Məhkəmə qərarları › İş №2-1(102)-731/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-731/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-731/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı iş üzrə QƏRAR (Açar söz: kompensasiya ödənilməklə evin boşaldılması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı Yasamal rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, cavabdeh2 və cavabdeh3 (üçüncü şəxs – Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiya ödənilməklə evin boşaldılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2595/2019 saylı, 29.11.2019-cu il tarixli qərarından ilkin iddia üz rə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 10 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin müəyyən edilmiş hallarına əsasən, ünvan ev xüsusi mülkiyyət kimi X1 adına hüquqi qeydiyyata alınmışdır və hazırki vaxtadək qeydiyyat yazısı dəyişməmiş, X1 **.**.2003-cü ildə Bakı şəhərində ölmüş, ölüm haqqında akt qeydləri kitabında 22.12.2004cü il tarixində ****nömrəsi ilə qeyd edilmişdir. Hal-hazırda onun ailə üzvləri olan Cavabdehlər, X2 və X3 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 358 saylı, 11.11.2015-ci il tarixli qərarına əsasən, iddiaçı orqan, ünvanında yerləşən mənzilin ərazisinin dövlət əhəmiyyətli yolların və d igər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi müəyyən edilmiş, cavabdehlər göstərilən mənzildə qeydiyyatda olduqlarından onlara kompensasiya ödənilməklə əmlakın satın alınması barədə bildiriş göndərilmiş, lakin cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişlər. İddiaçı, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvanında yerləşən mənzilə sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlər – cavab deh1 232972 manat, cavabdeh2 və cavabdeh3 isə 296800 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti 358 saylı, 11 noyabr 2015-ci il tarixli qərar verib. Qərara əsasən, ünvanında yerləşən mənzilin ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil edib və alı nan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdehlər qarşılıqlı iddia ərizəsi təqdim edərək ilkin iddia tələbinin rədd edilməsini, cavabdeh orqan Yasamal RİH-in ilkin iddia tələbi üzrə cavabdehlərin mülkiyyətləri olan ünvanında yerləşən fərdi yaşayış evlərinin və həmin evin yerləşdiyi 2 sot torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə onların ümumi (birgə) dəyəri olan 3.500.000 manat, həmin məbləğə qanunla nəzərdə tutulmuş 20% əlavə olan 700.000 manat və iki aylıq kirayə haqqı olan 4000 manat da nəzərə alınmaqla, cəmi 4.204.000 manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvanında yerləşən fərdi yaşayış evi onlaın mülkiyyətləri olmaqla qanuni sahibliklə rindədir və həmin evə daimi qeydiyyatdadırlar. Başqa heç bir yerdə evləri və ya yaşayış sahələri yoxdur. Həmin evin yerləşdiyi ünvan Bakı şəhərinin mərkəzidir və ekoloji cəhətdən təmiz zona hesab edilir. Sözügedən 2 mərtəbəli fərdi yaşayış evi təxminən 20 il bundan əvvəl tikilməklə 2 sot torpaq sahəsində yerləşir. Evin bütün divarları iki cərgə mişar daşı ilə hörülmüş, 1,9 metr hündürlüyü olan 140,66 kv.metr qarajı, 200 metr əsas (yaşayış) sahəsi, 165 kv.metr köməkçi sahəsi, 35 kv.metr həyətə giriş sahəsi və 2,0 kv.metr sanitariya qovşağı vardır. Evin divarlarında qiymətli kərpiclərdən və xüsusi ustalar tərəfindən hörülmüş “kamin” isitmə sistemi vardır. Evin bütün otaqları ən müasir üslubda, ən keyfiyyətli və bahalı xarici materiallar işlədilməklə təmir edilmiş, bu zaman xüsusi sənətkarlıq işləri (oymalar, naxışlar vurma və s.) görülmüşdür, qapı-pəncərələri ən qiymətli materiallardan və xüsusi sifarişlə hazırlanmış şüşələrdəndir və s. Bütün bunlar nəzərə alınaraq hesab edilir ki, evlərinin hazırki sərbəst satış (bazar) dəyəri 1500000 manat, onun yerləşdiyi 2 sot torpağın dəyəri isə ayrıca olaraq 2000000 manatdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli, 506-HİQD saylı Qanununun tətbiq edilməsi haqqında Fərmanın 2.3-cü bəndinə görə, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilməlidir. Həmçinin, onlara ə lavə olaraq iki aylıq ev kirayə haqqı da ödənilməlidir ki, bu 4000 manat edir. Beləliklə də 3500000 manatın 20%-nin 700000 manat olduğu da nəzərə alınsa onlara ödənilməli olan kompensasiya cəmi 4204000 manatdır. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 11.11.2015-ci il tarixli, 358 saylı Qərar verilmişdir. Bu qərara əsasən Yasamal rayonu ərazisində yerləşən bəzi evlərin və obyektlərin yerləşdiyi ərazilərin, o cümlədən də onların mülkiyyətləri olan ünvanında yerləşən fərdi yaşayış evlərinjin ərazisinin dövlət əhəmiyyətli yolların və kommunikasiya xətlərinin çəkilməsindən ötrü dövlət ehtiyacları üçün alınması məqsədi ilə alan orqan kimi Bakı şəhəri Yasamal rayon İcra Hakimi yyəti müəyyən edilmişdir. Lakin, alan orqan olan Yasamal RİH-in evlərinin sökülməsi, beləliklə də onların torpağının yüklülükdən azad edilməsi müqabilində onlara təklif etdiyi 529,772 manat kompensasiya məbləği ilə razı ola bilməzlər. Çünki, bu məbləğ onların evlərinin və onun yerləşdiyi torpaq sahəsinin hazırki sərbəst (bazar) satış qiymətindən, habelə real dəyərindən çox aşağıdır, ədalətsizdir. Bununla belə, alan orqan Yasamal RİH güzəşt və ya qarşılıqlı razılaşmaya getmir. Yasamal RİH-in bu mövqeyi və hərəkətləri qanunsuzdur, özbaşınalıqdır və onların mülkiyyətlərini, yəni evlərini və onların torpağını zorakılıqla əllərindən almağa yönəlmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.03.2017-ci il tarixli, 2-1(81)-297/2017 saylı qərarı ilə ilkin iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək cavabdeh orqanın sözügedən ünvanı əldə etməsi təsdiq edilmiş və həmin ünvanda yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlər cavabdeh1 232972 manat, cavabdeh2 və cavabdeh3 isə 296800 manat məbləğində kompensasiya ödənilərək boşaldılması qərara alınmış, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.05.2017-ci il tarixli, 2-1(103)-1301/2017 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.03.2017-ci il tarixli, 2-1(81)-297/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli, 2-1(102)-1884/2017 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.05.2017-ci il tarixli qərarı qismən – cavabdeh cavabdeh3 aid hissədə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh3 apellyasiya şikayətinə yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.02.2018-ci il tarixli, 2-1(103)-271/2018 saylı qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.03.2017-ci il tarixli, 2-1(81)297/2017 saylı qərarı cavabdeh3 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01.08.2018-ci il tarixli, 2-1(102)-1542/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi 15.02.2018-ci il tarixli, 21(103)-271/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.03.2017-ci il tarixli, 21(81)-297/2017 saylı qərarından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh1 və cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.11.2019-cu il tarixli, 2-1(103)-2595/2019 saylı qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.03.2017-ci il tarixli, 2-1(81)-297/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı orqan tərəfindən kompensasiyanın məbləği hesablanarkən qanunvericiliyin tələbləri və qiymətləndirmə aktları nəzərə alınmış, birinci instansiya məhkəməsi mövcud sübutlara əsasən hərtərəfli araşdırma aparmış, maddi hüquq normalarını işin hallarına düzgün tətbiq edərək qanuni və əsaslı qərar qəbul etmişdir. Həmin qərardan ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti vermişlər. Kassa siya şikayətinin dəlilləri Kassatorlar bildirmişlər ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Ali Məhkəmə Kollegiyasının məcburi göstərişlərinə əməl edilməmiş, Ali Məhkəmə Kollegiyası “X” MMC-nin qiymətləndirmə aktı ilə “X” şirkətinin qiymətləndirmə aktlarında olan ziddiyətlərin aradan qaldırılması göstəriş kimi qeyd olunsa da apellyasiya instansiya məhkəməsi tərəfindən həmin ziddiyət aradan qaldırılmamışdır. Kassatorlar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 90-92, 94-96 və 98-ci maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 29.11.2019-cu il tarixli, 2-1(103)-2595/2019 nömrəli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlum at verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.11.2019-cu il tarixli, 2-1(103)-2595/2019 saylı qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki işlə bağlı ilkin iddia üzr ə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, ona münasibətdə məhkəmənin qəbul etdiyi qərar qanuni qüvvəyə minmişdir. Odur ki, hazırki məhkəmə baxışının predmetini Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi də apellyasiya şikayətinin hədləri ilə bağlı Azərbaycan Respublikası İPM-in aşağıda qeyd olunan 82-ci maddəsini hazırki işə düzgün tətbiq etmiş, yuxarıda göstərilən halları nəzərə alaraq işə apellyasiya şikayəti həddində baxmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, sözügedən daşınmaz əmlaklar Nazirlər Kabinetinin qeyd olunan qərarının təsiri altına düşür və kompensasiya müəyyən edilərkən dövl ət qeydiyyatını həyata keçirən orqanın məlumatı əsasında hesablamalar aparılmışdır. Apellyasiya instansiya məhkəməsi daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənəd olan qeydiyyat vəsiqəsinin göstəriciləri əsas götürülməklə hesab edilmişdir ki, iddiaçının cavabdeh Cavabdeh1nun yaşadığı mənzilə görə təklif etdiyi 232972 manat məbləğində kompensasiya ağlabatan olmaqla, əsaslı və ədalətlidir. Belə ki, “X” MMC-nin qiymətləndiriciləri tərəfindən verilmiş 25.12.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən, 1-ci mərtəbəyə görə - 61,68 m2 əsas, 44,91 m2 köməkçi, 67,34 m2 zirzəmi, cəmi 208,80 m2 sahə ümumilikdə, 232,972 manat məbləğində qiymətləndirilmiş, X tərəfindən verilmiş 25.02.2017-ci il tarixli, **/** saylı eskpert rəyinə əsasən, ünvanın 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən yaşayış evinin 25.02.2017-ci il tarixində olan bazar qiyməti 315400 manat təşkil etmiş, X tərəfindən verilmiş qiymətləndirmə hesabatlarından ünvanında yerləşən daşınmaz əmlaklar üzrə qiymət müəyyən olunarkən 25.02.2017-ci il tarixinə olan qiymətlərin əsas götürüldüyü müəyyən olunmuşdur. İddiaçı orqan tərəfindən qiymətləndirmə aktları əsas götürülərək kompensasiyanın məbləği hesablanarkən Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanının tələbləri, həmçinin bütün kompensasiya növləri nəzərə alınmışdır. Belə ki, notarial qaydada təsdiq olunmuş 06.11.2018-ci il tarixli, ***** reyestr nömrəli müqavilədən görünür ki, X, X2, 05.11.2018-ci il tarixində ** saylı MKİS tərəfindən verilmiş ** saylı forma 2 arayışına əsasən ünvanında yerləşən ** saylı yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 296800 manat məbləğinə kompensasiya almaqla yaşayış sahəsindən Bakı şəhəri Yasamal RİH-in xeyrinə imtina etmiş, sonuncunun göstərilən məbləğdə kompensasiyanı X ödəməsi müqavilədə qeyd edilmişdir. Kassasiya şikayətlərində kassatorlar qiymətləndirmə aktlarında olan ziddiyətlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığını, bununla bağlı Ali Məhkəmə Kollegiyasının göstərişlərinə əməl olunmadığını bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı kassatorların dəlili əsassızdır. Belə ki, hazırki kassatorların şikayətinə Ali Məhkəmədə baxılmamış və belə bir göstəriş verilməmişdir. Sözügedən göstəriş cavabdeh3 kassasiya şikayətinə Ali Məhkəmədə baxılarkən verilmiş, bundan sonra həmin işə apellyasiya və kassasiya instans iya məhkəmələri tərəfindən yenidən baxılmış və iş üzrə yekun qərar qəbul edilmişdir. Hazırki halda isə kassatorların Cavabdeh1 və Cavabdeh2 olduğunu, onlarla bağlı belə bir göstərişin olmadığını, sözügedən qərarın Cavabdeh3 aid hissəsinə isə artıq qiymət verildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin göstərilən dəlili əsassızdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən “X” şirkətinin ekspert rəyi və “X” MMC-nin qiymətləndirmə aktı təhlil edilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh1 məxsus daşınmaz əmlakın sahəsi 208,80 m2 göstərilmiş, sözügedən sahələr kompensasiya ödənilərkən ümumi müəyyən edilmiş 208,80 m2 sahədə nəzərə alınmış və hər m2 sahəyə uyğun olaraq ayrı qaydada qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaqların ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərb aycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçı orqan tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdehlər bunun əksini sübut edə bilməmiş, apellyasiya instansiya məhkəməsi qeyd olunan halları hərtərəfli araşdıraraq qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktl ar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır və təmin oluna bilməz. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nın kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2595/2019 saylı, 29.11.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar