Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-730/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sabiq deputat kimi pensiyanın yenidən hesablanması və yaranan fərqin ödənilməsi, işləyən dövrdə pul təminatının alınmaması və ondan məcburi sosial sığorta haqqının tutulmaması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X7, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə(bundan sonra cavabdeh) qarşı“pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2336/2019 saylı, 6 noyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 18.06.2000 -ci il tarixdən ona Milli Məclisinin deputatı kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının pensiya işinin surətindən görünür ki, ona 18.06.2000-ci il tarixdən 153.000 manat pensiya təyin edilmiş; 01.12.2000-ci il tarixdən 164.000 manat, 01.02.2001-ci il tarixdən 1.611.000 manat, 02.09.2004-cü il tarixdən 4.312.000 manat, 01.06.2007-ci il tarixdən 1456,00 manat, 01.09.2013-cü il tarixdən 2002,00 manat, 01.12.2013-cü il tarixdən 2310,00 manat və 01.05.2018-ci il tarixdən 2541,00 manat məbləğində pensiya şöbənin sərəncamları əsasında verilmişdir. Cavabdehin 24.04.2019-cu il tarixli məktubuna əsasən iddiaçının 18.04.2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, sabiq deputatların əmək pensiyasına qulluq illərinə görə əlavənin Azərbaycan Respublikası Milli Məclisini n fəaliyyətində olan deputatının əmək haqqından və ya sabiq deputatların 12 ay aldığı əmək haqqından əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması məsələsinə münasibət bildirməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə sorğu edilmiş və sorğunun nəticəsindən asılı olaraq əmək pensiyasının məbləği 01.12.2013-cü il tarixdən yenidən hesablanmışdır. Hazırda əmək pensiyasının məbləği sonrakı artımlar da nəzərə alınmaqla 2541,00 manat təşkil edir və mütəmadi olaraq ödənişə göndərilir. İddiaçı 29 aprel 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı məhkəməyə mürac iət edərək 1 sentyabr 2004-cü il tarixdən 1 avqust 2008ci il tarixə kimi əmək haqqına əlavə edilən 25%, 1 sentyabr 2008-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək əmək haqqına əlavə olunan 50% pul təminatına görə pensiyanın yenidən hesablanması və yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildən sabiq millət vəkili kimi yaşa görə pensiya alır. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci maddəsinin 5-ci hissəsinə edilən 1 sentyabr 2004-cü il tarixli, 723-İİQD saylı dəyişikliklə bağlı 25 faiz ödənişi, 13 iyun 2008-ci il tarixli qanunda 649-111 DQ saylı dəyişikliklə bağlı 1 sentyabr 2008-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək əmək haqqına əlavə olunan 50% pul təminat ödənişi elə həmin dövrdə hesablanaraq ödəməmişlər. Nəticədə iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Qanunun bu tələbinə yalnız dövlət qulluqçularının pensiyaları 1 dekabr 2013-cü ildən artırılanda əməl edilmiş, pensiyalara, o cümlədən iddiaçının pensiyasına 50 faiz əlavə bu tarixdən hesablanaraq artırılmışdır. Halbuki, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 13 iyun 2008-ci il tarixli qanunda aydın göstərilmişdir ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci maddəsinin 5-ci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir. Əmək haqqına əlavə 2004-cü ildən 2008-ci ilin sentyabra kimi 25 faiz olmuş, qeyd edilən dəyişiklikdənsonra 50 faiz o lmuşdur ki, bu artımları elə həmin illərdə tətbiq etməli idilər. İddiaçı pensiyanın yenidən qanuna uyğun hesablanması üçün cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh məsələnin qanuni həllindən yayınmış, verdiyi 24 aprel 2019-cu il tarixli cavab məktubunda deputat kimi pensiya almağı göstərilsə də, ərizədə qeyd edilən 1 dekabr 2013-cü il tarixdən əvvəlki dövrün hesablanaraq ödənilməsindən imtina edilmişdir. Cаvаbdeh iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunun əsasında tənzimlənir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qa nunla nəzərdə tutulmuş qayda şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və digər fəaliyyət dövrlərin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcədə müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 20.2-ci, 20.3-cü, 20.4-cü və 2.5-ci maddələrinə əsasən əmək pensiyası yaşına ç atmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatların (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) və ya eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin əmək pensiyalarının üzərinə əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əlavə hesablanması nəzərdə tutulmuşdur. Qanunun 20.10-cu maddəsinə əsasən həmin şəxslərin qulluq stajına görə əmək p ensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin deputatının orta aylıq əməkhaqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərinin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir. İddiaçının əmək pensiyasının üzərinə Azərbaycan Respublikası Milli Məclisindən aldığı gəlirlərdən yuxarıdakı qaydada müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla əlavə hesablanmışdır. Eyni zamanda, sabiq deputatların əmək pensiyasına qulluq illərinə görə əlavənin Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətində olan deputatının əməkhaqqından və ya sabiq deputatların 12 ay aldığı əmək haqqından əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanm ası məsələsinə münasibət bildirməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə sorğu edilmiş və sorğunun nəticəsindən asılı olaraq əmək pensiyasının məbləği 01.12.2013-cü il tarixdən yenidən hesablanmışdır. Hazırda əmək pensiyasının məbləği sonrakı artımlar da nəzərə alınmaqla 2541,00 manat təşkil edir və mütəmadi olaraq ödənişə göndərilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-2219/2019 saylı iş) 24 iyun 2019-cu il tarixli qərarı iləiddia təmin edilərək iddiaçıya Azərbaycan Respublikası Milli Məclisi deputatının 1 sentyabr 2004-cü il tarixdən 1 avqust 2008-ci il tarixə kimi əmək haqqına əlavə edilən 25%, 1 sentyabr 2008-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək əmək haqqına əlavə olunan 50% pul təminatına görə pensiyanın yenidən hesablanması və yaranan f ərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Səbail rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X8, 2-1(103)-2336/2019 saylı iş) 6 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 24.06.2019-cu il tarixli qərarı - “01.09.2004-cü il tarixdən 01.08.2008-ci il tarixə kimi əmək haqqına edilən 25% pul təminatına görə pensiyanın yenidən hesablanması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək “01.01.2006-cı il tarixdən 01.08.2008-ci il tarixə kimi əmək haqqına əlavə edilən 25% pul təminatına görə pensiy anın yenidən hesablanması qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, sözügedən artırmalar iddiaçı pensiyaya çıxdıqdan sonrakı dövrdə qəbul edilsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına görə, ona münasibətdə qüvvəsi geriyə şamil edilməlidir. Mübahisənin olduğu dövrdə, yəni 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Qeyd edilən qanun normasının mənasına görə, deput atların əmək haqqına edilmiş artımlar, iddiaçıya münasibətdə 01.01.2006-cı ildən tətbiq oluna bilər. Cavabdeh 25 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 16 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyasıbu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların şəxslərin onlara əmək pensiyası təyin olduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin,yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Sosial sığorta haqq ında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta həmin qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın ödənilməsi üçün mütləq sosial sığorta hadisəsi baş verilməlidir. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi hesab olunur. İddiaçının 2007-2013-cü illərdə 25%, sonradan 50 % vergilərdən azad olunan aylıq pul təminatının onun pensiyasının hesablanmasında nəzərə alınmadığını iddia etməsi əsassızdır. Belə ki, həmin pul təminatının ona veri lməsi barədə şöbəyə heç bir sənəd təqdim olunmamışdır. Həmçinin “Azərbaycan Respublikası Milli Məclisinin Deputatının statusu haqqında” Qanuna əsasən 1 sentyabr 2004-cü il tarixdən 1 noyabr 2007-ci il tarixədək ödənilən aylıq vəzifə maaşının 25% məbləğində ödənilən aylıq pul təminatı vergilərdən azad olduğundan bu vəsaitdən məcburi dövlət sığorta ayırmaları tutulmamışdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İ nzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı Azərbaycan Respublikası Milli Məclisi deputatının 1 sentyabr 2004-cü il tarixdən 1 avqust 2008-ci il tarixə kimi əmək haqqına əlavə edilən 25%, 1 sentyabr 2008-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək əmək haqqına əlavə olunan 50% pul təminatına görə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh hesab edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatdığına görə Azərbaycan Respublikası Milli Məcli sinin sabiq deputatı (komissiya sədri) kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı 2007-2013-cü illərdə 25%, sonradan 50 % vergilərdən azad olunan aylıq pul təminatı almasına dair sənəd təqdim etməmişdir. Həmçinin “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” Qanuna əsasən 1 sentyabr 2004-cü il tarixdən 1 noyabr 2007-ci il tarixədək ödənilən aylıq vəzifə maaşının 25% məbləğində ödənilən aylıq pul təminatı vergilərdən azad olduğundan bu vəsaitdən məcburi dövlət sığorta ayırmaları tutulmamışdır. Məcburi dövlət sığorta ayırmaları tutulmayan aylıq pul təminatı isə əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilməz, İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri n edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddiaçı 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 18.06.2000-ci il tarixdən ona Milli Məclisinin deputatı kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. 17 may 1996-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci maddəsinin birinci hissəsinə əs asən, deputat hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. 1 sentyabr 2004-cü il tarixli 723-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunla həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsi çıxarılmış və yeni üçüncü, dördüncü və beşinci hissələr əlavə edilmişdir. Maddənin beşinci hissəsinin yeni redaksiyasına göstərilmişdir: “Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”. Bundan sonra 13 iyun 2 008-ci il tarixli 649-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci maddəsinin beşinci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir. Həmin Qanunun 30-cu maddəsinin ikinci hissəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçıla rına təyin edilir: 20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla). Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası Milli Məcl isinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əmək haqqının, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. İşdən görünür ki, iddiaçı Milli Məclisin deputatı olduğu dövrdə almadığı deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 2004-cü ilin sentyabr ayından verilən 25 faizi, 2008-ci ilin iyun ayından verilən 50 faizi məbləğində vergilərd ən azad olunan aylıq pul təminatının pensiya təyini zamanı nəzərə alınmasını arzu edir. İşin mübahisə olunmayan halıdır ki, iddiaçı 1995-2000-ci illərdə deputat olduğu dövrdə iddia tələbində göstərdiyi pul təminatını almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “ məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təy in ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa c avab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanu nun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. İddiaçı deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 2004-cü ilin sentyabr ayından verilən 25 faizi, 2008-ci ilin iyun ayından verilən 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatını pensiya təyin ediləndən əvvəl əmək haqqı və dövlət məvacibinə münasibətdə almamışdır. Həmçinin iddiaçı deputat olduğu müddətdə həmin vəsaitlərdən sosial sığorta haqqı tutulmamışdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə (1995-2000-ci illərdə) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası dedikdə-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onla rın ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. İddiaçıya 1 fevral 2001-ci ildə əmək pensiyası təyin edilən zaman iddia ərizəsində qeyd etdiyi əlavələri almadığından, əmək pensiyası təyin olunduqdan əvvəl alınan əmək haqqı və digər gəlirlər nəzərə alınmaqla təyin edilməli olduğundan, iddiaçının tələbi əsaslı sayıla bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilərək, iddia rədd olunmalıdır. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. İddiaçı özü ilə oxşar vəziyyətdə olan X 6 və X2 iddiası üzrə müvafiq olaraq 22 sentyabr 2015-ci ildə və 5 oktyabr 2015-ci ildə baxılmış məhkəmə qərarlarına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən oxşar xarakterli məhkəmələrdə baxılmış işlərdə vaxtilə Milli Məclisin deputatı kimi fəaliyyət göstərmiş və pensiya təyin edilmiş şəxslərə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci maddəsinin beşinci hissəsindəgöstərilən vergilərdən azad olunan aylıq pul təminatının nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması pensiya təyin edən orqana həvalə edilmişdir. Lakin hazırda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmaqla məhkəmə özünün formalaşmış təcrübəsini dəyişmişdir. Plenum qərarında d a qeyd edildiyi kimi, Plenum qərarı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Hazırkı işə baxılan zaman iddiaçı barəsində olan apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarına görə pensiya təyin edildikdən sonra yenidən hesablanma aparılarkən şəxsin işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqı, təminat xərcliyi, dövlət məvacibi və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından, Konstitusiya Mə hkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik olduğundan, oxşar işlər üzrə Konstitusiya Məhkəməsinin qərarından əvvəl qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olması hazırkı iddianın təmin edilməsi üçün qanuni əsas ola bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2336/2019 saylı, 6 noyabr 2019-cu il tarixli qərarı ləğv
Məhkəmə qərarları › İş №2-1(102)-730/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-730/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver