Məhkəmə qərarları › İş №2-1(102)-735/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-735/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-735/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvvəlki qanunla təyin edilmiş pensiyanın 2004-2005-ci illərin orta aylıq əməkhaqqına əsasən yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdaf iə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(103)-1090/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə müraciət edərək 2008-ci il 01 yanvar tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında, yəni son 24 (2004-2005-ci illər) a yın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, 2008-ci il 01 yanvar tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

2. Şöbə 2019-cu il 29 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı 2009-cu il 20 may tarixdə işdən azad olunduqdan sonra pensiyanın məbləği 27.94 manat artırılaraq 228.89 manata çatdırılmışdır. Pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 04 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2008-ci il 01 yanvar tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas ı Qanununun tələbləri əsasında son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, 2008-ci il 01 yanvar tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ağır dəniz şəraitində işlədiyi üçün ona 17.02.1994-cü ildə 50 yaşından güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin o 20.05.2009-cu il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdən azad olunduqdan sonra cavabdeh orqana müraciət edərək əmək pensiyasının 01.01.2008ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu nun tələbləri əsasında yəni, son 24 (iyirmi dörd) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi üçün müraciət etmiş, ərizəsi təmin edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 31 iyul tarixli, 21(82)2719/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının 2008-ci il 01 yanvar tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında, yəni son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, 2008-ci il 01 yanvar tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulması qərara alınmışdır

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda göstərilən elektrik montyoru 1020100a— 1753q təmirçi çilingərlər, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə uyğun gəlir. İddiaçının 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmişdir. Lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə, həmçinin iddianın pensiya məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən hesablanaraq, birdəfəlik ödənilməsi hissəsinə də qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə də əsaslıdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2457/2019 saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 07 noyabr tarixli, 2-1(103)-2457/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 31 iyul tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2011-ci il 21 noyabr tarixdə qəbul edilmiş 2017-ci il 11 dekabr tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları” ilə Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyalarının yenidən hesablanması qaydası müəyyən edilmiş və nəzərdə tutulmuşdur ki, bu zaman 2006-cı il yanvarın 1-dək pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesab lanmaqla) sığorta hissəsi müəyyən edilməklə, 2006-cı il 01 yanvar tarixdən sonra isə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanır. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyasının əmək fəaliyyətinə xitam verildiyi tarixdən sonra pensiyaçının seçimi ilə istənilən dövrün orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması qaydası qanunda nəzərdə tutulmamışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevr al tarixli, 2-1(102)-550/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 07 noyabr tarixli, 2-1(103)-2457/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan məhkəmə ilk növbədə iddiaçıya iddia tələbini dəqiqləşdirməkdə yardım etməli idi. Belə ki, iddiaçının 2009-cu il 20 may tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu halda, son 24 ayın orta aylıq əmək haqqı kimi 2004-2005-ci illəri göstərməsi aydın deyildir. Cavabdehin məktubunda iddiaçıya pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablandığı qeyd edilmişdir. Lakin həmin məktubdan aydın olmamışdır ki, son iki ilin əmək haqqı dedikdə hansı dövrlər nəzərdə tutulur. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının pensiya işini tələb etməli, iddiaçıya pensiya hesablanan zaman hansı illərin əmək haqqının nəzərə alındığını müəyyən etməli və iddianın mümkünlük şərtlərinə qiymət verməli (cavabdehin imtinasının olub-olmaması ilə bağlı) və daha sonra mahiyyəti üzrə işə baxmalı idi.

14. Pensiyanın yenidən hesablanması ilə bağlı iddia tələbləri ilə əlaqədar işlərə məhkəmələr tərəfindən baxılarkən nəzərə alınmalıdır ki, şəxslərə pensiya təyin edildikdən sonra pensiya qanunvericiliyinə müəyyən dəyişiklər edilə bilər. Bu dəyişikliklər pensiyaya çıxmış şəxslərin vəziyyətini yüngülləşdirirsə, bu zaman pensiya təyin edən orqan həmin şəxslərin pensiyasını yenidən hesablamalıdır. ç apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(103)-1090/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 31 iyul tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsini (01 yanvar 2008-ci ildən 01 yanvar 2010-cu ilədək qüvvədə olmuş redaksiyada) düzgün şərh etməmişdir. Belə ki, maddədə məhdudiyyət tətbiq edilmiş əmək haqqının tam məbləğinin diqqətə alınmalı olduğu öz əksini tapıb. Əks halda, qanun, “həmin əmək haqqı” ifadəsinə yer verməzdi.

19. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 37.7 və 32.1-1-ci maddələrinin tələblərini nəzərə almamışdır. Qanunun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edi lir. Göründüyü kimi, bu halda belə, iddia yalnız müraciət tarixindən geriyə 3 il üçün təmin edilə bilərdi. Məhkəmə isə, 12 il əvvələ aid dövr üçün pensiyanın ödənilməsini qərara almışdır. Halbuki Ali Məhkəmənin İnzibati kollegiyasının 2020-ci il 08 oktyabr tarixli, 03/2020 saylı qərardadının 1-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə qərarı birdəfəlik ödənilmə hissəsində də Qanunun 32.1-1-ci maddəsin in 2-ci cümləsinə birbaşa ziddir. Həmin cümləyə əsasən, “Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir”. b. məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

21. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessua l Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

22. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sü butlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixli, 2-1(102)-550/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 07 noyabr tarixli, 2-1(103)-2457/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiy a Məhkəməsinə göndərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin səbəbləri kimi qeyd olunmuşdur ki, cavabdehin imtina məktubunda iddiaçıya pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablandığı göstərilmişdir. Lakin həmin məktubdan aydın olmamışdır ki, son iki ilin əmək haqqı dedikdə hansı dövrlər nəzərdə tutulur. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının pensiya işini tələb etməli, iddiaçıya pensiya hesablanan zaman hansı illərin əmək haqqının nəzərə alındığını müəyyən etməli idi. Pensiyanın yenidən hesablanması ilə bağlı iddia tələbləri ilə əlaqədar işlərə məhkəmələr tərəfindən baxılarkən nəzərə alınmalıdır ki, şəxslərə pensiya təyin edildikdən sonra pensiya qanunvericiliyinə müəyyən dəyişiklər edilə bilər. Bu dəyişik liklər pensiyaya çıxmış şəxslərin vəziyyətini yüngülləşdirirsə, bu zaman pensiya təyin edən orqan həmin şəxslərin pensiyasını yenidən hesablanmalıdır.

28. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində təkrar icraat zamanı iddiaçının pensiya işi (inzibati icraat materialları) məhkəmə tərəfindən araşdırılmayıb.

29. İddiaçıya əvvəlki qanunla əmək pensiyasının təyin edildiyi nəzərə alındıqda, hazırkı halda, ona yenidən əmək pensiyasının təyin edilməsi deyil, təyin edilmiş əmək pensiyasının yeni qanuna görə yenidən hesablaması, bu hesablamanın qanuna uyğun aparılıb-aparılmadığı araşdırmanın predmeti ola bilər.

30. İddiaçı da öz tələbində 2008-ci il 1 yanvar tarixdə qüvvədə olan qanuna istinadla əmək pensiyasının 2008-ci il 1 yanvar tarixdən yenidən hesablanmasını tələb edir.

31. B eləliklə, iddiaçıya 2006-cı il 1 yanvar tarixdən əvvəl əmək pensiyası təyin edildiyindən, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı məzmunda irəli sürdüyü tələbin əsaslarını “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsində və həmin maddənin “Qeyd”ində təsbit olunanlar nəzərə alınmaqla yoxlamalı idi. Həmin normaya görə: 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.

32. Normanın məzmunundan da göründüyü kimi, qanunun həmin məzmunda tələbi o şəxslərə münasibətdə tətbiq olunur ki, onların əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmışdır.

33. Normanın tələbi nəzərə alınmaqla, məhkəmə iddiaçının pensiya işinin materiallarını tədqiq etməli, iddiaçıya əmək pensiyası təyin edilərkən (hesablanarkən) onun orta aylıq əməkhaqqına məhdudiyyətin tətbiq olunub-olunmadığını, əgər məhdudiyyət tətbiq olunmuşdursa - “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinin tələ blərinə əsasən, məhz məhdudiyyət tətbiq edilmiş həmin əməkhaqqının tam məbləği əsas götürülməklə əmək pensiyasının yenidən hesablanıb-hesablanmadığını, bu hesablamanın qanuna uyğun aparılıb-aparılmadığını yoxlamalı idi.

34. Bundan başqa, məhkəmə iddiaçının əmək pensiyasının məhz 2004-2005-ci illərin orta aylıq əməkhaqqına görə hesablanmalı olduğuna dair tələbinin təmin olunmasının hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinə o halda istinad edə bilərdi ki, iddiaçıya əmək pensiyası əvvəlki Qanunla məhz 2004-2005-ci illərin orta aylıq əməkhaqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış olsun. Belə bir hal hazırkı işdə müəyyən edilməyib.

35. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələbləri apellyas iya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərinin nəzərə alınmadığına dair şikayətin dəlilləri də əsaslıdır. Belə ki, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi v ə ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

37. Həmin normaların tətbiqi isə əmək pensiyasının iddia olunan məzmunda yenidən hesablanması tələbinin təmin olunduğu halda mümkündür.

38. Yuxarıda qeyd edilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd ed ilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(103)-1090/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar