Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-734/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-ci il tarixli, 2-1(103)-3465/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 161 №-li Hərbi Hissənin xx.xx.2020-ci il tarixli 1607 №-li “Travma haqqında Arayışı”na əsasən N №-li hərbi hissənin giziri İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması. Qapalı kəllə Beyin travması, baş beyin silkələnməsi” xəsarətini almışdır. 2. 08 fevral 2023-cü il tarixli “Xəstəlik haqqında” 1027 №-li Şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən iddiaçının aldığı xəsarət Di aqnoz: “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Anamnezində suiqəsd cəhdləri ilə. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Keçmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin (xx.xx.2020) sonrakı vegetativ damar davamsızlığı ilə olan nəticəsi”. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Diaqnoz: “Dəqiqləşdirilməmiş hiperal dosteronizm, böyrəküstü vəzinin funksiyasının mühüm dərəcədə pozulması ilə. İİ (ikincili) simptomatik hipertenziya. Hər iki gözün sadfə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,7-yə qədər azalması, korreksiya ilə 1,0 olmaq la.” “Xəstəlikdir, Hərbi Xidmət dövründə Alınmışdır”. Diaqnoz: “L4 fəqərə cisminin kiçik ölçülü hemangioması”. “Ümumi xəstəlikdir”.
3. İddiaçıya xx.xx.2023-cü il tarixdən müddətsiz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Anamnezində sui-qəsd cəhdləri ilə. Dəqiqləşdirilməmiş hiperaldosternizm. Böyrəküstü vəzinin funksiyasının mühüm dərəcədə pozulması. Əsasən böyrəklərin zədələnməsi ilə müşayiət olunan hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hiperaldosteronizmin ağırlaşması” diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonrada n iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona üçüncü dərəcəli əlillik təyin etməsi barədə 22 may 2023-cü il tarixli qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2015-ci il tarixdən gizir rütbəsində Silahlı Qüvvələrdə xidmətdə olmuş, bundan öncə müddətdən artıq hərbi qulluqçu kimi Ordu Sıralarında xidmət etmişdir. 2022-ci ilin yanvar ayından “dəqiqləşdirilməmiş hiperal dosteronizm, böyrəküstü vəzinin funksiyasının mühüm dərəcədə pozulması 2-ci dərəcəli simptomatik hipertenziya. Hər iki gö zün sadə miopikastiqmatizm Em və M 0.75 D nəticəsində görmə itiliyinin 0.7-ə qədər azalması korreksiya ilə 1.0 olmaqla” diaqnozu ilə “Sülh və müharibə dövründə hərbi xidmətə yararsız olmağı ilə bağlı hərbi həkim komissiyasının rəyi ilə Ordu Sıralarından tərxis olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ağır döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralandıqdan sonra qapalı kəllə beyin travması aldığı üçün hospitala təxliyyə olunmuşdur. Təxminən 8-9 ay Silahlı Qüvvələrin Baş Kliniki hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Onun tibbi sənədlərinə əsasən Ağcabədi rayon xəstəxanası forma - 88 tərtib olunaraq TSERAS – göndərib. TSEK - üç dəfə müxtəlif səbəblər göstərərək imtina cavabı ver ib. O, yenidən müayinə və müalicədə olmuşdur. Dəfələrlə Respublika psixiatrik Xəstəxanada stasionar müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə TSEK son olaraq ona “3-cü qrup ümumi əlillik” verib. Əlillik təyin edilən zaman “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” sözlərini nəzərə almamışdır. Halbuki əlillik təyin edilən zaman həm müharibə dövründə partlayışlar nəticəsində, həm də xidməti dövründə aldığı xəsarətlər və xəstəliklər nəzərə alınaraq ümumi əlillik verilib. Ümumi əlillik verilən zaman qeyd edilən “Üzvi (ikinci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Anamnezində suiqəsd cəhdləri” ilə diaqnozunu ümumi əlillik verilən zaman nəzərə alsa da, həmin diaqnozu Azərbaycan Respublikasının müdafiəsi za manı almağını nəzərə almamışdır. O, hal-hazırda “Üzvi (ikinci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Anamnezində sui-qəsd cəhdləri ilə diaqnozundan xüsusi ilə əziyyət çəkir. Mütəmadi olaraq özündən getmələr baş verir. Psixoloji vəziyyət yerində deyil. Dəfələrlə intihara cəhd etmişdir. O, Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad edilməsi”, “Xocavəndin azad olunması” və “100 illik yubiley” medalları ilə təltif edilmişdir. Bunlara baxmayaraq cavabdeh orqan əsassız imtinalar verməklə süründürməçiliyə yol verir.
6. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əl illik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in xx.xx.2023-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Gözdən əlilliyi olan şəxs; Diaqnozun mətni: Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Digər endokrin vəzilərin pozuntuları => Hiperaldosteronizm => Birincili (Konn sindromu) və ikincili hiperaldosteronizm, orta ağır, hipertonik krizlərlə, müalicənin qeyri-effektivliyi (residiv) zaman; Meyar: OFT 40 faiz olmaqla müddətsiz əlillik dərəcəsi verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yenilənmiş xx.xx.2023-cü il tarixli 1027 nömr əli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Anamnezində suiqəsd cəhdləri ilə. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin (xx.xx.2020) sonrakı vegetativ damar davamsızlığı ilə olan nəticəsi.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Dəqiqləşdirilməmiş hiperal dosteronizm, böyrəküstü vəzinin funksiyasının mühüm dərəcədə pozulması ilə. İİ (ikincili) simptomatik hipertenziya. Hər iki gözün sadə miopik astiqm atizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,7-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla.” Diaqnozu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “L4 fəqərə cisminin kiçik ölçülü hemangioması.” Diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, anamnezində sui-qəsd cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. xx.xx.2023-(23:50 )- xx.xx.2023 (12:00) tarixli X2 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Kəskin p/o dərman zəhərlənməsi orta-ağır dərəcə. (Depakin)” kimi müəyyənləşdirilmiş, lakin şəxsin stasionar şəraitində qısa müddət ərzində olması zəhərlənmənin nümayişkar xarakter daşımasına dəlalət etmişdir. Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 2690004ABDZJ nömrəli Ambulator kitabçadan Çıxarışında diaqnoz “Dəqiqləşdirilməmiş hiperaldosteronizm” kimi müəyyənləşdirilmişdir. “General Hospital” xx.xx.2023-cü il tarixli baş beyin KT müayinəsində izlənən cüzi dəyişikliklər qeyd olunmuş psixiatrik diaqnozun ağırlıq dərəcəsi ilə uyğunsuzluq təşkil etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, ümumi halsızlıqdan, ürəkdöyünmədən, arterial təzyiqin yüksəlməsind ən, əsəbilikdən, görmənin zəifləməsindən, qulaqlarındakı küydən, zəif eşitmədən, qıcıqlı olmasından, yuxu pozulmasından, tez özündən çıxmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Nevrasteniya, nümayişkar davranış.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə xx.xx.2022-ci il tarixli Hərbi xidmətlə əlaqədar müddətsiz OFP 40 % əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik AR ərazi bütövlüyü ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir.
7. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(112)-11456/2023 nömrəli qərarı ilə (hakim: B.Cəla lov) iddia tələbi təmin edilərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarında İddiaçı təyin edilmiş üçüncü qrup əlilliyin səbəbi dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır. Bununla yanaşı, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının m übahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-ci il tarixli, 2-1(103)-3465/2023 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə – sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmi ş, birinci instansiya məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan hərbi travmaya səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir.
12. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Re abilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2, 1.4, 2.1, 2.2, 2.3, 3.7-ci bəndlərinə istinad etmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti iddiaya dair etirazın və apellyasiya şikayətini dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini bar ədə tam səlahiyyətli qurumdur. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun: Maddə
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17. “Əlilliyi olan şəxslərin hüquq ları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi ol an şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə b ilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1. 5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır....
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər K abinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır....
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzib ati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir:... 2.1.4. Hərbi xidmət dövrü ilə əla qədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir);... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəx slərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir....
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadını n təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apelly asiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağı dakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı işin hallarına görə, iddiaçıya xx.xx.2023-cü il tarixə “ümumi xəstəlik” səbəbi ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin səbəbinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə cavab verilməmişdir.
29. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində qeyd olunan Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəs i haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
30. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə üç növ diaqnoz ilə xəstəlik müəyyən edilmişdir: 1-ci diaqnoz: “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Anamnezində suiqəsd cəhdləri ilə. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Keçmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin (xx.xx.2020) sonrakı vegetativ damar davamsızlığı ilə olan nəticəsi”. Qeyd edilən diaqnozun səbəbi kimi – hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması göstərilmişdir; 2-ci diaqnoz - “Dəqiqləşdirilməmiş hiperal dosteronizm, böyrəküstü vəzinin funksiyasının mühüm dərəcədə pozulması ilə. İİ (ikincili) simptomatik hipertenziya. Hər iki gözün sadfə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,7-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Qeyd edilən diaqnozun səbəbi kimi – hərbi xidmət dövrü alınması göstərilmişdir 3-cü diaqnoz isə - L4 fəqərə cisminin kiçik ölçülü hemangioması. Bu diaqnoza səbəb isə ümumi xəstəlik olması göstərilmişdir.
31. Göründüyü kimi, iddiaçının 1-ci di aqnozunda qeyd olunan xəstəliklərin səbəbi kimi hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması göstərilmişdir. Lakin cavabdeh iddiaçıya əlillik təyin edərkən 2-ci diaqnozu əsas götürmüş və digər diaqnozun əlilliyə əsas vermədiyini qeyd etmişdir.
32. Bununla bağlı qeyd edilməlidir ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair Çıxarışdan müəyyən edilir ki, iddiaçıya əlillik təyin edilərkən 1-ci diaqnozda göstərilən xəstəliklər həmin çıxarışda əksini tapmışdır.
33. Həmçinin qeyd edilməlidir ki, iddiaçı barəsində tibb müəssisələri tərəfindən bir neçə dəfə xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-ci tarixli göndərişlər göndərilmiş, göndərişlərin natamam doldudurulması və əlavə müayinəyə ehtiyacının olması səbəbindən iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişlərdə də, iddiaçıda 1-ci diaqnozda qeyd edilən xəstəliklər əks olunmuşdur.
34. İddiaçıya əlillik təyin edilməsinə əsas olmuş sonuncu göndərişdə (xx.xx.2023-cü il tarixli) diaqnozun mətni qrafasında üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, Anamnezində, suiqəsd cəhdləri... diaqnozu əks olunmuşdur.
35. Belə olan halda, apellyasiya məhkəməsini haqlı olaraq qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan hərbi travmaya səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir.
36. Cavabdeh kassasiya şikayətinin dəlil lərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
37. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 16-20(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-ci il tarixli, 21(103)-3465/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.