Məhkəmə qərarları › İş №2-1(102)-732/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-732/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-732/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və cavabdehin vəkili X3 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2021-ci il tarixli 2-1(103)-128/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.

2. İddiaçıya məxsus diplomda və əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, 1977-ci ildən 1984-cü ilədək X1 təhsil almış, 07.10.1976-09.06.1977-ci illərdə Yevlax pambıq zavodunda təmir briqadasında 1-ci dərəcəli çilingər, 07.04.198016.08.1980-ci illərdə həmin zavodda 3-cü dərəcəli çilingər işləmişdir. 17.04.1984-cü ildə Yex lax neft bazasına mexanika emalatxanasına usta vəzifəsinə qəbul olunmuş, 01.06.1984-cü ildə mexanik vəzifəsinə, 17.04.1985-ci ildə sex rəisi vəzifəsinə, 01.10.1985ci ildə mexanik vəzifəsinə keçirilmişdir. 01.04.1987-ci il tarixdə ştat cədvəlinə əsasən mühəndis, 30.05.1989-cu ildə böyük mühəndis, 29.09.1989-cu ildə müdir müavini, 11.03.1990-cı ildə müvəqqəti direktor müavini, 01.04.1993-cü ildə mühəndis vəzifələrinə keçirilmiş, 01.08.1996-cı ildə işdən azad edilmişdir. 07.10.1996-cı il tarixdən 26.12.2003cü il tarixədək Yevlax Neftbazasında mühəndis vəzifəsində işləmiş, 20.04.2004-cü il tarixdə “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətində texniki inkişaf şöbəsində əməliyyatlar üzrə texnik (təcrübə keçən) vəzifəsinə qəbul edilmiş, 20 aprel 2005-ci ildən 02 may 2007-ci ilədək Şimal ixrac kəməri şöbəsində mexanika üzrə texnik (nəzərdə tutulmuş) vəzifəsində, 02 may 2007-ci ildən 01 iyun 2010-cu ilədək BTC əməliyyatları şöbəsində mexanika üzrə texnik vəzifəsində, 01 iyun 2010-cu ildən 15 iyun 2012- ci ilədək həmin şöbədə yükqaldırma əməliyyatları üzrə koordinator vəzifəsində işləmiş, 15 iyun 2012-ci ildə tullantıların idarə olunması şöbəsinə tullantıların idarə olunması üzrə koordinator vəzifəsinə keçirilmişdir. 17.09.2012-ci il tarixdə həmin şöbədə əməliyyata dəstək üzrə mütəxəssis vəsifəsinə keçirilmişdir. 01 iyun 2015-ci ildə Nəqletmə əməliyyatları departamentində sahə nəzarətçisi vəzifəsinə, 29 aprel 2016-cı ildə Departament və vəzifənin adı Dəniz əməliyyatları departamenti, sahə üzrə səlahiyyətli şəxs kimi dəyişdirilmişdir. 15 dekabr 2016-cı ildən 01 iyun 2017-ci ilədək həmin departamentdə Əməliyyatlar qrupunun rəhbəri vəzifəsinə keçirilmiş və 01 iyun 2017-ci il tarixdən 09 avgust 2018-ci il tarixədək Dəniz əməliyyatları departamentində obyektlər üzrə supervayzer vəzifəsində işləmişdir.

3. İddiaçı 02.04.2020-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya 28.04.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, 20.04.2004-09.08.2018-ci il tarixləri arasındakı dövr ərzində “BP Eksploreyşn LTD” şirkətində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, p eşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır və buna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2020-ci il 20 may tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Yevlax Neftbazasında və “BP Eksploreyşn (Kaspian Sİ) Limited” şirkətində işlədiyi vəzifələrin güzəştli əmək stajı kimi müəyyən edilməklə, sosial sığorta stajına daxil edilməsi, ona 57 yaşdan, yəni 06.12.2016-cı il tarixdən zərərli və ağır işlərdə 12 il 06 aydan çox iş stajı olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 06.12.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müddət üçün ödənilməmiş pensiyanın hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 7 oktyabr 1976-ci ildən əmək fəaliyyətinə başlamışdır və hal-hazırda 41 ildən artıq əmək stajına malikdir. 01 Sentyabr 2016-cı ildə 57 yaşı, 06 Dekabr 2016-cı ildə zərərli və ağır işlərdə 12 il 6 aydan çox iş stajı tamam olmuş və pensiya almaq hüququ yaranmışdır. 17 aprel 1984-cü ildən 01 aprel 1987-ci ilə kimi Yevlax Neftbazasında cəmi 2 il 11 ay 13 gün usta, mexanik və sex rəisi işləmişdir. 20 aprel 2004-cü ildən 20 aprel 2005-ci ilədək Texniki inkişaf şöbəsində əməliyyatlar üzrə texniki təcrübə keçən və 20 aprel 2005-ci ildən 02 may 2007- ci ilədək Şimal ixrac kəməri şöbəsində mexanika üzrə texnik (nəzərdə tutulmuş) və 02 may 2007-ci ildən 01 iyun 2010-cu ilədək BTC əməliyyatları şöbəsində mexanika üzrə texnik və 01 iyun 2010-cu ildən 15 iyun 2012-ci ilədək həmin şöbədə yükqaldırma əməliyyatları üzrə koordinator vəzifəsinə təyin edilmiş və 01 iyun 2015-ci ildən 29 aprel 2016-ci ilədək Nəqletmə əməliyyatları departamentində Sahə nəzarətçisi və 29 aprel 2016-cı ildən 15 dekabr 2016-cı ilədək departament və vəzifəsinin adı Dəniz əməliyyatları departamenti, Sahə üzrə səlahiyyətli şəxs kimi dəyişdikdən sonra 15 dekabr 2016-cı ildən 0 1 iyun 2017ci ilədək həmin departamentdə Əməliyyatlar qrupunun rəhbəri vəzifəsinə keçirilmiş və 01 iyun 2017-ci ildən 09 avgust 2018-ci ilədək Dəniz əməliyyatları departamentində Obyektlər üzrə supervayzer cəmi 14 il 3 ay 19 gün işləmişdir. Pensiya almaq üçün 2 aprel 2020-ci ildə aiddiyyatı üzrə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, sonuncu **********5 nömrəli 28 aprel 2020-ci il tarixli məktubla bildirmişdir ki, 20.04.200409.08.2018-ci il tarixləri arasındakı dövr ərzində “BP Eksploreyşn LTD” şirkətində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmam ışdır və buna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyil. BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin 17 mart 2020-ci il tarixli arayışında qeyd edilib: “...bu illər ərzində onun tutduğu vəzifə Azərbaycan Respublikası “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 10.5.1 bölməsinin (a) bəndinə (fəhlələr) və (b) bəndinə (rəhbərlər və mütəxəssislər) və 10.5.2 bölməsinin (b) bəndinə (rəhbərlər və mütəxəssislər: növbə rəisləri və sahə rəisləri) uyğundur”. Cəmi 11 il 4 ay 2 gün. Əmək kitabçasında işlədiyi peşələr barədə qeydlərin olmasına, həmin peşənin - iş icraçısının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş a) əmək şəraiti zərərli və ağır olan işl ərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxil edilməsinə, əmək kitabçasının işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olmasına baxmayaraq, əlavə olaraq arayış tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu sənədin təqdim edilməməsi pensiya hüquqlarının məhdudlaşdırılması üçün hüquqi əsas yarada bilməz. Bununla da, əmək pensiyasının məhkəmə qaydasında təyin edilməsi zərurəti əmələ gəlmişdir. Yevlax Neftbazasında və “BP Eksploreyşn (Kaspian Si) Limited”də işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatl arın, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5.1-ci və 10.5.2 bölmələrinin “b” yarımbəndində neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiya sahəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi müəyyən edilib.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4624/2020 saylı, 30.07.2020-ci il tarixli qərarı ilə (hakim N.Abiyev) iddia təmin edilmiş, iddiaçıya 06 dekabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müddət üçün ödənilməmiş pensiyanın hesablanaraq, ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 28 (iyirmi səkkiz) il, 8 (səkkiz) ay 25 (iyirmi beş) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı və 23.01.2007-ci il tarixli 12 №li qərarları ilə müvafiq olaraq “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №‐li və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahıları təsdiq edilmişdir. Qeyd olunan Siyahılarda müvafiq olaraq iddiaçının Yevlax Neftbazasında və “BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkətində işlədiyi peşələr (iddiaçının işlədiyi dövrlərə uyğun olaraq) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan Xİİ fəslində (kod ********) mütəxəssislər və rəhbərlər (kod 2130301b b), ustalar, böyük ustalar (kod 2130301b-23187); 10.5.1-ci bölməsinin (a) bəndində (fəhlələr) və (b) bəndində (rəhbərlər və mütəxəssislər) və 10.5.2-ci bölməsinin (Bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr) (b) bəndində (rəhbərlər və mütəxəssislər: növbə rəisləri və sahə rəisləri) nəzərdə tutulmuşdur.

11. İddiaçıya məxsus əmək kitabçasındaki qeydlər və yuxarıda adları çəkilən müvafiq arayışlar da nəzərə alınmaqla iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün 12 il 6 ay zərərli iş sta jı 06.12.2016-ci il tarixdə tamam olmuşdur.

12. Cavabdeh qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2021-ci il tarixli 2-1(103)-128/2021 nömrəli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2-1(112)-4624/2020 saylı qərarı ləğv edilərək, iddia tələbi təmin edilməmişdir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇ İLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun olmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı və 23.01.2007-ci il tarixli 12 №li qərarları ilə müvafiq olaraq “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahıları təsdiq edilmişdir. Qeyd olunan Siyahılarda müvafiq olaraq iddiaçının Yevlax Neftbazasmda və BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətində işlədiyi peşələr (iddlaçının i şlədiyi dövrlərə uyğun olaraq) Qazma, neftin, qazm və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlanan Xİİ fəslində (kod ********) mütəxəssislər və rəhbərlər (kod 2130301b b), ustalar, böyük ustalar (kod 2130301b—23187); 10.5.1-ci bölməsinin (İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazm konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsi stent yağlayıcılarm istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanm, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri) (a) bəndində (fəhlələr) və (b) bəndində (rəhbərlər və mütəxəssislər) və 10.5.2-ci bölməsinin (Bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr) (b) bəndində (rəhbərlər və mütəxəssislər: növbə rəisləri və sahə rəisləri) nəzərdə tutulmuşdur. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

17. Məhkəmə icla sında iddiaçı vəkillə təmsil olunmadığı üçün onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən h allarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada).... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günə dək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

30. Əmək pensiyasını təyin edən orqan 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 20. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə

13. Əmək şəraitinə görə pensiyalar. Axırıncı iş yerindən asılı olmayaraq əmək şaraitinə görə güzəştli şərtlərlə yaşa görə pensi ya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa (01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiya); b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. 13.06.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya insta nsiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, iddiaçı tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun.

26. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

27. İddiaçının 57 yaşa çatması işin mübahisəsiz halıdır.

28. Lakin iddiaçının işlədiyi peşə və istehsalat sahəsinin, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na yaxud Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olması müəyyən edilmir.

29. Bu qərarın 19-cu bəndində qeyd olunduğu kimi “Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin ara yışı təqdim olunur.

30. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə “BP Eksploreyşn (Kaspian Si) LTD” şirkətinin Azərbaycan Respublikası nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2020-ci il tarixli arayışda, iddiaçının 20.04.2004-cü ildən 09.08.2018-ci ilədək BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətində müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuş və göstərilmişdir ki, iddiaçının bu illər ərzində tutduğu vəzifə, Azərbaycan Respublikası "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 10.5.1 bölməsinin (a) bəndinə (fəhlələr) və (b) bəndin ə (rəhbərlər və mütəxəssislər) və 10.5.2 bölməsinin (b) bəndinə (rəhbərlər və mütəxəssislər: növbə rəisləri və sahə rəisləri) uyğundur.

31. Nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

32. İşə baxmış apelyasiya instansiyası məhkəməsi sözügedən arayışı tədqiq edərək bildirmişdir ki, iddiaçının 17.04.1984-26.10.2003-cü illərdə Yevlax Neftbazasının emalatxanasında işlədiyi usta, mexanik, sex rəisi, mühəndis vəzifələri, 20.04.200409.08.2018-ci il tarixlər arasın dakı dövr ərzində “BP Eksploreyşn LTD” şirkətində işlədiyi əməliyyatlar üzrə texnik, mexaniklər üzrə texnik, yükqaldırma əməliyyatlar üzrə texnik, mexanika üzrə koordinator, sahə nəzarətçisi, qrup rəhbəri və supervayzer vəzifələri yuxarıda adı çəkilən Siyahılarda nəzərdə tutulmamışdır və birinci instansiya məhkəməsi qeyd edilən vəzifələri uyğunlaşdırmaqda haqlı olmamışdır.

33. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yükqaldırma əməliyyatları üzrə koordinator, nəqletmə əməliyyatları üzrə sahə nəzarətçisi p eşə və vəzifələri nəzərdə tutulmamışdır.

34. Həmin siyahının “Neft, qaz və qaz kondensatının hasilatı” adlanan 10.2-ci bölməsinin a) yarımbəndində boru kəmərləri ilə bağlı yalnız “tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər” qeyd olunmuşdur ki, iddiaçının da bu işlə məşğul olması barədə hər hansı sübut yoxdur.

35. Həmçinin siyahının 10.2-ci bölməsində yalnız bir yerdə “texnik” peşəsinin adı çəkilmişdir. Belə ki, həmin bölmənin “b) rəhbərlər və mütəxəssislər” bəndində “quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ust aları” qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifənin bu peşəyə uyğunlaşdırılması üçün onun məhz “quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələr”də işləməsi müəyyən edilməlidir ki, bu hal da iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilmir. 36. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130100b-17541 və 2130200b-17541 kodlarında göstərilən “texnik” peşələri də, “quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələr”ə aid edilmişdir.

37. Həmçinin iddiaçının Yevlax Neftbazasında işlədiyi peəşələr də sözügedən Siyahılarda nəzərdə tutulmamışdır.

38. Buna gərə də apelyasiya i nstansiyası məhkəməsi haqlı olaraq həmin arayışı sübut kimi qəbul etməmişdir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2021-ci il tarixli 21(103)-128/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar