Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-735/2020 14.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar söz: torpaq sahəsinə çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2479/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağ sahəsinin ünvanında uyğunsuzluq aradan qaldırılmaqla ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Ünvan1 “X1” NQÇİ rəhbərliyi tərəfindən xx.xx.1985-ci il tarixində bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 250 üzvdən i barət siyahısı təsdiq olunmuş, xx.xx.1987-ci ildə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ümumi yığıncağı tərəfindən rayon rəhbərliyi qarşısında bağçılıq təsərrüfatına torpaq sahəsi ayrılmasına dair vəsatət qaldırılması barədə qərar qəbul edilmiş, Bakı Şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 10/396 nömrəli qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz-layihəsinə əsasən Ünvan1 “X1” NQÇİ-yə “X2” İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır. “X1” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx.xx.1994-cü il tarixli qərarı ilə 1200 kv.m. torpaq sahəsi olan bloq **** saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamand a xx.xx.1994-cü il tarixində “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası ona təqdim edilmiş və həmin müddətdən sonra bağ sahəsindən istifadə etmişdir. Bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən qanunsuz olaraq imtina edilmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-835/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının Ünvan2 bağ sahəsinə onunla bağlı nömrə uyğunsuzluğu aradan qaldırılmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və həmin sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçın ın adına verilmiş “üzvlük kitabçası” və bağçılıq yoldaşlığın xx.xx.1994-cü il tarixli protokoldan çıxarış onlardakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-835/2019 saylı, xx.xx.2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-2524/2018 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs kimi zəruri cəlb etmə qaydasında işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-44/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-835/2019 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir Məhkəmə hesab etmişdir ki, mübahisəli bağ sahəsi xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən “X1 Limited” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən, həmin bağ sahəsinə iddiaçının hüququnun qeydə alınmasından imtina qanuna zidd deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-44/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-1723/2019 nömrəli qərarına əsasən, iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-44/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin ayrılması müvafiq xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin səlahiyyətinə aid olmaqla, bu barədə qərar qəbul edildikdən sonra, həmin torpaq sahəsinin yerində hüdudları müəyyən edilməli, yəni digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılmalıdır. Bu qayda həmçinin müəssisələrə kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələrinin ayrılmasına münasibətdə də tətbiq olunmalıdır. Qanunvericiliyin təl əblərinə müvafiq olaraq Bakı Şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli, 10/396 saylı qərarı ilə Ünvan1 “X1” NQÇİ-yə “X2” İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır, yəni 1987ci ilə münasibətdə hazırda inzibati akt kimi qiymətləndirilən torpaq sahəsinin ayrılması barədə qərar qəbul olunmuşdur ki, onun da Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunu ilə ləğv edilməsi nəticəsi yaranmır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2479/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)835/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərə k iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmişdir. Belə olan halda cavabdeh mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyinə istinad edərək müraciəti təmin etməməkdə haqlı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2479/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi təqdim etdiyi etirazda bağçılıq və yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısında iddiaçının adının olmadığını qeyd etmiş, adı çəkilən siyahını məhkəməyə sübut kimi təqdim etməmiş, cavabdehin qeyd etdiklərinə əsasən siyahı təkrar apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş, lakin iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən siyahının hansı bloqda yerləşən torpaq sahəsinə aid olması müəyyənləşdirilməmişdir. “X1 Limited” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 0025 saylı məktubunda iddiaçının 25 ildir istifadəsində olan torpaq Bloq **** saylı bağ sahəsinin 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşməsini bildirmişdir. Lakin, iddiaçının istifadəsində olan torpaq sahəsi və digər rəsmi qeydiyyata alınmış torpaq sahələri istehsalatın olmamasına baxmayaraq, hasilatın pay bölgüsü haqqında sazişdə qeyd edilən koordinatlara düşür. Kass ator qeyd etmişdir ki, məhkəmə iddiaçı ilə eyni vəziyyətdə olan vətəndaşların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını yoxlamalı və işin müəyyən olunmuş hallarına “qanunçuluq və bərabərlik” prinsiplərinin tələbləri baxımından qiymət verməlidir. Kassator, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 2.1, 8.0.7-ci, İnzibati Prosessual Məcəllənin 2.2.2, 31.1, 33.1, 33.2, 73.1, 96.5-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2479/2019 nömrəli qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəflərin iştirakı olmadan yazılı mə hkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiy a şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2479/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, Ünvan1 “X1” NQÇİ rəhbərliyi tərəfindən xx.xx.1985-ci il tarixində bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 250 üzvdən ibarət siyahısı təsdiq olunmuş, xx.xx.1987-ci ildə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ümumi yığıncağı tərəfindən rayon rəhbərliyi qarşısında bağçılıq təsərrüfatına torpaq sahəsi ayrılmasına dair vəsatət qaldırılması barədə qərar qəbul ed ilmiş, Bakı Şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 10/396 nömrəli qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskizlayihəsinə əsasən Ünvan1 “X1” NQÇİ-yə “X2” İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmış, “X1” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx.xx.1994-cü il tarixli, saylı qərarı ilə 1200 kv.m. torpaq sahəsi olan bloq “A” 50 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda xx.xx.1994-cü il tarixində “X3” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası ona təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, baş qasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq vətəndaşa verilmiş üvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İddiaçı “X1” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifa qı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx.xx.1994-cü il tarixli, 01 saylı qərarını və xx.xx.1994-cü il tarixli “X3” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. İşə kassasiya qaydasında baxılarkən məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qərarını ləğv etmiş, məcburi göstərişlər müəyyənləşdirərək işi təkrar baxılması üçün apellyasiya instansiysı məhkəməsinə göndərmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 21(102)-1723/2019 nömrəli qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdeh tərəfindən b ildirilmiş digər əsaslar üzrə araşdırma aparılmaqla tələbə qiymət verilməlidir” Lakin, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Kollegiyasının bu göstərişlərini yerinə yetirməmiş, bunula da İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla yanaşı, kassatorun “qanunçuluq və bərabərlik” prinsipləri ilə bağlı dəlili ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin göstərilən dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə eyni vəziyyətdə olan yüzlərlə şəxsə artıq mülkiyyət hüquqları d aşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verildiyinə dair iddiaçının bildirdiklərini də yoxlamalı və işin müəyyən olunmuş hallarına qanunçuluq və bərabərlik prinsiplərinin tələbləri baxımından qiymət verməlidır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1295/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı). Bundan başqa, İnzibati-Prosessual Məcəllənin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştira kçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdeh tərəfindən bildirilmiş digər əsaslar üzrə araşdırma aparılmaqla tələbə qiymət verilməlidir Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, kassasiya şikayəti birinci instansiya məhkəməsini qərarının qüvvədə saxlanılması tələbinə aid hissədə təmin oluna bilm əz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2479/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-735/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-735/2020
14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver