Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-731/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1811/202 0 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1964-cü il tarixdə Naxçıvan MR-nın Cəhri kəndində anadan olmuşdur.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, Babək rayon Hərbi k omissarlığı tərəfindən onun hərbi biletində qeydin aparılmasının ona müharibə veteranı adı verilməsi üçün əsas olmasını nəzərə alaraq “Müharibə veteranı” adı verilməsini xahiş etmişdir. Cavabdeh onun müraciətindən imtina etmiş, əsas kimi isə müəyyən sənədlərin toplanmasını xahiş etmişdir. İddiaçı belə hesab edir ki, aşağıda qeyd ediənlərə əsasən cavabdehin ona “Müharibə veteranı” adı verilməsindən imtinası əsassızdır. Belə ki, o xx.xx.1964-cü ildə Naxçıvan MR-nın Cəhri kəndində anadan olmuşdur. Erməni qəsbkarları ölkəyə hücum edən zamanlarda o da könüllü olaraq döyüşlərə qatılmış və 1991-1992-ci ildə Babək rayonu, Buzov Kərməçatiq kəndləri uğrunda gedən döyüşlərində könüllü iştirak etmişdir. Onun döyüşlərdə iştirak etməyi barədə hərbi biletində Babək rayon Hərbi Komissarlığı. tərəfindən qe ydlər aparılmış və həmin qeydlər hərbi komissarın imzası və möhürü ilə təsdiq edilmişdir. Onun Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak etməsinə baxmayaraq ona hələ də müharibə veteranı adı verilməmişdir. O hərbi biletini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etməsinə baxmayararaq, həmin sənəd Müdafiə Nazirliyi tərəfindən nəzərə alınmayaraq ona müharibə veteranı adı verilməsindən imtina edmişdir. Onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etdiyi sənədlərin isə həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, həmin sənədlər mötəbər hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı 1991-1992-ci ildə Babək rayonu, Buzov Kərməçatiq ərazisində gedən hərbi döyüşlərdə iştirak etməsini nəzərə alınaraq, ona müharibə Vetera nı adı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1256/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin qənaətə gələrkən “Veteranlar haqqında” qanunun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamənin” 1-ci maddəsinə, İPM-nin 2.2.2., 16.2., 33.1., 52, 58.1., 68.1., 68.2-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia əsassızdır.
6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1256/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1811/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Xəyalə Cəmilova) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020 –ci il tarixli, 2-1(112)-1256/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
8. Apelyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarını, eləcə də İPM-nin 1.2., 14.3., 73.1., 82-ci maddələrini, həmçinin MPM-nin 81-ci maddəsini, “İnzibati icraat haqqında” qanunun 13.2., 17-ci maddələrinitətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi biletində 1991 -1992-ci illərdə Bu/qov və Gərməçataq kəndləri uğrunda gedən döyüş əməliyyatlarında döyüşçü kimi iştirak etməyi barədə Babək Rayon Hərbi Komissarlığında qeydlər aparılmış və hərbi komissarın imza və möhürü ilə təsdiq edilmişdir.
10. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci fevralın 1-dən 1994-cü il mayın 12-dək ermə ni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla). Cəbrayıl. Füzuli. Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağ lı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, vaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami h issə üzrə əmrləri və va arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma. kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq eldikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Müharibə veteranı adı verilir. İşin halından da görünür ki, iddiaçının hərbi bileti etibarlı bir sənəddir və həmin sənədin həqiqətə uyğun olmadığı sübuta yetirməyibsə, mötəbər hesab olunmalıdır. Cavabdeh isə həmin sənədin və sənəddə göstərilən qeydlərin həqiqətə uyğun olmamasını mübahisələndirməmişdir. Bundan əlavə həmin dövrlər orduda pərakəndəliyin olması, sənədləşmə iş lərinin lazımi qaydada aparılmaması, iddiaçının müharibədə iştirakı barədə sənədlərin arxivə verilməməsi onun günahı deyildir və inzibati orqanın səhvi ucbatından qanunla iddiaçıya verilmiş hüquqlardan onun məhrum edilməsi ən böyük ədalətsizlikdir.
12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1811/2020 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayən dəsi Şahin Əliyevməhkəmə iclasına vəkilsiz gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri i. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tə tbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
19. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının apelyasiya şikayətində yazdığı dəlillərlə faktiki olaraq eynidir, yəni iddiaçının əsas və yeganə dəlili ondan ibarətdir ki, “İddiaçının hərbi biletində 1991-1992-ci illərdə Buzqov və Gərməçataq kəndləri uğrunda gedən döyüş əməliyyatlarında döyüşçü kimi iştirak etməyi barədə Babək rayon Hərbi komissarlığında qeydlər aparılmış və hərbi komissarın imza və möhürü ilə təsdiq edilmişdir”.
20. Daha sonra iddiaçı kasasiya şikayətində yazmışdır ki, “Bundan əlavə həmin dövrlər orduda pərakəndəliyin olması, sənədləşmə i şlərinin lazımi qaydada aparılması, iddiaçının müharibədə iştirakı barədə sənədlərin arxivə verilməməsi onun günahı deyildir və inzibati orqanın səhvi ucbatından qanunla iddiaçıya verilmiş hüquqlarından onun məhrum edilməsi ən böyük ədalətsizlikdir”.
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsasız olmaqla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən İPM-nin 58.7., 82-ci maddələrinin tələbləri baxımından tam, obyektiv və hərtərəfli araşdırılmış və bunun nəticəsində hazırkı inzibati mübahisəyə düzgün hüquqi qiymət verilmişdir.
22. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin Babək rayon idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli 149 nömrəli imtina məktubuna əsasən, iddiaçının göndərdiyi sənədlər tam olmadığı üçün “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilməsi mümkün olmamışdır. Məlumat üçün, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 438 nömrəli Qərarına əsasən, “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya təqdim etmək üçün 3x4 sm ölçüdə, qırmızı fonda mat kağızda, 4 ədəd rəngli fotoşəkil (başı açıq, anfas), hərbi biletin təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti, arxiv arayışları, əmrdən çıxar ışlar və rayon icra başçısının təsdiq etdiyi arayış olmalıdır. Sənədləri tam təqdim etdiyi təqdirdə “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilməsi təmin olunacaqdır.
23. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Babək RİH-in xx.xx.2019-cu il tarixli 380 nömrəli məktubuna əsasən, Babək RİH-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahıları olmadığından, iddiaçının döyüş əməlyyatlarında iştirakı barədə Babək RİH-də heç bir məlumat yoxdur.
24. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli 7216 nömrəli məktubuna görə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 438 nömrəli Qərarının 2-ci bəndinə əsasən, qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları (özünümüdafiə dəstələrinin və birləşmələrinin) təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Lakin Babək RİH tərəfindən qeyd olunan siyahı cavabdehə təqdim edilməmişdir.
25. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Babək RİH-in xx.xx.2020-ci il tarixli 13 nömrəli məktubuna əsasən, araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı Babək RİH-də mövcud olmadığından həmin şəxslər barədə məlumatlar RİH tərəfindən cavabdehə təqdim edilməmişdir.
26. Bundan başqa apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin Babək rayon idarəsinin xx.xx.2020-ci il tarixli 168 nömrəli və xx.xx.2020-ci il tarixli 238 nömrəli məktublarına görə, iddiaçının 1991-1992-ci illərdə Buzqov və Gərməçataq kəndləri uğrunda gedən döyüş əməliyyatlarında döyüşçü kimi iştirak etməsi barədə İdarənin arxivində hər hansı məlumat aşkarlanmamış, Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məktubunda iddiaçının barəsində X1 Komitəsinin arxivində saxlanılan Nizami hissə üzrə əmrlər kitabında heç bir məlumatın olmadığı bildirilmişdir.
27. Bu baxımdan da hazırkı mübahisəni həll edərkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
28. Belə ki, “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar:
29. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər.
30. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Re spublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
31. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilm iş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir:
33. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Q asım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştir akı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
34. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.
35. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmi ş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.
36. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkə mələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
37. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarını n iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
38. Belə olan halda apelyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, sadalanan normativ-hüquqi aktların müddəalarının təhlili göstərir ki, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sə nədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməli yyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər.
39. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə, o cümlədən yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda adının olmasına dair rəsmi məlumata (o da döyüşlərdə iştirakı sübut e dən sənədlərlə birgə təqdim edildiyi halda mötəbər sayıla bilərdi) malik deyil. O, belə bir sənəd kimi yalnız hərbi biletinin 25-ci səhifəsində Babək hərbi komissarının “1991-1992-ci illərdə Buzqov və Gərməçataq kəndləri uğrunda gedən döyüşlərdə döyüşçü kimi iştirak etmişdir” məzmunlu qeydinə istinad edir. Halbuki, bu qeyd döyüşlərdə iştirak edən hərbi hissənin komandiri tərəfindən təsdiq edilməli idi. Bundan əlavə, cavabdehin Babək rayon idarəsinin özü xx.xx.2020-ci il tarixli məktubunda bu faktı təkzib edərək, iddiaçının 1991-1992-ci illərdə Buzqov və Gərməçataq kəndləri uğrunda gedən döyüş əməliyyatlarında döyüşçü kimi iştirak etməsi barədə İdarənin arxivində hər hansı məlumatın aşkarlanmadığını bildirilmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi düzgü n olaraq belə qənaətə gəlmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona veteran adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM14.3), “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iddiaçının iştirakını təsdiq edən sənədlərin təqdim edilməməsinə əsas lanan imtinası mahiyyətcə qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməs inin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1811/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.