Məhkəmə qərarları › İş №2-1(102)-737/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-737/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-737/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( iş müddətinin sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması, əmək kitabçası ). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin yenidən hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-437/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 09 iyun 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi (bundan sonra cavabdeh) tərəfindən xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın təyini zamanı iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına hesablanmamışdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, sonuncu xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətini təmin olunmasından imtina edərək bildirmişdir ki, ona (pensiya işinin № xxxx) pensiya hüququnun yarandığı xx.xx.2005-ci il tarixdən qanunvericiliyə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı ilədək ümumi staj - 08 il, xx.xx.2018-ci il tarixə pensiyanın məbləği 138.00 manat təşkil edir. Məlumat üçün bildirilir ki, iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim edilən əmək kitabçasında qeyd olunan xx.xx.1993-cü il tar ixdən xx.xx.2005-ci il tarixədək sosial sığorta yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" kooperativində işlədiyi müddətin sığorta stajına hesablanması vəzifəsinin və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin yenidən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuş, orta məktəbi bitirəndən sonra ailə qurmuş, 5 uşaq dünyaya gətirib, tərbiyə edib böyütmüşdür. xx.xx.1979-cu il t arixdən əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci il tarixədək müxtəlif müəssisə və koopertivlərdə işləmişdir. Həmin dövrün qanunvericiliyinin tələbinə görə 5 uşağını 8 yaşınadək baxıb böyütdüyü çoxuşaqlı ana statusu ilə 49 yaşı tamam olandan sonra, yəni 2005-ci ildə cavabdehə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş və ona xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunsa da, işlədiyi bütün dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İşlədiyi bütün dövrlərin sosial sığorta stajına daxil edilməsi üçün cavabdehə müraciət etsə də, imtina cavabı almışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lak in qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunaziddir. Halbuki, onun bütün əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmışdır. Ona görə də hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və qeyd olunan dövr sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-580/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia təmin edilmiş, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" kooperativində işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və keçmiş müddət üçün alın mış əmək pensiyası məbləğinin yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" kooperativində işləməsi öz əksini tapmışdır. İddiaçının həmin dövrlərə aid sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-437/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və M.Ə.Rzayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin in 2-1(85)-580/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitab çasıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən, əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Daha sonra qeyd edilir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, lakin həmin kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün deyild ir. Digər tərəfdən, "Əmək pensiyaları haqqında" Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Lakin iddiaçının 1993-2005-ci illərdə "xxxx" Kooperativində işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bununla da mübahisələndirilən qərar qəbul edilərkən maddi hüquq normaları düzgü n tətbiq olunmamışdır. Bu hal qərarın kasassiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həy ata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. İşdən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası onun 49 yaşı tamam olduğu xx.xx.2005-ci ildən təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" kooperativində işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və keçmiş müddət üçün alınmış əmək pensiyası məbləğinin yenidən hesablanaraq yaranmı ş fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdehin imtinasının, iddiaya etirazının, eləcə də apelyasiya və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün deyildir. Digər tərəfindən, iddiaçının 1993-2005-ci illərdə “xxxx” Kooperativində işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sü but edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdən başlayaraq müxtəlif müəssisələrdə işləmiş və əmək fəaliyyətini xx.xx.2005-ci il tarixədək davam etdirmişdir. Kitabçadan həmçinin görünür ki, iddiaçı xx xxxxxx 1993-cü il tarixdə “xxxx" kooperativinə qablaşdırıcı vəzifəsinə qəbul edilmiş, xx xxxxx 2005-ci il tarixdə həmin kooperativin 01 nömrəli əmri ilə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(Pensiya Alt Sistemi) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. (1993-2005-ci illər) Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 279 nömrəli arayışdan görünür ki, DSMF-nin Sumqayıt şəhər şöbəsinin baza məlumatlarına əsasən "xxxx" kooperativinin 1993-2005-ci illər ərzində müxtəlif dövrlərdə müvafiq ödənişləri olmuşdur. Bu da həmin müəssisənin mövcudluğunu və fəaliyyətinin olmas ını təsdiq edir. Eyni zamanda iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya baxışı zamanı cavabdehə sorğu verilərək istinad olunan arayışın (xx.xx.2019-cu il tarixli, 279 nömrəli) verilməsinə əsas olmuş sənədlərin surəti (1993-cü il tarixdə kooperativin sosial sığorta ödəyicisi kimi uçota durmasını təsdiq edən sənəd və s.) tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, “xxxx” kooperativi xx.xx.1991-ci il tarixdə 0334 nömrə ilə DSMF-nin Sumqayıt şəhər şöbəsində qeydiyyatdan keçmiş və 1991-2005-ci illər üzrə qarşılıqlı hesablaşma aparılmışdır. Bundan sonra apelyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının şifahi sorğusuna əsasən Sumqayıt pensiya fondu şöbəsinin qeydiyyat kitabının əslinə baxış keçirilmiş (surəti iş materiallarına əlavə edilmişdir) və həqiqətən də müəyyən edilmşdir ki, qeydiyyat kitabının 55-56-cı səhifəsində qeyd olunmuşdur ki, “xxxx” kooperativi AZTZ-nin nəzdində xx.xx.1991-ci il tarixdə 0334 nömrə ilə qeydə alınmış, təsisçisi Rüstəmov Novruz olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından da görünür ki, onun işdən çıxması barədə qeyd N.Rüstəmov tərəfindən imzalanmışdır. Beləliklə də iş materialları ilə müəyyən edilmişdir ki, “xxxx” kooperativi xx.xx.1991-ci il tarixdə 0334 nömrə ilə DSMF-nin Sumqayıt şəhər şöbəsində qeydiyyatdan keçmiş və 1991-2005-ci illər üzrə qarşılıqlı hesablaşma aparılmış, iddiaçının həmin müəssisədə işləməsi, o cümlədən, iddiaçının işdən çıxma əmrini imzalayan şəxsin eyni zamanda kooperativin rəhbəri (Rüstəm Novruzov) olduğu təsdiqlənmişdir. Azərbaycan Respubl ikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)437/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar