Məhkəmə qərarları › İş №2-1(102)-736/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-736/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-736/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülkiyyətdə olan torpaq sahəsinin başqa şəxsə satılmasına dair bələdiyyə qərarlarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı (üçüncü şəxs “xxxx” MMC, Əmanətlərin Sığortalanma sı Fondu, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Cavabdeh2 oğlu, Cavabdeh3 üçüncü şəxslər olmaqla) cavabdehin qərarlarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-189/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xxxxnin xx.xx.2003-cü il tarixli 243 saylı rəyi nə əsasən İddiaçı (iddiaçı) satılması nəzərdə tutulan kənd təsərrüfatı - əkinçilik, maldarlıqla məşğul olmaq üçün 20.0 hektar torpaq sahəsinin satılmasına DT və XK-nın xxxx etiraz etməmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin (cavabdeh) xx xxxx 2003-cü il tarixli 12 saylı qərarı ilə satılmış, cizgidə göstərilən sərhəd daxilində 20.00 hektar torpaq sahəsi kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədi ilə iddiaçının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxx 2012-ci il tarixli çıxarışla Abşeron rayonu Məmmədli kəndində yerləşən 5.00 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Abşeron rayonu M əmmədli Bələdiyyəsinin mülkiyyətinə verilmiş və bu barədə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 04/34 nömrəli qərarından çıxarışa əsasən, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan 5.00 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, həmin torpaq sahəsi ilə bağlı sahibkarlıq məqsədi üçün müsabiqə keçirilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli çıxarışla Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9226 ha torpaq sahəsi sahibkarlıq məqsədilə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin mülkiyyətinə verilmiş və bu barədə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarından çıxarışa əsasən Abşeron rayonu Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan 1.9226 ha torpaq sahəsinin sahibkarlıq məqsədi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, həmin torpaq sahəsi ilə bağlı sahibkarlıq məqsədi üçün müsabiqə keçirilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli çıxarışla Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9258 ha torpaq sahəsi sahibkarlıq məqsədilə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin mülkiyyətinə verilmiş və bu barədə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2013-cü il tarixli 12/247 nömrəli qərarından çıxarışa əsasən Abşeron rayonu Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan 1.9258 ha torpaq sahəsinin sahibkarlıq məqsədi üçün müsabiqənin keçirilməsi barədə torpaq sa həsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, həmin torpaq sahəsi ilə bağlı sahibkarlıq məqsədi üçün müsabiqə keçirilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. Torpağın alqı-satqısına dair xx xxxxxx 2014-cü il tarixli müqaviləyə əsasən, “xxxx” MMC-nin direktoru X7 bir tərəfdən, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin sədri X8 digər tərəfdən müqavilə bağlamış, X2 Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx xxxxxx 2014-cü il tarixdə keçirilmiş açıq torpaq hərracı və müsabiqəsinin qalibidir. Torpaq sahəsi müsabiqədə 23.200,00 manata mülkiyyətə verilmişdir. Əsas: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş hərrac protokolu və 4537 nömrə ilə qeydiyyata alınmış hərrac yekunlarına dair ********* saylı şəhadətnamə. Tərəflər arasında torpaq sahəsinin qiyməti ilə əlaqədar rüsum qalib X7 tərəfindən X3 rayon “xxxx” ASC **********0001 saylı hesabına ödənilmişdir. Torpağın alqı-satqısına dair xx xxxxxx 2014-cü il tarixli müqaviləyə əsasən, “xxxx” MMC-nin direktoru X7 bir tərəfdən, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin sədri X8 digər tərəfdən müqavilə bağlamış, X2 Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx xxxxxx 2014-cü il tarixdə keçirilmiş açıq torpaq hərracı və müs abiqəsinin qalibidir. Torpaq sahəsi müsabiqədə 23.300,00 manata mülkiyyətə verilmişdir. Əsas: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş 4518 nömrəli hərrac protokolu və 4533 nömrə ilə qeydiyyata alınmış hərrac yekunlarına dair ********* saylı şəhadətnamə. Tərəflər arasında torpaq sahəsinin qiyməti ilə əlaqədar rüsum qalib X7 tərəfindən X3 rayon “xxxx” ASC **********0001 saylı hesabına ödənilmişdir. İddiaçı xx xxxxxxx 2015-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 1.92 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli, 1.92 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsin in satılması barədə xx.xx.2011-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərardadı ilə “xxxx” MMC iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadı ilə iddianın məhkəməyə verilməsi ilə bağlı buraxılmış prosessual müddət bərpa edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 1.9226 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli, 1.9258 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə xx.xx.2012-ci il tarixli q ərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı əkinçilik-maldarlıqla məşğul olmaq üçün 20.0 ha torpaq sahəsinin ona satılması ilə bağlı Abşeron rayonu Məmmədli Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xxxx tərəfindən xx.xx.2003-cü il tarixli 243 saylı rəy verilmişdir. Rəyə əsasən, əkinçilik- maldarlıqla məşğul olmaq üçün 20.0 ha torpaq sahəsinin ona satılmasına DT və XK-nın xxxxnin etirazı olmamışdır. Məmmədli Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı qərarı ilə Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən kənd təsərrüfatı - əkinçilik, maldarlıqla məşğul olmaq məqsədi ilə az yararlı əkin yerindən 20.0 ha torpaq sahəsi ona satılmışd ır. Qeyd edilən qərar əsasında xx.xx.2003-cü il tarixdə DT və XK-nın xxxx tərəfindən ona verilmiş torpaq sahəsinin planı tərtib edilərək həmin torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sözügedən torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq onun mülkiyyətinə verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsi özünün xx.xx.2013-cü il tarixli qərarı ilə 1.92 ha, xx.xx.2013-cü il tarixli qərarı ilə 1.92 ha və xx.xx.2011-ci il tarixli qərarı ilə 5.0 ha torpaq sahəsini sahibkarlıq məqsədi ilə üçüncü şəxslərə satmışdır. Həmin torpaq sahələrinin bir hissəsi onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilinə düşür. Abşeron rayonu Məmmədli Bələdiyyəsi qeyd edilən qərarları ilə ona məxsus torpaq sahəsinin hüdudları daxilində olan t orpaqların digər şəxslərə satması ilə mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozmuşdur. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 152-ci maddələrinə istinad edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-17/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qərarı ilə (hakim: Z.R.Pirverdiyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 12 saylı qərarı ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 20.00 hektar torpaq sahəsi kənd təsərrüfatı - əkinçilik, maldarlıqla məşğul olmaq məqsədi ilə iddiaçının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublika sının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdeh tərəfindən satılmış torpaq sahələri iddiaçının mülkiyyətində olmuş və buna dair Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ləğv olunmamışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından cavabdeh və üçüncü şəxs “xxxx” MMC tərəfindən apelyasiya şikayətləri verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-13/2018 saylı, x xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: T.O.Quliyev və G.F.Tağızadə) cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilməmiş, qərar dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsini n qərarından üçüncü şəxs “xxxx” MMC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: X.S.Məmmədov və A.S.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-13/2018 saylı, x xxxx 2018-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)189/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: N.M.Nəsibov və H.Ç.Babayeva) apelyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisad i Məhkəməsinin 2-1(85)-17/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Üçüncü şəxs “xxxx” MMC apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən kobud pozuntulara yol verilmişdir. Belə ki, iş materiallarında olan maddi sübutlardan göründüyü kimi, “xxxx" MMC hazırda mübahisə predmeti olan torpaq sahələrinə mülkiyyət hüququnu Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun əld ə etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən hazırkı mübahisə predmetini təşkil edən torpaq sahələrinin satılmasına dair açıq torpaq hərracı və müsabiqəsi keçirilmiş, həmin hərrac və müsabiqənin qalibi “xxxx" MMC olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun keçirilən prosedurlar nəticəsində üçüncü şəxs “xxxx" MMC-nin torpaq sahələrinə mülkiyyət hüququ tanınaraq dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarışlar verilmişdir. Daha sonra qeyd edilir ki, "xxxx" MMC tərəfindən satın alinan müvafiq torpaq sahələrinin əvvəllər Abşeron rayon Məmmədli Bələdiyyəsinin mülkiyyətində olmasını və dövlət reyestrində qeydiyyatda olmasını sübut edən, hüquqi qüvvəyə malik olan (həmçinin, bu günə kimi qüvvədə olan) çıxarışların m övcüdluğu artıq "xxxx" MMC-ni vicdanlı alıcı olduğunu ehtiva edir. Odur ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MMC tərəfindən əldə edilən mülkiyyət hüququna dair qeyd həqiqi hesab edilməlidir. Çünki, "xxxx" MMC satın aldığı torpaq sahələri barədə ilkin məlumatların dəqiqliyini, tam və düzgün olmasını yalnız buna məsul olan dövlət reyestrindən əldə edə bilərdi. Şikayətdə həmçinin qeyd edilir ki, iddiaçı tərəfindən prosessual müddət buraxılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxslər və cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə i şə üçüncü şəxslərin və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) ve rilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. İşin faktiki hallarından görünür ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 12 saylı qərarı ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 20.00 hektar torpaq sahəsi kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədi ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd edilən Dövlət aktı ləğv olunmamış, bu barədə reyestrdə hər hansı qeydiyyat aparılmamışdır. 20.00 hektar torpaq sahəs inin iddiaçının mülkiyyətində olmasına baxmayaraq, həmin ərazidəki torpaqların bir hissəsi, yəni Abşeron rayonu Məmmədli kəndində yerləşən 5 ha, 1.9226 ha və 1.9258 ha torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin mülkiyyətinə verilmiş və bu barədə, daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2012 və xx xxxxxx 2013-cü il tarixlərdə müvafiq çıxarışlar verilmişdir. Bundan sonra 5.0 ha torpaq sahəsi ilə bağlı xx.xx.2012-ci il tarixdə, 1.9226 ha və 1.9258 ha torpaq sahələri ilə bağlı xx.xx.2013-cü il tarixdə sahibkarlıq məqsədi ilə torpaq sahəsinin satılması üçün müsabiqə keçirilməsi qərara alınmışdır. Keçirilən açıq torpaq hərracı və müsabiqəsinin qalibi hər üç halda “xxxx” MMC olmuş, onunla Abşeron rayon Məmmədli Bələdiyyəsi arası nda torpağın alqı-satqısına dair müqavilələr imzalanmış və qeyd edilən torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmışdır. Hazırda, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh bələdiyyə tərəfindən qanunsuz olaraq üçüncü şəxs “xxxx” MMC-yə satıldığını mübahisələndirərərək, bələdiyyə qərarlarının ləğvini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən şikayətin dəlilləri əsassızdır, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının xx xxxx 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. İşdən göründüyü kimi, hər üç torpaq sahəsi üçüncü şəxsə satılarkən Məmmədli Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 12 saylı qərarına və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən id diaçının mülkiyyətində olmuş, bu barədə qeyd edilən hüquqmüəyyənedici sənədlər qanunla müəyyən edilmiş qaydada ləğv edilməmiş, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Beləliklə də cavabdeh həmin torpaq sahələrinin üçüncü şəxsə satılması barədə qərarları qəbul edərkən yuxarıda adıçəkilən Əsasnamənin tələblərinə riayət etməmişdir. İş materiallarında olan ekspert rəyinə əsasən, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 20.0 ha torpaq sahəsinin faktiki vəziyyətə uyğunlaşdırılarkən 8.83 ha hissəsinin iddiaçının öz istifadəsində olan boş torpaq sahəsi ilə, digər hissəsinin isə “xxxx” MMC tərəfindən faktiki daş hasara alınmış torpaq sahəsi və vətəndaşlara verilmiş çıxarışlar və dövlət aktları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh Məmmədli Bələdiyyəsi özünün xx xxxx 2003-cü il tarixli 12 saylı qərarının iddiaçının ərizəsi əsasında 2006-cı ildə birtərəfli qaydada ləğv edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı belə bir ərizə aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 204.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququ olan şəxs tərəfindən bu hüquqdan imtina edilə bi lər. İş materiallarında isə iddiaçının imtina barədə ərizəsi, həmçinin bu barədə reyestrdə qeydin aparılması barədə məlumat yoxdur. Əksinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2017ci il tarixli, **********05 saylı məktubdan görünür ki, iddiaçıya məxsus JN-0639 saylı, kod 30800108 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv olunması barədə 4 saylı Ərazi İdarəsində məlumat yoxdur. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd oluna n müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hü ququnun müdafiəsi vasitələrindən biri Konstitusiyanın 60cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Əsas Qanunun 125-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Mülkiyyətin müdafiəsi məsələsi ilə bağlı İn san Hüquqları üzrə Avropa Məhkəməsi Belvedere Alberghiera S.r.l İtaliyaya qarşı iş üzrə xx xxx 2000-ci il tarixli qərarında bildirmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin ilk və ən mühüm tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə qanuni olmalıdır (§ 56). “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edil məməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin mübahisələndirilən xx.xx.2013-cü il tarixli 12/248 saylı, xx.xx.2013-cü il tarixli 12/247 saylı və xx.xx.2012-ci il tarixli 04/34 saylı qərarları, yuxarıda sadalanan maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati aktdır və belə akt hər bir halda ləğv olunmalı dır. Odur ki, apelyasiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddia verilməsi müddətinin ötürülməsi səbəbindən iddianın mümkünlüyünə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, “İnzibati icaraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İnzibat Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan sənədlərdən görünür ki, məhkəmə qaydasında mübahisələndirilən inzibati aktlar barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya rəsmi məlumat verilməmişdir. Halbuki, bu qərarlar barədə iddiaçıya rəsmi məlumat vermək mübahisələndirilən aktları (qərarları) qəbul etmiş inzibati orqanın borcu idi. Odur ki, məhkəm kollegiyası iddia verilməsi müddəti ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Vicdanlı əldə edən olması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə inzibati mübahisədir və araşdırmanın predmeti bələdiyyə tərəfindən qəbul edilmiş inzibati aktların(qərarların) qanuniliyinin yoxlanılmasıdır. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri nə dair keçirilmiş hərracın nəticələri, eləcə də hərrac nəticəsində bağlanmış alqı-satqı müqavilələrinin hüquqi taleyi ilə bağlı məsələ mülki mühakimə icraatının predmetidir və həmin icraat çərçivəsində “xxxx” MMC-nin vicdanlı əldə edən olması ilə bağlı iddialarına hüquqi qiymət verilməlidir. Bu səbəbdən məhkəmə şikayətin qeyd edilən dəlilini də əsassız hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, üçüncü şəxs “xxxx” MMC-nin kaşssasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarı dakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)189/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar