Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-737/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şəki Şəhər (Rayon) Polis Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən qeydiyyatdan çıxarılma 06.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Şəki Şəhər (Rayon) Polis Şöbəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər: Rzayeva Aynurə Bəhmən qızı, X5, X4, bundan sonra üçüncü şəxslər) “xüsusi mülkiyyətində olan Şəki şəhəri, 31-ci rayon, Sabit Rəhman küçəs i 10 nömrəli binanın 8-ci mənzilindən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-51/2022 saylı, 6 yanvar 2022-ci il tarixli qərarından üçüncü şəxs Rzayeva Aynurə Bəhmən qızının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir və üçüncü şəxslər Rzayeva Aynurə Bəhmən qızı, X5, X4 həmin mənzildə qeydiyyatdadırlar.
2. Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(075)1617/2019) iddiaçı Rzayeva Aynurə Bəhmən qızının cavabdeh X3 qarşı gəl in köçdüyü ünvan 2 ünvanına uşaqları ilə birlikdə köçürülməsi tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-3243/2019) və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3192/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı üçüncü şəxsləri özünə məxsus evdən qeydiyyatdan çıxarmaq məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Şəki ş əhəri, 31-ci rayon, Sabit Rəhman küçəsi, 10 nömrəli binanın 8-ci mənzilindən üçüncü şəxslər Rzayeva Aynurə Bəhmən qızı, X5, X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum oğlu X6 ilə Rzayeva Aynurə Bəhmən qızı 2003-cü ildə rəsmi nikah bağlamış, onların birgə nikahından Yeganə və Əsnədxatun adlı iki övladları olmuşdur. İddiaçının oğlu F.Rzayev xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra A.Rzayeva övladları ilə birlikdə evi tərk etmişdir və halhazırda Şəki rayonu, Cəfərabad kəndində atasının evində yaşayır. A.Rzayeva sözügedən mənzilə köçürülmə ilə bağlı məhkəmədə iddia qaldırsa da, onun iddiası təmin edilməmişdir. Üçüncü şəxslərin onun mülkiyyət ində olan mənzildə qeydiyyatda qalmaları mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırır. İddiaçı üçüncü şəxsləri özünə məxsus evdən qeydiyyatdan çıxarmaq məqsədilə cavabdeh orqana müraciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur.
6. Cavabdeh və üçüncü şəxslər iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər.
7. Şəki İnzibati Məhkəməsinin (hakim İ.H.Cabbarov, 2-1(116)-217/2021 saylı iş) 12 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan Şəki şəhəri, 31-ci rayon, Sabit Rəhman küçəsi, 10 nömrəli binanın 8-ci mənzilindən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi q üvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.
9. Üçüncü şəxs Rzayeva Aynurə Bəhmən qızı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(116)-217/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(107)-51/2022 saylı, 6 yanvar 2022-ci il tarixli (hakimlər: V.İ.Məlikov /sədrlik edə n və məruzəçi/ R.R.Rəfiyev və E.Ş.Hüseynov) qərarla üçüncü şəxs Rzayeva Aynurə Bəhmən qızı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. Üçüncü şəxs Rzayeva Aynurə Bəhmən qızı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
12. Kassasiya şikayətində “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, qanunvericiliyin mənasına görə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. İşin hallarından görünür ki, üçüncü şəxslər iddiaçının özünün razılığı ilə mənzilə qeydiyyata alınmışlar və onunla birlikdə yaşamışlar. Lakin, iddiaçının oğlu F. Rzayevin vəfatından sonra iddiaçı üçüncü şəxsləri evdən qovduğundan, onlar məcburiyyət qarşısında başqa yerdə yaşayırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə tərkibi xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab etmək olar.
20. Bununla belə, məhkəmə tərkibi üçüncü şəxslərin iddiaçının özünün razılığı ilə mənzilə qeydiyyata alınmaları və onunla birlikdə yaşamaları ilə bağlı kassasiya şikayətində təkrarlanmış dəlilə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzi fəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şər tlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. 22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hü ququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasınd a baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
23. Qərarın məzmunundan da göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir.
24. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (iş №2(075)1617/2019) iddiaçı Rzayeva Aynurə Bəhmən qızının cavabdeh X3 qarşı “evə köçürülmə” tələbi barədə iddiası təmin edilməmiş, Rzayeva Aynurə Bəhmən qızının gəlin köçdüyü ünvan 3 ünvanına uşaqları ilə birlikdə köç ürülməsi barədə iddia rədd edilmiş, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi (iş № 2(107)-3243/2019) və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3192/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş işin mübahisəsiz olan hallarına əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. İddiaçı ilə onun gəlin köçdüyü vaxtdan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mübahisə predmeti olan ünvan 2 saylı evin mülkiyyətçisi və ya faktiki sahibi olan iş üzrə cavabdeh (hazırki iddiaçı) arasında qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşma yoxdur və olmamışdır.
25. Beləliklə, üçüncü şəxs A.Rzayevanın hazırda mübahisəli mənzilə istifadə hüququnun olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
26. Bundan əlavə, iddiaçı üçüncü şəxslərin ona məxsus mənzildə yaşamadığını bildirir və üçüncü şəxs A.Rzayeva da bu halı təkzib etmir, yəni etiraf edir (iddiaçının onların orada yaşamasına maneçilik törətdiyini qeyd etsə də). Eyni zamanda, Şəki Rayon Məhkəməsinin 2(075)-446/2019 saylı qətnaməsi ilə İddiaçı Rzayeva (Əmrahova) Aynurə Bəhmən qızına qarşı cehiz əşyalarının ona məxsus evdən çıxarılması ilə bağlı iddiası təmin edilmişdir. Göründüyü kimi, üçüncü şəxslər faktiki olaraq həmin mənzildə yaşamırlar.
27. Yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəs inə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar qeyd edilmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə, bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şə xsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
28. Eyni zamanda, üçüncü şəxs A.Rzayevanın mübahisəli mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi onun yetkinlik yaşına çatmayan övladlarının (iş üzrə digər üçüncü şəxslər: X5 və X4) da mənzilə istifadə hüququnun mövcud olmadığı nəticəsinə gəlmək üçün yetərli əsasdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
29. Göründüyü kimi, istər üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, ist ərsə də onların həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Üçüncü şəxs Rzayeva Aynurə Bəhmən qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-51/2022 saylı, 6 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.