Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-733/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli mənzil növbəsinə bərpa olunma, mənzil kirayə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qаrşı “sərəncamın ləğvi, yenidən mənzil növbəsinə qəbul edilmə və mənzil kirayəsi üçün haqqın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2-1(103)-2133/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonu, Mollalı kəndində anadan olmuşdur. Yaşayış yeri: ünvan
1. Şəxsiyyət vəsiqəsi: AZE********. FİN 52KSCP3
2. Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 07.05.2008-ci il tarixli 128 saylı sərəncamı ilə İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) hərbi xidmət dövrünün İİ B qrup əlili kimi mənzil növbəsinə götürülmüşdür.
3. Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 16.07.2013- cü il tarixli 230 saylı sərəncamı ilə 07.05.2008-ci il tarixdən ehtiyatda olan zabit kimi mənzil növbəsində hesab edilmişdir. Ona mənzil verilmədiyinə görə 2013-cü il tarixdən kirayə haqqı ödənilmişdir.
4. Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 70 saylı 12.06.2020-ci il tarixli sərəncama əsasən və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci və 55-ci maddələrinin tələblərinə görə mənzil növbəsindən çıxarılmışdır.
5. Bununla əlaqədar olaraq iddiaçı Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 70 saylı 12.06.2020-ci il tarixli sərəncamının ləğv üçün cavabdehə müraciət etmişdir.
6. Cavabdeh 15 iyul 2020-ci tarixli, 02/09-11-11/İ-71-108 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05.02.2020-ci il tarixli **********44 saylı arayışında 23.05.2014-cü il tarixdə adına fərdi yaşayış evinin, 12.01.2017-ci il tarixdə isə həyətyanı torpaq sahə sinin mövcud olduğu bildirilir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 04.03.2020-ci il tarixli protokolu ilə iddiaçının mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Qeyd olunan protokol əsasında Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçı mənzil növbəsindən çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısına yenidən daxil edilərək, kirayə pulunun bərpa olunması və 2020-ci ilin yanvar ayından hazırkı vaxtadək ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Bundan sonra iddiaçı iddia tələbinin d əyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 12 iyun 2020-ci il tarixli 70 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısına yenidən daxil edilməsi, kirayə pulunun bərpa olunması və 2020-ci ilin yanvar ayından hazırkı vaxtadək ödənilməmiş məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-5659/2020 saylı (hakim N.Abıyev) qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmət dövrünün 2-ci qrup əlili kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətinə illər öncə mənzil növbəsinə götürülməsi barədə müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 07 may 2008-ci il tarixli Sərəncamına əsasən, onun ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində hərbi xidmət dövrünün 2-ci qrup əlili kimi mənzil növbəsinə götürülməsi və hərbi xidmət dövrünün 2-ci qrup əlili olmağı nəzərə alınaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi barədə sərəncam verilmişdir. Ona mənzil verilmədiyinə görə 2013-cü ildən kirayə haqqı ödənilmişdir. Lakin 2020-ci ilin 01 yanvar tarixindən ona verilən kirayə pulu dayandırılmışdır. Səbəb isə DƏDRX-nin sənədinə əsasən onun adına 3 əmlak olduğu qeyd olunmuşdur. Halbuki, qeyd ed ilən əmlaklardan biri 2014-cü ildə satılmışdır. Təbii ki, qeyd edilən müddətdən artıq 6 il keçdiyi üçün heç bir əhəmiyyəti qalmamışdır. İkinci əmlak isə dövlət tərəfindən verilmiş pay torpağıdır və 2017-ci il tarixdə də torpaq onun tərəfindən bağışlanılıb. Üçüncü əmlak isə atasından vərəsəlik yolu ilə övladlarının adına torpaq sahəsi keçib və həmin sənəd paylı mülkiyyətdə olmuş və həmin sənəddə onun adı payçı kimi yazılsa da, cəmi 7 (yeddi) gün sonra həmin payı bacısına bağışlamışdır. Qeyd edilənlərə əsasən, hesab edir ki, ona verilən kirayə pulu əsassız və qanunsuz olaraq dayandırılmışdır. Bu səbəbdən də, kirayə pulunun yenidən bərpa olunması və 2020-ci ilin yanvar ayından bu vaxtadək ödənilməmiş məbləğin ödənilməsi barədə göstəriş verilməsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə m üraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən verilmiş 15 iyul 2020-ci il tarixli, 02/09-11-1 l/İ-71-108 saylı cavab məktubunda DƏDRX tərəfindən verilmiş 05.02.2020-ci il tarixli arayışa əsasən adına fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin olduğu əsas gətirilərək 16.03.2020-ci il tarixli protokol ilə mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Lakin qeyd etdiyi kimi həmin əmlaklar alqı-satqı və bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Buna görə də, əsassız olaraq mənzil növbəsindən çıxarıldığından və kirayə pulunun ödənilməsi dayandırıldığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İbadov X1 rayon İcra Hakimiyyəti başçısının 07.05.2 008-ci il tarixli 128 saylı sərəncamı ilə ailə tərkibi 1 nəfərlə (özü) hərbi xidmət dövrünün İİ qrup əlili kimi mənzil növbəsinə götürülmüş və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 16.07.2013-cü il tarixli 230 saylı sərəncamı ilə 07.05.2008-ci il tarixdən ehtiyatda olan zabit kimi mənzil növbəsində hesab edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən hər il vətəndaşların mənzil-uçot siyahılarının dəqiqləşdirilməsi (Binəqədi rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil uçotunda olan vətəndaşların yaşayış yerlərinin dəyişməsi, vəfat etmələri, torpaq sahəsi ilə təmin olunub-olunmamaları, yaşayış sahəsi əldə edib-etməmələri və s.) aparılır. Belə dəqiqləşmələrin aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı adına 23.05.2014cü il tarixdə fərdi yaşayış evi olmuş və 04.06.2014- cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, 12.01.2017-ci il tarixdə isə 0,45 ha həyətyanı torpaq sahəsi mövcud olmuş və 17.01.2017- ci il tarixdə bağışlama müqaviləsinə əsasən bacısı X2 adına keçirilmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05.02.2020-ci il tarixli **********44 saylı arayış). Beləliklə, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı mənzil növbəsində olarkən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi əldə etmiş, lakin qısa müddət ərzində qeyd olunan daşınmaz əmlakları özgəninkiləşdirmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün to rpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, aşkar olunmuş hallara hüquqi qiymət verilməsi üçün məsələ Binəqədi rayon İcra Hakimiyyəti başçısı yanında ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiyanın müzakirəsinə çıxarılmış və komissiya iclasının 6 nömrəli 16.03.2020-ci il tarixli protokolu ilə onun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Komissiyanın qeyd olunan protokolu əsasında Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmışdır. Cavabdeh iddia ərizəsinin əsassız hesab olunmasını və İddiaçı irəli sürdüyü iddia tələbi əsassız olduğu üçün iddia tələbinin qeyri-mümkün sayılmaqla rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-1322/2021 saylı qərarı ilə (hakim N.Abıyev) iddianın rədd edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsi ilə t əmin olunmaq üçün mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsində göstərilən əsaslar mövcud deyil. Belə ki, iş materiallarından da göründüyü kimi, Cəlilabad rayonu, Mollalı kəndi ərazisində 4,26 ha kənd təsərrüfatı təyinatlı torpaqlar-ümumbirgə mülkiyyət hüququ ilə 12.01.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmış, 17.01.2017-ci il tarixdə isə həmin torpaq sahəsi bağışlama müqaviləsi əsasında X2 adına özgəninkiləşdirilmişdir. Cəlilabad rayonu, Mollalı kəndi ərazisində 0,45 ha həyətyanı torpaq sahəsi-ümumbirgə mülkiyyət hüququ ilə 12.01.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmış, 17.01.2017-ci il tarixdə isə bağışlama müqaviləsi əsasında X2 adına özgəninkiləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar mövcud deyil.
14. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli 2-1(103)-2133/2021 nömrəli qərarı ilə (sədrlik edən: A.Hüseyn, hakimlər: A.Hüseynov və S.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansi yası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində göstərilir ki, iddiaçı hərbi xidmət dövrünün 2-ci qrup əlili kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətinə illər öncə mənzil növbəsinə götürülməsi barədə müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 may 2008-ci il tarixli sərəncamına əsasən yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində hərbi xidmət dövrünün 2-ci qrup əlili kimi mənzil növbəsinə götürülməsi və hərbi xidmət dövrünün 2-ci qrup əlili olmağı nəzərə alınaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi barədə sərəncam verilmişdir. Göründüyü kimi, iddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən 6 ay ərzində yaşayış sahəsi ilə təmin olunmalı olduğu halda uzun illər yaşayış sahəsi ilə təmin edilməmiş və ona fərdi yaşayış evinin tikintisi üçün də torpaq sahəsi verilməmişdir.
19. Həmçinin iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunur ki, hərbi qulluqçular ilk növbədə yaşayış sahəsi ilə təmin olunmalıdır. Bu mümkün olmadıqda fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələ rdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçıya isə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə tərəfindən torpaq sahəsi verilməmişdir. Belə olan halda mənzil növbəsindən çıxarılmanın əsası kimi Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinin göstərilməsi tamamilə əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 12 2-ci hissəsinin birinci abzası. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzə rdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsi. Üçüncü abzasa əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evin in tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
22. Mənzil Məcəlləsi: Maddə 48.1 Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə
50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşl ar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqa viləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 55.1 Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlar a yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günü ndən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göst ərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblə ri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddiaçı xx.xx.1981-cı ildə Cəlilabad rayonu, Mollalı kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07.05.2008- ci il tarixli 128 saylı sərəncamı ilə İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) hərbi xidmət dövrünün İİ B qrup əlili kimi mənzil növbəsinə götürülmüş və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 16.07.2013-cü il tarixli 230 saylı sərəncamı ilə 07.05.2008-ci il tarixdən ehtiyatda olan zabit kimi mənzil növbəsində hesab edilmiş, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci və 55-ci maddələrinin tələblərinə görə 70 saylı 12.06.2020-ci il tarixli sərəncama əsasən mənzil növbəsindən çıxarılmışdır. 28. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. İddiaçı qulluqda olduğu müddətdə də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmamış, həmçinin müvəqqəti yaşayış sahəsinin kirayə müqaviləsi bağlamamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 nömrəli qərarı ilə də müəyyən edilir ki, xəstəliyə görə e htiyata buraxılmış hərbi qulluqçulara yaşayış yerinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün nağdsız qaydada kompensasiya ödənilir.
29. Mənzil Məcəlləsinin 50.1.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilmiş və cavabdeh tərəfindən imtiyazlı növbəyə götürülmüşdür.
30. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05.02.2020-ci il tarixli arayışda iddiaçının adına 23.05.2014-cü il tarixdə fərdi yaşayış evinin olması, 04.06.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilməsi bildirilmişdir.
31. İddiaçı imtiyazlı mənzil növbəsində olarkən fərdi yaşayış evi əldə etmiş, lakin qısa müddət ərzində həmin evi özgəninkiləşdirmişd ir.
32. Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə görə vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda onlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılırlar.
33. İddiaçının sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etməsinə hüquq mülkiyyətində mənzil və torpaq sahəsi olmaması əsasında yaranmış, mənzil növbəsində olarkən həmin hüququn yaranmasına əsas olan hal aradan qalxmış, yəni iddiaçı mənzil sahəsi əldə etmişdir. İddiaçının sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etməsinə hüquq yaradan əsaslar aradan qalxdığından, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə cavabdehin hərəkəti qanuni və əsaslı olmuşdur.
34. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, hazırkı qərarın 22-ci bəndində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş və iddianın təmin edilməsi üçün qanuni əsasların mövcudluğu sübuta yetirilmədiyindən iddianın təmin olunmaması barədə işə baxan apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
35. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.12.2021-ci il tarixli, 21(103)-2133/2021 nömrəli qərarı dəyişdiri