Məhkəmə qərarları › İş №2-1(102)-737/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-737/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-737/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mərhum oğlunun adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin siyahısına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı qarşı “iddiaçının oğlu X3 adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin siyahısına əlavə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü i l tarixli, 2-1(103)2738/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N saylı hərbi hissə komadirinin N fevral N97-ci il tarixli, 57 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, 3 motoatıcı taburun atıcısı, sıravi X6 xx.xx.N97-ci il il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən düçar olduğu xəstəlikdən vəfat etmişdir. N fevral N97-ci ildən bütün növ təminatlardan çıxarılmış və şəxsi heyətin siyahısından çıxarılmışdır.

2. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının oğlu X3 adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilm iş hərbi quluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il N aprel tarixli, 1 nömrəli fərmanına uyğun olaraq birdəfəlik ödəmənin verilməsi üçün tərtib edilən siyahıya daxil edilməsindən iddiaçının oğlunun xəstəlikdən vəfat etməsi əsası ilə imtina edilmişdir.

3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən N78-ci il təvəllüdlü mərhum X6 xx.xx.N96-cı ildə keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və 1 nömrəli komandaya təhvil verilmişdir.

4. Qaradağ rayon Hərbi Komissarlığının bildirişinə əsasən X5 oğlu atıcı sıravi X4 xx.x x.N97-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən düçar olduğu xəstəlikdən (kəskin böyrək və tənəffüs çatışmamazlığı) həlak olması barədə məlumat verilmişdir.

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-954 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli 53 nömrəli əmrində 2-ci Ordu korpusunun N97-ci il tarixdə döyüş əməliyyatları bölgəsində iştirak etmiş hesab edilməsi barədə məlumat vardır.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi quluqçul arın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il N aprel tarixli, 1 nömrəli fərmanına uyğun olaraq birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz iktin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının (hərbi qulluqçu) vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda X3 adı aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X3 adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin siyahısına əlavə edilərək Azərbaycan Respublikasının Əmək və Əhainin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 xx.xx.N97-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir. Odur ki, iddiaçı hesab edir ki, oğlunun vərəsəsi kimi birdəfəlik yardımı almaq hüququna malikdir. Dəfələrlə cavabdehə rəsmi qaydada müraciət etməsinə baxmayaraq məsələ öz həl lini tapmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Aazərbaycan Respublikası Prezidentinin 2018-ci il N aprel tarixli, 1 nömrəli fərmanından göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə öl müş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müvafiq bildirişində mərhum X3 xx.xx.N97-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən düçar olduğu xəstəlikdən vəfat etdiyi qeyd olunmuşdur. Xəstəliyi nəticəsində vəfat etmiş X4 adının birdəfəlik ödəmənin verilməsinə dair siyahıya əlavə edilməsi yuxarıda qeyd olunan Fərmanın tələblərinə əsasən məqsədəmüvafiq hesab olunmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3607/2023 nömrəli, 02 mart 2023-cü il tarixli (hakim M.T.Hacıbəyova) qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı oğlu X3 adının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi quluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il N aprel tarixli, 1 nömrəli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının oğlu X6 N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etmiş, həmin hərbi hissə döyüş bölgəsində olan ordu korpusunun tərkibində olmuşdur, iddiaçının oğlu həmin hərbi hissədə öz xidmətini vəzifəsini icra edən zaman tutulduğu xəstəlikdən vəfat etmişdir, o vəfat etdikdən sonra hərbi hissə tərəfindən dəfn mərasiminin keçirilməsi üçün ərzaq yardımı da edilmişdir. İ ddiaçının oğlu X6 xx.xx.N97-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən vəfat etdiyi üçün iddiaçının və ya başqa vərəsələrinin 11000 manat məbləğində sığorta ödənişi alması inzibati məhkəmə icraatı zamanı müəyyən edilmədiyinə görə iddiaçının, oğlu X3 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin N aprel 2018-ci il tarixli, 1 nömrəli fərmanının 5-ci, 8-ci bəndlərində nəzərdə tutulmuş siyahılara daxil edilməsini tələb etmək hüququ vardır.

12. Cavabdehin etirazının əsasını təşkil edən mərhum X3 xx.xx. N97-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən düçar olduğu xəstəlikdən vəfat etməsi dəlilinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5-ci bəndində N97-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ölmüş hərbi qulluqçuların da ailələrinə birdəfəlik ödəmənin verilməli olması göstərilmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qə rar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2738/2023 saylı (hakimlər A.P.Oruczadə (sədrlik edən və məruzəçi), S.X.Bəhrəmzadə və R.Ə.Səmədov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3607/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qаrşı “iddiaçının oğlu X3 adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin siyahısına əlavə edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh in üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, qeyd olunan fərmanın müddəalarından da görünür ki, birdəfəlik ödəmənin ödənilə biləcəyi şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Belə ki, birdəfəlik ödəmənin yalnız N97-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. Fərmanın müddəalarının təhlilindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxslərin siyahıya daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Göründüyü kimi hazırki iddia tələbinin qanuni əsasını təşkil edən sözügedən Fərman şəxslərin ölməsi, həlak olması və xəbərsiz itkin düşməsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-546/2020 saylı xx.xx.2020-ci il tarixli Qərar).

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səhv nəticəyə gəlmişdir. Oğlu hər bir halda öz xidməti vəzifəsini yerinə yetirərkən xəstəliyə düçar olmuş və bunun nəticəsində də vəfat etmişdir. Bu hal onun fərmanın təsiri altına düşməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Şəhid Azərbaycan Respubli kasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə

8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel N94-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. N90- cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr N88-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında N88-ci ildən N90-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi mə sələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N94-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsus i Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ail ələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSA SİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 29. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin N aprel 2018-ci il tarixli 1 saylı fərmanına əsasən silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradılmışdır.

23. Həmin Fərmanda N97-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxi li işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.

24. Fərmanın 2-ci bəndinə əsasən birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1 -ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

25. Fərmanın xx.xx.20N-cu il tarixdən dəyişdirilmiş 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığortaödənişinin verilməsinə da ir qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

26. Fərmanın 5-ci bəndinə əsasən N97-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etmək və üç ay müddətində Azərbaycan Respub likasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir.

27. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara istinad edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxslərin siyahıya daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Göründüyü kimi hazırki iddia tələbinin qanuni əsasını təşkil edən sözügedən Fərman şə xslərin ölməsi, həlak olması və xəbərsiz itkin düşməsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

28. Odur ki, iddiaçının qeyd olunan Fərmanda nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsi üçün adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin siyahısına əlavə edilməsini tələb etdiyi mərhum oğlu X7 xx.xx.N97-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda deyil, xəstəliyi nəticəsində vəfat etdiyindən onun adının birdəfəlik ödəmənin verilməsinə dair siyahıya əlavə edilməsi qeyd olunan Fərmanın tələblərinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyula bilməz.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 21(103)-2738/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar