Məhkəmə qərarları › İş №2-1(102)-737/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-737/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-737/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 yanvar tarixli, 2-1(103)579/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2020-ci il 06 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 08 yanvar tarixli, **********1 saylı əmrinin ləğv olunması və 08 yanvar 2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulmuş, 1982-ci ildə müəllimə kimi əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. 2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunda işləməyə başlamış, Fondun mərkəzi aparatının İşlər idarəsinin arxiv müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildə aparatın Fərdi uçotun təşkili şöbəsinin Bəyannamələr sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 20 07-ci ildə Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin Arxivləşdirilmiş pensiya sənədləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 2011-ci il 25 yanvar tarixli əmrlə ona “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. 3. 2016-cı il 14 iyul tarixdə bağlanmış əmək müqaviləsinə və cavabdehin 09/11/308 saylı əmrinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə X4 və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 2020-ci il 08 yanvar tarixdə cavabdehin **********1 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Dövlət Sosial Müdafiə X4 və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş, 2016-cı il 14 iyul tarixdə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir.

4. Onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, dövlət qulluqçusu işlədiyi müddət ərzində onun heç bir nöqsanı olmamış, rəhbərlik tərəfindən heç bir irad tutma, töhmət və ya xəbərdarlıq almamışdır.

5. Dövlət Sosial Müdafiə Fondunun Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsində işlədiyi müddətdə əsas fəaliyyəti şöbə rəhbərliyinin göstərişi ilə əmək bölgüsünə əsasən hər ayın ilk günü Fondun yerli şöbələrindən (Naxçıvan MR daxil olmaqla, re spublikanın bütün ərazisi üzrə şəhər və rayon şöbələrindən) məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə aylıq icmal məlumatları, xərclər və gəlirlər barədə rəsmi məlumatları kağız formada toplayaraq sonrakı təhlil və ya istifadə üçün şöbə rəhbərliyinə təhvil verilməsi olmuşdur. Onun yığdığı məlumatların dürüstləşdirilmiş forması büdcənin icrası adlanan aylıq hesabatdır ki, onu da sektorun böyük məsləhətçisi Türkel İmamzadə hər ay elektron sistemə yığaraq sektor müdiri Ramil İbrahimova təhvil verirdi. Onlar bu məlumatları birlikdə yoxladıqdan sonra aidiyyəti üzrə dövlət orqanlarına göndərir. Fondun tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatına, digər nazirliklərə və dövlət orqanlarına həmin məlumatlar yalnız şöbə rəhbərliyi tərəfindən haz ırlanmış və yekun xarakterli məlumatlar şəklində təqdim edilir. O, eyni zamanda şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqlar üzrə üzərinə düşən vəzifələri də icra etmişdir.

6. İddiaçı 2020-ci il 08 yanvar tarixdə Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin rəhbərliyinin qəbuluna çağırılmış və ondan işdən azad edilməyi barədə ərizə yazmağı tələb edilmiş, əks təqdirdə “maddə” ilə işdən azad olunacağı bildirilmişdir. O, hansı səbəbdən işdən azad olunmağını soruşduqda, ona bildirilmişdir ki, Fonddan şikayət var. Lakin onu şikayətlə tanış etməmiş, şikayətin nədən ibarət olmasını ona bildirməmişlər. O, ərizə yazmaqdan imtina edərək, Fonda qayıtmış, bu barədə şöbə rəhbərliyinə məruzə etmiş, eyni zamanda iki dəfə Fondun direktorunun qəbuluna düşməyə çalışmış, lakin onu qəbul etm əmişlər. 2020-ci ilin 15 yanvar tarixinə kimi işə gəlmiş, verilən tapşırıqları yerinə yetirmiş, yalnız 15 yanvarda şöbə rəhbərliyi tərəfindən ona, Fondun direktorunun xidməti məruzəsi əsasında 2020-ci ilin yanvarın 8-dən nazirin əmri ilə işdən azad olunmağı barədə məlumat verilmişdir. İddiaçı 7 gün müddətində iş yerinə gələrək şöbədə əmək fəaliyyətini davam etdirmiş, digər əməkdaşlarla birlikdə tabel kitabına gündəlik saat 9.00-da və 18.00-da imza etmişdir. 7. “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri, yəni dövlət qulluğundan azad edilmə dövlət qulluğunda vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər di. Lakin bu maddədə nəzərdə tutulmuş əsasların ona heç bir aidiyyəti yoxdur.

8. Eyni zamanda, onun barəsində heç bir araşdırma aparılmamış, ondan izahat alınmamış, işdən çıxarılmağının səbəbləri ona bildirilməmişdir. 2020-ci il 08 yanvar tarixli əmrdə əsas kimi cavabdehin direktoru H.Məmişovun 2019-cu il 29 dekabr tarixli, **********1 saylı xidməti məruzəsi göstərilmişdir. Bu xidməti məruzə 2019-cu ilin sonuncu iş günü yazılmış, 2020-ci ildə iş günü 06 yanvarda başlamışdır. Onu isə 08 yanvarda çağırmış və araşdırma aparmadan işdən azad olunmağı barədə əmr vermişlər. Halbuki, Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izaha t alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir.

10. Etirazda göstərilmişdir ki, iddiaçı 2020-ci il 08 yanvar tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsinə əsas 2019-cu il 29 dekabr tarixli, **********1 nömrəli xidməti məruzə olmuşdur. Məruzədən göründüyü kimi, Fondun aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhə tçisi İddiaçı ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuşdur. Fond və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparılmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi təhlil edilərkən Vergilər Nazirliyi ilə Fondun təqdim etdiyi məlumatlar arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 min manat fərq yaranmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin fərq iddiaçı tərəfindən Fondun yerli orqanlarına daxil olan SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitlər nəzərə alınmadığı üçün yaranmışdır. Beləliklə, Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan həmin səhvin mövcudluğu bütün digər məlumatların dəyişdirilməsini zəruri etməklə yanaşı Fondun işgüzar nüfuzuna xələl yetirmişdir.

11. X7 və proqnozlaşdırma şöbəsinin 2019-cu il 04 dekabr tarixli, **********3 nömrəli xidməti məruzəsində qeyd edilir ki, Fondun yerli orqanlarının xəzinə hesablarına daxil olan işsizlikdən sığorta haqları üzrə daxilolmalar barədə operativ məlumatın hazırlanması və icmallaşdırılması işi də şöbənin əməkdaşı X1 həvalə edilmişdir. Lakin cari il ərzində işsizlikdən sığorta haqları üzrə operativ məlumat hazırlana bilinməmiş və işçi tərəfindən ona verilmiş tapşırıq icra edilməmişdir (surəti əlavə olunur).

12. Bundan əlavə, Fondun aparatının Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin 2019-cu il 20 noyabr tarixli, **********7 nömrəli xidməti məruzəsində iddiaçı tərəfindən icra və əmək intizamının pozulduğu göstərilmişdir. Belə ki, iddiaçı 15-18 oktyabr 2019-cu il tarixlərində qanunvericiliyin tələblərini pozaraq işə gəlməmiş, lakin sonradan davamiyyət kitabçasına həmin günlər üçün imza çəkmişdir. Həmçinin Nazirliyin “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” 2018-ci il 26 oktyabr tarixli, **********3 nömrəli əmrinin tələblərinə məhəl qoyulmamışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 yanvar tarixli, 2-1(102)-225/2020 nömrəli qərarına istinadən qeyd edə bilərik ki, iddiaçının dövlət qulluğuna Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında Qanunun 33.1.6-cı maddəsi ilə xitam verildiyindən Həmkarlar ittifaqının rəyinin alınması zəruri deyildir. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X2 Komitəsinin razılığı təqdim edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 08 oktyabr tarixli, 2-1(112)-3100/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mövcud faktiki hallarına əsasən iddiaçı bir dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuş, qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri – dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 yanvar tarixli, 2-1(103)-579/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 202 0-ci il 08 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməyən telefon danışıqlarına əsasən iddiaçının heç bir təqsiri olmamışdır. İş materiallarına əsasən iddiaçı intizam məsuliyyətinə Fondun dir ektoru H.Məmişovun 2019-cu il 29 dekabr tarixli, **********1 saylı xidməti məruzəsi əsasında cəlb edilmişdir. Deməli, iddiaçıdan izahat 29 dekabr tarixdən sonra alınmalı idi. Həmkarlar İttifaqı Komitəsinin qərarına gəldikdə isə ümumiyyətlə, belə bir iclas keçirlməmişdir və həmin sənəd sonradan tərtib edilmişdir. kassasiya şikayətinə etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia tələbinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

23. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyas iya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə u yğun olaraq dövlət qulluğundan azad edildikdə;...

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə v asitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Cavabdeh əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə istinad etmişdir.

30. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qu lluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər.

31. Beləliklə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. 32. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. 33. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” m üddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun.

34. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut işdə yoxdur. 35. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur.

36. Beləliklə, cavabdehin əmrinin əsaslar ı və məhkəmənin əsaslandığı hallar, həmçinin istinad etdiyi hüquq normalarının dispozisiya şərtləri “Dövlət qulluğu haqqında” Qanunun 25.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun yoxlanılmalı və qiymətləndirilməli idi. Hazırkı işdə bu, baş verməmişdir.

37. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.

38. Həmin Qanunun 2 5.4-cü maddəsinə əsasən, xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

39. Məhkəmələr işin hallarını yuxarıda qeyd edilən normaların tələbləri baxımından araşdırmayıblar. İddiaçı barəsində inzibati orqan tərəfindən araşdırma aparılmasının qaydalarına riayət olunduğuna (Qanunun 25.3 maddəsi) dair işdə məlumat yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə, o cümlədən inzibati icraat zamanı ondan ümumiyyətlə izahat alınmadığına, inzibati icraatın (araşdırmanın) aparılmasından məlumatsız olduğuna dair dəlillərinə münasibət bildirməmişdir.

40. Mübahisləndirilən inzibati aktda onun faktiki və hüquqi əsası kimi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun m üddəalarına hər hansı istinad olmadığı halda, məhkəmələr iddiaçıya münasibətdə həmin Qanunun müddəalarını tətbiq etmiş, onların məhkəmə tərəfindən öz təşəbbüsü ilə tətbiqinin hansı zərurətdən irəli gəldiyini, məhz hansı faktiki hallara tətbiq etdiklərini və həmin faktların hansı sübutlarla təsdiq edildiyini əsaslandırmamışlar.

41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndəri lməli olduğundan şikayət iddianın təmini barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 yanvar tarixli, 2-1(103)-579/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar