Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-732/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ləğv prosesində olan QSC xxxx” KB-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( Bankın istifadəsində olan torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydə alınmasından imtina ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Hüs eynova Zəmilə Əli qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan QSC xxxx” KB-nın cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı «torpaq sahəsinin özəlləşdirilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2970/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır, hazırki qanuni təmsilçisi X1r. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2938/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı qapalı səhmdar cəmiyyəti «xxxx» kommersiya bankının cavabdeh “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsinə dair iddiası təmin edilərək, qapalı səhmdar cəmiyyəti «xxxx» kommersiya bankı ilə “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx xxxx 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-dən 1.180.166,90 (bir milyon y üz səksən min yüz altmış altı manat, 90 qəpik) manat məbləğində əsas borc, 694.527,86 (altı yüz doxsan dörd min beş yüz iyirmi yeddi manat, 86 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 1.874.694,76 (bir milyon səkkiz yüz yetmiş dörd min altı yüz doxsan dörd manat,76 qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutulmuş, kredit borcu əvəzinə torpaqdan daimi istifadə hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı ******* saylı, reyestr nömrəsi 005011001402, qeydiyyat nömrəsi ********* olan xx xxxx 2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 2573-2575-ci məhəllə də yerləşən 2.90 hektar torpaq sahəsinə daimi istifadə hüququ qapalı səhmdar cəmiyyəti «xxxx» kommersiya bankının adına rəsmiləşdirilmişdir. DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarışda xxxx 2.9 ha torpaq sahəsi üzərində QSC “xxxx” KB-nın daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 5338 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2018-ci il tarixli, **********36 nömrəli cavab məktubundan məlum olur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində ləğv prosesində olan “xxxx” QSC KB-nın mülkiyyət hüququnun tanınmasına köməklik göstərilməsi barədə müraciətinə baxılmış, cavab olaraq bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinin sənədləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq tərəfinizdən müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinizə baxıla bilər. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin ləğv prosesində olan QSC “xxxx” KB- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2018-ci il tarixli **********26 nömrəli cavab məktubunda bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin 2(82)-2938/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi icra olunaraq ünvan 1də yerləşən 2.90 ha torpaq sahəsinin ləğv prosesində olan QSC “xxxx” KB-nin daimi istifadəyə verilməsi barədə xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. ünvan 1də yerləşən 2.90 ha torpaq sahəsi dövlət mülkiyyətində olduğuna görə, mülkiyyətə verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməlidir. İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 sa ylı Bakı ərazi idarəsi) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC “xxxx” KB-nin daimi istifadəsində olan ünvan 1də yerləşən 2.90 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınması ilə bağlı dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-2938/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Anaşki n küçəsi, 2573-2575-ci məhəllədə yerləşən 2.9 ha torpaq sahəsinə daimi istifadə hüququnun QSC “xxxx” KB-nin adına rəsmiləşdirilməsi qət edilmiş, həmin qətnaməyə əsasən göstərilən torpaq sahəsi üzərində QSC “xxxx” KB-nin daimi istifadə hüququ rəsmiləşdirilmişdir. Bununla bağlı DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, 2573- 2575-cı məhəllədə yerləşən 2.9 ha torpaq sahəsi üzərində ləğv prosesində olan QSC “xxxx” KB-nin xüsusi mülkiyyət hüququnun tanınmasına dair lazımi sənədlər əlavə edilərək, Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunmuş, Komitənin xx.xx.2018-ci il tarixli **********36 nömrəli cavab mə ktubunda bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinin sənədləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq müvafiq sənədlər əlavə edildikdən sonra müraciətə baxıla bilər. İddiaçının eyni məzmunlu müraciətinə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən də baxılmış, iddiaçıya ünvanlanmış **********6 saylı, xx xxxxxx 2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mülkiyyətə verilməsi xahiş edilən ünvan 1də yerləşən 2.90 ha torpaq sahəsi dövlət mülkiyyətində olduğuna görə, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməlidir. İddiaçı verilmiş cavabları Bankın kommersi ya maraqlarının və hüquqlarının pozulması kimi qiymətləndirərək, hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaya dair xx.xx.2019-cu il tarixli, **********63 nömrəli etirazında bildirilmişdir ki, ləğv prosesində olan QSC “xxxx" KB Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, ünvan 1də yerləşən 2.90 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizəsinə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498 nömrəli qərarını və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışı əlavə etsə də, torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun yaranmasını təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Cavabdeh göstəril ənlərə əsasən hesab edir ki, iddia rədd edilməlidir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin iddiaya dair **********14 saylı, xx.xx.2019-cu il tarixli etirazında bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)2938/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi icra olunaraq ünvan 1də yerləşən 2.90 ha torpaq sahəsinin ləğv prosesində olan QSC “xxxx” KB-nin daimi istifadəyə verilməsi barədə xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olduğuna görə, mülkiyyətə verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməlidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********26 saylı, xx xxxxxx 2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-853/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə (hakim: X.X.İmanov) iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1638/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-853/2019 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-853/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilməmişdir. Birinci instansiya məh kəməsi hesab etmişdir ki, iddiaçı iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini tələb etdiyi halda, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsini müəyyən və ya təsdiq edən sübutu mövcud olmadığından iddia təmin edilə bilməz. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2970/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidov, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-853/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından kassasiya şikayəti verərək həmin qərarı tamamilə ləğv edilib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini və ya tamamilə ləğv edilib işin yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Kassasiya şikayətinin faktiki əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə, “Banklar haqqı nda” Azərbaycan Respublikası Qanununun 71.1, 71.3, 71.7-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə, 66-cı maddəsinin 1-ci bəndinə və 69cu maddəsinin 2-ci bəndinə istinad edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 60-cı maddəsinin 1-ci bəndinə görə, dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ hüquqi aktlara uyğun olaraq özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala bilər. Müəssisə (obyekt) özəlləşdirilərkən onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq müəyyənləşdirilir. Torpaq sahələri üzəri ndə hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından sonra yaranır. Buna görə də, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin satılması qaydaları haqqında” Əsanamənin 12-ci bəndinə əsasən, torpaq sahəsini almaq məqsədi ilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi tərəfindən ərizə, hüquqi şəxsin nizamnamə kapitalında 80 faizdən az olmayan hissəsinin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış, müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti, özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi) tə qdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın preambulasına əsasən, İİ Dövlət Proqramı... özəlləşdirilən müəssisə və obyektlərin, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılmasını,...dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Proqramın 9-cu bəndinin müddəalarına görə, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfind ən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir (9.1). Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir (9.2). Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 659 saylı Fərmanı (xx xxxx 2006-cı il tar ixli, 426 saylı Fərmanla edilmiş əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra mətndə Əsasnamə) 1-ci bəndinə əsasən, bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir. Əsasnamənin müddəalarına görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur (2). Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır (4). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəllər torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçi si icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər (11). Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qa nunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəz ərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsində baxılmış və xx.xx.2018-ci il tarixli, **********36 nömrəli cavab məktubunda qeyd edilən torpaq sahəsinin sənədləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasna mə”yə uyğun olaraq müvafiq sənədlər təqdim edildikdən sonra məsələyə baxılacağı barədə məlumat verildiyi halda, iddiaçı tələb edilən sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək əvəzinə məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, işin mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi tələbi ilə çıxış etdiyi halda, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi sübuta yetirlməmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilmə lidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının tələbinin qanuni və əsaslı olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, iddiaçı tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıda kılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2970/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-732/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-732/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver