Məhkəmə qərarları › İş №2-1(102)-735/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-735/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-735/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlillik müddəti başa çatmış və əlilliyi təkrar müəyyən edilmiş şəxsə pensiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)2640/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2012-ci il tarixdən İİ qrup əlillik təyin edilmişdir.

2. Sonuncu dəfə Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli müayinə aktına əsasən İddiaçı ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə İİ dərəcəli əlillik təyin olunmuş, növbəti müayinə tarixi isə xx.xx.2021-ci il təyin edilmişdir.

3. İddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.

4. İddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcəli əli llik təyin olunmuşdur.

5. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə üçün ödənilməmiş pensiyanın bərpa edilməsini xahiş etmişdir.

6. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-cii l tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq onun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2750003AAGH6 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik gözdən əlilliyi olan şəxs” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmi şdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.31-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Onun axırıncı qüvvədə olan əlillik vəziyyəti xx.xx.2021-ci ildə bitib. Növbəti əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə təyin olunmuşdur. Yeni təyinat tarixi ilə əlilliyin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı xx.xx.2022-ci il tarixdə Dövl ət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci il tarixindən etibarən müddətsiz İİ qrup gözdən əlildir. Bir gözündəki görmə 0,03-dür. Onun sonuncu əlillik müddəti xx.xx.2021-ci il tarixində bitib.

9. Bu ona müəyyən olunduqdan sonra noyabr ayında o, X3 adına Milli Oftalmologiya Mərkəzinə müayinə üçün müraciət etmişdir. 10. xx.xx.2022-ci il tarixində ona tibbi rəy verilmişdir. Ona bildirilmişdir ki, bu məlumatlarını sistemə yerləşdirmək və pensiyasını bərpa etmək üçün qeydiyyatda olduğu 16 saylı Poliklinikaya müraciət etsin.

11. Oraya müraciət edəndən sonra sənədlərini qəbul etmişlər. iddiaçı onlardan nəticəsi barədə məlumat alan zaman bir neçə dəfə ona bildirmişlər ki, sistem işləmir. İddiaçı orada 6 ay ərzində məlumatlarının sistemə daxil edilməli olduğunu bildirmiş, çünki həmin ayların pensiyasının ala bilməmişdir. Orada isə ona bildirilmişdir ki, bu sistemin səhvi olduğuna görə nəzərə alınır. Sonda onun məlumatlarını xx.xx.2022-ci il tarixində sistemə yerləşdirmişlər, lakin bu zaman da onun görməsini 0,03 (yüzdə üç) yerinə 0,3 (onda üç) kimi yazmışlar. Rəqəmlə olan hissəsində səhv yazmışlar, sözlə isə düz yazılmışdır.

12. Buna görə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi imtina yazmış və səhvin düzəldilməsini bildirmişdir. Ona görə də, ikinci dəfə onun məlumatları sis temə daxil edilmişdir. Lakin, bu dəfə də, səhv daxil edilmişdir. Buna görə yenidən imtina olunmuş və onun adı ümumiyyətlə sistemdən çıxarılmışdır.

13. Nəticədə o, yenidən müayinə olunmuş və sənədlər hazırlamışdır. Yekunda onun əlilliyi xx.xx.2022-ci il tarixində təyin edilmişdir. O, ortada ala bilmədiyi 7 ay yarımın pensiyası üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin onlar xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina etmişlər. İmtina səbəbi kimi təkrar əlilliyin müəyyən edilməsi zamanı 6 ay müddətin keçməsini göstərmişlər. O, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir, ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, o, 2022-ci ilin yanvar ayında Tibbi Rəy ilə müraciət etmişdir, lakin poliklinikaya yönləndirilmiş dir. Onun əlilliyi onsuz da, müddətsizdir. Sadəcə müayinə məlumatlarını səhv yerləşdirdiklərinə görə o, pensiyasından məhrum olur.

14. Sonradan iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazları:

15. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi ona 2012-ci il tarixdən İİ qrup gözdən əlillik dərəcəsi müəyyən edildiyini, sonuncu əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyini qeyd etmişdir. Belə ki, təkrar müayinədən sonra iddiaçını n əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. İddiaçı ödənilməyən 7 ay yarımın ödənişinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqanın imtina məktubuna əsasən iddiaçının pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilsə də, müraciət etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdik də ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bildirirlər ki, yuxarıda qeyd olunan dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə minmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şə xsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əmə liyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir.

17. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Araşdırma məlumatına əsasən bildirirlər ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi iddiaçının əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdə dayandırılıb. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” Alt sistemi vasitəsi ilə həyata keçirilir. İddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixdən yeni İİİ dərəcə ə lillik müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçının pensiya ödənişi xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. İddiaçının müraciət etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlardan aydın olduğu kimi, iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2424/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2012-ci il tarixdən etibarən ikinci dərəcəli gözdən əlildir. Ona təyin edilmiş əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı 16 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə X3 adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicədə olmuş, sonuncu tərəfindən onun barəsində xx.xx.2021-ci il tarixdə tibbi rəy verilmişdir. Həmin tibbi rəy əsasında 16 nömrəli Şəhər Poliklinikası tərəfindən 0085003AAEE6 nömrəli, xx.xx.2022-ci il tarixli göndəriş tərtib olunmuş, həmin göndəriş əsasında onun əlillik vəziyyəti tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək gö ndərişin natamam doldurulması, əsas diaqnozun səthi və keyfiyyətsiz qeyd olunması, gözün görməsinin dəqiqləşdirilməsi səbəbindən imtina edilmişdir. Bundan sonra 16 nömrəli Şəhər Poliklinikası tərəfindən yenidən göndəriş tərtib olunaraq tibbi sosial ekspert komissiyasına yenidən təqdim olunmuş cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi qiymətləndirilərək ona xx.xx.2022-ci il tarixdən 3cü dərəcə, müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur.

20. İddiaçının əvvəlki 2-ci dərəcə əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra müvafiq olaraq xx.xx.2022-ci il tarixdə müalicə aldığı müəssisə tərəfindən onun barəsində tibbi rəy verilməsinə baxmayaraq, 16 nömrəli Şəhər Poliklinikası tərəfindən onun barəsində göndəriş xx.xx.2022-ci il tarixdə verilmiş, həmin göndəriş də, sonuncu tərə findən natamam doldurulmuş, əsas diaqnoz səthi və keyfiyyətsiz qeyd olunmuş, gözün görməsi dəqiqləşdirilməli olmuşdur. Həmin çatışmazlıqlar 16 nömrəli Şəhər Poliklinikası tərəfindən aradan qaldırılaraq, yenidən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli göndəriş tərtib olunaraq tibbi sosial ekspert komissiyasına təqdim edilmiş, sonuncu tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilmişdir. İddiaçıya müddətsiz əlillik dərəcəsi təyin edilmişdir.

21. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı yenidən müddətsiz əlillik dərəcəsi almaq hüququna malik olan şəxs hesab edildiyi halda, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində göndərişin vaxtında və düzgün doldurulmaması iddiaçının təqsiri hesab edilə bilməz və bu hal onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.

22. C avabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2640/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2424/2023 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya sonuncu dəfə təyin edilmiş əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, lakin həmin anda onun müayinəsi ilə bağlı müvafiq tibbi sənədlərin mövcudluğu müəyyən olunmamış, 16 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2021-ci il tarix də yalnız Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədə və müalicədə olmuş və həmin Mərkəz tərəfindən tibbi rəy əsasında həmin Poliklinika tərəfindən 0085003AAEE6 nömrəli, xx.xx.2022-ci il tarixli 088 forma göndəriş tərtib olunaraq elektron informasiya sisteminə yerləşdirilmişdir. Həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, lakin natamam doldurulması, əsas diaqnozun səthi və keyfiyyətsiz qeyd olunması, gözün görməsinin dəqiqləşdirilməsi səbəbi ilə əlillik təyinatından imtina olunmuşdur. Bundan sonra 16 nömrəli Şəhər Poliklinikası tərəfindən yenidən göndəriş tərtib olunaraq Tibbi sosial ekspert komissiyasına təqdim olunduqdan sonra, iddiaçının əlillik vəziyyəti qiymətləndiril ərək, ona xx.xx.2022-ci il tarixdə 3-cü dərəcə müddətsiz əlillik təyin olunmuşdur.

25. Qeyd olunanlar təhlil olunduqda müəyyən olunur ki, iddiaçının əvvəlki əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən, onun Ak.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinəsindən sonra 16 nömrəli Şəhər Poliklinikası tərəfindən 0085003AAEE6 nömrəli, xx.xx.2022-ci il tarixli 088 forma göndəriş tərtib olunan ana qədər artıq 6 aydan çox (7 ay) müddət keçmişdir. Hətta bundan sonra da həmin göndəriş natamam doldurulduğundan iddiaçıya əlillik təyinatından imtina olunmuş, onun əlilliyi həmin poliklinikanın növbəti göndərişindən sonra yalnız TSEK tərəfindən xx.xx.2022-ci il tarixində qiymətləndirilərək əlillik dərəcəsi təyin olunmuşdur. Belə olan halda, əlilliyin bitdiyi xx.xx.20221-ci il tarix dən 8 aydan da çox müddət keçmiş olur. 26. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

28. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçı xx.xx.2021-ci il tarixdə bitdiyi tarixdən 8 ay sonra xx.xx.2022-ci il tarixində təyin olunduğu halda, onun həmin müddət ərzində əlilliyi olan şəxs hesab olunması istisna olunur. Bu baxımdan cavabdeh tərəfindən həmin müddətə görə ona pensiya ödənişi aparılmasından imtina olunması qanuni və əsaslıdır.

29. İddiaçı hesab edir ki, müddətin keçməsi onun təqsiri üzündən deyil, məhz onun əlavə müayinəyə göndərilməsi, göndərişin natamam doldurulması adı ilə TSEK tərəfindən ona əsassız imtina verilməsi və s. bu kimi səbəblərdən baş vermişdir.

30. Bununla əlaqədar məhkəmə kollegiyası iddiaçıya izah edir ki, pensiya təyinedicisi olan hazırkı cavabdeh şəxslərin əlillik vəziyyətini qiymətlənirilməsində səlahiyyətli orqan olmadığından, onun bu qəbildən olan şikayətlə rinə cavab verməli orqan hesab edilə bilməz. Bu baxımdan o, əlilliyinin təyin olunma müddətinin TSEK tərəfindən düzgün təyin edilmədiyindən narazıdırsa, əlilliyin təyin olunma tarixinin dəyişdirilməsi tələbinə dair müvafiq səlahiyyətli orqana qarşı iddia irəli sürə bilər.

31. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2640/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Vəkillər X2 həvalə edilmişdir.

33. İdd iaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

34. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçı əlavə olaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin müddətin keçməsi onun təqsiri üzündən deyil, məhz onun əlavə müayinəyə göndərilməsi və poliklinikaya müraciət etdikdən sonra sənədlərinin nəticəsi barədə soruşduqda bir neçə dəfə ona sistemin işləmədiyini bildirmişlər. O, 6 ay ərzində dəfələrlə məlumatın sistemə daxil edilməli olduğunu bildirsə də, onun məlumatları yalnız xx.xx.20 22-ci il tarixdə sistemə yerləşdirilmiş lakin bu zaman da düzgün qeyd etməmişlər və bu hal sonra yenə də təkrarlanmışdır. Göründüyü kimi iddiaçının özünün səbəb olmadığı nöqsanlar üzündən vaxt itkisinə yol verilmişdir. Belə olan halda iddiaçının həmin 7 ay yarım üçün olan pensiyası ona ödənilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh kassasiya şikayətinə dair etiraz təqdim edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

36. Etirazın dəlillərinin əsası iddiaya qarşı verilmiş etirazda göstərilənlər təşkil edir.

37. Şikayətdə, həmçinin qeyd olunur ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəc əsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

38. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” Alt sistemi vasitəsi ilə həyata keçirilir. İddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixdən yeni İİİ dərəcə əlillik müəyyən edilib.

39. İddiaçının pensiya ödənişi əlilliyinin bərpa edildiyi tarixdən sonra bərpa edilmişdir. İddiaçının müraciət etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

40. İddiaçı qeyd olunan 6 aylıq müddətin ötürülməsini onun təqsiri üzündən deyil, əlavə müayinəyə göndərilməsi, göndərişin natamam doldurulması, əllilik təyin edən orqan tərəfindən ona əsassız imtinaların verilməsi və s. səbəblərlə əlaqələndirir.

41. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1"nin 3.1.3-cü yarımbəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Fondun və onun Mərkəzi filiallarının deyil, Agentliyin vəzifələrinə daxil edilmişdir.

42. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)2640/2023 nömrəli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, hal-hazırkı işdə cavabdeh inzibati orqan şəxslərin əlilik vəziyyətinin qiymətləndirilməsində səlahiyyətli inzibati orqan olmadığından, onun bu qəbildən olan şikayətlərə cavabdeh olan orqan olaraq səciyyələndirmək olmaz.

43. Qeyd olunanlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 44. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan ş əxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir....” 45. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

46. Azə rbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qayda”sı:

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinet inin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yara dılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır....

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası... 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

47. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərar ı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

49. Apellyasiya instansiyası məhkəməs inin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

52. Apellyasiya inst ansiyası məhkəməsi iddianın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

53. İstinad olunan qanunvericilik normalarına əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

54. Şikayətin əsas dəlili ondan ibarətdir ki, müddətin keçməsi iddiaçının təqsiri üzündən deyil, məhz onun əlavə müayinəyə göndərilməsi, göndərişin natamam doldurulması adı ilə TSEK tərəfindən ona əsassız imtina verilməsi və s. bu kimi səbəblərdən baş vermişdir.

55. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh şəxslərin əlillik vəziyyətini qiymətlənirilməsində səlahiyyətli deyil.

56. Digər tərəfdən, iddiaçı əlillik müddətinin bitdiyi vaxtdan sonuncu dəfə əlilliyin müəyyən edildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə TSEK tərəfindən onun əlilliyi ilə bağlı qəbul edilmiş qərarlarını mübahisələndirməmiş, cavabdeh də haqlı olaraq əmək pensiyasının ödənişini əlilliyin müəyyən edildiyi tarixdən bərpa etmişdir. Başqa sözlə, iddiaçının əlillik müddətinin başa çatdığı tarixdən sonra yenidən əlilliyin təyin edildiyi tarixədək olan müddətdə o, “əlilliyi olan şəxs” statusuna malik olmamışdır.

57. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2640/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar