Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-733/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (iş № 2-1(102)-733/2024) (Açar sözlər: kassasiyanın mümkün sayılmaması, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(103)-3140/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən onun barəsində verilən xx.xx.2022-ci il tarixli 4/2-104 saylı və xx.xx.2022-ci il tarixli 4/2-4911saylı arxiv arayışlarına əsasən xx.xx.1993cü il tarixindən xx.xx.1994-cü il tarixində elan olunan atəşkəs ə qədər N saylı hərbi hissənin tərkibində Tovuz-Qazax bölgəsində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının əsl cavabdeh olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini və eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Tibb Baş İdarəsi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Hüquq İdarəsini üçüncü ş əxslər qismində məhkəmə icraatına cəlb olunmalarını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim T.R.Məlikov) 2-1(112)-2828/2023 saylı 05 may 2023-cü il tarixli qərardadı ilə vəsatət qismən təmin edilərək, iddia ərizəsində cavabdeh qismində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Tibb Baş İdarəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Hüquq idarəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmasından imtina edilmişdir.
4. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2828/2023 saylı, 05 may 2023-cü il tarixli qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin tam təmin edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(103)-3140/2023 saylı qərardadı (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və İ.S.Şirinov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(111)-2828/2023 saylı, 05 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
6. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Tibb Baş İdarəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Hüquq idarəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi X idmətə Çağırış üzrə Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmasını xahiş etmişdir. İddiaçı şikayətində həmçinin şikayət vermə müddətini ötürdüyünü bildirməklə müddətin bərpa edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə t utulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
9. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
10. İddiaçı kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətdə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadı iddiaçıya rəsmi olaraq 10 oktyabr 2023-cü il tarixdə verilmiş, həmin qərarı aldıqdan dərhal sonra dövlət hesabına vəkil verilməsi üçün məhkəməyə müraciət etmiş, dövlət hesabına vəkil təyin edildikdən dərhal sonra kassasiya şikayəti vermişdir.
11. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadını müvafiq poçt xəbərnaməsinə imza etməklə xx.xx.2023-cü il tarixdə iddiaçı qəbul etmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə dövlət vəsaiti hesabına vəkillə təmin olunma barə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasi ya Məhkəməsi İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi qərara alınmışdır. 29 noyabr 2023-cü il tarixdə vəkillə təmin olunmuş, kassasiya şikayəti isə qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülməklə 05 dekabr 2023-cü il tarixdə verilmişdir.
12. Göründüyü kimi iddiaçı ilkin olaraq kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin barədə ərizə verdiyi zaman artıq şikayət vermə müddətini ötürmüşdür.
13. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqus t 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsind ə qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
14. İddiaçı şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir sübut təqdim etməmişdir.
15. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmiş və müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Belə olan halda, buraxılmış prosessual müddətin bərpa edilməsi qanunun tələbinə ziddir.
16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası b arədə ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 avqust 2023-cü il tarixli, 21(103)-3140/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.