəxsin müyainəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermir.”
31. Daha sonra apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “İş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsind ə müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz, ağırlaşmaları, yanaşı xəstəliklər və onların hər biri üzrə əlilliyin təyin edilməsinə əsasən verən əlamətləri aşkar edilmir, diaqnoz hazırda əlillik səviyyəsində olmamışdır.”
32. Həmçinin qərarda deyilir ki, “Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın həkim-eksperti mütəxəssis kimi dinlənilmişdir. O, izahatında bildirmişdir ki, iddiaçının yaralanmasına uyğun olaraq ağırlaşmaları aşkar etmək üçün bir sıra müayinə üsulları zəruridi, ilk növbədə ağciyər zədələnməsi olduğu üçün iddiaçının spirometriya müayinəsi həyata keçirilməlidir, iddiaçı cavabdeh orqanda spirometriya müayinəsindən keçmiş, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu müəyyən olunmuşdur, bu İ-İİİ dərəcə tənəffüs çatışmazlığı sayılmır və əlillik təy inatına göstəriş vermir,anaşı olaraq bədəndə qəlpə yaraları vardır, onlar oynaqlarda heç bir hərəkət məhdudiyyəti, kəskin kontraktura və ankiloz müəyyən etmədiyi üçün əlillik təyinatına uyğun görülmür, əsas ağciyərlə bağlı spirometriya müayinəsidir, bu müayinə zamanı tənəffüs çatışmazlığı aşkar edilməmişdir, həm 413 №-li, həm də 187 №-li Qərarlara uyğun olaraq araşdırma aparılmışdır, iddiaçı instrumental müayinə olunmuşdur, tənəffüs funksiyasının yoxlanması üçün spirometriya müayinəsindən keçmişdir, əlavə olaraq hərəkət məhdudiyyətlərini yoxlamaq üçün oynaqların müayinəsi həyata keçirilmişdir, oynaqların müayinəsində instrumental müayinəyə zərurət yoxdur., göndərişdə qeyd olunan İİ dərəcə tənəffüs çatışmazlığı öz təsdiqini tapmamışdır, hemopnevmotoraks yaralanma dövründə mövcud olur, hazır da iddiaçıda aşkar edilməmişdir, zədələnmənin qalıq əlaməti ancaq tənəffüs çatışmazlığı ola bilərdir, o da iddiaçıda aşkar edilməmişdir.”
33. Bununla yanaşı qərarda yazılmışdır ki, “İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda iddiaçı barsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilsə də, həmin göndərişdə əks olunmuş əsas diaqnoz xəstəliklərin, onun ağırlaşmalarının və yanaşı xəstəliklərin müvafiq qanunvericilik normasında ehtiva olunan qiymətləndirmə üzrə əlamətləri aşkar edilməmişdir Başqa sözlə desək, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş XBT kodu ilə qeyd edilmiş əsas diaqnoz xəstəliklərin, onun ağırlaşmalarının və yanaşı xəstəliklərin əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 413 nömrəli və 187 nömrəli Qərarlarda əks olunmuş əlamətlərinin aşkar edilməsi mümkün olmamışdır. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri, həkim-ekspertin izahatı və digər tibbi sənədlər əsasında təkzib olunmuşdur.”
34. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, hesab edir ki, işin halları və işdə olan sübutlar tam və hərtərəfli araşdırılmamış, bu da iş üzrə qanuna uyğun olmayan və yanlış məhkəmə qərarının çıxarılmasına gətirib çıxartmışdır.
35. Belə ki, ilk öncə qeyd edilməlidir ki, “məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə görə, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
36. Aydın məsələdir ki, cavabdeh - iş üzrə tərəflərdən biri olaraq işin nəticəsində maraq lıdır və bu baxımdan apellyasiya məhkəməsi tərəfindən məhkəmə araşdırılması zamanı cavabdeh inzibati orqanın həkim-ekspertinin mütəxəssis kimi dinlənilməsi və onun rəyinə məhkəmə qərarının əsaslandırıcı hissəsində istinad etməsi yuxarıda göstərilmiş qanunun müddəalarına zidd olduğundan yolverilməzdir.
37. Ümumiyyətlə qeyd edilməlidir ki, iş üzrə keçirilmiş ekspertizalarda cavabdehin nümayəndəsinin bilavasitə iştirak etməsi və rəyə imza etməsi yuxarıda göstərilmiş səbəbdən istisna olunur, cavabdeh işdə maraqlı şəxsdir.
38. Lakin buna baxmayaraq apellyasiya məhkəməsi ekspertiza təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardadında cavabdehin ekspert-həkimini ekspertiza keçirilməsi zamanı müayinədə iştirak etməsinə cəlb edir və işin nəticəsində birbaşa maraqlı olan cavabdehin ekspert həkimi iddiaçının tibbi müayinəsində iştirak edir və 01 mart 2024-cü il tarixli, T155/2024 saylı ekspert rəyini imzalayır.
39. Lakin apellyasiya məhkəməsi sözügedən xx.xx.2024-cü il tarixli qərardadında Səhiyyə Nazirliyinin Məhkəmə X2 həkim-ekspertinin mütəxəssis qismində cəlb edilməsinin zəruri olduğu yazılsa da, sözügedən həkim-ekspert həmin ekspertizaya cəlb edilmir.
40. Qeyd edilməlidir ki, adıçəkilən ekspert rəyi 11 səhifədən ibarət olsa da, konkret olmamaqla yanaşı, onun əksər hissəsi təsviri xarakter daşıyır və “Nəticə” hissəsinin birinci bəndinin elə ilk cümləsində mücərrəd və çox çətin anlaşılan bir fikir söylənilir, belə ki, ekspertlər yazırlar ki, “Səhiyyə Nazirliyinin” MTE və “PA Birliyi” PHŞ-si müalicə müəssisəsi olmadığından onun (yəni, İddiaçı – qeyd: Ali Məhkəmənindir) hazı rda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə fikir söyləmək mümkün olmadı.”
41. Halbuki iş materiallarında olan (iş səh. 12-17) xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş Forma 88 göndərişində yazılıb ki, Əsas diaqnoz: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya sağ ağciyərin tikilməsi cərrahi əməliyyat (1995) kürəyin sağ bazunun sağ budun sol aşıq baldır oynağının çoxsaylı qəlpələri və cərrahi əməliyyatdan sonrakı vəziyyət ətrafın çoxsayı yad cisimləri. Ağırlaşma: J93- Pnevmotoraks, sağ plevranın qalınlaşması; J96.1- Xroniki respirator şatmamazlıq, tənəffüs çatışmazlığı İİ dərəcə, M24.5- oynaqların kontrakturası, sab bazu oynağının uzaqlaşdırıcı kantraktura oynaqda funksiyanın kəskin pozulması, J43.0- MakLeoda sindromu, sağ tərəfli emfizema, M86.3- Xroniki çox ocaqlı osteomielit, sağ aşıq baldır oynağının xroniki ostemielitoi funksiya edən fistula, J95.3- Cərrahi əməliyyat nəticəsində yaranan xroniki çatışmazlığı, c/ə sonrakı xroniki ağ ciyər çatışmamazlığı, R26.8- Hərəkətin və yerişin digər və dədiləşdirilməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması. Yanaşı xəstəliklər: F48.0- Nevrasteniya, kəskin asteno nevrotik sindrom, İ20.8Stenokardiyanın digər formaları, üix stabil gərginlik stenokardiyası İİ fs.
42. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 Elmi-Tədqiqat Travma tologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Arayışa görə, Diaqnoz: Odlu silah yaralanması, partlayış travması. Sağ çiyin, döş qəfəsi, qarın və hər iki aşağı ətrafların çoxsaylı qəlpə yaralanmaları, postravmatik kobud çapıqlar. Sağ kürək nahiyəsində 0.6 sm ölçüdə yad cisim- metal qəlpə. Sağ borunun uzaqlaşdırıcı kontrakturası, əzələ atrofiyası. Sağ Xİ qabırğa formunda metal qəlpə. Daimi ağrı sindromu (iş səh. 26).
43. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 902 nömrəli qərarda deyilir ki, Diaqnoz: Mina partlayış travması, bədənin çoxsaylı odlu qəlpə yaralrı:sağ ağciyərin əzilməsi və zədələnməsi, açıq homopnevmotoraks ilə döş qəfəsinin sağ yarısının nüfüz edən kor yaralanması, kür əyin, sağ bazunun, budun, baldırın və sol aşıq oynağının kor qəlpə yaralanması. Səbəbli əlaqə: Hərbi travmadır. Hərbi xidmət vəzifələrinin yeirnə yetirərkən alınmışdır (iş səh.28).
44. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X3” X4in xx.xx.2022-ci il tarixli T437/2022 nömrəli ekspert rəyinə görə, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində tərtib edilmiş 0244003AANVH saylı göndərişlə göndərilmiş N088 saylı arayışda qeyd edilən diaqnozdakı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya, sağ ağ ciyərin tikilməsi cərrahi əməliyyatı (1995) kürəyin sağ bazunun, sağ budun, sol aşıq baldır oynağının çox saylı qəlpələri və cərrahi əməliyyatından sonraki vəziyyət,ətrafın cox saylı yad cisimləri, əsas xəstəlik və onun ağırlaşmaları” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnaməin meyarlarını aid etmək mümkün deyildir. Qeyd: Ekspertiza cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir. (iş səh.51)
45. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X3” X4in xx.xx.2024-cü il tarixli T155/2024 nömrəli ekspert rəyinə görə, Səhiyyə Nazirliyinin „MTE və PA Birliyi” Phş-si müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəli klərdən əziyyət çəkib-çəkməməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən... və həmin xəstəliklərə aid qiymətləndirmə meyarları üzrə əlamətləri.... aşkar edilmir. Diaqnoz hazırda əlillik səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndinə aid etmək mümkün olmadı. Qeyd: Ekspertiza cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir (iş səh 176).
46. Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qə rarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1, J41.0-J70.9,J84-J86.9,J91-J95.8) əlilliyin təyin edilməsi üçün əsas verir.
47. Xüsusi olaraq qeyd edi lməlidir ki, apellyasiya məhkəməsinin qərarında istinad etdiyi ekspertiza prosesi cavabdehin nümayəndəsinin, yəni işin nəticəsində bilavasitə maraqlı olan şəxsin iştirakı ilə həyata keçirildiyindən ekspert rəyi mötəbər sübut sayıla bilməz.
48. Bu eyni ilə apellyasiya məhkəməsinin əsaslandığı digər ekspertiza rəylərinə də aiddir.
49. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə müvafiq olaraq, Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy veri r. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
50. Lakin sözügedən ekspert rəyləri qanunun sözügedən müddəalarına cavab vermədiyindən, qeyri-legitim sayılır.
51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndə rilməli, hazırkı qərarda qeyd edilmiş qanun pozuntuları aradan qaldırılmalı və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 21(105)-32/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir