Məhkəmə qərarları › İş №2-1(102)-730/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-730/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-730/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh 11 saylı Bakı şəhər poliklinikasına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin müəyyən olunması məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1981-ci il təvəllüdlü; FİN xxxxxxx) cavabdeh 11 saylı Bakı şəhər poliklinikasına qarşı “əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibbi-sosial ekspertiza müayinə sinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin Bakı şəhər 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-243/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Zəfəran” Hospitalı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli epikrizdə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə sinəsində qəflətən yaranmış, sol qoluna və kürək nahiyəsinə yayılan kəskin ağrılar səbəbindən müəssisəyə müraciət etmiş və hospital tərəfindən kardioreanimasiya şöbəsinə qəbul edilmişdir. Aparılan müayinələrdən sonra iddiaçıya “ÜİX (ürəyin işe mik xəstəliyi): sol mədəciyin ön divarının kəskin miokard infarkt”ı diaqnozu qoyulmuşdur. İddiaçı hospital tərəfindən iki gün dinamik müşahidə altında saxlanılaraq xx.xx.2019-cu il tarixində orta-kafi vəziyyətdə evə yazılmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsini və göndərilməsini xahiş etmişdir.

3. Cavabdehin xx.xx.2020-ci il tarixli, 941 saylı məktubunda qeyd olunmuşdur ki, müraciətdə qaldırılan məsələyə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndinə (şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətinə fasilələrlə ümumilikdə 6 ayda n çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması) əsasən baxılır.

4. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı 11 nömrəli şəhər poliklinikası tərəfindən tibb müəssisəsinə dəvət edilmiş və Həkim Məsləhət Komissiyasının üzvlərinin iştirakı ilə təkrar müayinə olunmuşdur. İddiaçının xəstəlik halı “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndindəki meyara uyğun olmadığından TSEK-ə göndəriş verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu il tarixdə müraciəti əsasında “Zəfəran” hospitalında müayinələr edilərək, ürəyin işemik xəstəliyi ürəyin sol mədəciyinin ön divarının kəskin miokard infarktı (X3, 10-cu redaksiya üzrə: i21.0) diaqnozu qoyulmuşdur. Aparı lmış yoxlama zamanı (angiografıya) ürəyin ön divarındakı koronar damarın tamamilə (98%) tutulması aşkar edilmişdir. Hospitalda dərhal ürəyinin qapalı əməliyyatı icra edilmiş və tutulmuş damara stend yerləşdirdərək, damarda qanın axını bərpa edilmişdir. Əməliyyat bitdikdən 3 gün sonra xəstəxanadan orta-kafi vəziyyətdə stasionar müalicə məqsədi ilə buraxılmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xəstəlik vərəqəsi açılmış və xx.xx.2019-cu il tarixdən könüllü istəyi ilə işinə davam etmək məqsədi ilə poliklinikadakı xəstəlik tarixçənin bağlanmasını xahiş etmişdir. Xəstəlik tarixçəni dayandırması heç də xəstəliyinin bərpa olunması və sağalmağı demək deyildir. Yəni bütün kardioloqlar və eləcə də tibb təhsili olan həkimlər də bilir ki, “infarkt” sağalan xəstəlik deyil və onun yaratdığı fəsadlar, qan dövranındakı pozğunluqlar və nəhayət ürək çatışmamazlığı tədricən özünü birüzə verir. Məhz buna görə də hazırda ürək çatışmamazlığının ilkin əlamətlərinin (bir az əsəbləşən kimi tənginəfəslik, öskürək, arterial təzyiqin yüksəlməsi, sol qolunda kəskin formada keyimə-uyuşma və s) iddiaçıda olduğuna görə müalicə həkimi (“Zəfəran” hospitalın həkimi Mehman Ağamalıyev) tərəfindən bu istiqamətdə qabaqlayıcı dərman-müalicə tədbirləri hazırda da davam etdirilir.

7. Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi X4 aparılmış exokardioqrafiya müayinəsində də onun xəstəliyi təsdiqini tapır. Son bir neçə ay ərzində dəfələrlə 11 saylı Poliklinikaya müraciət edərək əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədi ilə xəstəliklərinin tibbi-so sial ekspert komissiyasına göndərilməsini xahiş etmişdir. Poliklinika tərəfindən sənədlərinin tibbi sosial ekspert komissiyasına göndərilməsindən, bir sözlə göndəriş edilməsindən imtina edilmişdir.

8. Poliklinikada iddiaçını müayinə edən kardioloq (Xuraman həkim) və baş həkim Nəriman Məmmədov tərəfindən iddiaçıya bildirilmişdir ki, onun keçirdiyi xəstəlik üzrə əlillik qrupunun verilməsi mümkün deyildir, göndərişin verilməsi üçün mütləq qaydada şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması vacibdir. Miokardın kəskin infarktı elə bir xəstəlikdir ki, bu xəstəliyi daşıyan şəxs 6 ay yox, 6 il stasionar və ya ambulator müalicə alsa belə, onun sağalması mümkün dey ildir. 9. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində qeyd edilmiş “ürəyin işemik xəstəlikləri” üzrə “121” kod adı X2 10-cu redaksiyasında “kəskin miokard infarktı” adlanır. Madam ki, Əsasnamədə 2-ci qrup əlilliyin təyini üçün “121” kod adı ilə qeyd edilmiş xəstəlik “X3”na görə “kəskin miokard infarktı” xəstəliyidir və iddiaçının xəstəliyinin diaqnozu da məhz “kəskin miokard infarktı”dır, bu zaman Poliklinika tərəfindən göndərişin verilməməsi səbəbi iddiaçı üçün qaranlıqdır. Halbuki, göndərişin verilməsi poliklinikanın həkimin və ya baş həkimin müraciəti ilə poliklinikanın həkim komissiyasının birbaşa vəzifəsidir. İddiaçının xəstəliyi həm ''Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və həm də “X3’'na uyğun olaraq göndərişin verilməsinə və əlilliyin təyin edilməsinə həm hüquqi və həm də faktiki əsas verir. İmtina tamamilə qanunsuz və əsassızdır. İddiaçının xəstəliyi ürəyindədir və ürəyin funksiyaları bərpa olunan deyil, gün ərzində 5 ədəd ayrı-ayrı adda preparatları qəbul edir. cavabdehin etirazı:

10. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in T25/2021 nömrəli ekspert rəyinə əsasən vətəndaş İddiaçı 16-xx.xx.2019-cu il tarixlərdə “Zəfəran Hospital”ın kardiologiya şöbəsində “ürəyin işemik xəstəliyi, sol mədəciyin ön divarının kəskin miokard infarktı” diaqnozu ilə daxil olarkən aparılmış müvafiq müayinələrdən sonra stasion ar müalicədə olmuş və stend implanta edilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmətibb ekspert komissiyası tərəfindən göndərişlə aparılan rəngli doppler exokardioaqrafiyası zamanı sol mədəciyin sistolo-diastolik ölçüləri və sistolik funksiyaları normal olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi üçün qüvvədə olan “Əsasnamənin meyarlarına” uyğun ona əlillik dərəcəsinin verilməsindən imtina düzgün olmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1313/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq e dilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim kom issiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir.

14. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci və 1.5-ci bəndində göstərilən əsaslar yoxdur.

16. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın tə min olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-2759/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(112)-1313/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsindəki birinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-686/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2759/2021 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının göndəriş verilməsi üçün cavabdehə müraciət etməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Bununla belə, iş materiallarında cavabdeh orqan tərəfindən şəxsin müraciəti əsasında onun barəsində müvafiq sənədlərin toplanması, həmin sənədlərin təhlil edilməsi, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib-göndərilməməsi, başqa sözlə, qanunvericiliyin tələbinə uyğun icraatın aparılması və həmin icraat nəticəsində göndərişin verilməsindən imtina barədə qərarın qəbul edilmə sini təsdiq edən sübutlar yoxdur. Belə ki, iş materiallarında yalnız cavabdehin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin iddiaçıya ünvanladığı məktublar mövcuddur. Cavabdehin məktubunun məzmunu informativ xarakterli olmaqla, yalnız iddiaçının müraciətinə “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndinə əsasən baxıldığı barədədir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin məktubunda isə iddiaçının 11 nömrəli şəhər poliklinikası tərəfindən tibb müəssisəsinə dəvət edildiyi və Həkim Məsləhət Komissiyasının üzvlərinin iştirakı ilə təkrar müayinə olunduğu qeyd edilsə də, iddiaçının həqiqətən müayinədən keçirilməsini təsdiq edən hər hansı s ənəd və həmin müayinənin nəticəsi barədə Həkim Məsləhət Komissiyasının qəbul etdiyi qərar təqdim edilməmişdir. Həmçinin sözügedən sənədlər işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tələb edilməmiş və onların mövcudluğu araşdırılmamışdır.

22. İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəti cədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməlidir. Məhkəmə isə qəbul edilən qərarın qanuniliyinə qiymət verməlidir. Lakin qeyd olunan bu hallar aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamışdır. 23. xx.xx.2021-ci il tarixli ekspert rəyində cavabdehin imtinasının qanuni olması, yəni iddiaçının xəstəlik halının “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndindəki meyara uyğun olmadığı nəticəsinə gəlinmişdir. Bununla bağlı qeyd edilməlidir ki, ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət işə baxan məhkəməyə aiddir. Digər tərəfdən, iş üzrə iddiaçının dəlili onun xəstəliyinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndində qeyd edildiyi kimi müəyyən müddət stasionar və ya ambulator müalicədən sonra bərpa edilməsinin mümkün olmamasına görə ümumiyyətlə həmin meyar baxımından xəstəliyinin qiymətləndirilməməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçı hesab edir ki, onun xəstəliyi müalicə nəticəsində sağalan xəstəlik olmadığından, ondan müəyyən müddət stasionar və ya ambulator müalicə tələb edilməsi əsassızdır.

24. İddiaçının qeyd olunan bu dəlili də məhkəmə tərəfindən araşdırılmamışdır.

25. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının hazırkı iş üzrə hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh tərəfindən müayinənin aparılıb-aparılmaması, o cümlədən müvafiq qərarın qəbul edilib-edilməməsini araşdırmalı, bu çərçivədə müayinə və onun nəticəsi barədə sənədləri tələb etməli, həmçinin həmin sənədləri işin halları baxımından iş üzrə digər sübutlarla birlikdə İPM-nin 12.1-ci maddəsinin tələblərinə riayət etməklə qiymət verməlidir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-243/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1313/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiya məhkəməsi əvvəlki hüquqi mövqeyində qalmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

28. Ali Məhkəmənin qeyd olunan göstərişləri nəzərə alınmaqla, cavabdeh 11 nömrəli Bakı Şəhər Poliklinikasına sorğu verilərək i ddiaçı barəsində Həkim Məsləhət Komissiyasının qəbul etdiyi sənədin məhkəməyə təqdim olunması tələb olunmuş və Poliklinikanın 536 saylı xx.xx.2023-cü il tarixli izahlı məktubu ilə xx.xx.2020-ci il tarixli “Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina Aktı” məhkəməyə təqdim edilmişdir.

29. Qeyd olunan məktubda bildirilmişdir ki, “İddiaçı xx.xx.2019-cu il tarixində “ÜİX-Sol mədəciyin ön divarının kəskin miokard infarktı “diaqnozu ilə həkim kardioloqa müraciət etmiş və “Zəfəran “ hospitalında 16.11 – 18.11 tarixinədək (3 gün) stasionar müalicədən sonra yaxşılaşma qərarı ilə ambulator müalicəyə göndərilməsi haqqında epikriz təqdim etmişdir. Poliklinikanın həkim kardioloqu tərəfindən xx.xx.2019-cu il tarixinədək xəstəlik vərəqəsinin tarixi artırılmış və 07.12-ci ayda xəstənin təkidi ilə yaxşılaşma ilə işə yazılmışdır. Bir müddət sonra xəstə ona əlillik verilməsini tələb edərək poliklinikanın HMKna (Həkim Məsləhət Komissiyasına) müraciət etmişdir. Dəfələrlə həmin xəstəyə izah edilmişdir ki, bu xəstəlikdən TSEK-ə göndəriş verilməsi üçün 180 gün xəstəlik vərəqəsi olmadan “forma 88” rəsmiləşdirə bilməz. Bilavasitə komissiyanın üzvləri tərəfindən ona izah edilmişdir ki, xəstənin bugünkü vəziyyəti və onun fəaliyyət göstərdiyi peşəni nəzərə alaraq o, xəstənin ağırlıq dərəcəsi əlillik meyarlarına uyğun deyil. Son 3 il ərzində bu xəstə bir dəfə də olsun həkim kardioloqa müraciət etməmiş və həmin xəstəliyə uyğun xəstəlik vərəqəsi almamışdır. Yalnız xx.xx.2020-ci il tarixdə “Covid-19” diaqnozu ilə çağırış etmiş və xx.xx.2021-ci il tarixinədək həmin diaqnozla poliklinikada müalicə almışdır. Həmin müddət də HMK-nın məsləhəti və həkim kardioloqun məsləhətinə ehtiyacı olduğu bildirilsə də o, kardioloqa müraciət etməmişdir.

30. Həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktı”nda qeyd olunmuşdur ki, “İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmiş, 180 gün xəstəlik vərəqəsinin olmadığına görə əlillik meyarlarına uyğun olaraq AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir (Akt Komissiya nın 5 üzvünün imzaları və poliklinikanın möhürü ilə təsdiq olunmuşdur).

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5-ci bəndinin tələblərinə görə həmin bənddə sadalanan hallarda yalnız tibb müəssisəsi tərəfindən göndəriş verilə bilər.

32. İşin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, cavabdeh tərəfindən Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən əsasın - yəni, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyal arının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması” iddiaçıda mövcud olmadığından ona TSEK-ə “forma 088” göndəriş verilməsindən imtina olunmuşdur.

33. İşdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən xx.xx.2020-ci il tarixli T25/2021 nömrəli ekspert rəyində iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi üçün qüvvədə olan “Əsasnamənin meyarlarına” uyğun ona əlillik dərəcəsinin verilməsindən imtina düzgün olduğu qeyd edilmişdir. Rəydə ekspertlər həmin nəticəyə gələrkən iddiaçının ilkin müayinə olunduğu “Zəfəran” hospitalında xx.xx. 2019-cu il tarixdə tərtib olunmuş epikriz, daha sonra, onun Akademik C.A.Abdullayev adına X1 xx.xx.2019-cu il tarixdə transtorakal exokardioqrafiya müayinəsi zamanı qoyulmuş diaqnozu, “Zəfəran” hospitalında xx.xx.2020-ci il tarixdə rəngli doppler exokardioqrafiya protokolu və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Sanator-Kurort kitabçasına müalicə zamanı qoyulmuş xəstəlik diaqnoz tədqiq olunmuş və iddiaçı xx.xx.2021-ci il tarixdə Birliyin Təkrar ekspertizalar şöbəsində müayinədən keçirilmişdir.

34. İşin təkrar apellyasiya icraatı mərhələsində iddiaçının etirazına baxmayaraq, məhkəmə öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə sual qoyulmaqla, onun xəstəliyinin - “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə müəy yən edilən meyarlara uğun gəlib-gəlmədiyinə və ona Forma-88 göndəriş verilməsinə əsasların olub-olmadığına aydınlıq gətirilməsi üçün iş üzrə əlavə komisyon məhkəmə tibbi ekspertizası təyin edilsə də iddiaçı sənədləri ilə birlikdə ekspertiza tədqiqatına gəlməmiş, bu səbəbdən Birliyin xx.xx.2023-cü il tarixli məktubu ilə geri qaytarılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə iş materialları iddiaçının iştirakı ilə tədqiqatın aparılması üçün iş materialları təkrarən Birliyə qaytarılsa da, təkrarən iddiaçı gəlmədiyindən Birliyin xx.xx.2023-cü il tarixli məktubu ilə iş ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır.

35. Hazırkı məhkəmə iclasında iştirak edən iddiaçı məsələyə münasibət bildirərkən qeyd etmişdir ki, birinci dəfə həqiqətən telefon əlaqəsi ilə ekspertizaya dəvət olun sa da getməmiş, amma sonradan ona müvafiq məlumat verilməmiş, hər bir halda, ekspertiza təyin olunmasına əvvəlcədən razı olmadığını məhkəməyə bildirmişdir.

36. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən tibbi-sosial ekspertiza müayinəsi üçün 088 formalı göndərişin tərtib edilib reyestrə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması üçün əsasların mövcudluğu sübuta yetirilmiş hesab oluna bilməz.

37. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

38. Şikayətin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə tanı ş olarkən məhkəmənin qanuni araşdırma aparmadığı, iş üzrə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermədiyi məlum olur. Məhkəmə baxışı dövründə işin faktiki halları və bu halların qanuni əsaslarını məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə həmin halları nəzərə almamışdır.

39. Məhkəməyə təqdim edilən “Məlumat – apellyasiya şikayətinə dair əlavə mülahizə” nəzərə alınmamış və qərarda mülahizədə toxunulan faktlar barədə heç bir münasibət qeyd edilməmişdir. Bu isə məhkəmənin işi başdansovdu araşdırdığını deməyə kifayət qədər əsas verir.

40. Mülahizədə də qeyd edildiyi kimi Poliklinikanın məktubuna əlavə edərək apellyasiya məhkəməsinə (ikinci apellyasiya işi üzrə) təqdim etdiyi xx.xx.2020-ci il tarixli “göndərişin verilməsindən imtina barədə akt” saxta və geri tarixə hazı rlanmış qərardır. İddiaçı hazırkı mübahisə üzrə iddianı imtina barədə qərar təqdim etmədikləri üçün, onu müayinə etmədikləri üçün qaldırmışdır. Birinci instansiya məhkəməsinə verilən iddianın əsaslarından biri məhz imtina qərarının və protokolun iddiaçıya verilməməsi olmuşdur. Əgər qərar var idisə niyə o vaxt nə iddiaçıya, nə də birinci instansiyaya təqdim etmirlər? Halbuki, birinci instansiya məhkəməsində Poliklinikanın nümayəndəsi iştirak etmişdir. Demək cavabdeh tərəfindən iddiaçının xəstəlik tarixçəsi məhkəməyə təqdim edilən zaman belə bir akt, qərar, protokol olmadığı üçün onlar o zaman məhkəməyə təqdim edilməyib.

41. Bundan əlavə, həmin qərara imza edən komissiya üzvlərinin heç biri iddiaçını tanımır, heç vaxt onu görməyiblər, 5 nəfərin içərisindən iddiaçını seçə bilməzlər. O zaman çox maraqlıdır bu komissiya iddiaçını müayinə etmədən, EXO üçün Şəhər xəstəxanasına göndərmədən, ANJU etdirmədən, qan analizləri verdirmədən bu qərarı necə qəbul ediblər? Təbii ki, əlacsız qaldıqları üçün bu aktı sonradan hazırlayaraq məhkəməyə təqdim ediblər. Məhkəmə komissiya üzvlərini cəlb edərək onları dinləməli və bu aktı nə vaxt hansı şəraitdə hazırladıqlarını araşdıraraq, ona hüquqi qiymət verməli idi. Lakin göründüyü kimi nəinki həmin komissiya üzvlərini dindirmək, məhkəmə iddiaçının qeyd etdiyi bu hallara heç əhəmiyyət verməmişdir. Bundan əlavə poliklinikada köhnə kardioqramma aparatından başqa heç bir avadanlıq yoxdur. Belə olduğu təqdirdə onlar iddiaçının xəstəliyini araşdıra bilməzdilər.

42. Poliklinika nə qərar nə də protokol qəbul etməmişdir, sonradan geri tarixə AKT tərtib edərək məhkəməyə göndərmişdir. Birinci instansiyanın sorğusu əsasında iddiaçının xəstəlik tarixçəsinə aid sənədlər Bakı inzibati məhkəməsinə təqdim edilmişdir, lakin nə o vaxt nə də sonrakı instansiyalarda bu sənəd məhkəməyə təqdim edilməmişdir. Hazırkı apellyasiya baxışı zamanı isə məhkəmənin tələbinə təmin etmək üçün Poliklinika AKT tərtib etmiş və məhkəməyə təqdim etmişdir. Bu faktlara apellyasiya instansiyası tərəfindən əhəmiyyət verilməmişdir. Halbuki, komissiya akt yox qərar və protokol tərtib etməli idi. İş üzrə hakimlərdən Ş.Məmmədova xüsusi rəydə qalmaqla bu məsələyə toxunmuşdur.

43. İşə baxan məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələbi əlilliyin təyin edilməsi deyil, əlilliyin təyin olunması üçün sənədlərin müvafiq sistemə daxil edilməsidir. Sənədlərin sistemə daxil edilməsi hələ iddiaçıya əlillik dərəcəsi veriləcəyi anlamına gəlmir, bundan sonra sənədlər Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ekspertizadan keçiriləcək, zərurət yarandıqda bilavasitə iddiaçının müayinə olunmağı üçün Agentliyə dəvət ediləcək. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddiası əlillik dərəcəsinin müəyyən olunması olsaydı cavabdehim 11 saylı şəhər Poliklinikası yox, Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi olmalı idi. Məhz Ali Məhkəmə də bunu deməyə çalışmışdır. Lakin Apellyasiya Məhkəməsi bu faktlara əhəmiyyət verməyərək, işi yenidən ekspertizaya göndərmişdir. İşin birinci dəfə ekspertizanı aparan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi PHŞ-in “Təkrar ekspertiza şöbəsi”nə həvalə edilməsi düzgün deyil.

44. Birlik tərəfindən iddiaçını m üayinə etmədən, yoxlamadan açıq şəkildə qeyd edilmişdir ki, bu şəxsdəki xəstəlik Nazirlər Kabinetinin müvafiq qərarındakı əlillik dərəcəsinə uyğun gəlmir. İş üzrə ekspertiza təyin edildikdən sonra 11 saylı Poliklinikadan məhkəməyə daxil olmuş məktubda qeyd edilir “....Dəfələrlə həmin xəstəyə izah edilmişdir ki, bu xəstəlikdən TSEK-ə göndəriş verilməsi üçün 180 gün xəstəlik vərəqəsi olmadan forma 88 rəsmiləşdirilə bilməz. Bilavasitə komissiyanın üzvləri tərəfindən ona izah edilmişdir ki, xəstənin bugünkü vəziyyəti və onun fəaliyyət göstərdiyi peşəni nəzərə alaraq o xəstəliyin ağırlıq dərəcəsi əlillik meyarlarına uyğun deyil. Son 3 il ərzində bu xəstə bir dəfə də olsun həkim kardioloqa müraciət etməmiş və həmin xəstəliyə uyğun xəstəlik vərəqəsi almamışdır..”.

45. İddiaçı 2019-cu ildən indiyə dək müalicə olunur. Hər 6 aydan bir onu əməliyyat etmiş Zəfəran hospitalın kardiologiya şöbəsinin müdiri Mehman Ağamaliyevin qəbulunda olur, müxtəlif analizlər verir, EKQ, EXO aparatlarından keçir. İddiaçı 180 gün yox, 1 il də yox, 3 ildir ki, müalicə olunur, hər 6 aydan bir həkim qəbuluna gedir və ölənədək də getmək məcburiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5-ci bəndinə görə “Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasiona r müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi”. Qanunvericiliyin tələbindən göründüyü kimi “şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətinə fasiləsiz və ya son 12 (on iki) ay müddətinə fasilələrlə ümumilikdə 6 (altı) ay ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar) müalicəsinə baxmayaraq, orqanizmin pozulmuş funksiyasının bərpa olunmaması və........” “peşə-əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi” tibbi-sosial ekspert komissiyasına göndərişin verilməsi əsaslarından biridir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinə görə “Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur”. Həmin qaydaların 2.2ci bəndinə görə “İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aş ağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı(İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33)”. X5 təsdiq etdiyi “X3-10” (10-cu redaksiya) xəstəliklərin siyahısında ardıcıl olaraq ürəyin işemik xəstəlikləri İ20- İ25 kodlarla qeyd edilir. Burada: İ20 - Stenokardiya [döş inağı], İ21 - Kəskin miokard infarktı, İ22 - Təkrarı miokard infarktı, İ23 - Kəskin miokard infarktının bəzi cari ağırlaşmaları, İ24 - Ürəyin kəskin işemik xəstəliyinin digər formaları, İ25 - Ürəyin xroniki işemik xəstəliyi. Qanunvericilik aktlarının yuxarıda qeyd edilən normalarından da göründüyü kimi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində qeyd edilmiş “ürəyin işemik xəstəlikləri” üzrə “İ21” kod adı X2 10-cu redaksiyasında “kəskin miokard infarktı” adlanır.

47. Madam ki, Əsasnamədə 2-ci qrup əlilliyin təyini üçün “İ21” kod adı ilə qeyd edilmiş xəstəlik “X3”na görə “kəskin miokard infarktı” xəstəliyidir və iddiaçının xəstəliyi diaqnozu da məhz “kəskin miokard infarktdı”dır o zaman Poliklinika tərəfindən göndərişin verilməməsi səbəbi qaranlıqdır. Halbuki, göndərişin verilməsi poliklinikanın həkimin və ya baş həkimin müraciəti ilə poliklinikanın həkim komissiyasının birbaşa vəzifəsidir.

48. İddiaçı apellyasiya şikayətində tələbi qanunvericiliyin normaları və hüquqi faktlarla əsaslandırmağına, birinci instansiya məhkəməsinin məhz bu faktlara və qanunvericiliyin normalarına əhəmiyyət vermədən qərar çıxardığını, eləcə də Ali Məhkəmənin qərarında göstərdiyi halların apellyasiya instansiyası üçün məcburi olduğunu qeyd etməyinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi kimi eyni səhvlərə yol vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 50.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiya nın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul ed ir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 51.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasla ndırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilir. 53.Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

55. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişd ir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

56. Apellyasiya instansiyası məhkəməsi iddianın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5-ci bəndinə əsasən, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambu lator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

58. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndində göstərilən əsaslar mövcud deyil.

59. İddiaçı şikayətində qeyd edir ki, iddiaçının tələbi əlilliyin təyin edilməsi deyil, əlilliyin təyin olunması üçün sənədlərin müvafiq sistemə daxil edilməsidir. Sənədlərin sistemə daxil edilməsi hələ iddiaçıya əlillik dərəcəsi veriləcəyi anlamına gəlmir, bundan sonra sənədlər Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ekspertizadan keçiriləcək, zərurət yarandıqda bilavasitə iddiaçının müayinə olunmağı üçün Agentliyə dəvət ediləcək.

60. İddiaçı, həmçinin qeyd edir ki, 2019-cu ildən indiyədək müalicə olunur, hər 6 aydan bir onu əməliyyat etmiş Zəfəran hospitalın kardiologiya şöbəsinin müdiri Mehman Ağamaliyevin qəbulunda olur, müxtəlif analizlər verir, EKQ, EXO aparatlarından keçir, 3 ildir ki, müalicə olunur, hər 6 aydan bir həkim qəbuluna gedir.

61. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla, iddiaçının hətta mütəmadi olaraq həkim müayinəsindən keçməsi özü-özlüyündə onun müalicə olunması anlamına gəlmir. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün məhz əlilliyə səbəb ola bilən diaqnozların, həm çinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5-ci bəndində nəzərdə tutulmuş şərtlərin mövcudluğu tələb olunur.

62. Hazırkı işdə həmin şərtlərin mövcudluğu müəyyən edilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

63. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

64. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-243/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar