Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-731/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlb etmə haqda ərizənin rədd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-3390/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, X47 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2586/2019 nömrəli qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri, X47 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq iddiaçı X7 adına daşınmaz əmlakın dö vlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayli Bakı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X47 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə **********6 qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. X5, X31 və X12 xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə birgə vəsatətlə müraciət edərək, inzibati iş üzrə X30, X31 və X9 üçüncü şəxs qismində tanınması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2586/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişlər.
5. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırda ərizəçilər ünvan 3 ünvanında digər ailə üzvləri ilə birlikdə yaşayırlar. İddiaçı qeyd olunan ünvana gələrək, evi aldığını və mənzilə dair çıxarış əldə etdiyini bildirərək, ərizəçilərin və onların ailə üzvlərinin mənzildən çıxmalarını tələb edir. İddiaçı mənzilə dair çıxarışı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-258 6/2019 nömrəli qərarına əsasən əldə etmişdir. Odur ki, bu məhkəmə qərarı ərizəçilərin və onların ailə üzvlərinin maraqlarına əhəmiyyətli dərəcədə toxunur.
6. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı MənzilKommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş qonşuların ərizəsinə əsasən, X30, X14, X12, X32, X31 və X4 Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar.
7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qubadlı rayon İcra Hakimiyyəti Başçısının X36 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1020/13 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X33, mərhum X19, mərhum X39, X30, X31 1993-cü ildə Qubadlı rayonunun Həkəri kəndindən məcburi köçkün düşmüş və həmin tarixdən də Bakı şəhəri, Nəsimi rayonu, X47 küçəsi, ev 2, mənzil 143 ünvanında məcburi köçkün kimi məskunlaşmışlar.
8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X22 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun xx.xx.2022-ci il tarixli, 47 nömrəli məktubunda bildirilmişdir ki, Qubadlı rayonundan məcburi köçkün X30 və X15 ünvan 5 ünvanında müvəqqəti qeydiyyatı yoxdur.
9. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 6 iyul 2022-ci il tarixli, 21(82)-2586/2019 saylı qərardadı ilə X5, X31 və X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(82)-2586/2019 nömrəli qərarının ləğv edi lməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatəti təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzə ərizəçilərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələri üçün ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının onların hüquq və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmasının sübuta yetirilməsi tələb olunur ki, hazırkı məhkəmə araşdırması nəticəsində belə sübutlar müəyyən olunmamışdır. Belə ki, hüququn pozulması hüququn mövcudluğunu bilavasitə ifadə edən hüquqmüəyyənedici sənədlər əsasında müəyyən olunur. Hazırkı iddianın predmeti Bakı şəhəri, X47 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evi olduğundan, adıçəkilən daşınmaz əmlaka dair hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sad alanan hüquqmüəyyənedici sənədlərdə öz əksini tapa bilər ki, hazırkı iş üzrə ərizəçilərin əmlakla bağlı həmin qanunda sadalanan hər hansı hüquqmüəyyənedici sənədlərə malik olduqları müəyyən edilmir. Ərizəçilərin istinad etdikləri sözügedən ünvanda faktiki yaşama faktı belə, onların hazırkı işə üçüncü şəxs qismində cəlb olunmasına hüquqi əsas vermir.
11. Həmin qərardaddan ərizəçilər apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək, X30, X31 və X9 üçüncü şəxs qismində tanınması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2586/2019 nömrəli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və Ş.A.Məmmədova) xx.xx.2022-ci il tarixli, 21(103)-3390/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli, 2-1(82)-2586/2019 saylı qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
13. Məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışına və Qubadlı rayon İcra Hakimiyyəti Başçısının X36 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 10- 20/13 nömrəli məktubuna istinad etməklə, ərizəçilərin apellyasiya şikayətinin, onların təqdim etdiyi sənədlər üzrə məhkə mə tərəfindən hərtərəfli araşdırma aparılmadığını və qərardad qəbul edərkən prosessual qanunvericiliyin tələblərinin pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3390/2022 nömrəli qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3390/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərardadında buraxılmış yanlışlıq düzəldilmiş, həmin qərardadının “nəticə” hissəsində “Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər” sözlərinin “Qərardaddan şikayət verilə bilməz” k imi oxunması qərara alınmışdır.
15. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3390/2022 nömrəli qərardadından kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və üçüncü şəxs qismində cəlbetmə barədə vəsatətin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə, 1993-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, X47 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı sənədləşdirmə aparılmadan mülkiyyətindədir. Həmin fərdi yaşayış evindən istifadə etmədiyini nəzərə alaraq ona lazım olan vaxt onların həmin evi tərk edəcəklərinə dair razı lıq əldə edib X16, onun beş nəfərdən ibarət ailə üzvlərinin və xəstə qardaşı X20 fərdi yaşayış evində müvəqqəti məskunlaşmalarına icazə vermişdir. X2 Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 146A ünvanında fərdi yaşayış evi və X9 isə ünvan 8 ünvanında 108 saylı mənzili olmasına, 11 fevral 2021-ci il tarixində X40 vəfat etdikdən sonra qeyd edilən ünvanda onun yaşadığı otaq qardaşı X30 və bacısı X12 tərəfindən zəbt edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı yalnız 59 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 04 fevral 2022-ci il tarixli, 12 saylı Arayışına istinad etməklə əsaslandırmışdır. Həmin arayış ünvan 10i ünvanında qeydiyyatda olan X23 və X41, ünvan 11i ünvanında qeydiyyatda olan X24, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə kü çəsi, ev 156 ünvanında qeydiyyatda olan X21 və ünvan 13 ünvanında qeydiyyatda olan X13 Bİ-955 reyestr nömrəsi ilə 05 fevral 2022-ci il tarixində Bakı şəhəri 51 saylı Notarius Ofisinin notariusu X25 tərəfindən təsdiq edilmiş ərizəsinə istinad edilməklə verilmişdir. Həmin ərizənin “Qeyd” hissəsində “Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənəddə imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin imzasının həqiqiliyini təsdiq edir.” Qeyd edilmişdir.
18. Həmin ərizəni Bakı şəhəri, Nəsimi rayonu, X47 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinə iddialı X17 arvadı – X23, oğlanları – X41 və X24, hazırda yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məm mədquluzadə küçəsi, ev 146 a ünvanı üzrə qonşuları – X21 və X26 imzalamışlar. Həmin şəxslərdən 3 nəfər X17 yaxın qohumları və digər iki nəfər isə onun Qubadlı rayonunun işğalından sonra bu günə kimi yaşadığı fərdi yaşayış evinin yaxınlığında yaşayan qonşularıdır, yəni həmin şəxslər X17 Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 146 a ünvanında yaşadığını təsdiq edə bilərdilər. Lakin onlar müvafiq dövlət orqanlarını və məhkəməni aldatmaq məqsədi ilə X17 güya Bakı şəhəri, Nəsimi rayonu, X47 küçəsi, ev 2, mənzil 143A ünvanında yaşadığını saxtakarlıq edərək öz imzaları ilə təsdiq etmişlər. Digər tərəfdən, iş materiallarında olan AR DİN MAPS şöbəsinin arayışına görə, ərizəçi X9 ünvan 8 ünvanında 108 saylı mənzildə qeydiyyatda olduğu və AR Qaçqın və X22 üzrə Dövlət Komitəsinin N əsimi rayon sektorunun 41 saylı, 16 may 2022-ci il tarixli sorğuya cavab məktubunda digər ərizəçi X17 adının sektorun kommunal xərclər siyahısında Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 146A ünvanında keçdiyi qeyd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi ərizəçilərə yaxın münasibətdə olan 5 nəfər şəxsin imzaladığı ərizə əsasında Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfati Birliyi 59 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 12 saylı Arayışa istinad etməklə və səlahiyyətli dövlət orqanlarının verdiyi arayışları nəzərə almamaqla, AR İPM-nin 82-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏT BİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı 22. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üç üncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam for mada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Odur ki, qərardad ləğv edilməli, vəsatət rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
27. İlk növbədə, məhkəmə kollegiyası vəsatətin əsaslılığı ilə bağlı qiymətləndirmə aparmazdan öncə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3390/2022 nömrəli qərardadından (Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli, 2-1(82)-2586/2019 saylı qərardadının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsinə dair) şikayət verilə bilinməməsinə dair mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
28. Məhk əmə kollegiyası ilk öncə, üçüncü şəxslərin məhkəmə icraatına cəlbi ilə bağlı prosessual institutun xüsusiyyətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir. inzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakının məqsədi
29. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətl ərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
30. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxs lərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlbinin fərqləndirilməsi
31. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanun i qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
32. Sözügedən maddənin tələbinə görə, üçüncü şəxslərin məhkəmə icraatına cəlbi məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər mümkündür. Bununla belə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı ilə İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüq uqunun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilmə imkanı yaradılmışdır.
33. Beləliklə, üçüncü şəxslərin məhkəmə icraatına cəlbi həm birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarın qanuni qüvvəyə minənməsinə qədər və ya icraatın davam etdiyi işin yuxarı instansiya məhkəmələrinin icraatında olduğu müddətdə, həm də məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra mümkündür. inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlbi ilə bağlı qərardaddan şikayət vermə imkanı
34. İnzibati Prosessual Məcəllənin 28.3 və 28.4-cü maddələrinə əsasən, üçüncü şəxslərin i nzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardad qəbul edir və həmin qərardaddan şikayət verilə bilməz. Qeyd edilən müddəa Məcəllənin 28.1-ci maddəsi ilə bağlıdır. Başqa sözlə, Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə üçüncü şəxsin cəlbi barədə qərardad qəbul edildiyi zaman, həmin qərardaddan şikayət verilməsinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu vəziyyətə daha aydınlıq gətirilməsi məqsədi ilə qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin qəbulu zamanı qanunvericinin niyyəti ondan ibarət olmuşdur ki, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə üçüncü şəxsin işə cəlb edilməs i mümkündür. Yəni, qanunverici məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxsin cəlbi ilə bağlı prosessual imkan nəzərdə tutmamış, bununla da, İPM-in 28.4-cü maddəsindəki məhdudlaşdırıcı normanı prosessual qənaət baxımından təsbit etmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı ilə üçüncü şəxslərin cəlbi ilə bağlı prosessual imkanlar genişləndirildiyindən, İPM-in 28.4-cü maddəsinin yeni vəziyyətə tətbiqi, yəni məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin cəlbinə dair qərardadlardan şikayət verilməsi imkanı yaranmışdır. Belə ki, istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd olunan məsələ ilə bağlı açıq bir göstəriş nəzərdə tutulmamışdır.
35. Odur ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin cəlbinə dair məhkəmə qərardadından şikayət verilməsinin mümkünlüyü məsələsinə aydınıq gətirilməlidir. 36. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli X10 Məhkəməsinin və Avropa Məhkəməsinin təcrübəsinə istinadən qeyd edilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilə bilər, lakin məhkəmələr həmin prosessual normaları qanunveric inin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq etməlidirlər. Bu zaman məhkəmələr həmin normaları elə tətbiq etməlidirlər ki, bir tərəfdən məhkəmə araşdırmasının ədalətliliyini pozan hədsiz formalizmdən, digər tərəfdən isə qanunla nəzərdə tutulan prosessual müddəaları heçə endirən hədsiz yumşaqlıqdan uzaq olsunlar. (İspaniya Konstitusiya Məhkəməsinin 19 dekabr 1994-cü il tarixli 331/1994 saylı qərardadı)... Məhkəməyə müraciət etmək hüququ o vaxt pozulur ki, qanunvericiliyin müddəaları hüquqi müəyyənlik prinsipinin, habelə ədalət mühakiməsinin lazımınca həyata keçirilməsinin məqsədlərinə artıq xidmət etmir və iddiaçının öz işinə səlahiyyətli məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasının qarşısını alan maneə kimi çıxış edir (Eşim Türkiyəyə qarşı iş üzrə 17 sentyabr 2013-cü il tarixli Qər ar, § 21)... İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyrimüəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X43rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X37 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-cü il tarixli Qərarı, § 65; X3rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).
37. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, sözügedən qərardadı mübahisələndirməyə yol verən və ya qadağan edən İPM-in normalarının tam aydın göstərilməməsi, həmin hüquqi məsələnin məhkəmə təfsiri vasitəsilə həll olunmasını istisna etməməlidir.
38. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin cəlbinə dair məhkəmə qərardadından şikayət verilməsinin mümkünlüyü məsələsinə, məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasının le gitim məqsədləri və belə məhdudiyyətin mütənasibliyinin, o cümlədən hüquqi müəyyənlik prinsipi (onun tərkibində məhkəmə qərarlarının stabilliyi prinsipi) ilə balansının təhlili vasitəsilə qiymət verilməlidir. a) hüquqi müəyyənlik prinsipi və məhkəmə qərarlarının stabilliyi barədə
39. Qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli hüquqların müdafiəsi inzibati prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməli, yəni şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir.
40. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
41. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Ko nstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı).
42. Qərarda həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. b) məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin cəlbinə dair məhkəmə qərardadından şikayət verilməsinin mümkünlüyü
43. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası o nəticəyə gəlir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin icraata cəlb edilməsi barədə vəsatət verə bilməsinin mümkünlüyü Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət hüququnun tərkib hissəsi kimi çıxış etsə də, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin icraata cəlb edilməsi barədə məhkəmə qərardadından şikayət verilməsi imkanının məhdudlaşdırılması hüquqi müə yyənlik prinsipinə və mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.
44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.
45. Göründüyü kimi, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi o halda mümkündür ki, qəbul edilmiş məhkəmə qərarı ilə həmin şəxsin hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulsun. Başqa sözlə, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsinin həlli zamanı işə baxan məhkəmə hüquqların və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulması halını araşdırmalıdır. Araşdırma nəticəsində müsbət nəticəyə gəlindiyi halda isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı (bir çox hallarda isə artıq icra edilmiş) ləğv edilir. Bu zaman, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbləri təmin edilmiş şəxsin üçüncü şəxsin cəlbi ilə bağlı qərardaddan dərhal şikayət verə bilmə imkanının yaradılması, yuxarı instansiya məhkəməl əri tərəfindən ağlabatan müddətlərdə aşağı instansiya məhkəmələrinin məhkəmə araşdırmalarının və gəldikləri nəticələrin qanuniliyini yoxlamağa, o cümlədən əsassız olaraq qanuni qüvvədə olan məhkəmə qərarının ləğvinin qarşını almağa, hüquqi müəyyənlik prinsipinin və mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinin təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, bu vəziyyətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbləri təmin edilmiş şəxsin qərarın ləğv edilməməsinə dair maraqlarının qorunması və həmin marağın təmin edilməsi mexanizmi kimi şikayət vermə hüququnun tanınması həm də mahiyyəti üzrə araşdırma tələb edən əsassız məhkəmə proseslərinin aparılması zərurətini aradan qaldırır ki, bu da məhkəmələrdə iş yükünün süni şəkildə artmasının qarşısını alır.
46. Be ləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə üçüncü şəxslərin məhkəmə icraatına cəlbi ilə bağlı çıxarılmış qərardaddan şikayət verilməsi imkanı təmin edilməlidir. Bu hüququn tanınmaması məhkəməyə müraciət etmək hüququnun və hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarar, iddiaçının öz işinə səlahiyyətli məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasının qarşısını alan maneə kimi çıxış edər və ədalət mühakiməsinin lazımınca həyata keçirilməsinin məqsədlərinə zidd vəziyyət yaratmış olar. İPM-in 28.4-cü maddəsində nəzərdə tutulmuş norma icraatı davam edən, yekunlaşmamış işlərə münasibətdə tətbiq edilməli norma kimi qəbul edilməlidir.
47. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə üçüncü şəxslərin məhkəmə icraatına cəlbi il ə bağlı çıxarılmış qərardaddan şikayət verilməsi imkanı İPM-in 83.3 və İPM-in 1.2 və MPM-in 364.2-ci maddələrinin normaları baxımından da yolveriləndir. Belə ki, İPM-in 83.3-cü maddəsi müstəqil qaydada şikayət verilə bilməyən qərardadların sırasında bu qərardadı nəzərdə tutmamışdır. MPM-in 364.2-ci maddəsi isə oxşar münasibətləri tənzimləyən norma kimi belə qərardadlardan şikayət verilə biləcəyəni aşkar şəkildə təsbit edir.
48. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3390/2022 nömrəli qərardadından şikayət verilə bilinməməsi ilə bağlı nəticəsi düzgün olmamışdır. Məhkəmə kollegiyasının ərizənin əsaslılığı ilə bağlı qiymətləndirməsi
49. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, X47 küçəsi, ev 0002, mənzil 14 3A ünvanında yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(82)- 2586/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
50. Göründüyü kimi, iddiaçının hazırkı iş üzrə tələbi Bakı şəhəri, X47 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evi üzərində əmlak hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlmişdir.
51. İş üzrə üçüncü şəxs kimi cəlb edilmə barədə ərizə vermiş X30, X31 və X1 məhkəmə aktının onların hüquqlarına və qanunla qorunan mənafelərinə toxunduğunu hesab edir.
52. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. 53. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadında müəyyən edilmişdir ki, məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: -qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanun la qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; -inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
54. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.
55. Göründüyü kimi, hazırkı iş üzə ərizəçilərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələri üçün ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının onların hüquq və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmasının sübuta yetirilməsi tələb olunur.
56. Hazırkı iş üzrə iddia tələbi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı olduğundan, məhkəmə qərarı o halda ərizəçilərin hüquq və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə poza bilər ki, onların sözügedən fərdi yaşayış evi üzərində əmlak hüquqları mövcud olsun.
57. Əmlak hüquqlarının mövcudluğu isə hüquqmüəyyənedici sənədlər əsasında müəyyən olunur. Nəzərə alınarsa ki, hazırkı iddianın predmeti Bakı şəhəri, X47 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evidir, bu halda adıçəkilən daşınmaz əmlaka dair hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə sadalanmış hüquqmüəyyənedici sənədlərdə öz əksini tapa bilər ki, hazırkı iş üzrə ərizəçilərin əmlakla bağlı həmin qanunda sadalanan hər hansı hüquqmüəyyənedici sənədlərə malik olduqları müəyyən edilmir.
58. Ərizəçilər və işə baxan apellyasiya instansiya məhkəməsi hazırkı halda həmin evdə ailə üzvləri ilə birgə faktiki yaşama halına istinad edir və bununla bağlı Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışına (məzmunu: Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş qonşuların ərizəsinə əsasən X30, X14, X12, X32, X31 və X11.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar) və Qubadlı rayon İcra Hakimiyyəti Başçısının X36 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 10- 20/13 nömrəli məktubuna (məzmunu: mərhum X33, mərhum X19, mərhum X39, X30, X31 1993-cü ildə Qubadlı rayonunun Həkəri kəndindən məcburi köçkün düşmüş və həmin tarixdən də ünvan 19 ünvanında məcburi köçkün kimi məskunlaşm ışlar) istinad edirlər.
59. İstinad olunan sənədlər heç bir halda ərizəçilərin həmin ev üzərində əmlak hüquqlarının mövcudluğuna dəlalət etmir. Başqa sözlə, ərizəçilərin həmin mənzildə faktiki yaşamaları, hətta qeydiyyatda olmaları belə (hərçənd ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X22 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun xx.xx.2022-ci il tarixli, 47 nömrəli məktubunda bildirilmişdir ki, Qubadlı rayonundan məcburi köçkün X30 və X15 ünvan 5 ünvanında müvəqqəti qeydiyyatı yoxdur; bundan əlavə, Azərbaycan Respublikası Qaçqınların və X22 üzrə Dövlət Komitəsinin Nəsimi sektorunun xx.xx.2022-ci il tarixli, 41 nömrəli məktubunda Qubadlı rayonundan məcburi köçkün X17 adının sektorun kommunal xərclər siyahısında ünvan 20 ünvanı üzrə keçdiyi göstərilmişdir; eyni zamanda, AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatına əsasən, xx.xx.1959-cu il təvəllüdlü X12 ünvan 21 ünvanında qeydiyyatdadır) ərizəçilərin əmlak hüquqlarını təsdiq etmir. Qeyd edildiyi kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində əksini tapmışdır və yalnız həmin əsaslar mövcud olduğu halda ərizəçilər sözügedən fərdi yaşayış evinə əmlak hüquqlarının olması, eyni zamanda məhkəmə qərarı ilə onların hüquqlarının və qanuni mənafelərinin pozulması halından çıxış etməkdə haqlı olardı.
60. Beləliklə, ərizəçilərin mübahisəli əmlaka dair hüquqmüəyyənedici sənədləri olmadığında n 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2586/2019 nömrəli qərarının onların qanunla qorunan maraqlarına toxunması, o cümlədən hüquqlarını əhəmiyyətli pozması sübuta yetirilmir və buna görə də onların üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi üçün əsaslar da mövcud deyil. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəlidiyi nəticə düzgün olmamişdir.
61. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-3390/2022 nömrəli qərardadı ləğv edilsin. X6, X31 və X9 “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82) -2586/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə” ərizəsi təmin edilməsin. Qərar qətidir.