Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-733/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (inzibati orqan barəsində cərimənin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilmə si, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə məhkəmə qərarının məcburi icrası ilə bağlı məcburi icra tədbirlərinin görülməsinə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli, 2-1(103)-3833/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin **********2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, “Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).
2. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 13 may tarixli, 2-1(112)-4135/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, “Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsin ə uyğun olaraq İddiaçı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi yenidən hesablanmış məbləğin birdəfəlik ödənilməsi hissəsində rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın icra edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 21 avqust tarixli, 2-1(112)-4135/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 500 (beş yüz) manat məbləğində cərimə edilmişdi r.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 21(112)-4135/2024 nömrəli iş üzrə, 2024-cü il 13 may tarixli qərarı cavabdeh inzibati orqan tərəfindən əsaslı səbəb olmadan icra edilmədiyinə görə sonuncunun 500 manat məbləğində cərimə olunması məqsədəuyğun hesab edilir.
6. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və C.Yusifov) 2024-cü il 31 oktyabr tarixli, 21(103)-3833/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 21 avqust tarixli, 2-1(112)-4135/2024 nömrəli qərardadı ləğv edilmişdir.
8. Kollegiya qeyd etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən iddiaçının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-16769/2024 saylı, xx.xx.2024cü il tarixli Qərarın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qərardan görünür ki, iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona 1784,26 manat əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4135/2024 nömrəli iş üzrə, xx.xx.2024- cü il tarixli qərarı artıq cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 500 (beş yüz) manat məbləğində cərimə edilməsi əsassızdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi əsassız olaraq Bakı İnzibati Məhkəməsinin qərarının artıq cavabdeh inzibati orqan tərəfindən icra edilməsi əsası ilə məhkəmə qərarını ləğv etmişdir. Halbuki, məhkəmə qərarı sözügedən inzibati məsuliyyət tədbirindən sonra icra edilmişdir. Məhkəmə həmin tənbeh tədbirini tətbiq edən anadək cavabdeh məhkəmə qərarını icra etmək əvəzinə, iddiaçıdan iş yerindən və vergi orqanından əmək fəaliyyətinə dair arayışlar təqdim etməyi tələb etməklə qəsdən hərəkətsiz qalmaqda davam etmiş, dövlətin adından çıxarılmış məhkəmə qərarına açıq hörmətsizlik ifadə etmişdir. b) kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
11. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması iddiaçının fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalının əsasında yenidən hesablanacağından, qeyd edilən sorğunun cavablandırılması xüsusi əhəmiyyət kəsb edir. Cavabdehin məhkəmə tərəfindən qərarın icra edilməməsi əsası ilə cərimə olunması barədə qəbul edilmiş qərardad həm maddi, həm prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş, əsassız olaraq cərimə edilmişdir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya icraatı zamanı sözügedən sorğunun icrasından sonra iddiaçının əmək pensiyası Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2024 -cü il tarixli 3-17-1/3-3-16769/2024 nömrəli qərarı ilə yenidən hesablanmış və məhkəmə qərarı icra edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisəl ərə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərə findən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsində mübahisəyə hüquq normalarının tətbiqində pozuntuya yol verilsə də, həmin pozuntunun məhkəmənin gəldiyi nəticəyə təsir etməyən xarakterdə olduğu nəzərə alınmalı və İnzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinə əsasən qərar dəyişdirilmədən saxlanılmalıdır.
16. Apellyasiya instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən iddiaçının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-16769/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qərardan görünür ki, iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona 1784,26 manat əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4135/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarı artıq cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 500 (beş yüz) manat məbləğində cərimə edilməsi əsassızdır.
17. Kollegiya ilk növbədə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində proses iştirakçısının cərimə olunması və cərimə oldunqudan sonra həmin qərarı icra etməsi, cərimənin ləğv edilməsi üçün əsas deyil. Bu səbəbdəndə Kollegiya apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi əsaslar ilə razılaşmır.
18. Bununla belə aşağıdak ı əsaslara görə Kollegiya apellyasiya instansiya məhkəməsinin cərimə ilə bağlı qərardadın ləğv olunması ilə bağlı gəldiyi yekun nəticəni əsaslı hesab edir.
19. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim əvvəlcə, həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İnzibati Prosessual Məcəllənin 120.1-ci maddəsində icra üçün müəyyənedilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf edilməsi ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdi yi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
20. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2024-cü il 13 may tarixli, 2-1(112)-4135/2024 nömrəli qərarı ilə qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, “Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsinə uyğun olaraq İddiaçı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi yenidən hesablanmış məbləğin birdəfəlik ödənilməsi hissəsində rədd edilmişdir.
21. Sözügedən qərar qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixli məktubla könüllü icra edilməsi üçün cavabdehə göndərilmiş və həmin məktubda 30 gün müddətində qərarın icrasının təmin edilərək məhkəməyə bu barədə məlumat verilməsi, qeyd olunan müddət ərində qərarının icrasının təmin olunmayacağı təqdirdə İPM-nin 120ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə olun acağı barədə cavabdeh xəbərdar edilmişdir. Daha sonra isə iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın icra edilmədiyini, qərarın icra edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Bundan sonra isə məhkəmənin müvafiq qərardadı ilə cavabdeh inzibati orqan cərimə edilmişdir.
22. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan 2024-cü il 29 iyul tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanmasına dair Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2024-cü il 13 may tarixli 21(112)-4135/2024 nömrəli qərarının icrası ilə əlaqədar tərəfimizdən aidiyyəti üzrə sorğu verilmişdir. Sözügedən sorğumuza cavab verildikdən sonra adıçəkilən şəxsə dair məhkəmə qərarının icrası məsələsinə baxılacaqdır.
23. Eyni zamanda birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının pensiya kapitalı ilə bağlı müvafiq sorğular verildiyini, sorğulara cavab gələndən sonra qərarın icrası məsələsinə baxılacağını bildirmişdir.
24. Kollegiya işin faktiki hallarına əsasən qeyd edir ki, inzibati orqan tərəfindən məhkəmə qərarının icrasına yönəlmiş addımlar atdığı aydındır. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasından imtina etməmiş, həmçinin hərəkətsizlik də göstərməmişdir.
25. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə qərarını əsaslı səbəb olmadan icra etmədiyi qənaə tinə gəlsə də, Kollegiyanın qənaətinə görə bu hal hələ proses iştirakçısının cərimə olunmağına əsas vermir. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarının icra edilməsi istiqamətində atdığı addımların yalnış və ya əsassız olması heç də bütün hallarda məhkəmə qərarının icra edilməməsi, yaxud onun qərarın icrasından yayınması kimi qiymətləndirilə bilməz.
26. Kollegiya qeyd edir ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da göstərilmişdir ki, icra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvaf iq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 500 (beş yüz) manat məbləğində cərimə edilməsi əsassızdır və apellyasiya instansiya məhkəməsinin gəldiyi yekun nəticə düzgündür.
28. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli, 2-1(103)-3833/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.