Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-736/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin planı və ölçüsü sənədlərində əsas döngə nöqtələrinin koordinatındakı yanlışlığın aradan qaldırılması, vərəsə kimi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin N urəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən X1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair A № 342132 saylı və A № 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki əsas döngə nöqtələrinin koordinatındakı yanlışlığın aradan qaldırılaraq, torpaq sahələrinin faktiki olaraq naturadakı əsas döngə nöqtələrinin koordinatını A № 342132 saylı və A № 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əlavə etməklə X1 vərəsəsi kimi onun həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və a dına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 21(107)-90/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AZE ********, FİN kod: xxxxxxx) 7 oktyabr 1966-cı ildə Şəki rayonu, Oxud kəndində doğulmuş, Şəki rayonu, Oxud kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. 2. 290 inventar nömrəli, 1988-ci ilin may ayında X1 (iddiaçının atası) adına tərtib edilən “Fərdi yaşayış evinin texniki pasportu”na əsasən Şəki rayonu, Oxud kəndində sənəd üzrə 1000 kv.m, faktiki 1446.1 kv.m torpaq sahəsində yerləşən fərdi yaş ayış evi onun mülkiyyətindədir.
3. X1 adına tərtib etdiyi A seriyalı, 342132 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Şəki rayonu, Oxud kəndində yerləşən 520.6 kv.m həyətyanı torpaq sahəsi X4 verilmiş, sənəd X18 kitabında 10 oktyabr 2011-ci il tarixdə 8525 nömrə ilə uçota alınmışdır.
4. X1 adına tərtib etdiyi A seriyalı, 342133 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Şəki rayonu, Oxud kəndində yerləşən 289.18 kv.m həyətyanı torpaq sahəsi X4 verilmiş, sənəd X18 kitabında 10 oktyabr 2011-ci il tarixdə 8525a nömrə ilə uçota alınmışdır.
5. İddiaçı 3 may 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu, Oxud kəndi ərazisindən X1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair A № 342132 saylı və A № 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki əsas döngə nöqtələrinin koordinatındakı yanlışlığın aradan qaldırılaraq, torpaq sahələrinin faktiki olaraq naturadakı əsas döngə nöqtələrinin koordinatlarını A № 342132 saylı və A № 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əlavə etməklə X1 vərəsəsi kimi onun həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və onun adına dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
6. Cavabdeh 21 may 2021-ci il tarixli, **********3 4 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmiş və göstərmişdir ki, təqdim edilən ərizəyə fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2000-ci il tarixli, A № 342132 saylı “Torpaq sahəsinin planı və ölçüsü”, təsərrüfatbaşına kitabda evin kimin adına olması barədə Şəki Şəhər İcra Hakimiyyətinin Oxud kənd inzibati ərazi dairəsinin 24 yanvar 2021-ci il tarixli, 258 saylı arayışı, ölüm haqqında şəhadətnamənin surəti, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin X2 vərəsələr dairəsi haqqında məktubu əlavə edilsə də, həyətyanı torpaq sahəsinin hüdudları daxilində qonşuya məxsus köməkçi tikili olmaqla mübahisə olduğundan, həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tən zimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı razılığı əsasında yol verildiyindən və razılıq ərizəsi ərazi idarəsinə təqdim edilmədiyindən müraciətin fərdi yaşayış evinə aid hissəsini təmin etmək mümkün olmamışdır. Sərbəst torpaq sahəsinin qeydiyyatı ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2000-ci il tarixli, A № 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” təqdim olunsa da, torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki yerləşmə yeri arasında olan uyğunsuzluq torpaq sahəsinin qeydiyyatını mümkünsüz etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən X1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair A № 342132 saylı və A № 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki əsas döngə nöqtələrinin koordinatındakı yanlışlığın aradan qaldırılaraq, torpaq sahələrinin faktiki olaraq naturadakı əsas döngə nöqtələrinin koordinatlarını A № 342132 saylı və A № 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əlavə etməklə X1 vərəsəsi kimi onun həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən X3 adına Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən 520,6 kv.m və 289,18 kv.m həyətyanı torpaq sahələri verilmiş, həmin torpaq sahələrinə A № 342132 saylı və A № 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri verilmişdir. O, X3 vərəsəsidir. İddiaçı kimi qonşusu cavabdeh X6 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələ binə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsində baxılan mülki işlə bağlı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 dekabr 2020-ci il tarixli 594 saylı rəyinə əsasən X1 faktiki olaraq naturada ekspertiza baxışına təqdim etdikləri torpaq sahələri ilə A № 342132 saylı və A № 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri üzrə X1 mülkiyyətinə verilmiş 520,6 kv.m və 289,18 kv.m torpaq sahələrinin plan üzrə göstərilən koordinatları ilə üst-üstə düşmür. Ona görə də həmin iş üzrə Şəki Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və onun iddia ərizəsi Şəki Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(075)-36/2021 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Bundan son ra, o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin ərizəsinin təmin edilərək icra edilməsindən imtina edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1075/2021 nömrəli qərardadı ilə (hakim İ.Cabbarov) iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahələrini və evi vərəsəlik qaydasında qəbul etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı mərhum atası X4 müvafiq qərarlarla verilmiş 289.18 kv.m və 520.6 kv.m torpaq sahələrinə dövlət reyestrindən çıxarış almaqdan ibarət olsa da, daşınmaz əmlakın mülkiyyətçisinin vəfatından sonra vərəsəliklə bağlı müvafiq orqana müraciət edilməmişdir. İddiaçı mübahisəli əmlak üzrə mirası notarial qaydada qəbul etmədiyi üçün hazırkı vəziyyətdə həmin əmlakla bağlı iddiaçının hər hansı iddia irəli sürmə hüququ istisna olunur. Bundan başqa, iddia ərizəsinə əlavə edilən Şəki Rayon Məhkəməsinin müvafiq qərardadından görünür ki, İddiaçı mərhum X1 tək vərəsəsi deyildir. Belə ki, sözügedən qərardaddan X7, X9, X10, X8 həmçinin mərhum X1 vərəsələri olması müəyyən olunur. Lakin yerdə qalan digər vərəsələrin miras əmlaka dair vərəsəliyi qəbul etməsi təsdiqini tapmamış və bu barədə iş materiallarına müvafiq sənədlər əlavə edilməmişdir. İddiaçı mübahisəli əmlak üzrə tək vərəsə olmadığı üçün və ümumiyyətlə mirası nə notarial, nə də faktiki olaraq qəbul etmədiyi üçün hazırkı vəziyyətdə iddiaçının həmin əmlakla bağlı hər hansı iddia irəli sürmə hüququ istisna olunur.
11. İddiaçı həmin qərar daddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 2-1(107)-90/2022 nömrəli qərardadı ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Cavadova və V.Məlikov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1075/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, ərizəni təmin etməməklə pros essual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmələr qərardadlarını onunla əsaslandırmışlar ki, o, X1 vərəsəsi deyil və miras əmlakı faktiki və rəsmi qaydada qəbul etməyi barədə sübut yoxdur. X5 11 aprel 2011ci ildə vəfat etmişdir. İstər vəfatından əvvəl, istərsə də, vəfatından sonra İddiaçı həmin fərdi yaşa yış evində yaşamış və hazırda da yaşayır. Məhkəmə digər vərəsələrin olduğunu bildirsə də, onları İnzibati Prosessual Məcəllənin 13 və 28-ci maddələrinə əsasən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməmişdir. Əgər onlar üçüncü şəxs qismində cəlb edilmiş olsalar, onların heç bir iddiasının olmadığı, mirası da bu səbəbdən qəbul etmədikləri aydın olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydas ında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;... Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
18. Mülki Məcəllə: Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb ed ə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
19. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərə kəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışı nın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş...vərəsəlik h üququ haqqında... şəhadətnamələr... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
26. İddiaçı tərəfindən mübahisəli torpaq sahələrini və evi vərəsəlik qaydasında qəbul etməsi barədə sübut məhkəmələrə təqdim edilməmişdir. Belə ki, iddiaçının hüquqi marağı mərhum atası X4 müvafiq qərarlarla verilmiş torpaq sahələrinə dövlət reyestrindən çıxarış almaqdan ibarət olsa da, daşınmaz əmlakın mülkiyyətçisinin vəfatından sonra vərəsəliklə bağlı müvafiq orqana müraciət etməmişdir.
27. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya dig ər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
28. Başqa sözlə, vərəsə ilk növbədə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, arayış alındıqdan sonra həmin arayış əsasında vərəsəlik sənədləri verilməli, yalnız bundan sonra həmin sənədlər əsasında daşınmaz əmlaka hüquqlar vərəsənin (və ya vərəsələrin) adına qeydə alınmalı və müvafiq çıxarışı verilməlidir.
29. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddia çı, daşınmaz əmlakın mərhum atasına məxsus olması haqqında arayışın verilməsi üçün cavabdehə müraciət etməli olduğu halda, bunu etmədən, həmçinin onun həmin daşınmaz əmlaka subyektiv hüququnu təsdiq edən vərəsəlik şəhadətnaməsini almadan hazırkı məzmunda iddianı irəli sürmüşdür.
30. İstinad edilən qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, onun İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 21(107)-90/2022 nömrəli qərar