Məhkəmə qərarları › İş №2-1(102)-736/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-736/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-736/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul təminatının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ikinci qat pul təminatının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2134/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli, 0384 nömrəli əmri ilə N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. İddiaçı həmin əmri mübahisələndirmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 2-1(81)-351/16 nömrəli qərarı ilə iddiaçının hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə xx.xx.2015-ci il tarixli, 0384 nömrəli əmrin ləğv edilməsi, iddiaçının hərbi xidmət ə bərpa olunması, iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə və iddiaçıya ünvanlanmış xx.xx.2020ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 32.5-ci bəndində qeyd olunduğu kimi, pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissədən gedən hərbi qulluqçulara bu Əsasnamənin 32.6-cı bəndində göstərilən hallar və əmsallar tətbiq olunan hərbi hissələr istisna olmaqla, bütün hallar da (məzuniyyət, ezamiyyət, müalicə təhsil, həbs və s.) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Odur ki, yuxarıda göstərilənlərə əsasən, icra sənədinin müvafiq hissəsi Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə zidd olduğu üçün, təmin oluna bilməyəcəkdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8-1(112)-44/2021 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)351/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icraya yönəldilməsi barədə iddiaçının ərizəsi təmin edilməmişdir.

5. İddiaçının xx.xx.2015-xx.xx.20 17-ci il tarixləri əhatə edən dövrlərdə ona “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının ödənilməsi barədə müraciətinin təmin edilməsindən cavabdeh imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2015xx.xx.2017-ci il tarixləri əhatə edən dövrlərdə ona “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həqiqi h ərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli, 0384 nömrəli əmrini məhkəmə qaydasında mübahisələndirmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(81)-351/2016 nömrəli qərarı ilə qeyd olunan əmr ləğv edilərək onun hərbi xidmətə bərpa edilməsi və ona dəymiş maddi ziyanın ödənilməsi müəyyən edilmişdir. Həmin qərar üzrə verilmiş icra vərəqəsi əsasında Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlanılmış və xx.xx.2020-ci il tarixli qərarla iş üzrə icraata xitam verilərək bu barədə tərəflərə və məhkəməyə məlumat göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təs diq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 32.1-ci bəndinin tələbinə görə, döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara xidmət dövrü üçün pul təminatının ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında” Qanunla tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10.1-ci maddəsinin tələbinə əsasən, döyüş şəraitində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ödənilməli olan pul təminatı ikiqat hesablanır. İddiaçı həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi və bu barə də qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğuna görə hərbi xidmətdən tərxis edildikdən sonra 1 il 6 ay müddət onun hərbi xidmət stajına əlavə edilmiş, lakin xidmət etdiyi hərbi hissənin döyüş bölgəsində yerləşməsinə baxmayaraq, ona pul təminatının yalnız 1 qatı ödənilmişdir. Yuxarıda istinad edilən Əsasnamənin 32.5-ci bəndinin təsir dairəsi ona şamil edilməli deyil, çünki o həmin dövrdə ezamiyyətdə, məzuniyyətdə, müalicədə, təhsildə və həbsdə olmamışdır. İddiaçının hərbi xidmətə bərpa edildikdən sonra ona ödənilməyən ikinci qat pul təminatının ödənilməsi barədə cavabdehə etdiyi müraciət təmin olunmamışdır.

8. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 32.1-ci bəndinə əsasən, döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara xidmət dövrü üçün pul təminatının əmsallarla ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında” Qanunla tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul iki qat hesablanır. N saylı hərbi hissə 2015-2016-cı illərdə müvafiq hərbi hissələrin siyahısına daxil edilmiş və orada xidmət e dən hərbi qulluqçular iki qat pul təminatı ilə təmin edilmişlər. İddiaçı məhkəmə qərarına əsasən hərbi xidmətə bərpa olunduğuna görə xidmətdə olmadığı dövr üçün ona bir qat pul təminatı hesablanaraq ödənilmiş, xidmətə başladığı gündən isə xidmət etdiyi hərbi hissənin təminatına uyğun olaraq ona iki qat pul təminatı ödənilmişdir. İddiaçı iddia ərizəsində xidmətdə olmadığı dövrdə ona iki qat pul təminatının ödənilməsini tələb edir. İddiaçıya 2015-ci ildə ehtiyata buraxıldıqdan hərbi xidmətə bərpa olunduğu günədək hərbi xidmətdə əmsalların tətbiq edilməsi mümkün olmamış, hərbi xidmətə bərpa olunduqdan sonra xidmətdə olmadığı aylar üçün pul təminatı bir qat hesablanaraq ona ödənilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Tural Məlikov) 21 dekabr 2023-cü il tarixli, 2-1(112)-5288/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri əhatə edən dövrlərdə iddiaçıya “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələbi ilə qanunsuz olaraq hərbi xidmətdən tərxis edildiyi gündən bərpa edildiyi tarixədək ona ödənilməyən pul təminatının iki qat hesablanmalı olduğunu bildirir. İddiaçı hesab edir ki, xidmətə bərpa olunduqdan sonra xidmət etdiyi N saylı hərbi hissə döyüş bölgəsində yerləşdiyi halda cavabdeh tərəfindən ona ödənilməli olan pul təminatı iki qat deyil, bir qat hesablan mışdır. Cavabdeh isə o qənaətdədir ki, iddiaçı məhkəmə qərarına əsasən hərbi xidmətə bərpa olunduğuna görə xidmətdə olmadığı dövr üçün ona bir qat pul təminatı hesablanaraq ödənilmişdir və iddiaçıya xidmətdə olmadığı dövrdə iki qat pul təminatı ödənilə bilməz.

11. Qeyd edilməlidir ki, iddia tələbinin qanuni əsasını “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin 2-ci hissəsi təşkil edir. İstinad olunan normadan göründüyü kimi, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının məhkəmə qərarının icrası ilə əlaqədar bərpa edildiyi N saylı hərbi hissənin 2015-2016-cı illərdə döyüş şəraitində olan hərbi hissələrin siyahısına daxil edildi yi və orada xidmət edən hərbi qulluqçuların iki qat pul təminatı ilə təmin edildiklərini bildirir və bunu mübahisələndirmir. İddiaçı hazırkı tələbində 2015-2016-cı illər üçün iki qat təminat ödənişlərini tələb edir. İddiaçı N saylı hərbi hissəyə təyin edilməmiş, yuxarıda vurğulandığı kimi, xidmətə bərpa edilmişdir. Ona görə də iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis edildiyi gündən bərpa edildiyi tarixədək xidmət keçməməsi onun iradəsi ilə bağlı olmamışdır. Başqa sözlə, iddiaçının qeyd olunan məbləği almaması cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyindən və bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə də sübuta yetirildiyindən, cavabdeh müvafiq məbləği iddiaçıya ödəməməkdə haqlı olmamışdır. İstinad olunan məhkəmə qərarı ilə xidmətdən ehtiyata buraxılması barədə əmr ləğv edilərək iddiaçının xidmətə bərpa edildiyi, beləliklə də, xidmətdən tərxis olunduğu dövrün xidmət illərinə hesablandığı nəzərə alındıqda, iddiaçının həmin hərbi hissənin hərbi qulluqçusu kimi təminatlardan istifadə etmək hüququ yaranmışdı. Belə olan halda, cavabdehin iddiaçının xidmətdə olmaması ilə əlaqədar dəlili əsaslı deyil və imtina iddiaçının qanunla qorunan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

12. Cavabdehin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının məzuniyyət, ezamiyyət, müalicə, təhsil, həbsdə olması ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmiş, əksinə iddiaçının cavabdehin qanunsuz hesab edilmiş əmri əsasında ehtiyata buraxıldığı müəyyən edildiyindən iddiaçı cavabdehin istinad etdiyi normanın təsirinə düşmür. Odur ki, m əhkəmə cavabdehin imtinasını əsassız sayır və hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Elvin Əliyev) 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2134/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olun mamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Maddə 10.2. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qar şı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarını n tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik tə şkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi qanunsuz olaraq hərbi xidmətdən tərxis edildiyi xx.xx.2015-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hərbi xidmətə bərpa edildiyi xx.xx.2017-ci il tarixədək “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ona ödənilməyən ikinci qat pul təminatının ödənilməsinə nail olmaqdan ibarətdir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları bax ımından iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ona ödənilməyən ikinci qat pul təminatının ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

30. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2134/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar