Məhkəmə qərarları › İş №2-1(102)-732/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-732/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-732/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs i 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)3495/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Samirə-R” MMC-nin nizamnaməsinə əsasən hüquqi ünvanı ünvan 1ə xx.xx.1994-cü il tarixdə, 71 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Samirə” kooperativinin bazasında yaradılmış və onun hüquqi varisidir.

2. Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 333 №-li sərəncamı ilə “Samirə” kooperativinə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovs ki küçəsində (ayaqqabı mağazasının yanında) qənnadı məhsullarının satışını təşkil etmək məqsədi ilə 3 x 6 metr yığma konstruksiyadan ibarət povilyon qurmağa icazə verilmişdir.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 14 09.1994-cü il tarixdə tərtib olunmuş texniki pasportun surətindən müəyyən olunur ki, “Samirə” Kooperativinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 19/29 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ticarət sahəsi 19,7 kv. metr və inzibati sahəsi 6,3 kv. metr olmaqla ümumi sahəsi 26 kv.metr təşkil edir 4. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən xx.xx.1996-cı il tarixdə tərtib olunmuş texniki pasportun surətindən müəyyən olunur ki, Samirə” Kooperativinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 19/29 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ticarət sahəsi 6,0 kv. metr və inzibati sahəsi 16,9 kv.metr olmaqla ümumi sahəsi 22.9 kv.metr təşkil edir 5. - Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1243 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022ci il tarixli, 05 №-li sərəmcamına əsasında Bakı şəhəri, Nərimanov rayo nu, Mayakovski küçəsi 19/29 ünvandakı qeyri- yaşayış sahəsinin yerləşdiyi 30,6 kv. metr torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək icarəsinə verilmişdir.

6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 19/29 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı MMC-nin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlə t reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsi Cəmiyyətin istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər qanuna uyğun şəkildə hazırlanaraq, cavabdehə təqdim edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi müraciətdən imtina etmişdir. Hesab edilir ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin g östərilən əsaslarla müraciətlərindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır.

9. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, müvafiq torpaq sahəsi və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və bununla bağlı İddiaçı MMC-yə **********55 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. 10. ünvan 4br 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 19/29 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun veri lməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3495/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.P.Oruczadə, hakimlər – X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1208/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3495/2022 nömrəli qərarını ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏR İ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti iddia tələbinə etirazın məzmunu ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daş ınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərin ə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azə rbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir.

20. «İnzibati icraat haqqında» Qanun Maddə 15.1 Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2 Qanunla birbaşa nəzərdə tutulmadığı hallard a fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.

21. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdır ıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansi yası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı də yişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən haz ırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi” ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qal mır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə müraciətin təminindən imtina etmişdir.

31. Qeyri-yaşayış sahəsi 1 yanvar 2013-cü ilə qədər inşa olunduğundan mübahisəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Həmin normaya görə qeyri-yaşayış binalarına münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüququn dövlət qeydiyyatı üçün əsasdır.

32. Normanın tələbinə müvafiq olaraq iddiaçının hüququnu qeydiyyata aldırmaq istədiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənəd (Əmlak Məsələləri D övlət Xidməti ilə icarə müqaviləsi) və müvafiq icra hakimiyyəti orqanının (Nərimanov rayon İcra Hakimiyyətinin başçısının) tikilinin inşa edilməsinə icazə barədə qərarı olmuşdur. Hüququn dövlət qeydiyyatı üçün təqdim olunmalı digər sənədlərmüvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və istismara qəbul aktı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. İşin hallarına görə Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 333 №-li sərəncamın icrasından sonra qeyri-yaşayış sahəsinin mövcudluğu barədə səlahiyyətli orqan tərəfindən iki dəfə-1994-cü ildə və 1996-cı ildə qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib və təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixl i ekspert rəyində də qeyri-yaşayış sahəsinin mövcudluğu təsdiq olunmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, ən azından 1994-cü ildən iddiaçının inşa və istifadə etdiyi qeyri-yaşayış sahəsinin hər hansı layihəyə uyğun olmaması, yaxud konkret olaraq hansısa layihəyə uyğunlaşdırlmalı olması ilə bağlı səlahiyyətli dövlət orqanları tərəfindən hər hansı irad və etiraz bildirilməmiş, iddiaçı 1994-cü ildən mübahisəsiz və etirazsız olaraq həmin sahədən istifadə etmiş, səlahiyyətli dövlət orqanı bununla razılaşmışdır. Odur ki, hazırkı vəziyyətdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin təqdim edilməməsi əsası ilə 1994-cü ildən mövcud olan qeyri-yaşayış sahəsinə hüququn qeydə alınmasından imtina barədə cavabdehin hərəkəti qanuni sayıla bilməz.

34. Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində tədqiqatın nəticə hissəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının faktiki (ümumi) sahəsinin 25,0 kv. metr təşkil etdiyi müəyyən olunur; Tədqiq olunan qeyri-yaşayış sahəsinin monolit dəmir beton özülün üzərinə mişarlanmış əhəng daşları ilə inşa edildiyini və torpaqla birbaşa bağlı olduğunu, həmçinin təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsinin mümkün olmadığını nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə uyğun olaraq daşınmaz əmlakın xüsusiyyətlərinə malik olduğu müəyyən edilir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin bir mərtəbəli olmaqla monolit dəmir beton özülü üzərində mişarlanmı ş əhəng daşları ilə inşa edilərək, üzəri sement-qum məhlulu ilə suvandığını, dam hissəsinin monolit dəmir betondan inşa edildiyini, eyni zamanda Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 33 saylı sərəncamına əsasən tikilinin inşa olunmasına icazə verildiyini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Astexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən həmin qeyriyaşayış sahəsinə dair xx.xx.1994-cü il tarixli texniki pasport tərtib edildiyini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənən “Tikinti obyektlərinin təhlükəsiz istismarı ilə bağlı tələblər”ə uyğun olduğu müəyyən edilir. 35. 1994-cü ildən mövcud olan və hazırkı vaxta qəd ər fəaliyyət göstərən, ən əsası da ekspert rəyi ilə tikinti obyektlərinin təhlükəsiz istismarı ilə bağlı tələblərə uyğun olduğu müəyyən edilən qeyri-yaşayış sahəsinin istismarının qanunsuz olmasına dair istismara qəbul aktını verən orqan tərəfindən etiraz olmadığından, həm də ayrıca qəbul aktının tələb olunması əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinin tələbləri mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

36. Bəhs olunanlara əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 21(103)-3495/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar