Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-733/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: əlilliyə görə pensiyanın son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Elşanə Vəliyevadan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Dilarə Qurbanovanın iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Hərbi Qulluqçular və Xüs usi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxx 2019-cu il tarixli 2-1(103)-1352/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabde hin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən iddiaçıya İİ qrup ümumi səbəbdən əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1762 saylı qərarına əsasən şəhadətləndirilərək “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Bundan sonra isə Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup “hə rbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. İddiaçı hərbi qulluqçu olduğu üçün Müdafiə Nazirliyi tərəfindən DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə məlumat vərəqi təqdim olunmuşdur. Bundan sonra cavabdeh üzərinə düşən öhdəliyi təmin etməli olduğu halda, öhdəliyini bu günə kimi icra etməmişdir. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinəəsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş q aydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. "İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır. Göstərilən Bəyannamənin 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, qulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayaraq digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir. Konstitusiya və beynəlxalq hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Azərbaycan Respublikası Konstitusiyasının sosial təminat hüququndan bəhs edən 38-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, ə mək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malkdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-349/2019 nömrəli (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixliqərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-1352/2019 nömrəli (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışo va) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməməsi,birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır və Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən onun əlilliyinin səbəb əlaqəsi səhvən ümumi səbəbdən İİ qrup əlil kimi qiymətləndirilmişdir. Bu isə onun təqsiri ucbatından olmamış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməmişdir. Çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx xxxxxxx 2017-ci il tarixli, 1762 nömrəli qəra rla şəhadətləndirilərək «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı verilmişdir. Bundan sonra isə Tibbi Sosial Ekspert Komissiyasının xx xxxxx 2018-ci il tarixli qərarına əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı verilmişdir. Göründüyü kimi, onun əlilliyi və əlilliyinin səbəb əlaqəsi hələ Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı xəsarət nəticəsində yaranmış, sadəcə əlilliyinin səbəb əlaqəsi aidiyyəti qurumlar tərəfindən vaxtında, düzgün müəyyən edilməmişdir. Bununla da, onun əlilliyə görə pensiya hüququ vaxtında düzgün təyin edilməmiş və hesablanmamışdır. Göstərilən hallar isə, onun təqsiri ucbatından olmamışdır. Cavabdehin və Bakı Apelyasiya Məhkəməsinin hazırkı mövqeləri isə onun Azərbaycan Respublikası Konstitusiyası və qüvvədə olan digər qanunvericilik normaları ilə təsbit olunmuş sosial təminat hüququnu pozur. Göründüyü kimi, apelyasiya instansiyası məhkəmə tərəfindən gəlinmiş nəticələr işin həqiqi halları ilə uzlaşmır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinin 16-cı bəndinə əsasən, bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müha ribə əlillərinə – 80 faizi, İİİ qrup müharibə əlillərinə – 55 faizi. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyinolunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019 -cu il tarixli, 2-1(103)-1352/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Qurbanova kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1352/2019 saylı qərarla, apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-349/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 12.2, 31.1, 32.1-1-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qərarının ləğvi, iddia tələbinin təmin edilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki göstərdiyi dəlillər əsassızdır, belə ki, iddiaçı kasasiya şikayətində yazır ki, « Tibbi Sosial Ekspert Komissiyasının xx xxxxx 2018-ci il tarixli qərarına əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı verilmişdir. Göründüyü kimi, mənim əlilliyim və əlilliyimin səbəb əlaqəsi hələ Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığım xəsarət nəticəsində yaranmış, sadəcə əlilliyimin səbəb əlaqəsi aidiyyəti qurumlar tərəfindən vaxtında, düzgün müəyyən edilməmişdir. Bununla da, mənim əlilliyə görə pensiya hüququm vaxtında düzgün təyin edilməmiş və hesablanmamışdır». Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir, belə ki, ilk öncə qeyd edilməlidir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı xx xxxxx 2018-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xocalı rayon şöbəsi tərəfindən iddiaçıya xx xxxx 2000-ci ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, xx xxxxx 2018-ci il tarixdə aparılmış qiymətləndirilməyə görə, İddiaçı hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silah qəlpə yaralarından sonra başın sol alın -gicgah nahiyəsində bir ədəd, döş qəfəsinin sol ön səthində, məmə xətti üzrə 5–6-cı qabırğaarası sahədə bir ədəd, sol diz oynağının ön səthində bir ədəd, sol saidin orta 1/3-nin öz səthində bir köhnə çapıq toxumalar, baş beyin diffuz travması, QKBT-nin davamlı qalıq əlamətləri diaqnozu ilə (əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin edildiyi tarixdən əvvəlki üç il üçün hesablanması və yaranan fərqin ödənilməsini xahiş etmişdir. Cavabdeh onun müraciətini hesablandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəm əsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunvericilikdə əlilliyə görə əmək pensiyalarının müraciət edildiyi gündən əvvəlki 3 il müddəti üçün ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 12.2-ci (Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri) maddəsinə əsasən hərbi qullu qçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya əvvəllər İİ qrup əlilliyə görə pensiya təmin edilmiş, əlilliyin səbəbi ümumi göstərilmiş, xx xxxxx 2018-ci il tarixə kimi ümumi əsaslarla əlil kimi pensiya almışdır. İş materiallarında olan sə nədlərə əsasən, xx xxxxx 2018-ci il tarixdən iddiaçının əlilliyə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müəyyən olunaraq həmin vaxtdan cavabdeh tərəfindən ona müharibə əlili kimi pensiya təyin edilmişdir. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar iddiaçıya məlum olduğu vaxtdan onun tərəfindən mübahisə olunmayaraq qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiya sının xx xxxxx 2018-ci il tarixdə aparılmış qiymətləndirilmə barədə qərarında həmin qərarın bundan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmiş, əlillik müddəti müəyyən edilmişdir. İddiaçının əlilliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx xxxxxxx 2017-ci il tarixli, 1762 saylı qərarı ilə müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinin 16cı bəndinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzif ələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə— 80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edil məklə ödənilir. İddiaçı kasasiya şikayətində «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 31.1, 32.1-1-ci maddələrinə əsaslanaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin maddələri düzgün tətbiq etmədiyi sayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası bu iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli, 21(102)-711/2019 saylı qərarın «Əsaslandırıcı hissəsində» yazılmışdır ki, «iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alması xx xxxx 2017-ci il tarixli məhkəmə qərarına əsasən xx xxxxxx 2017-ci il tarixdən müəyyən edildiyindən və bu tarixlərədək iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı almasına dair qüvvədə olan inzibati akt olmadığ ından, iddiaçının isə həmin tarixlərdən deyil, xx xxxxx 2015-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək olan dövrlə bağlı əlilliyin səbəbinin ümumi xəstəliklə bağlı olmasına dair qüvvədə olan aktlar olduğundan, hazırkı iddia əsaslı sayıla bilməz». Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK müəyyən etməli olduğuna görə onun İİ qrup əlil olması TSEK-in qərarının qəbul edildiyi xx xxxxx 2018-ci il tari xdən müəyyən edildiyindən cavabdeh tərəfindən həmin tarixdən ona müharibə əllili kimi pensiya təyin edilməsi barədə cavabdehin mövqeyi əsaslı olmuşdur. Belə ki, sözügedən Qanunun 31.1-1-ci maddəsi xx xxxx 2017-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1352/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-733/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-733/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver