Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-730/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödəmənin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(103)3462/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2023-cü il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdehə müraciət edərək, 2014-2017-ci illər ərzində artıq ödənilmiş 27609,90 manat sadələşdirilmiş vergisinin qaytarılmasını xahiş etmişdir.
2. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdir ilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Araşdırma zamanı xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə 29909,90 manat artıq ödəmə məbləği mövcud olmuş, “Vergilər üzrə vərəqə” hissəsində 27609,90 manat məbləğində tələbetmə müddəti bitmiş artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir.
3. Bundan sonra, iddiaçı xx.xx.2023-cü ildə yenidən ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2018-xx.xx.2018-ci illərdə artıq ödənilmiş 2300 manat sadələşdirilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir (iddiaçı dövlət büdcəsinə xx.xx.2018-ci il tarixdə 700 manat, xx.xx.2018-ci il tarixdə isə 1600 manat ödəmişdir).
4. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərə k göstərmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş " Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq, büdcədən qaytarılması tələb olunan vergi məbləğinin hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ö dənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edilmişdir. “Vergi partnyorluğu sazişi” bağlanıldıqdan sonra vergilərin ödənilməsi üzrə iddiaçı tərəfindən öhdəliklərinin yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən, “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1ci maddəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən, könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdiril məsi, eyni zamanda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarının “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun şəxsi vərəqəsi üzrə artıq ödənilmiş 29 909 (iyirmi doqquz min doqquz yüz doqquz) manat məbləğin və qaytarılmanın gecikd irilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur və artıq ödəmənin vaxtında ona qaytarılmaması vergi ödəyicisinin hüquqlarına müdaxilədir.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində xx.xx.2024-cü il tarixə 2300,00 manat artıq ödəməsi və 27609,90 manat tələbetmə müddəti bitmiş artıq ödəmə məbləğləri müəyyən edilmişdir. Vergi ödəyicisinin tələbetmə müddəti b itmiş artıq ödəmə məbləği şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.
8. İş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/7293 saylı ekspert rəyində göstərilmişdir ki, vergi ödəyicisi İddiaçı çap olunma tarixi xx.xx.2023-cü il olan şəxsi hesab vərəqəsinin vergilər üzrə artıq ödəmə hissəsinə əsasən, sualda soruşulan xx.xx.2023-cü il tarixə 5 illik tələbetmə müddəti keçməmiş 2300 manat (sadələşdirilmiş vergi üzrə xx.xx.2018-ci il tarixdə 700,00 manat və xx.xx.2018-ci il tarixdə 1.600,00 manat aparılmışdır) mövcuddur.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: S.Salahova) 2-1(112)-1326/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərarı ilə idd ia qismən təmin edilmiş, İddiaçı tərəfindən artıq ödənilmiş 2300 manat məbləğin və ərizənin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2023-cü il tarixinə şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsinə əsasən 2300,0 manat artıq ödəməsi vardır. Vergi ödəyicisinin büdcəyə sonuncu ödənişləri sadələşdirilmiş vergi üzrə xx.xx.2018-ci il tarixdə 700,0 manat və xx.xx.2018-ci il tarixdə 1600,0 manat olmuşdur. İddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2023-cü il tarixə vergilər üzrə 2300 manat artıq ödəmə si olduğundan, onun həmin məbləğin qaytarılmasını tələb etmək hüququ mövcud olmuşdur. İddia tələbinin 27609,90 manat hissəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, həmin artıq ödəmə üzrə 5 illik müddət keçdiyindən, iddiaçının həmin məbləğin ona qaytarılmasını tələb etmək hüququ da aradan qalxmışdır, buna görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/ C.A.Yusifov və G.M.Abbasova) 30 oktyabr 2024-cü il tarixli, 21(103)3462/2024 qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəm əsinin 2-1(112)-1326/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmamış, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, 2300,0 manat artıq ödəmənin qaytarılması ilə bağlı müraciət xx.xx.2023-cü il tarixdə olmuşdur. 700 manat ödəniş isə xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir. Göründüyü kimi, müraciət 700 manat ödəniş həyata keçirildikdən 5 il müddət keçdikdən sonra edilmişdir və buna əsasən qanunvericiliklə müəyyən edilmiş tələbetmə müddəti ötürülmüşdür. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olundu qda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayə tdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia məhkəmə qərarının ləğv edilən hissəsində rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
22. Hazırkı iş üzrə iddiaçının tələbi artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlıdır. İddiaçının ilkin tələbi 29909 (iyirmi doqquz min doqquz yüz doqquz) manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üç ün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi ilə bağlı olsa da, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, artıq ödənilmiş 2300 manat məbləğin və ərizənin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoymuş, həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, hazırda kassasiya icraatının predmetini artıq ödənilmiş 2300 manat məbləğin geri qaytarılması təşkil edir.
23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan, həm də tərəflər arasında mübahisələndirilməyən hallarına görə, 2300 manatlıq artıq ödəmənin tərkibini iddiaçının xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində müvafiq olaraq dövlət büdcəsinə ödədiyi 700 manat və 1600 manat məbləğdə ödənişlər təşkil edir.
24. Qeyd edilməlidir ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə tənzimlənir.
25. Həmin normanın disposiziya şərtinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergi məbləğlərini 05 il ərzində tələb etmək hüququna malikdir.
26. İşin o halları da mübahisəsizdir ki, iddiaçı xx.xx.2023-cü ildə ərizə ilə cavabdehə müraciət edərək, yanvar 2018 - may 2018-ci illərdə artıq ödənilmiş 2300 manat sadələşdirilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir.
27. Göründüyü kimi, xx.xx.2018-ci il tarixli ödənişlə bağlı (1600 manat məbləğdə) Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 05 illik tələbetmə müddəti keçməsə də (bu hissədə apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur), 2018-ci ilin yanvarında edilmiş ödənişlə bağlı müddət keçmişdir.
28. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının 2018-ci ilin yanvar ayında apardığı ödənişlə bağlı Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulan müddətin keçmədiyi qənaətinə gəlməklə, maddi hüquq normasının işin hallarına tətbiqində səhvə yol vermişdir.
29. Ümumiyyətlə, iddiaçının artıq ödəmələrlə bağlı ilk müraciəti xx.xx.2023-cü il tarixdə olmuşdur (bu ödənişlə bağlı olmasa da, 2018-ci ilədək yaranan artıq ödəmələrlə bağlı ilk dəfə həmin tarixdə müraciət etmişdir). Hətta həmin tarix nəzərə alınsa belə, 05 illik müddət keçmiş olur. Belə ki, 700 manat məbləğdə ödəniş x x.xx.2018-ci il tarixində edilmişdir.
30. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini “700 manat artıq ödəmənin qaytarılması” hissəsində təmin etməkdə haqlı olmamışdır.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti, təmin olunan tələbin “700 manat artıq ödəmənin qaytarılması” hissəsində əsaslı olduğundan qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən “700 manat artıq ödəmənin qaytarılması” hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(103)3462/2024 nömrəli qərarı qismən - “700 manat artıq ödəmə nin qaytarılması” hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.