Məhkəmə qərarları › İş №2-1(102)-730/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-730/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-730/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(103)-2652/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5.6.2020-ci il tarixli, **********396700 nömrəli qərarına əsasən iddiaçıya 2017-ci ilin mənfəət vergisi üzrə 513065.18 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı 27 may 2019-cu il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosi al sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5.6.2020-ci il tarixli, **********396700 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********184400 nömrəli qərara əsasən 2017-ci ilin mənfəət vergisi üzrə 513065.18 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən inzibati aktda hesablamaya əsas kimi 2017-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan ümumi dövriyyə (********.51 manat) ilə mənfəət vergisi üzrə bəyannamədə göstərilən ümumi gəlir (********.0 manat) arasında fərqin olması göstərilmişdir. Halbuki, sadə riyazi hes ablama nəticəsində hər iki göstərici arasında fərqin cəmi 80948.51 manat (1651471.51-********.0) olması müəyyən edilir ki, bu da mübahisələndirilən inzibati akta əsasən hesablanmış 513065.18 manat əlavə vergi məbləğinin hər hansı əsasının olmadığını göstərir. Odur ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********184400 nömrəli “Vergilərin hesablanması barədə” qərarı qanunsuz və əsassız hesab edirlər.

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cəmiyyətin 2017-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin azaldılması barədə Vergilər Nazirliyinə (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) daxil olmuş xx.xx.2018-ci il və xx.xx.2019-cu il ta rixli müraciətlərinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edən bütün sübutların (vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin, alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi və alınmış malların müvafiq təsərrüfat subyektində (obyektində) saxlanılması barədə məlumatlar, icarə, alğı-satqı müqavilələri, nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatlar, idxal-ixrac əməliyyatları barədə sənədlər, kassa mədaxil-məxaric sənədləri, bank hesabından çıxarış, müqavilələr, üzləşmə aktı, qaimə-fakturalar, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s.) nazirliyin Sənədlərlə iş və müraciətlərə baxılması Departamentinə təqdim edilməsi barədə cəmiyyətə rəsmi məktublar (№ **********422400, xx.xx.201 8-ci il; **********143100, xx.xx.2018-ci il və **********351900, xx.xx.2019-cu il) göndərilməsinə baxmayaraq, göndərilmiş məktublara münasibət bildirilməmiş və araşdırma üçün zəruri sənədlər təqdim edilməmişdir. Bununla da, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinin tələbləri inzibati icraatda tərəf kimi iştirak edən cəmiyyətin rəhbəri tərəfindən pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsində göstərilir ki, inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Bildirilir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017 -ci ilin mənfəət vergisi bəyannaməsində göstərilmiş dövriyyə məbləğinin, müvafiq dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində göstərilmiş cəmi dövriyyə məbləğindən az olduğu müəyyən edilmiş və bununla əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli, **********901400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan izahat və təsdiqedici sənədlər təqdim olunmadığından, 2017-ci ilin mənfəət vergisi üzrə 528801.19 manat əlavə vergi məbləği hesablanmış və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********684200 nömrəli qərar tərəflər arasında imzalanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə 2017-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə uyğun kameral qaydada yoxlanılmış, hesablanmış məbləğ qismən azaldıldıqdan sonra qeyd edilən bəyannamə nəzərə alınmayaraq, yenidən 528801.19 manat vergi hesablanmış (əlavə hesablanmış məbləğ: 513065.16 manat) və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********489100 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təkrarən 2017-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Həmin bəyannamə y enidən vergi orqanı tərəfindən kameral qaydada yoxlanılmış və yoxlama zamanı xx.xx.2018-ci il tarixli qərarla hesablanmış əlavə vergi məbləği bir daha tam təsdiq olunmuşdur. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********184400 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Qeyd edilir ki, 2017-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********184400 nömrəli qərarın ləğv edilməsi barədə inzibati iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı həmin tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü hiss edən iddiaçı məqsədli şəkildə təkrarən 2017-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Həmin bəyann amə yenidən vergi orqanı tərəfindən kameral qaydada yoxlanılmış və yoxlama zamanı xx.xx.2019-cu il tarixli qərarla hesablanmış əlavə vergi məbləği bir daha tam təsdiq olunmuşdur. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********96700 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Əlavə olaraq qeyd edilir ki, 2017-ci ilin mənfəət vergisi üzrə hesablanmış 513065.16 manat əlavə vergi məbləği ilə əlaqədar qəbul edilmiş qərarın ləğv edilməsi barədə inzibati iş məhkəmənin icraatında olduğu vaxtda, iddiaçı həmin dövr üzrə məqsədli şəkildə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, eyni zamanda həmin dövr üzrə hesablanmış vergi məbləği ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciətlər etmiş (baxmayaraq ki, vergi ödəyicisinin eyni dövr üzrə hesablanmış əlavə vergi məbləğindən narazı olması barədə xx.xx.2018-ci il və xx.xx.2019cu il tarixli inzibati şikayətlərinə baxılması zamanı heç bir sənəd araşdırmaya təqdim edilməmiş, eyni zamanda inzibati şikayətin araşdırıldığı dövrdə vergi ödəyicisi hesablamaya əsas olmuş qərarı məhkəmə qaydasında mübahisələndirdiyinə görə xx.xx.2019-cu il tarixli qərarla inzibati şikayət üzrə icraata xitam verilmişdir) və sonradan həmin şikayətlərinin etibarsız hesab edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 9/5090 nömrəli, 07 aprel 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsind ə göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (elektron qaimələr, iki tərəfli aktlar, bank çıxarışları və s.) və məlumatlara (yük gömrük bəyannaməsi məlumatları (idxal-ixracla bağlı), mənfəət vergisi bəyannamələrinin məlumatları və s.) əsasən müəssisənin 2017-ci il üzrə mənfəət vergisi 15736.00 manat məbləğində müəyyən olunur. İş materiallarında olan vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə də (mənfəət vergisi üzrə) dövlət büdcəsinə 15736.0 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yəni 2017-ci il üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq ödənilməli olan mənfəət vergisi müəyyən olunmur. Həmçinin qeyd edilir ki, müəssisənin vergi ödəyicisi tərəfindən tərtib olunmuş xərc sənədləri təqdim edilmiş iş mate riallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir. Bundan başqa, həmin sənədlərin müəssisənin tətbiq etdiyi metodun tələblərinə və vergi qanunvericiliyinə (hesabat dövründə qüvvədə olan) uyğunluğu müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, həmin sənədlər ciddi hesabat sənədləridir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 6 iyul 2021-ci il tarixli 21(112)-383/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan sənədlərə (elektron qaimələr, iki tərəfli aktlar, bank çıxarışları və s.) və məlumatlara (yük gömrük bəyannaməsi məlumatları (idxal-ixracla bağlı), mənfəət vergisi bəyannamələrinin məlumatları və s.) əsasən müəssisənin 2017-ci il üzrə mənfəət vergisi 15736.00 manat məbləğində müəyyən olunur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə də, (mənfəət vergisi üzrə) dövlət büdcəsinə 15736.0 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yəni, 2017-ci il üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq ödənilməli olan mənfəət vergisi müəyyən olunmur. Həmçinin müəssisənin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir. Bundan başqa, həmin sənədlərin müəssisənin tətbiq etdiyi m etodun tələblərinə və vergi qanunvericiliyinə (hesabat dövründə qüvvədə olan) uyğunluğu müəyyən olunur. İş materiallarında həmin halları təsdiq edən ekspert rəyi də mövcuddur və məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmadığından, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən mübahisəli qərar ləğv edilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti ver ərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S. Bəktaşi-məruzəçi, A. Hüseynov və A. Hüseyn) 21 dekabr 2021-ci il tarixli, 2-1(103)-2652/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 6 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. Təqdim edilmiş dəqiqləşdirilmiş bəyanamələrin kameral yoxlaması zamanı vergi ödəyicisinə "Ka meral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Həmin uyğunsuzluq məktublarında (qeyd olunan sübutlar məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcuddur) bütün uyğunsuzluqlar (uyğunsuzluqlar bir neçə istiqamətdə olmuşdur) və ziddiyyətli məqamlar barədə iddiaçıya tam şəkildə məlumat verilmişdir. Həmin uyğunsuzluqlardan biri də təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri ilə (16.433.523,0 manat) təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinə əsasən dövriyyənin 16.514.471,51 manat olması ilə əlaqədar yaranmış kənarlaşmadır. Həmçinin istər kameral vergi yoxlaması zamanı, istərsə də iddiaçının inzibati şikayəti əsasında aparılmış inzibati icraat zamanı bir neçə dəfə vergi ödəyicisindən sənədlərin təqdim edilməsi tələb edilsə də, hər-hansı təsdiqedici əhəmiyyətə malik sənəd təqdim edilməmişdir. Həmin müddətdən təxminən 2-3 il keçməsinə baxmayaraq, hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən uyğunsuzluqların aradan qaldırılmaması səbəbindən mənfəət vergisi bəyannaməsi üçün 2017-ci il üzrə 513.065,18 manat əlavə vergi məbləği hesablanmış və bu barədə qəbul edilmiş qərar iddiaçıya göndərilmişdir. Belə ki, kameral vergi yoxlaması ilə müəssisənin ümumi gəlirlərinin 15.864.035,79 manat olduğu müəyyən edilmiş, lakin xərc sənədlərinin 2.288.219,13 manat hissəsində təsdiqedici sənədlər mövcud olmadığından, mənfəət vergisi öhdəliyi şərti rentabellik norması əsasında hesablanmışdır.

13. Məhkəmə qərar qəbul edərkən yeganə sübut kimi ekspert rəyinə istinad etmiş, həmin ekspert rəyində iş materiallarında xərc sənədlərinin mövcudluğu və iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə göstərilmiş bütün xərclərin öz təsdiqini tapdığı qeyd olunmuşdur. Lakin, məhkəmə ekspert tərəfindən verilmiş rəyə xüsusi inam bəsləyərək, rəydə qeyd olunan xərc sənədlərinin nəinki qanunvericilikdə müəyyən olunmuş formada təsdiqini tapmağını araşdırmış, hətta qeyd olunan sənədlərin iş materiallarında mövcud olub-olmadığını belə araşdırmadan rəydə qeyd olunanları qərara köçürməklə iddianın əsaslılığını "sübuta yetirmişdir". Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının qüvvə də saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Vergi Məcəlləsi Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddə sinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.

16. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 58 Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmı ş və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğvi tələb olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kas sasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya 2017-ci il üzrə əlavə vergi məbləğinin hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərarını mübahisəyə dair işin müəyyən olunmuş faktiki halları və həmin hallara tətbiq edilməli olan hüquq normalarının müddəaları baxımın dan düzgün və əsaslı hesab edir.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 21(103)-2652/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar