Məhkəmə qərarları › İş №2-1(102)-731/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-731/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-731/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə evin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 28.02.2024 Hakimlər Zakir Quliyev (məruzəçi), İlqar Dadaşov və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət ehtiyacları üçün əldə olunmasının təsdiq olunması, kompensasiya ödənilməklə mənzilin boşaldılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1521/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh və iddiaçı tərə findən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən cavabdehin mərhum anası X1 adına texniki pasport verilmişdir. Texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən mübahisəli evin sahəsi 288,9 kv.m ibarət olmuşdur.

2. X2 26 oktyabr 2006-cı ildə ölmüşdür. 3. "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinin yaşayış sahəsi 170,29 kv.metr göstərilməklə əsas sahəsi - 82.86 kv metr, köməkçi sahə - 33.52 kv metr, tavanı uçmuş giriş - 15.7 kv metr, tavanın bir hissəsi uçmuş otaq - 15.93 kv metr, tavanı uçmuş dəhliz - 14.91 kv metr, istismara yararsız dəhliz - 4.23 kv metr, istismara yararsız san. qov. - 3.14 müəyyən edilmiş sahə 228480 manata qiymətləndirilmiş, 2 aylıq kirayə və köçmək xərci 1000 manat, ümumilikdə kompensasiya məbləği cəmi 229480 manat müəyyən edilmişdir. 4. 18 yanvar 2019-cu il tarixli akta əsasən cavabdeh ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi komissiyaya dəvət edilmiş və o, 18 yanvar 2019-cu ildə Komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı ünvan 1 ünvanında cavabdehə məxsus yaşayış sahəsinə görə 229480 manat məbləğində kompensasiya təklif edilmiş, lakin vətəndaş könüllü razılaşmadan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cava bdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 229480 manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda yaşayır. Həmin ev (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına r azılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 229480 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. 7. 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2-1(81)1476/2019 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən evə sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 229480 (iki yüz iyirmi doqquz min dörd yüz səksən) manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilin boşaldılması qərara alınmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən evin İddiaçı tərəfindən alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan R espublikası Qanununun tələblərinə uyğun olduğundan fərdi yaşayış evinə sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməli, cavabdehə 229480 manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılması qərara alınmışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2082/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.Nağıyeva sədrlik edən və mə ruzəçi, H.Həmidov və V.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)- 1174/2020 saylı 2 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova sədrlik edən və məruzəçi, İ.Hüseynov və K.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)46/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

16. Azərbaycan Respublikası Ali Mə hkəməsinin İnzibati Kollegiyasının 21(102)-2036/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Nəbizadə - sədrlik edən və məruzəçi, X.Məmmədov və K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 30 iyun 2022-ci il tarixli həmin qərarı da ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1521/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və P.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 17 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı alan orqan Bakı şəhəri İddiaçı tərəfindən 299.518,0 (iki yüz doxsan doqquz min beş yüz on səkkiz) manat kompensasiya məbləği Cavabdeh ödənilməklə, həmin daşınmaz əmlak boşaldılmış, iddia qalan hissədə təmin edilməmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 299.518,0 məbləğində kompensasiya mübahisəli ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları alınmasına görə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan qanunvericiliyə uyğ un hesablanmış ədalətli kompensasiya məbləği kimi qimətləndirilməlidir.

19. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin ona məxsus evin qiymətinin real bazar qiymətindən 8-9 dəfə aşağı hesablandığını vurğulayaraq birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218- ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunu 12 iyul 2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətç inin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.

21. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir.

22. Kompensasiyanın məbləği iddianın predmet inə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.”

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətini n dəlilləri

24. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Vətəndaşlara, onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətn amə verilir. Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir.

25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1 bəndinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. Cavabdeh qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi və tikililərin altında olan torpaq sahəsi qanunla dövlət tərəfindən onun mülkiyyətinə verilmişdir

27. Həmin torpaq sahələri də kompensasiya edilməlidir və cavabdehə münasibətdə mülkiyyətçi kimi yanaşılmalıdır, istifadə hüququ olan şəxs kimi deyil. Cavabdehin mülkiyyətində olan evin torpaq sahəsi 300 kv. m. təşkil edir və bu işdə olan mütəxəssis rəyləri ilə təsdiq olunur. Bu məbləğin -5000 manata vurulması isə bir milyon yarım manat edir. Belə ki. həmin ərazidə bir kvm. Olan qeyri yaşayış sahəsinin qiyməti ən aşağı məbləği həmin məbləğdən başlayır.

28. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İcra Hakimiyyətinin təklif etdiyi və iddia tələbində irəli sürdüyü evə görə 229480 manat kompensasiya məbləği bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir.

29. Baxmayaraq ki, iddia tələbində irəli sürülmüş 229480 manat kompensasiya məbləğinə qanunvericilikdə nəzərdə tutulmuş bütün əlavələr, eyni zamanda çətinliklə bağlı 10 faiz əlavə daxildir, apellyasiya instansiyası məhkəməsi həmin məbləğə yenidən çətinliklə bağlı 10 faiz əlavəni hesablamaqla pozuntuya yol vermişdir. Belə ki, məhkəmə iş materiallarında olan notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələrinə əsasən bazar qiyməti müəyyən etməli olduğu halda bunu etməmişdir və nəticədə “Torpaqların dövlə t ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 58.2-ci maddəsi pozulmuşdur.

30. Cavabdeh tərəfindən məhkəməyə torpaq sahəsi ilə bağlı hər hansı sənəd təqdim edilmədiyi üçün torpaq sahəsinə görə cavabdehin kompensasiya almaq hüququ yoxdur.

31. AR MPM-nin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin qərarında şərh etdiyi göstərişlərə əməl etməyə çalışsa da, təkrar olaraq pozuntuya yol vermişdir, Apellyasiya instansiya məhkəməsinin səhv nəticəyə gəlmə səbəbi isə, faktiki halların düzgün araşdırılmaması, mövcud qanunvericiliyin tələblərinə zidd qərar qəbul etməsidir. b. Kassa siya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar m üvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir.

34. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsasland ırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq iki dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışında o lmuş və müvafiq olaraq birinci dəfə 2-1(102)-1174/2020 saylı, xx.xx.2020ci il tarixli qərar, ikinci dəfə isə 2-1(102)-2036/2022 saylı, xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir.

38. Ali Məhkəmənin iş üzrə qəbul etdiyi ikinci, yəni 2-1(102)-2036/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətini qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını ləğv etmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

39. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, “məhkəmə kollegiyası kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya məhkəməsinin yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesa b etmir.”

40. Həmçinin Ali Məhkəmə sözügedən qərarında göstərmişdir ki, “Məhkəmə kollegiyası bir daha vurğulayır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehə məxsus mənzilin və torpağın sahəsini və ona uyğun kompensasiyanın məbləğini müəyyən etməmiş, mənzilin sahəsi ilə bağlı işdə olan ziddiyyətləri aradan qaldırmamışdır.”

41. Ali Məhkəmə həmçinin öz qərarında qeyd etmişdir ki, “kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığından, iddiaçı tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləğinin az olmasının məhkəmə tərəfindən müəyyən olunması iddianın rəddi üçün əsas ola bilməz və iddia tələbində qeyd edilməyən mənzilin əlavə sahələrinə, həmçinin torpaq sahəsinə görə kompensasiyanın, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda, o cümlədən həmin Qanunun 66.4-cü maddəsində nəzərdə tutulan ödənişlərin ödənilməli olub-olmaması, bununla bağlı tərəflərin dəlilləri ətraflı araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq iddia tələbində qoyulan məbləğdən asılı olmayaraq həmin məbləğin dəyişdirilməsinin mümkün olması nəzərə alınmaqla qərar qəbul edilməlidir.”

42. Məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, İPM-in 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

43. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, hazırkı inzibati mübahisəyə üçüncü dəfə baxmış apellyasiya məhkəməsi onun üçün məcburi xarakter daşıyan Ali Məhkəmənin hüquqi mövqeyini tam şəkildə nəzərə almış və həmin hüquqi mövqeyin əsasını təşkil edən g östərişləri tam icra etmişdir.

44. Halbuki iddiaçı kassasiya şikayətində göstərmişdir ki, “apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh etdiyi göstərişlərə əməl etməyə çalışsa da, təkrar olaraq pozuntuya yol vermişdir. Apellyasiya instansiyası məhkəməsinin səhv nəticəyə gəlmə səbəbi isə, faktiki halların düzgün araşdırılmaması, mövcud qanunvericiliyin tələblərinə zidd qərar qəbul etməsidir.”

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, “iddia tələbi - ünvan 4 ünvanında yerləşən mənzilə sahibliyin İddiaçı (alan orqan) tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələbl ərinə uyğun olaraq əldə olunması, yəni əmlak tələbi ilə bağlıdır.”

47. Həmçinin iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı dövlət ehtiyacları alan orqan kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 572 saylı qərarına müvafiq olaraq, iddiaçı Bakı şəhəri İddiaçı müəyyən edilmişdir.

48. Nazirlər Kabinetinin həmin Qərarın icrası məqsədi ilə İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici ("xxxx" MMC) cəlb edilərək sonuncu tərəfindən Nazirlər Kabinetinin 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarının təsiri altına düşən iddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın - fərdi yaşayış evinin qiymətləndirilməsi aparılaraq hesabat tərtib olunmuşdur.

49. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən həmin hesabata əsasən müəyyən olunur ki, yaşayış sahəsinin əsas sahəsi - 82.86 kv. metr, köməkçi sahə 33.52 kv.m, tavanı uçmuş giriş hissəsi - 15.7 kv.m, tavanın bir hissəsi uçmuş otağı 15.93 kv.m, tavanı uçmuş dəhliz - 14.91 kv.m, istismara yararsız dəhliz - 4.23 kv.m, istismara yararsız san.qov.- 3.14 kv.m təşkil etmişdir. -əsas və köməkçi sahənin 116,38 kv.m (82.86+33.52) cəmi sahəsinin 1 kv.m 1250 manatdan olmaqla, həmin məbləğə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə (250 manat) də nəzərə alınaraq qi yməti 174570 manat; - giriş, uçmuş otaq, tavanı uçmuş dəhliz, istismara yararsız dəhliz san.qovşaqdan ibarət cəmi, 53,91 kv.m sahənin (15,7+15,93+14,91+4,23+3,14) 1 kv metri isə 833,33 manatdan, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə (1000) qiyməti 53910,00 manat məbləğində hesablanmış; - ümumilikdə 170,29 kv.m sahəyə malik əmlakın dəyəri 228480,0 manat məbləğində müəyyən olunmuşdur.

50. İddiaçı tərəfindən həmin məbləğə 1000 manat 2 aylıq kirayə haqqı və köçmə xərci də əlavə edilməklə, Cavabdeh təklif olunacaq kompensasiya 229480,0 manat məbləğində hesablanmışdır.

51. Halbuki apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, evin işə əlavə olunmuş Texniki pasportunda (i.v.113) ümumi sahəsi 127,0 kv.m tə sbit olunmuşdur. Beləliklə, yaşayış sahəsinə görə cavabdehə təklif olunan kompensasiya məbləği faktiki olaraq evin texniki pasportuna münasibətdə 43,29 kv.m (170,29-127) artıq hesablanmış olur.

52. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi evin hesabatda təsbit olunan və işdə olan foto görüntülərdə görünən faktiki vəziyyətini (yəni uçuq və istismara yarasız hissələrə malik olması və s.) nəzərə alıb düzgün olaraq belə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdeh təklif olunan 229.480,0 (1000 manat kirayə və köçmə pulu da əlavə olunmaqla) manat məbləğində kompensasiya, həmin əmlakın həqiqi dəyərini əks etdirən məbləğ kimi qiymətləndirilməlidir.

53. Bununla yanaşı apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, həmin evin yerləşdiyi torpaq sahəsinə gəld ikdə isə evin işə əlavə olunmuş qeydiyyat vəsiqəsindən görünür ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçsə də, evin yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmamış, iddiaçının icarəsinə və ya istifadəsinə verilməsinə dair hər hansı bir sənəd-sübut (sərəncam və qərar) da mövcud deyildir.

54. Bununla belə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, evin 1965-ci il tarixdən götürülmüş Texniki pasportunda, evin yerləşdiyi torpaq (meydançası) ümumilikdə 289,3 kv m təşkil edir ki, bunun da 203,1 kv.m hissəsi tikinti altına düşür, 85,8 kv.m hissəsi isə həyətdən ibarətdir.

55. Burada qeyd edilməlidir ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin məcburi göstərişlərinə əməl edilməsinə əsasən haqlı olaraq hesab etmişdir ki, iddiaçının faktiki ist ifadəsində olan, evin tikinti altı hissəsinə düşən 203,1 kv.m hissəsi, alan orqan tərəfindən satın alındıqda, evlə birlikdə mülkiyyət hüququ həmin əldə edənə keçməsi nəzərə alınmaqla, həmin hissə yaşayış evinə görə iddiaçıya hesablanan 228.480,0 manat məbləğində kompensasiya məbləği ilə əhatə olunmuş hesab edilməlidir.

56. Yaşayış evinin digər 85,8 kv.m sahəsi olan həyətinə münasibətdə isə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 58-ci maddəsinə müvafiq olaraq, həmin torpağın - mübahisəli ünvanda yerləşən həmin yaxın ərazidə yerləşən daşınmaz əmlakların dövlət ehtiyacları üçün alınması zamanı notarial qaydada alan orqan iddiaçı ilə mülkiyyətçilər arasında bağlanmış alqı-satqı müqavilələrinə (Bakı şəhəri - 53 saylı Notariat Kontorunda bağlanmış reyestr xx.xx.2018-ci il tarixli 4Ə-981 nömrəli, 41 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış 4Ə-605 nömrəli və 4Ə-850 nömrəli - reyestr qeydiyyatı olan) və həmin müqavilələrə əlavə olunmuş qiymətləndirmə cədvəllərinə əsasən müəyyən olunur ki, 1 kv.m-nin bazar qiyməti, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə də nəzərə alınmaqla, 500 manat təşkil etmişdir.

57. Belə olan halda, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının faktiki istifadəsində olan 85,8 kv.m həyətyanı torpaq sahəsinin, 20 faiz əlavə ilə 500 manatdan hesablanan qiyməti 42.900,0 manat təşkil etmiş olur ki, bu məbləğin də üzərinə yaşayış evinə görə hesablanmış 228.480,0 manat kompensasiya məbləği əlavə edildikdə, cavabdehə ödənilə cək kompensasiyanın ümumi məbləği 271.380,0 manat təşkil edir.

58. Həmin 271.380,0 manat ümumi kompensasiya məbləğinə də, iddiaçının 10 ildən artıq həmin evdə yaşadığı nəzərə alınmaqla, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4.6-cı maddəsində nəzərdə tutulan çətinliklə bağlı 10 faiz əlavə -yəni, 27.138,0 (271380,0 x10%) manat hesablandıqda ona ödəniləcək kompensasiyanın ümumi məbləği, ( 1000 manat kirayə haqı və köçmə pulu da nəzərə alınmaqla, - 299.518,0 (228.480,0+42.900,0+27.138,0+1000) manat məbləğində müəyyən olunur.

59. Buna görə də yuxarıda qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, 299.518,0 məbləğində kompensasiya mübahisəli ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacla rı alınmasına görə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan qanunvericiliyə uyğun hesablanmış ədalətli kompensasiya məbləği kimi qiymətləndirilməlidir.

60. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki sözügedən kompensasiyanın az olması barədə dəlillərini əsaslı hesab etmir, belə ki, bu dəlillər iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.

61. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) -1521/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar