Məhkəmə qərarları › İş №2-1(102)-734/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-734/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-734/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın əmrinin mübahisələndirilməsi; məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(103)-2519/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 24 aprel 2004-cü il tarixdən 12 noyabr 2020-ci il tarixə kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi - əmək müfəttişi vəzifəsində xidmət etmişdir.

2. Cavabdehin 12 noyabr 2020-ci il tarixli, **********1 saylı əmri ilə iddiaçı “əmək funksiyalarının icrasında yol verildiyi nöqsanlara görə” tutduğu vəzifədən azad edilmiş, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 12 noyabr 2020-ci il tarixli, **********1 nömrəli əmrindən ibarət inzibati aktın ləğv edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, iddiaçı 24 aprel 2004-cü ildən 12 noyabr 2020-ci il tarixinə kimi X4 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi - əmək müfəttişi vəzifəsində xidmət etmiş, 12 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin eyni tarixli, **********1 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinin tələbləri əsas götürülməklə guya əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmiş və onunla 26 may 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr qanunsuz və əsassızdır. Belə ki, cavabdeh əmr verilərkən adı çəkilən Qanunun 25.6-cı maddəsinin tələblərini pozmuş və əmək funksiyalarının icrasında guya yol verdiyi nöqsanlara görə AR ƏƏSMN Aparatı Daxili nəzarət və audit şöbəsinin 21 oktyabr 2020-ci il tarixli **********3 nömrəli xidməti məruzəsini əsas götürmüşdür. Xidməti məruzə birtərəfli qaydada, heç bir konkret sübut və əsas olmadan tərtib edilmişdir və onun surəti qanunla müəyyən olunmuş qaydada ona təqdim edilməmişdir. Halbuki, ap rel 2004-cü ildən 12 noyabr 2020-ci il tarixinə kimi X4 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi-əmək müfəttişi vəzifəsində qulluq keçdiyi müddət ərzində barəsində heç bir cəza tədbiri görülməmiş, əksinə hər zaman vəzifə funksiyalarını layiqincə və yüksən səviyyədə yerinə yetirmişdir və rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 5 oktyabr 2020-ci il tarixindən 11 noyabr 2020-ci il tarix də daxil olmaqla növbəti əmək məzuniyyətində olmuş, məzuniyyətdə olduğuna baxmayaraq, 7 oktyabr 2020-ci il tarixdə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə dəvət olunaraq, avqust 2020-ci ildə icraatında olmuş X1 öz anası Arzu Səfərovaya məxsus "xxxx" MMC-də özünün xəbəri olmadan işə qəbul edilməsi barədə şikayət ərizəsinin araşdırıl masının gedişatından narazı qaldığı və bu barədə Nazirliyə şikayət etməsi ona bildirilmiş və ondan izahat tələb olunmuşdur. Bununla bağlı qısa izahatı ilə bildirmişdir ki, şikayətçinin ərizəsinin araşdırılması başa çatmışdır. "xxxx" MMC-nin direktoru Arzu Səfərova barəsində toplanmış sənədləri İdarənin sektor müdiri və rəis müavini ilə müzakirə edərək, onların dərkənarını aldıqdan sonra İXM-nin 192.4 və 192.6-cı maddələri ilə İXH-da protokol tərtib etmişdir. Rəhbərlik tərəfindən Arzu Səfərovanın iştirakı ilə tərtib etdiyi protokola baxılmış, Arzu Səfərova barəsində toplanmış sənədləri İdarənin sektor müdiri və rəis müavini ilə müzakirə edərək, onların dərkənarını aldıqdan sonra İXM-nin 192.4 və 192.6-cı maddələri ilə İXH-da protokol tərtib etmişdir. Rəhbərlik tərəfindən Arzu Səfərovanın iştirakı ilə tərtib etdiyi protokola baxılmış, Arzu Səfərova 1.500 (bir min beş yüz) manat inzibati qaydada cərimə edilmişdir. Bu barədə DƏMX tərəfindən müvafiq dərkənar verilmiş, “işə tikilsin” dərkənarı veriləndən sonra şikayətçiyə hazırladığı cavabı rəhbərlik tərəfindən imzalanaraq göndəriləcəyini bildirmişdir. Əmrdə işdən azad edilməsinin xidməti məruzədə göstərilən əsasları ona təqdim edilməmişdir. Əmr formal mülahizələrə və əsassız ehtimallara əsaslanaraq verilmişdir.

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin 21 oktyabr 2020-ci il tarixli **********3 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədən göründüyü kimi, Azərbayc an Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi-əmək müfəttişi İddiaçı ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq, icra intizamını pozmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin 7 iyul 2021-ci il tarixli, 2-1(112)-2915/2021 nömrəli qərarı ilə (hakim Nəriman Abıyev) iddia rədd edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı dövlət qulluqçusu kimi vətəndaşın müraciətinə qanunla müəyyən edilmiş müddətdə baxmamış, şikayətlə bağlı araşdırma apararkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmiş, bununla da qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsinin tələblərini pozmuşdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(103)-2519/2021 nömrəli qərarı ilə (hakimlər: Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 iyul 2021-ci il tarixli, 2-1(112)-2915/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməs i barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilməli hüquq normaları tətbiq edilməmişdir. İddiaçının işdən azad olunma əmrində xidməti məruzədə göstərilən əsaslar iddiaçıya təqdim olunmamışdır. Əmr formal mülahizələrlə və əsassız ehtimallara araşdırılmamışdır. əsaslanaraq verilmiş, əmrdə qeyd olunan faktlar b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:... 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;... 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;... Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya la zımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:... 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qul luq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: … 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; …

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçi nin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar q əbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını y etərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Məhkəmə kollegiyası cavabdehin əmrinin yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı tutduğu ƏƏSMN yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda - məsləhətçi əmək müfəttişi vəzifəsini icra edərkən, dövlət qulluqçusu kimi “Dövlət qulluğu haqqında” Qanunun tələblərindən irəli gələn öhdəliyini pozması faktı iş materiallarına əsasən müəyyən olunan hallarla təsdiq olunur.

22. İddiaçının tutduğu vəzifəsindən azad olunması barədə əmrin verilməsinə əsas kimi göstərilmiş X4 Xidmətinin xidməti məruzəsində təsbit olunan hallar apellyasiy a instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla təsdiqini tapmışdır. Belə ki, 24 avqust 2020-ci il tarixində vətəndaş G.Məmədzadə şikayət xarakterli ərizə ilə X4 Xidmətinə müraciət edərək "xxxx" MMC-nin direktoru X3 tərəfindən onun qanunsuz olaraq işə götürülməsi ilə bağlı sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmiş və həmin ərizə üzrə araşdırmanın aparılması Xidmətin Bakı şəhər İdarəsinin məsləhətçi əmək müfəttişi İddiaçı tapşırılmışdır. İddiaçı isə, ərizəçinin "xxxx" MMC tərəfindən qanunsuz olaraq işə götürülməsi barədə müraciəti üzrə ondan izahat alsa da, bununla bağlı heç bir araşdırma aparmamış, protokol tərtib etməmiş, vəzifəsinin icrasına etinasız yanaşmışdır.

23. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, sektor müdirinin göstərişindən so nra iddiaçı araşdırmanı davam etdirmiş və 16 sentyabr 2020-ci il tarixdə "xxxx" MMC ilə G.Məmmədzadə arasında əmək müqaviləsinə xitam verilməsində və son haqq-hesabın verilməsində qanun pozuntusuna yol verilməsi əsası ilə S.A.B” MMC-nin direktoru A.Səfərova tərəfindən İXM-in 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ******* nömrəli protokol tərtib olunmuşdur. Halbuki, G.Məmmədzadə ərizəsində S.A.B” MMC tərəfindən onun qanunsuz olaraq işə götürülməsindən şikayətlənir, bununla bağlı MMC barəsində qanuni tədbir görülməsini xahiş edirdi. İddiaçının tərtib etdiyi həmin protokol əsasında da məhz idarə tərəfindən 25 sentyabr 2020-ci il tarixində ******* saylı inzibati xəta haqqında qərar qəbul olunaraq İXM-in 192.6-cı maddəsi ilə həmin MMC-nin direktoru X 3 1500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Lakin işə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2167/2020 saylı 22 oktyabr 2020-ci il tarixli qərarı ilə də bu hal müəyyən olunaraq qeyd edilmişdir ki, G.Məmmədzadənin Xidmətə ünvanlanmış 21 avqust 2020-ci il tarixli ərizəsində "xxxx" MMC qanunsuz işə götürülməsi ilə bağlı barəsində qanuni tədbirlər görülməsini xahiş etməsinə baxmayaraq, həmin MMC-nin rəhbəri X3 barəsində araşdırma apararaq, İXM-in 192.6-cı maddəsi ilə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi əsası ilə) 1.500 manat məbləğində cərimə edilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçı tərəfindən tərtib olunmuş protokola əsasən idarənin qəbul etdiyi inzibati xəta haqqında qərarı ləğv edilmiş və iş ba xılması üçün X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir.

24. X4 Xidmətinin cavabdeh nazirliyə ünvanladığı 23 noyabr 2020-ci il tarixli xidməti məruzədən görünür ki, “...Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan araşdırma zamanı - A.Səfərovanın və G.Məmmədzadənin izahatlarına əsasən sonuncunun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işləri yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə bağlı inzibati xəta faktının mövcudluğu təsdiq olunsa da, son nəticədə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən İXM-in 38-ci maddəsinin tələbləri qaydasında inzibati xəta haqqında iş üzrə icraata başlamaq mümkün olmamışdır.

25. İddiaçının işlədiyi sektorun məsləhətçi-əmək müfəttişinin qulluq funksiyalarına görə, məsləhətçi-əmək müfəttişi: əmək qanunvericiliyinin pozulmasın da təqsirkar şəxslərin yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını işəgötürənlərdən tələb etmək, İXM-lə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək üçün təkliflər vermək; inzibati xətaya yol vermiş şəxslər barədə həmin Məcəllə ilə müəyyən olunmuş hallarda və qaydada protokol tərtib etmək və s. onun qulluq vəzifələridir. İddiaçı həmin vəzifə funksiyalarından irəli gələn dövlət qulluğu vəzifələrini icra edərkən X4 Xidmətinin nüfuzuna xələl gətirən kobud pozuntulara yol vermişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 23 dekabr 2021-ci il tarixli, 2-1(103)-2519/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar